Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-81/2022 28.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakı ilə, xx.xx.1979-ci ildə Şamaxı rayonu 1-ci Udulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu 1-ci Udulu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində avtomobili idarə etmək hüququ olmaqla özünə məxsus «Mersedes Benz-230» markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Cəngən kənd yolunda Paşalı kənd istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, mövcud şəraitdə sürücü diqqətini daim dəyişən yol şəraitində və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsi ilə əks istiqamətdə hərəkətdə olan piyadalardan vaxtında hərəkətin təhlükəsizliyinin təmin edən təhlükəsiz yan məsafə saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, lazım gəldikdə isə avtomobili həmin piyadaya çatmadan dayandırmalı olduğu halda bunlara əməl etməyərək idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə yolu sağ tərəfi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs bədəninin müxtəlif hissələrinin əzilmiş-cırılmış yaraları, çənə sümüyünün açıq çox qəlpəli, sağ bud sümüyünün aşağı 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı, baş beynin ağır dərəcəli əzilməsi, postravmatik ensofalopatiya, baş beynin ödemi ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, xx.xx.2022-ci il tarixdə onun ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, «Mersedes Benz-230» markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Avtomobili idarə etmək hüququ vardır. 31 yanvar 2022-ci il tarixdə saat 17:30 radələrində yaşadığı evin həyətindən idarə etdiyi «Mersedes Benz-230» markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı kəndin mərkəzində Qismətin mağazasından yağ almaq məqsədi ilə yola düşmüşdür. Avtomobilini yaşadığı Gəngən kənd istiqamətindən Paşalı kənd istiqamətinə tərəf saatda 30-40 km/sürətlə idarə edərkən, Asifin bərbərxanasından yola tərəf 2 uşağın gəldiklərini görmüşdür. Bir qədər keçəndən sonra avtomobilinə nəsə dəydiyini hiss etmişdir. Bu zaman onun gözləri qaralmış və əlləri ilə başını tutmuşdur. Avtomobil yoldan çıxmış və yolun kənarındakı daşa dəyərək dayanmışdır. O, özünə gəldikdən sonra avtomobildən düşmüş və hadisə yerinə gəlmişdir. Orada idarə etdiyi avtomobillə onun öz qohumu və kəndliləri olan Zərərçəkmiş şəxs ilə Şahid1 vurduğunu görmüşdür. Hadisə yerinə gəlmiş qohumları Şahid3 və Şahid4 Zərərçəkmiş şəxs Şahid3 avtomobilinə qoyaraq xəstəxanaya aparmışlar. Şahid1 isə atası Şahid2 digər maşınla xəstəxanaya aparmışlar. O, isə hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Daha sonra müstəntiq gəlmiş və hadisə yerinə baxış keçirmişdir. Bundan sonra xəstəxaya uşaqların yanına gəlmişdir. O, Zərərçəkmiş şəxs müalicəsi üçün lazım olan xərcləri çəkmiş, bir ay on gün müddətində Avroasiya Klinikasına ümumilikdə 43.750 manat pul ödəmişdir. Bunun üçün o, 1800 manat kənd camatından yığmış, 9000 manata və 1000 manat iki torpaq sahəsini satmış, 5.000 manata maşınını satmış, 5.000 manat və 3.000 manat olmaqla nar məhsulunu satmış, 2.700 manata heyvanları satmış, 1.300 manat və 1.300 manat lombarddan borc almış, 4 nəfərdən 500 manat olmaqla, bir nəfərdən 2.000 manat, Rövşəndən 2.700 manat olmaqla borc almış və bütün pulları Zərərçəkmiş şəxs müalicə olunmasına xərcləmişdir. Bundan başqa kənd camatından 13.650 manat pul yığılmış və xəstəxanaya xərclənmişdir. 40 gün müddətində xəstəxanada qalmasına baxmayaraq Zərərçəkmiş şəxs həyatını xilas etmək mümkün olmamış və xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs vəfat etmişdir. Hadisənin baş verməsindən çox təssüflənir. Əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə qohumdurlar. X4 əvvəllər ondan şikayətçi olmadığını bildirsə də, hazırda ondan şikayətçidir. O, dəfələrlə barışmağa cəhd etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Onun himayəsində arvadı və üç övladı olmasını, uşaqlardan birinin azyaşlı olmasını, zərərçəkmiş şəxsin müalicəsi üçün 43.750 manatdan artıq vəsait xərcləməsini, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, hadisələrin təsadüfü axarı zəmnində ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət törətməsini, əməlindən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində evdə olan zaman oğlu Əli ondan müəllimə vermək 20 manat hazırlığın pulunu və saçını qırxdırmaq üçün 2 manat olmaqla, 22 manat pul almışdır. Əli saat 16:00-a kimi dərsdə olmalı, saat 17:00-da saçını qırxdırmağa getməli idi. Çünki, bərbər saat 17:00-da iş yerinə gəlir. Axşam vaxtı evdə olan zaman qardaşı Tabilə Qocayev ona zəng etmiş və oğlu Əlini məktəbin yanında maşın vurduğunu bildirmişdir. O, dərhal hadisə yerinə qaçmışdır. O, hadisə yerinə çatanda artıq oğlu Əlini qohumları Vasif və Müşviqin maşına qoyaraq xəstəxanaya apardıqlarını öyrənmişdir. Orada oğlunu Təqsirləndirilən şəxs avtomobillə vurduğunu bilmişdir. Onlar avtomobilə minib Şirvan şəhər Xəstəçəxanasına getmişlər. Yolda təcili yardım avtomobili ilə qarşılaşmışlar. Xəstəxanada həkim ona bildirmişdir ki, uşağın yaşama şansı yoxdur. Lakin qardaşının təkliffi ilə oğlunu Bakı şəhərində yerləşən özəl xəstəxanaya - Avroasiya klinikasına aparmışlar. Orada oğlunun boğazından deşərək nəfəs alması üçün şlanq qoymuşlar. Xəstəxanada Çənəsini və ayağını əməliyyat etmişlər. Əli koma vəziyyətində olmuş və xx.xx.2022-ci il tarixdə səhər vaxtlarında Şirvan şəhər mərkəzi xəstəxanasında vəfat etmişdir. Oğlu Əlinin meyiti xəstəxanadan morqa aparılmış, meyit müayinə olunandan sonra onun meyitini yaşadıqları Cəngən kənd qəbristanlığında dəfn etmişdir. Əlinin müalicəsi üçün kəd camaatı pul yığmışdır. Bundan başqa Təqsirləndirilən şəxs onun oğlunun müalicəsi üçün xəstəxanaya pul ödəmişdir. Təqsirləndirilən şəxs ilə bərabər o, öz vəsaitini də xərcləmişdir. Onun özünün 18.000 manat pulu olmuşdur. Oğlunun müalicəsinə 43.000 manatdan artıq vəsait xərclənsə də, faydası olmamış, oğlu vəfat etmişdir. Onun Təqsirləndirilən şəxs qarşı şikayəti olmamışdır. Lakin oğlu vəfat etdiyinə görə hazırda Təqsirləndirilən şəxs bağışlamır. Şahid1 qanuni nümayəndəsi (atası) Şahid2 iştirakı ilə məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 31 yanvar 2022-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları Cəngən kəndində yerləşən Asif adlı şəxsin işlədiyi bərbərxanaya getmişlər. Saat 18 radələrində bərbərxanada Əli ilə saçlarını düzəltdirib, piyada evlərinə tərəf getmək istəyərkən Tava kənd tərəfindən ağ rəngli bir avtomobilin 200 metr aralıdan gəldiyini görmüşdür. O, yol tərəflə, Əli də onun yanı ilə hərəkət etmişdir. Bir anda avtomobil onları vurmuşdur. O, yerə yıxılmış və həmin anda Əlinin yuxarı qalxdığını görmüşdür. Gözünü açanda atası Şahid2 yanında görmüşdür. Sonra atası onu xəstəxanaya aparmışdır. Sonradan onu və Əlini qohumları Təqsirləndirilən şəxs avtomobillə vurduğunu öyrənmişdir. O, yüngül xəsarət almışdıır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində özünə məxsus pay torpaq sahəsindən kiçik qardaşı Şahid3 ilə birlikdə onun idarə etdiyi «Vaz-2107» markalı ** GS *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gedərkən, Asfi adlı şəxsin bərbərxanasının qarşı tərəfindən iki nəfər şəxsin piyada getdiyini görmüş, hava şəraiti qaranlıq olduğu üçün həmin şəxsləri tanıya bilməmişdir. Həmin vaxtı Tava kənd istiqamətindən ağ rəngli «Mersedes-Benz» markalı avtomobilin yüksək sürətlə gəlib onların yanından üzü Paşalı istiqamətinə tərəf keçib gedəndən sonra tappıltı səsi eşitmiş, qardaşı Vasif avtomobili saxlamış, hər ikisi avtomobildən düşüb geri baxarkən onların yanından keçib gedən ağ rəngli «Mersedes-Benz» markalı avtomobilin 2 nəfər piyadaları vuruduğunu bilmişlər. Qardaşı Vasiflə vurulan piyadaların yanına getmiş, vurulan piyadalardan birinin onun oğlu Ümid və digərinin isə yaxın qohumu Zərərçəkmiş şəxs olduğunu, onları vuran şəxsin isə həmkəndlisi və qohumu Təqsirləndirilən şəxs olduğunu görmüşlər. Ümidin vəziyyəti yaxşı olmuş, Əlinin isə vəziyyəti çox pis olmuşdur. X8 Vasifin avtomobilinə qoyub Şirvan şəhər mərkəzi xəstaxanasına aparmışlar. O, oğlu Ümüdü isə başqa bir avtomobillə Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışdır. Ümüdə ilkin tibbi yardım göstəriləndən sonra, onu yaşadığı evə gətirmişdir. Əli bir aydan artıq müddətdə müalicə olunsa da, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun Ümidin qanuni nümayəndəsi kimi Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində özünə məxsus pay torpaq sahəsindən qardaşı Şahid2lə birlikdə idarə etdiyi «Vaz- 2107» markalı ** GS *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gedərkən, Asfi adlı şəxsin bərbərxanasının qarşı tərəfindən iki nəfər şəxsin piyada getdiyini görmüşlər. Hava qaranlıq olduğu üçün həmin şəxsləri tanıya bilməmişlər. Həmin vaxtı Tava kənd istiqamətindən ağ rəngli «Mersedes-Benz» markalı avtomobil yüksək sürətlə onların yanından üzü Paşalı istiqamətinə tərəf keçib gedəndən 100-150 metr sonra tappıltı səsi eşitmişlər. Dərhal avtomobili saxlayıb, qardaşı Rəşadla birlikdə maşından düşüb geri baxarkən onların yanından keçib gedən ağ rəngli «Mersedes-Benz» markalı avtomobilin 2 nəfər piyadanı vurduğunu anlamışlar. Rəşadla birlikdə piyadaların yanına getmişlər, vurulan piyadaların birinin qardaşı Rəşadın oğlu Ümüd və digərinin isə yaxın qohumu Zərərçəkmiş şəxs olmasını görmüşlər. Onları vuran şəxsin isə həmkəndlisi və qohumu Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Ümüdin vəziyyətinin yaxşı olmuş, Əlinin vəziyyəti isə ağır olmuşdur. Bu səbəbdən hadisə yerinə gələn qohumu Müşviqin köməkliyi ilə Əlini idarə etdiyi avtomobilə qoyub Şirvan şəhər mərkəzi xəstaxanasına aparmışlar. Müğan qəsəbəsində təcili-tibbi yardım avtomobili ilə onların qarşısına gəlmiş və onlar Əlini həkimlərin köməkliyi ilə təcilitibbi yardım avtomobilinə qoymuş, özləri isə onların arxası ilə xəstəxanaya getmişlər. Xəstəxanada olarkən qardaşı Rəşad oğlu Ümüdü də Şirvan şəhər mərkəzi xəstəxanasına gətirmişdir. Ümüdə ilkin tibbi yardım göstəriləndən sonra, onu yaşadığı evinə aparmışlar. Əlinin isə vəziyyəti ağır olmuşdur. Əli uzun müddət xəstəxanada qalsa da, onu sağaltmaq mümkün olmamışdır. Əli xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Şahid X2 məhkəmə iclasında Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə verdi. Hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi Hacıqabul rayonu Cənkən kəndində baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi yol hamardır, çınqıl daşla örtüklü və quru olmaqla yaşayış məntəqəsində yerləşir. Yolun hərəkət hissəsinin eni 7,2 metr, sağ ehtiyyat hissənin eni 1,6 metr, sol ehtiyyayt hissəsinin eni isə 2,2 metrdir. Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz-230» markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə piyadalar Zərərçəkmiş şəxs və Şahid1 vurduğu yer yolun sağ ehtiyat hissəsinin 2,2 metrliyində yerləşir. Hadisə yerində hər hansı bir tormoz izi, sürtünmə yeri aşkar olunmamışdır. Hadisə yerinə baxış zamanı avtomobil piyadaları vurandan sonra 18 metr gedərək, sağ tərəfdə olan dərəyə düşmüş və avtomobilin qabaq alt tərəfi daşlara dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/815 nömrəli ekspertiza rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Mersedes Benz-230» markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (iş.v 44- 47) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X7 şəxsi Hacıqabul rayon şöbəsinin eksperti tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli 82 nömrəli ekspert rəyindən görünür ki, Şahid1 obyektiv müayinəsinə və Şirvan ŞMX-nın onun adına verdiyi arayışda qeyd olunanlara əsaslanaraq ekspert aşağıdakı nəticəyə gəlmişdir. Şirvan ŞMX-nın verdiyi arayışda döş qəfəsinin səthi travması göstərilmişdir. Lakin səthi travma ekspertizada xəsarət hesab olunmur. Müayinə olunanın bədəni üzərində müayinə zamanı həmin hadisə gününə üyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmadı. (iş.v 50-51) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X7 şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsinə, Şirvan ŞMX-nın onun adına verdiyi xəstəlik tarixlərinin əsllərində qeyd olunanlara və qərarda qoyulmuş sualları nəzərə alaraq ekspert aşağıdakı nəticəyə gəlmişdir: - Məhrum Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ qasıq nahiyyəsinin, sağ əlin ovuc səthinin və sol çənə altının, ağız boşluğunun selikli qişasının və dilin geniş ölçülü əzilmiş-cırılmış yaraları. Çənə sümüyünün açıq çox qəlpəli, sağ bud sümüyünün aşağı 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı. Baş beyinin ağır dərəcəli əzilməsi. Postravmatik ensofalopatiya. Baş beynin ödəmi. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) qüvvətli təsirindən əmələ gəlməklə müxtəlif şəraitdə, eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrin təsirindən əmələ gələ bilər. Xəsarətlər həyati olmaqla yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir. Yuxarıda qeyd olunan xəsarətlərdən baş beynin ağır dərəcəli əzilməsi. postravmatik ensofalopatiya. baş beynin ödəmi canlı şəxslərdə götürüldüyü kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Çənə sümüyünün açıq çox qəlpəli, sağ bud sümüyünün aşağı 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı canlı şəxslərdə götürüldüyü kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. Sağ qasıq nahiyyəsinin, sağ əlin ovuc səthinin və sol çənə altının, ağız boşluğunun selikili qişasının və dilin geniş ölçülü əzilmiş-cırılmış yaraları canlı şəxslərdə götürüldüyü kimi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Mərhum Zərərçəkmiş şəxs Teymru oğlunun ölümünə səbəb baş beynin ağır dərəcəli əzilməsi, postravmatik ensofalopatiya, baş beynin ödəmi olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 09:40-da Zərərçəkmiş şəxs Teymru oğlunda ölüm təsdiq olunmuşdur. iş.v (65-72) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X7 şəxsi tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli 409/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində məhkəmə-kimyəvi tədqiqatına əsasən ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidləri (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazerin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş.v (81-84) Azərbaycan Respublikası DİN BƏSİMİ tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (İş v. 90). Beləliklə, Təqsirləndirilən şəxs “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsi və idarə etmə hüququ olmaqla şəxsi minik avtomobilini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün təcili yardım çağırmasını, ictimai faydalı əməklə məşğul olmasını, müsbət xasiyyətnaməyə malik olmasını, evli, öhdəsində üç övladı olmasını, onlardan birinin azyaşlı olmasını, zərərçəkmiş şəxsin müalicəsi üçün xəstəxanaya 43.750 manatdan artıq vəsait xərcləməsini (32.194 manat ödənilməsinə dair qəbzlər işə əlavə edilmişdir), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etməsini, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 85 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia ərizəsi verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili X5 məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdi 26 saata görə 156 manat olmaqla, cəmi 276 (iki yüz yetmiş altı) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili X3 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-81/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-81/2022
28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver