Məhkəmə qərarları › İş №1(071)-82/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-82/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-82/2024 12.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərər çəkmiş şəxs şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Hacıqabul rayonu Kolanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Kolanı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 31 dekabr 2023-cü il tarixdə saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycn Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin sürücünün yerdəyişmə zamanı apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olmasına dair tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus Belarus MTZ-80 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə (traktorla) Talış- Kolanı avtomobil yolunun Hacıqabul rayonu Talış kəndi ərazisindən keçən hissəsində Kolanı kəndi istiqamətində 5 km/saat sürətlə hərəkətdə olarkən yuxarıda göstərilənlərə əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib yol hərəkəti qaydalarını pozub təhlükəli manevr edərək onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən idarə etdiyi qeydiyyat şəhadətnaməsi ilə X4 məxsus olan Haojue KA-150 markalı 01-A-049 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ baldırın ön səthinin əzilmiş-cırılmış yarası, Th 10, Th12, L1 və L3 fəqərə cisimlərinin köhnə kompression sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun qeydiyyat şəhadətnaməsi ilə ona məxsus olan “Belarus MTZ 80” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı traktoru vardır. Həmin traktoru təxminən 4 il bundan əvvəl yaşadığı Kolanı kəndi ərazisində yer şumlamaq məqsədilə almışdır. Lakin, onun nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi yoxdur. 31 dekabr 2023-cü il tarixdə saat 17 radələrində onunla eyni kənddə yaşayan yeznəsi Mehrac Zərbalıyevin yaşadığı evə qonaq getmək qərarına gəlmişdir. Buna görə də, özünə məxsus olan “Belarus MTZ 80” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı traktoru idarə edərək Talış-Kolanı avtomobil yolu ilə qeyd edilən ünvana doğru 30 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt traktorun kabinində sərnişin olmamışdır. Hərəkətdə olduğu asfalt yoldan yeznəsinin yaşadığı məhəlləyə gedən torpaq yola dönmək məqsədilə yol ayrıcına təxminən 35 metr qaldıqda traktorun sola dönmə xəbərdaredici işığını yandırıb sürətini azaltmağa başlamışdır. Qeyd edilən torpaq yola yaxınlaşan zaman qarşıdan və arxa tərəfdən ona yaxınlaşan hər hansı avtomobilin olmadığını gördükdən sonra təxminən 5 km/saat sürətlə hərəkət edərək dönmə əməliyyatını həyata keçirmişdir. Traktorun ön təkərləri torpaq yolda, arxa təkərləri isə asfalt yolun əks istiqamətli zolağında olan zaman qəfildən səs eşitmişdir. Dərhal traktorun pəncərəsindən sol tərəfə baxdıqda arxa və ön təkərlərin arasında motosikletin olduğunu gördükdən sonra motosikletin traktorun arxa sol təkərinə dəyməsini anlamışdır. O, traktordan yerə düşmüş və təxminən 1-1,5 metr məsafədə motosikletin sürücüsünü yerdə uzanıqlı vəziyyətdə görmüşdür. Həmin vaxt ətrafda hadisənin şahidi olmuş Şahid1la birlikdə motosiklet sürücüsünün başında olan dəbilqəni çıxarmışlar. Həmin vaxt hadisənin digər şahidi Şahid2 ora yaxınlaşmışdır. Onlar birlikdə motosiklet sürücünüsü təsadüfən oradan keçən ağ rəngli markası və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşdirmişlər. Həmin ağ rəngli avtomobilin sürücüsü bildirmişdir ki, motosikletin sürücüsü Hacıqabul rayonu Abdulabad kəndində yaşayan Zərərçəkmiş şəxsdur. Adını bilmədiyi sürücü Zərərçəkmiş şəxs yaşadığı evə aparacağını bildirmişdir. Bundan sonra o, traktoru idarə edərək yaşadığı evə getmişdir. O, motosikletin yaxınlaşdığını görmədiyi üçün hadisənin qarşısını almağa imkanı olmamışdır. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyini bildirərək baş vermiş hadisəyə görə çox peşman olduğunu barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, 2023-cü ilin may ayında özünə motoskilet alaraq kuryer işləmək qərarına gəlmişdir. Buna görə də, Bakı şəhərində əvvəllər tanıdığı yaxın dostu olan X1 ona məxsu olan Haojue KA-150 markalı 01-A-049 dövlət qeydiyyat nişanlı motosikleti 2450 manat qarşılığında almışdır. Onun sürücülük vəsiqəsi olmadığına görə həmin motoskileti Cavidan Mazakovdan nəqliyyat vasitələrinə sərəncam verilməsinə dar etibarnamə əsasında almışdır. 30 dekabr 2023-cü il tarixdə axşam saatlarında özünə məxsus motoskiletlə yaşadığı Hacıqabul rayonu, Abdulabad kəndinə gəlmişdir. 30 dekanr 2023-cü il tarixdə saat 15 radələrində plastik kartından pul çıxatmaq üçün yaşadığı kənddən özünə məxsus olan motosikletlə çıxaraq qonşu kənd sayılan Talış kəndinə quraşdırılmış bankomatın yerləşdiyi yerə getmişdir. Bankomatdan pulunu nağdlaşdırdıqdan sonra Talış-Kolanı avtomobil yolu ilə yaşadığı Abdulabad kəndinə doğru motosikletlə hərəkət etmişdir. Həmin avtomobil yolunun Talış kəndində keçən hissəsində öz hərəkət zolağında təxminən 40 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxt motosikletdə yalnız özü olmuşdur. Hərəkətdə olduğu yolunun üzərində yerləşən avtomobil yuma məntəqəsini keçdikdən sonra qarşısında avtomobil yolunun üzərində sağ təkərləri yolun ehtiyat hissəsinin, sol təkərləri isə asfalt yolunun üzərində dayanmış vəziyyətdə olan Belarus markalı **-BA-*** dövlət qeydiyyat nişanlı traktorun olduğunu görmüşdür. Həmin traktora çatmağına 10 metr qalmış traktorun asfalt yolun üzərinə doğru hərəkət etdiyini, dayandığı hissədən sol tərəfdə yerləşən köməkçi yola tərəf dönməsini görmüş və təhlükə anını hiss etmişdir. Hadisənin qarşısını almaq üçün həmin vaxt tormoz pedalını sıxaraq idarə etdiyi motosikleti əks istiqamətli hərəkət zolağına tərəf hərəkət etdirmişdir. Lakin, məsafə az olduğundan idarə etdiyi motosiklet traktorun ön və arxa sol təkərlərinə dəyərək dayanmışdır. Toqquşma nəticəsində bel nahiyyəsi traktorun pilləkanına dəymiş, dah sonra torpaq yol örtüyünün üzərinə düşmüşdür. Bundan spnra bədənində güclü ağrılar hiss etmiş, uzandığı yerdən qalxa bilməmişdir. Traktorun sürücüsü həmin vaxt ona yaxınlaşaraq başında olan dəbilqəni çıxartdığını görmüşdür. Orada olan şəxslərin köməkliyi ilə həmkəndlisi Zaur adlı şəxsin avtomobilinə əyləşmiş və onu yaşadığı evə aparmışlar. Sonda zərərçəkmiş təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, onunla barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ilə mobil telefonla “watcapp” şəbəkəsi vasitəsi ilə əlaqə saxlanılmış və o, fadəsində bildirdi ki, qeydiyyat şəhadətnaməsi ilə ona məxsus olan “Qaz 3110” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 31 dekabr 2023-cü il tarixdə saat 17 radələrində özünə məxsus olan avtomobili Muğan-Talış avtomobil yolunun Talış kəndi ərazisindən keçən hissəsində yerləşən avtomobil yuma məntəqəsində yuduzdurmuşdur. Həmin vaxt asfalt yolda təxminən 70-80 km/saat sürətlə yanından motosikletin keçdiyini görmüşdür. Bu zaman istifadəsində olan mobil nömrəyə zəng gəldiyi üçün telefon zənginə cavab verən zaman ətrafdan səs gəldiyini eşitmiş, səs gələn tərəfə baxdıqda motosikletin traktorun arxa təkərinə dəyərək dayanmasını və sürücünün yerə yıxılmasını görmüşdür. Dərhal hadisə yerinə yaxınlaşmış, həmin vaxt traktorun sürücüsü də, yerə düşmüşdür. O, hadisə yerində görmüşdür ki, motosikletin asfalt yolun üzərində uzun tormoz izləri var. Traktor sol tərəfdə olan köməkçi yola dönmə əməliyyatını həyata keçirən zaman traktorun ön təkərləri köməkçi yolda, arxa təkərləri isə hərəkətdə olduğu yolun əks istiqamətli zolağında qalmışdır. Motosiklet isə traktorun sol arxa təkərinə hərəkətdə olduğu asfalt yolun əks istiqamətli zolağında dəyərək traktorun arxa və ön təkərləri arasında qalmışdır. Təqsirləndirilən şəxsla birlikdə motosikletin sürücüsünün başında olan dəbilqəni çıxarmışlar. Bu zaman yoldan keçən markası və dövlət qeydiyyat nişanı yadında qalmayan ağ rəngli avtomobilin adını bilmədiyi sürücüsü onlara tərəf yaxınlaşaraq motosikletin sürücüsünü tanıdığını bildirərək köməkləşib onu avtomobilinə mindirməyi xahiş etmişdir. Onlar motosikletin sürücüsünü ağ rəngli avtomobilə əyləşdirmişlər. Bundan sonra avtomobilin sürücüsü oradan uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə yeri Hacıqabul rayonu Muğan-Talış asfalt örtüklü yoldur. Hadisə yerində hərəkət hissəsi düz, hamar və asfalt örtüklüdür. Yolun eni 6,6 metr, sağ ehtiyat hissənin eni 1,7 metrdir. Hadisə xx.xx.2023-cü il tarixdə baş vermişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamədən görünür ki, “Haojue KA150” markalı 01A049 dövlət qeydiyyat nişanlı motosikl sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək səlahiyyətləri xx.xx.2024-cü il tarixədək X5 tərəfindən Zərərçəkmiş şəxs verilmişdir Avtomotoservis və Ticarət müəssisənin mütəxəssisi F.M.Ələkbərov tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Haojue KA150” markalı 01A049 dövlət qeydiyyat nişanlı motosiklə ümumilikdə 925 manat maddi ziyan dəymişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə yeri Talış-Kolanı avtomobil yolunun Talış kəndi ərazisindən keçən hissəsidir. Yolun eni 6,6 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 3,30 metrdir. Yolun hərəkət hissəsində heç bir nişanlanma xətti mövcud deyil. Hərəkət istiqaməti üzrə toqquşma yeri yolun sol çiyninə münasibətdə 1,6 metr, sağ çiyninə münasibətdə isə 5 metrdir. Hər iki avtomobil Hacıqabul rayonu Kolanı kəndi istiqamətində hərəkətdə olmuşlar. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsindən daxil olmuş 3- 13-13-7/2-2076/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/579 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Belarus MTZ-80” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Haojue KA150” markalı 01A049 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış gündüz vaxtı, aydın hava şəraitində təbii işıqlandırma ilə həyata keçirilmişdir. Baxışın aparıldığı yer Hacıqabul rayonu Abdulabad kəndində yerləşən Nəhayəq Qasımovun yaşadığı fərdi yaşayış evinin həyətidir. Baxış aparılan əşya isə Zərərçəkmiş şəxs məxsus “Haojue KA150” markalı 01A049 dövlət qeydiyyat nişanlı motosikletdir. Qeyd olunan motosiklet ağ və qara rəngli, bəzi yerlərində qırmızı rənglər vardır. Motoskiletin təkərlərinin sayı 2 olmaqla diskləri qırmızı rənglidir. Motosikletin oturacağı qara rənglidir. Baxış zamanı motosikletin yol-nəqliyyat hadisəsi zamanı ön faranın, sağ və sol güzgülərin, ön təkərinin qapağının, arxa sol ayaqaltı hissəsinin, orta sol yan örtüyün sındığını bildirmişdir. Baxış zamanı qeyd olunan detalların təzələnməsi aşkar olundu. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 20 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ baldırın ön səthinin əzilmiş-cırılmış yarası, sağ dirsək oynağının arxa səthinin əzilmişcırılmış yarası, sol diz oynağı üzərinin əzilmiş-cırılmış yarası, Th10, Th12, L1, L3 fəqərə cisimlərinin köhnə kompression sınıqları. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın(əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününı xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 50 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəninin müayinəsi zamanı hadisə gününı uyğun hər hansı travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs tərəfindən Hacıqabul RPŞ-nə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona dəymiş ziyan tamamilə ödənilmiş və o, təqsirləndirilən şəxslə barışmışdır. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Haojue KA150” markalı 01A049 dövlət qeydiyyat nişanlı motosiklet maddi sübut kimi tanınmışdır. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Belarus MTZ-80” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı traktor maddi sübut kimi tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hacıqabul rayonu İHB-nın Abdulabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İsmayılov X2 rayonu Kolanı kəndində yaşayır. Hacıqabul rayonu İHB-nın Abdulabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Belarus MTZ-80” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı traktorla hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq idarə etdiyi traktorla əsas yoldan yardımçı yola dönmə edərkən təhlükəli manevr edərək hərəkətin digər iştirakçısı “Haojue KA150” markalı 01A049 dövlət qeydiyyat nişanlı motosikleti idarə edən Zərərçəkmiş şəxs üçün maneə yaratmış, nəticədə sonuncunun idarə etdiyi motosiklet “Belarus MTZ-80” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı traktorla toqquşmuş, hadisə nəticəsində Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışdır. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün zərər çəkmiş şəxsin az ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş nəticə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməklə onunla barışıq əldə etməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.12, 59.1.13, 59.2). Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallara aiddir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hadisədən sonrakı davranışı, şəxsiyyətinin müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası aşağı həddə təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış traktor və motosikletin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 10 (on) saata görə 60 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “Haojue KA150” markalı 01A049 dövlət qeydiyyat nişanlı motosikletin və “Belarus MTZ-80” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı traktorun qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 10 (on) saata görə 60 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar