Məhkəmə qərarları › İş №1(071)-83/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-83/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-83/2024 05.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X14 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – X8 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı ildə Hacıqabul (Qazı-Məmməd) rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2arəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhərinə daşımış, 11 aprel 2024-cü il tarixdə saat 09 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman təmiz çəkisi 0,231 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan tünd göy rəngli şalvarının ön sol cibində gizlətdiyi bir ədəd kağız bükümün içərsindən aşkar edilərək götürülmüşdür. Beləliklə, X10 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X8 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X18 ilkin ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, həmin gün yaşadığı evdə atası ilə problemi olduğu üçün o, evdən çıxaraq bibisigilə getmişdir. Həmin vaxt evdə bibisi oğlu Əlvi Talıbov olmuşdur. Gecə orada qalmışdır. Ertəsi gün yuxuda olarkən evə polis əməkdaşları gəlmiş, onu və bibisi oğlu Əlvini saxlamışlar. Ona polis şöbəsində hədə-qorxu gələrək etiraf etməyəcəyi təqdirdə Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə cinayət işi başlanacağını bildirdilər, o isə 234.1-ci maddə ilə razılaşmışdır. Saxlanıldıqdan sonra barəsində həbs qətiimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən məhkəmədə hakim ona polis şöbəsində təzyiqin olub-olmaması ilə bağlı sual vermişdir. Həmin vaxt təqsirini etiraf etmiş və narkotik vasitəni arada istifadə etdiyini demişdir. Baxmayaraq ki, o, saxlanılmamışdan 5-6 gün əvvəl “şüşə” adlandırılan narkotik vasitəni istifadə etmişdir, lakin saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Heroin adlandırılan narkotik vasitəni isə əvvəl Moskvada yaşayarkən istifadə etmişdir. Verilmiş suallara əsasən, əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları ona bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə razılaşmasa, barəsində həmin məcəllənin 234.3-cü maddəsi ilə ittiham veriləcəkdir. Ona görə də məhkəmə nəzarəti qaydasında barəsində həbs seçilərkən məhkəmədə təqsirini etiraf etmişdir. Ona qarşı təhdid yalnız sözlə ifadə edilmişdir ki, buna dair mötəbər sübutu yoxdur. Ona qarşı polis əməkdaşları tərəfindən ümumiyyətlə zor tətbiq edilməmişdir. O, həmçinin ifadəsində bildirmişdir ki, Abdulla Şaiq küçəsində saxlanılmasına baxmayaraq, cinayət işi üzrə rəsmiləşdirmədə saxlanıldığı yer M.Ə.Rəsulzadə küçəsi kimi qeyd edilmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X8 ilkin ifadəsində göstərilən xüsusatların yoxlanılması üçün aidiyyəti üzrə mobil operatorlardan onun istifadəsində olmuş mobil telefon nömrələrinin anten məlumatları götürülmüş və onun ifadəsində göstərilən məlumatlar öz təsdiqini tapmamışdır. O cümlədən məhkəmə tərəfindən verilmiş sorğular əsasında əldə edilmiş sübutlardan müəyyən edilmişdir ki, X25 eyni vaxtda saxlanılmış və onun barəsində CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərək cinayət işi materialları baxılması üçün aidiyyəti məhkəməyə göndərilmişdir. Yaranmış zərurətlə bağlı ifadənin yoxlanılması üçün məhkəmə tərəfindən üzləşdirmə istintaq hərəkətinin aparılması təklif edilmiş, lakin təqsirləndirilən X18 üzləşmədən imtina edərək, təqsirini etiraf etmiş və əlavə olaraq bildirmişdir ki, bibisi oğlunun məsuliyyətinin yüngülləşdirilməsi üçün Abdulla Şaiq küçəsində saxlanıldığını bildirmişdir, əslində o, X15 evindən çıxarkən saxlanılmışdır. Polis şöbəsində isə üzərinə baxış keçirilərkən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Emin Zərbalıyev son sözündə özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını bildirdi və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ilkin ifadəsində göstərilən xüsusatları inandırıcı hesab etməyək özünümüdafiə xarakterli məlumat kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 11 aprel 2024-cü İl tarixdə Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi 101 nömrəli evdə yaşayan X11 üstündə və yaşadığı evində narkotik vasitə olması, Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs isə Əlvi Talıbovdan narkotik vasitə əldə etməsi barədə əməliyyat məlumatı almışdır. X11 və Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə məruzə etmiş və bu barədə əməliyyat tədbirinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 09:10-da məlumatda göstərilən X11 yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 101 nömrəli evin qarşısında gedərkən Əlvi Talıbovun darvazanın qarşısında, Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs həmin evdən çıxıb bir qədər aralıda olduğunu görmüş, hər iki şəxs saxlanılmış, X11 yaşadığı evdə narkotik vasitələri saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan onun yaşadığı fərdi yaşayış evinə baxış, üzərinə şəxsi axtarış keçiriləcəyi üçün Emin Zərbalıyevin hüquqlarını pozmamaq məqsədi ilə Hacıqabul rayon PŞ-nə məxsus daxili əlaqə olan hava xətti ilə əlaqə saxlanılaraq Təqsirləndirilən şəxs Hacıqabul rayon PŞ-nə aparılması üçün əməkdaşlar dəvət olunmuş, Hacıqabul rayon PŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə aparılmış və daha sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə aparıldıqdan sonra onun üzərindən müdafiəçinin iştirakı ilə və video-kameradan çəkiliş aparılaraq şəxsi axtarış keçirilərkən üzərindən 1 ədəd kağız bükümün içərisində narkotik vasitə heroin aşkar olunmasını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 11 aprel 2024-cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 101 nömrəli evdə yaşayan X11 yaşadığı evdən çıxarkən Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən saxlanılmış, Şahid1 və əməliyyat tədbirlərinin digər iştirakçıları X11 yaşadığı fərdi yaşayış evinə baxış, üzərinə şəxsi axtarış keçiriləcəyi üçün onlar rayon PŞ-nə məxsus hava telefon xətti ilə Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi 101 nömrəli evin qarşısına çağrılaraq Təqsirləndirilən şəxs onun və Hacıqabul rayon PŞnin CAB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə həmin günü saat 09:10-da Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi 101 nömrəli evin yaxınlığından RPŞ-yə gətirilmişdir. Hacıqabul rayon PŞ-də müdafiəçinin iştirakı ilə və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması Təqsirləndirilən şəxs soruşulmuş, o, əynində olan tünd göy rəngli şalvarının ön sol cibində gizlətdiyi bir ədəd kağız bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin elektron tərzidə çəkilərkən 0,33 qram olması müəyyən edilmiş, narkotik vasitə heroin poçt zərfinə qoyularaq qablaşdırılaraq rayon PŞnin 80 saylı möhürü ilə zərf möhürlənmiş, bu barədə tərtib edilmiş protokolun məzmunu ilə tanış olduqdan sonra protokol tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 məhkəməyə verdiyi ifadəsində Şahid2 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxs X12 və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Anar Xəlilova müraciət edərək Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 101-də qeydiyyatda olmaqla yaşayan X4 miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, satış məqsədilə narkotik vasitə əldə etməsi, tanıdığı şəxslərə, o cümlədən X10 narkotik vasitə satması və yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onun ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş 3-13-78/Ə190/2024 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə NMQ-nin baş əməliyyat müvəkkili X19, CAB-nin əməliyyat müvəkkili X16 və CAB-nin əməliyyat müvəkkili X22 daxil edilməklə, qrupa rəhbərlik əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2024-cü il tarixli 398 nömrəli daxil olma ştampı olan, əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əlvi Talibovla yanaşı X18 xx.xx.2024-cü il tarixdə saat 09:10-da Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 101-dən çıxarkən saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilmişdir. X18 həmin gün RPŞ-nin TB-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş X8 üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs X18 əynindəki tünd göy rəngli şalvarın cibindən bir ədəd kağız kəsiyində bükülünü çıxarıb təqdim etmiş, həmin bükülü açılan zaman içərisindən narkotik maddə olan heroinə oxşar maddə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, ƏN-nin MEM-in Şirvan Regional bölməsinə göndərilməsi üçün RPŞ-nin 80 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı X8 üzərindən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmaqla DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs X8 üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X21 Bölməsinin 11 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/395 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində " X8 üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,231 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 0,05 qramı tədqiqata sərf edilmiş, faktiki olaraq təmiz çəkisi 0,181 qram qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X5 dair ekspert komissiyasının 19 aprel 2024-cü il tarixli 2511 nömrəli rəyindən görünür ki, X9 OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən daxil olan 23 aprel 2024-cü il tarixli, 18-1-41/2-342/2024 saylı məktuba əsasən X1-poliklinika şöbəsində narkoloji kabinetində xx.xx.2022-ci ildən qeydiyyatdadır, lakin ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. Məhkəmə təqsirləndirilən şəxs X8 ifadəsi ilə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələri arasında mövcud olan ziddiyyətlə əlaqədar qeyd edir ki, polis əməkdaşları təqsirləndirilən şəxs X12 xx.xx.2024-cü il tarixdə saat 09:10 radələrində Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 11-də saxladıqlarını bildirmiş, lakin təqsirləndirilən şəxs X2 şəhəri, A.Şaiq küçəsində gəzərkən polis əməkdaşlarının ona yaxınlaşdığını ifadəsində bildirmişdir. Yuxarıda qeyd edilən şəxsin tutulduğu ünvan haqqındakı ziddiyyətlə əlaqədar qeyd edilməlidir ki, təqsirləndirilən şəxs X8 tutulmasında iştirak edən polis əməkdaşları tərəfindən verilən ifadələr ilə təqsirləndirilən şəxs X8 məhkəməyə verdiyi ifadəsində onun tutulduğu küçənin cinayət işinin baxılmasında müəyyən şübhələrin yaranmasına səbəb olmasına baxmayaraq, bu hal nəticə etibarı ilə təqsirləndirilən şəxs X8 qeyd edilən cinayətin törədilməsində təqsirini hər hansı şəkildə şübhə altına almır. Belə ki, təqsirləndirilən şəxs X8 şübhəli şəxs qismində harada tutulmasından asılı olmayaraq onun üzərində şəxsi axtarış Hacıqabul RPŞ-nin inzibati binasında xidməti otaqda müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Həmin istintaq hərəkəti Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun aparılmış və nəticədə təqsirləndirilən şəxs X8 üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, X17 ibtidai araşdırma zamanı qeyd edilən hallarla əlaqədar hər hansı bir dövlət orqanına bununla əlaqədar müraciət etməmiş, bundan başqa üzərində şəxsi axtarış aparılarkən tədbirin keçirilməsində iştirak edən müdafiəçiyə bu barədə heç bir məlumat verməmişdir. Yəni, onun müxtəlif dövlət orqanlarına şikayət etmək üçün kifayət qədər imkanı olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər. Həmin Məcəllənin 134.3-cü maddəsinə əsasən cinayət barədə şifahi ərizənin qəbulu, təqsirini boynuna almaqla könüllü gəlmə, tutulma, şəxslərə hüquq və vəzifələrini izah etmə protokolları faktı təsdiq edən sübut növü kimi istifadə oluna bilər. Məhkəmə təqsirləndirilən şəxs X8 istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatlarında onun xx.xx.2024-cü il tarixdə saat 09:10 radələrində Hacıqabul şəhərinin konkret olaraq hansı küçəsində olması müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki X8 törətdiyi cinayət əməli, yəni satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşıması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X8 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik hesab edilən heroin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X8 üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi 0,231 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Bundan başqa “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X8 barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olm adan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, X18 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulma vaxtı saat 09:10-dan hesablanmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə X18 cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 4(071)-23/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, X18 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin 11 aprel 2024-cü il tarixdən saat 09:10-dan hesablanması müəyyən edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-83/2024 saylı hazırlıq iclasının qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxs X18 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 522 saylı arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs X2 şəhər 28 may küçəsi 42 saylı ünvanda qeydiyyatda olmasına baxmayaraq, ünvan 4. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul şəhər İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, X18 barəsində Hacıqabul rayon İH-nin Başçısının Hacıqabul şəhər İƏDüzrə nümayəndəliyinə müsbət rəy daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixli tələbnamədən və müvafiq məhkəmə aktlarından görünür ki, X3 Ağır Cinayətlər Məhkəməsinin 8 noyabr 2017-ci il tarixli, 1(089)-443/2017 nömrəli hökmünə əsasən X18 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin Məhkəməyə sorğu verilmiş və həmin sorğuya cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş, hökm 30 noyabr 2017ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Daha sonra təqsirləndirilən şəxs X18 14 saylı məntəqə tipli CÇM-nin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Daha sonra o, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)- 73/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza müddəti xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(007)-88/2024 saylı qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-73/2022 saylı hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş qalan 1 ay 16 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Yuxarıda göstərilənlərdən məlum olur ki, həm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 noyabr 2017-ci il tarixli, həm də, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmləri ilə təqsirli bilindiyi cinayət əməllərinə görə məhkumluqlar ödənilmədən X18 hazırki cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X8 törətdiyi cinayət əməlini sonradan etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarına əsasən şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasəan cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Hazırki cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan sonra təqsirləndirilən şəxs Zərbalıyev Emin əvvəlki törətmiş cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmədiyi halda xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, X8 Azərbaycan Respublikası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə yaranmış məhkumluqlar hazırki ittiham üzrə xx.xx.2024-cü il tarixdə cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Bununla da X18 məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin təhlükəli residivini yaradır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X8 əməlində cinayətlərin residivi olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxs X18 əvvəl də eyni xarakterli cinayət əməlini törətmişdir. Bu da onu göstərir ki, X10 əvvəllər təyin olunmuş cəzalar onun islah olunmasına yetərli şəkildə təsir etməmişdir. Odur ki, məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxs X8 cəzasını yüngülləşdirən hal və həmçinin cəzasını ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri X10 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X18 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bundan başqa, X18 hazırki hökmlə ona təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı cəzaçəkmə müddətinin əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 11 aprel 2024-cü il tarixdən hesablamalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa, oş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, X8 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. X18 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, təqsirləndirilən şəxs X6 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 0,181 qram heroin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs X8 üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 0,181 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs X8 üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri cəmi 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X8 məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X10 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 25 (iyirmi beş) saata görə 150 (doxsan) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X18 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. X18 hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2024-cü il tarixdən hesablansın. X18 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X10 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 0,181 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat X6 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs X10 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 25 (iyirmi beş) saata görə 150 manat, pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar