Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-83/2022 18.08.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə Oktay oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.2006-cı ildə Hacıqabul rayonu Talış kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, X6 1-ci sinifində oxuyan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Talıç kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 aprel 2022-cu il tarixdə saat 19 radələrində dərman preparatları almaq məqsədi ilə Zərərçəkmiş şəxs Hacıqabul rayonu Talış kəndində yerləşən aptekinə azad keçidlə daxil olmuş, orada heç kimin olmamasından istifadə edərək maddi tələbatının ödənilməsi üçün tamah niyyəti ilə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qərarına gələrək bu məqsədlə, qanunsuz olaraq başqa saxlanc yeri hesab edilən dolabı açaraq orada olan 1000 (min) manat pulu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs 1000 (min) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə Oktay oğlunun iştirakı ilə məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 17 aprel 2022-ci il tarixdə saat 18 radələrində əmisi Elgünün arvadı Mehriban onu yanına çağıraraq xəstə olduğu üçün onu Talış kəndindəki Afər aptekindən dərman preparatlarını almağa göndərmişdir. Həmin günü saat 19 radələrində Afərin aptekinə gələrək qapını açıb içəri daxil olmuş, lakin Afəri və başqa şəxsləri aptekdə görməmiş, heç kimin olmadığını görüb aptekdən oğurluq etmək qərarına gəlmiş və dolabın arxasına keçib, dolabı açmış, dolabda çoxlu pulun olduğunu, həmin pullardan götürüb cibinə qoyub aptekdən çölə çıxarkən Afərin aptekə gəldiyini görüb ona «Afər əmi mənə qrip dərmanı lazımdır» demiş, Afər də ona dərman preparatlarını ona vermiş, o, da 1 ədəd 20 manatlıq pul əskinazı Afərə vermiş, Afər pulun qalığı olan 15 manatı geri qaytarmışdır. Tələsik aptekdən çıxıb həyacanlı olduğu üçün, orada olan mağazaya daxil olub bir ədəd su alıb su içə-içə evə tərəf qaçmağa başlamış, yolda mobil telefonunu cibindən çıxardarkən oğurladığı puldan bir neçə ədəd 100 manat əskinazlarının yerə düşdüyünü görmüş, lakin yerə düşən pulu götürməyib qaçıb evə getmişdir. Evə gedəndən sonra oğurladığı pulu saymış, 670 (altı yüz yetmiş) manat olduğunu görmüş, lakin yerə neçə manat pulun düşməsini bilməmişdir.Həmin pulu özünə məxsus ayaqqabının içərsinə qoymuşdur. Aradan bir neçə dəqiqə keçəndən sonra rayon PŞ-nin əməkdaşlarının yaşadığı evə gəldiklərini görmüş, etdiyi əməlindən peşman olduğu üçün oğurladığı pulu anası Şahid1 verib Talış kəndindəki Afərin aptekindən oğurladığını bildirmiş, Gülnar da Nicatı çağıraraq olmuş hadisəni danışıb pulu ona vermiş və polis əməkdaşları ilə birlikdə rayon PŞ-nə gəlmişdir. Oğurluq edən zaman onu heç kim görməmişdir. O, əvvəllər oğurluq etməmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq edilməmişdir. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tamamilə ödəmişdir. Törətdiyi əməldən peşmandır. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqıbalu rayonu Talış kəndinin mərkəzində özünə məxsus apteki var. Həmin aptekdə dərman preparatlarının satışı ilə məşğul olur. 17 aprel 2022-ci il tarixdə saat 19 radələrində aptekdən çölə çıxıb qonşuda ehtiyyat hissələri satan X3 mağazasına söhbət etməyə gedərkən, aptekin qapısı açıq qalmışdır. Bir neçə dəqiqə Elşad ilə söhbət edib aptekə qayıdarkən həmkəndlisi Nicat oğlu Riyadın aptekdən çıxdığını görmüş, Riyad onu görən kimi «Afər əmi mənə qrip dərmanı lazımdır» demiş, Riyada dərman preparatları vermiş, Riyad 1 ədəd 20 manatlıq pul əskinazı ona vermiş, həmin pulun 15 manat qalığını geri qaytarmışdır. Dolaba qoyduğu dərman preparatlarını almaq üçün topladığı puldan 1000 (min) manatının yerində olmadığını bilmişdir. Bundan sonra da RPŞ-nə 1000 (min) manat pulunun aptekdən oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olmasını bilmişdir. Ona dəymiş 1000 (min) manat ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia tələbi və şikayəti olmadığını bildirmişdir. Üzürlü səbəblərdən məhkəməyə gələ bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs onun oğludur. 17 aprel 2022-ci il tarixdə saat 18 radələrində oğlu Riyad qayını Elgünün arvadı Mehriban üçün yaşadıqları Talış kəndində Afər adlı şəxsin aptekindən dərman preparatlarını almaq məqsədi ilə aptekə getmişdir. Aradan bir neçəddəqiqə keçəndən sonra oğlu Riyad evə gəlib aldığı dərman preparatlarını alıb gətirərək Mehribana vermişdir. Aradan bir neçə dəqiqə keçəndən sonra rayon PŞ-nin əməkdaşlarının yaşadığı evə gəldiklərini görmüş, oğlu Riyad ona yaxınlaşaraq əlində pulu göstərib Talış kəndində olan Afər aptekindən oğurladığını bildirmişdir. Riyadın etdiyi hərəkətə görə ona iradını bildirib, polis əməkdaşlarına hadisəni düzgün danışmasını deyib əri Qanuni nümayəndə Oktay oğlunu çağırıb olmuş hadisəni ona danışıb pulu ona vermişdir. Rolis əməkdaşları onlara yaxınlaşaraq Riyaddan hər hansı bir oğurluq cinayəti edib, etməmsini soruşmuş, Riyad da törətmiş olduğu cinayət əməlini səmimi etiraf etmiş və Nicat da pulu polis əməkdaşlarına göstərərək Nicat Riyad ilə birlikdə rayon PŞ-nə getmişlər. Şahid Qanuni nümayəndə Oktay oğlu məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, hadisə yeri X4 yaşaığı Hacıqabul rayonu Talış kəndində yerləşən aptekdə yerləşir. Baxış keçirilən zamanı oğurluq hadisəsinin baş verdiyi aptek mişar daşından tikilmiş, üstü dəmirlə örtülmüş, 2 pencərəsi, bir qapısı vardır. Pencərələr 1,40 metr, qapı isə 2 metr hündürlükdə və 1,40 metr enindədir. Pencərə ilə qapının üst tərəfi qorunmaq üçün dəmir materialdan düzəldilmş barmaqlıqlar vardır. Aptek 2 otaqdan ibarətdir. 1 otaq anbar kimi və çöl otaq isə dərman preparatlarının satış yeri kimi nəzərdə tutulmuşdur. Aptekdə satıcı ilə alıcı arasında taxtadan düzəldilmi, üstü şüşə ilə bağlanılmış, alt hissəində dolablar olan piştaxta vardır. Dərman preparatları yığılan 18 ədəd dolablar açıq və 1 ədəd dolablar isə bağlı vəziyyətdədir. 1000 (min) manat pul yazı masasının alt tərəfində olan dolabdan oğurlanmışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə -İxtisası Təhsil Müəssisəsi X7 vermiş olduğu xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin peşə liseyində “radioteleviziya aparatlarına xidmət və təmir radiomexaniki” ixtisası üzrə İ kurs tələbəsidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs başqa saxlanc yerinə - aptekə qanunsuz daxil olaraq tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla maddi ziyan vurması, yəni oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci (Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir) maddəsinin tələblərini nəzərə alınmaqla CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmamasını, tələbə olmasını, zərər çəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halların olması, ağırlaşdırıcı halların olmaması nəzərə alınaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayon-Şirvan şəhəri (təhsil aldığı müddətdə) ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun-Şirvan şəhərinin (təhsil aldığı müddətdə) ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №1(071)-83/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-83/2022
18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver