Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-80/2023 27.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə “polisin nəzarəti altına” vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, tərkibində narkotik maddələr olan xeyli miqdarda bitkiləri əkib yetişdirməklə kültivasiya etmək qərarına gələrək bu məqsədlə təxminən 2023-cü ilin mart ayında yaşadığı Hacıqabul şəhəri, A.Abdullayev küçəsi 74 nömrəli evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq 8 ədəd kol (şitilləri) olmaqla xeyli miqdar təşkil edən tərkibində narkotik maddələr olan və əkib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisini əkib-becərməklə 7(yeddi) ədəd dibçəkdə yetişdirmiş, aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilərkən həmin bitki kolları (şitilləri) aşkar edilərək kökündən çıxarılıb götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul şəhəri, A.Abdullayev küçəsi ev 74-də yaşayır. Bir müddətdir narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. 2023-cü ilin mart ayının axırlarında özünə məxsus keçiləri Hacıqabul rayonu ərazisində boş otlaq sahəsində otararkən yerdən bir ədəd kağız bükümü tapmış və həmin kağız bükümün içərisinə baxan zaman orada marixuana və onun toxumlarının olduğunu görmüşdür. Tapdığı marixuananı istifadə etmiş, onun toxumlarını isə gələcəkdə istifadə etmək məqsədi ilə əkmək qərarına gəlmişdir. Bu məqsədlə toxumları dibçəkdə əkmiş və həmin dibçəkləri yaşadığı evin həyətində yerləşən hində saxlamışdır. Həmin toxumlardan 8 ədəd kol əmələ gəlmişdir. 09 aprel 2023-cü il tarixdə saat 21:25 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları onun evinə gəlmiş və yaşadığı evdə və həyətində narkotik vasitələrin saxlanmasında və əkib-becərilməsində şübhəli olduğunu bildirirək onun evinə və həyətyanı sahəsinə baxış keçirtmək istədiklərini bildirmişlər. O, polis əməkdaşlarına onun evinə və həyət yanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları video çəkilişdən istifadə etməklə onun yaşadığı evə və həyət yanı sahəsinə baxış keçirmişlər. Baxış keçirilən zaman o, polis əməkdaşlarına evinin həyətində toyuqlar üçün nəzərdə tutulmuş hində çətənə bitkisini əkdiyi dibçəklərin olduğunu bildirmişdir. Həmin 8 ədəd çətənə kolları hindən çıxarılmış və qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 09 aprel 2023-cü il tarixdə Hacıqabul şəhəri, A.Abdullayev küçəsi ev 74-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və narkotik xassəli bitkilərin əkibbecərilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra o, Şahid2, Şahid1, Hacıqabul rayon PŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı Tural Namazov və aqronom Şahid4 09 aprel 2023-cü il tarixdə saat 21:25-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına gedərək Təqsirləndirilən şəxs narkotik xassəli bitkilərin əkilib becərilməsi ilə məşğul olması barədə şübhələdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və həyət yanı sahəyə baxış keçirilməsinə etirazının olmadığını və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinin həyətində toyuqlar üçün nəzərdə tutulmuş hində dibçəklərdə əkib-becərdiyi çətənə kollarını təqdim etmiş, həmin kollara video çəkilişdən istifadə edilməklə baxış keçirilmiş və 8 ədəd çətənə kolları aşkar edilərək kökündən çıxarılıb götürülmüşdür. Aqronom Şahid4 kollara baxandan sonra həmin kollara aqrotexniki qaydada qulluq edildiyini bildirib rəy vermişdir. Götürülmüş səkkiz ədəd çətənə kolları ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Hacıqabul rayon DAİM-də bitkiçilik sektorunun baş məsləhətçisi işləyir. xx.xx.2023-cü il tarixdə saat 21:25 radələrində Hacıqabul rayon PŞ-nin əməkdaşları onu Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3-də yerləşən evinə baxış keçirilməsində mütəxəssis qismində iştirak etmək üçün dəvət etdilər. O, Hacıqabul RPŞ-nin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3-də yerləşən evinə gəlmiş və onlar özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Təqsirləndirilən şəxs onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, onun və polis əməkdaşlarının iştirakı ilə evin həyətindəki hinə videoçəkilişdən istifadə etməklə baış keçirilmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs hində dibçəkdə əkdiyi çətənə kollarının yerini göstərdikdən sonra həmin kollar sayılmış və 8 ədəd çətənə kollarının olduğu müəyyən olunmuşdur. Bundan sonra o, həmin kollara baxmış və həmin kollara aqrotexniki qaydada qulluq edildiyini bildirib rəy vermişdir. Onun və polis əməkdaşlarının iştirakı ilə həmin kollar qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib dilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntüdən görünür ki, aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri, A.Abdullayev küçəsi ev 74 ünvanında yerləşən evinin həyətindəki hində qanunsuz olaraq narkotik xassəli çətənə (kannabis) növünə aid olan əkilmiş xeyli miqdarda 7 ədəd dibçəkdə yetişdirmiş 8 ədəd bitki kolu (ştili) aşkar edilib götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin çətənə kolları özü əkib-becərdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Hacıqabul rayon DAİM-də bitkiçilik sektorunun baş məsləhətçisi Şahid4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, A.Abdullayev küçəsi ev 74 ünvanında yerləşən evinin həyətindəki hində 7 ədəd dibçəkdə 8 ədəd çətənəyə bənzər bitki kolları aşkar edilmişdir. Aşkar edilmiş 8 ədəd narkotik tərkibli çətənəyə bənzər kollar dibçəklərdə əkilərək qulluq işləri aparılaraq becərilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/405№-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs həyətyani...” sözləri yazılımış və imzalar olan polietilen torbadakı 8 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi- 1,72 qram olan bitki ştilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 8 ədəd çətənə (kannabis) bitkisinin ştillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İİİ siyahısının 1.2-ci bəndində çətənə növlü bitkilərin xeyli miqdarı dedikdə 3-15 ədəd (6-30 hissə) başa düşülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3754 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs çətənə toxumlarını ünvan 4 ünvanında yerləşən evinin həyətindəki hində öz istifadəsi üçün dibçəklərə əkib aqrotexniki qaydada qulluq etmişdir. Bundan başqa keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, Abdullayev küçəsi 74 nömrəli evinin həyətindəki hində əkib becərdiyi narkotik xassəli çətənə (kannabis) növünə aid olan xeyli miqdarda 8 ədəd bitki kolu maddi sübut kimi tanınmışdır. Hacıqabul RİHB-nın İƏD-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 414 saylı arayışdan müəyyən olunur ki, Ocaqov X2 şəhəri A.Abdullayev küçəsi 74 ünvada ailə üzvləri – 1978-ci il təvəllüdlü həyat yoldaşı X4, 1999-cu il təvəllüdlü oğlu X5 və 2002-ci il təvəllüdlü oğlu X6 ilə birlikdə yaşayır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 fevral 2013cü il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına, habelə çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiya edilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibində xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Məhkəmə iclasında tədqiq edilmiş və bir-biri ilə uzlaşan təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, baxış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyi və digər sənədlərlə müəyyən edilir ki, təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik xassəli çətənə (kannabis) növünə aid olan xeyli miqdar hesab edilən 8 ədəd bitki kolunu (ştilini) əkib becərməklə yetişdirmiş, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 8 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Digər tərəfdən məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin, onun ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 8 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat (qırx doqquz manat, yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(071)-80/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-80/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver