Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-83/2025 16.10.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşımaqla etibarnamə əsasında idarə etdiyi VAZ 2107 minik markalıı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 15 mart 2025-ci il tarixdə saat 22 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri M.F.Axundov küçəsində saxlanılaraq idarə etdiyi avtomobilə baxış aparılan zaman onun qanunsuz olaraq satış məqsədilə əldə etdiyi 18 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri -3,26 qram, 2,43 qram, 3,28 qram, 3,36 qram, 2,83 qram, 2,08 qram, 2,57 qram, 2,77 qram, 3,06 qram, 3,54 qram, 3,14 qram, 3,33 qram, 3,35 qram, 2,88 qram, 2,50 qram, 2,98 qram, 3,38 qram, 3,08 qram və 01 ədəd polietilen torbada təmiz çəkisi- 49,56 qram olmaqla, ümumi təmiz çəkisi 103,38 qram orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana VAZ 2107 minik markalıı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacaqlarının arasındakı saxlanc yerində olan 01 ədəd sellofan torbanın içərisindən aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2024-cü ilin yanvar ayının əvvəlləri azadlığa buraxılmışdır. Həmin vaxtdan Hacıqabul şəhərində etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti göstərmiş və bununla evinə çörək qazanmışdır. Uzun müddət narkotik vasitələrdən istifadə etmişdir. 15 mart 2025-ci il tarixdə saat 21 radələrində idarə etdiyi VAZ 2107 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Hacıqabul şəhərində yerləşən “Hacıqabul" marketin qarşısında dayanmışdır. Marketin qarşısında olan zaman hal-hazırda adını tanımadığı, lakin Hacıqabul şəhəri “Çkalov” adlanan ərazidə yaşayan şəxs ona yaxınlaşmış və onu evə aparmasını xahiş etmişdir. Onunla 3 manata razılaşmış və avtomobilinə əyləşmişdir. O, həmin şəxsi fərdi yaşayış evinə düşürdükdən təqribən 5 dəqiqə sonra yolun qırağında tanımadığı bir şəxsin əl işarəsi eləməsini görmüş və avtomobili onun yanında saxlamışdır. Həmin şəxs onu yaşadığı evə aparmasını xahiş etmişdir. O, həmin şəxsin yaşadığı Çkalov adlanan əraziyə daxil olmuş və yaşadığı fərdi yaşayış evinin yerləşdiyi küçə istiqamətində hərəkət etmişdir. Həmin şəxs hazırda tam xatırlamadığı fərdi yaşayış evinin qarşısında avtomobili saxlamasını və burada gözləməsini ondan xahiş etmişdir. Təqribən 3 dəqiqə sonra həmin şəxs evdən çıxmış və əlində olan 01 ədəd sellofan torbanı ona verərək qarşıdakı küçəyə sürməsini və onun qarşına adam çıxaraq həmin sellofan torbanı ondan götürəcəyini bildirmişdir. Həmin şəxs avtomobilin ön hissəsində oturacaqların arasında yerləşən saxlanc yerində əşya olub-olmamasını soruşmuş, o, cavab olaraq saxlanc yerinin boş olmasını bildirmişdir. Həmin şəxs əlində olan 01 ədəd sellofan torbanı saxlanc yerinin içərisinə qoyması üçün ona vermiş, o, həmin sellofanı ondan alıb saxlanc yerinə qoymuş və həmin sellofanın içərisində nə olmasına baxmamışdır. O, avtomobillə hərəkət etməyə başlayan zaman təqribən 2 dəqiqə sonra qarşıdan gələn hal-hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı minik avtomobilinin onun qarşısını kəsməsini görmüşdür. O, bu hadisədən qorxaraq onlardan qaçmağa cəhd etmiş və idarə etdiyi VAZ 2107 markalı **- BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə arxa istiqamətində sürməyə başlamışdır. Həmin vaxt arxa tərəfdən hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin onun yolunu kəsdiyini görmüşdür və o, onlardan qaçmaq üçün yenidən qarşısında olan avtomobilin üzərinə sürməyə başlamış və idarə etdiyi avtomobili həmin avtomobilin sol hissəsinə vuraraq qarşıda dayanmışdır. Sonradan ona məlum olmuşdur ki, mülki geyimdə olan şəxslər polis əməkdaşları olmuşlar. Mülki geyimdə olan şəxslər cəld avtomobildən düşüb ona yaxınlaşmışlar. Həmin şəxslər onun qolundan tutaraq Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim edib qoluna qandal vurmuşlar. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində yoxlama aparılacağını ona bildirmiş, hüquq və vəzifələrini elan etmişdirlər. Özünü Hacıqabul rayon polis şöbəsinin əməkdaşı kimi təqdim edən Şahid6 üzərində aparılacaq yoxlama zamanı videoçəkilişdən istifadə olunacağını bildirmiş, üzərində və ya avtomobilində hər hansı qanunla qadağan edilmiş əşya və predmetin olub-olmamasını soruşmuşdur. O, polis əməkdaşına üzərində hər hansı qadağan edilmiş əşya və predmetin olmadığını bildirmiş, narkotik vasitənin idarə etdiyi VAZ 2107 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ön hissəsində oturacaqların arasında yerləşən saxlanc yerində olmasını bildirmişdir. Əməliyyatçı onun üzərində yoxlama aparmış və üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Daha sonra əməliyyatçı tərəfindən idarə etdiyi VAZ 2107 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilərkən ön hissədə oturacaqların arasında yerləşən saxlanc yerindən 01 ədəd sellofan torba aşkar edilmişdir. Əməliyyatçı həmin sellofan torbanı açdıqda içərisində 18 ədəd kibrit qutusu və 01 ədəd sellofan torba aşkar edilmişdir. Əməliyyatçı tərəfindən aşkar olunan 18 ədəd kibrit qutusu və 01 ədəd sellofan torba açılmış və içərisindən narkotik vasitə marixuanya bənzər kütlə aşkar edilmişdir. 18 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş və çəkisinin 107 qram olduğu müəyyən edilmişdir. Daha sonra 01 ədəd sellofan torba elektron tərəzidə çəkilmiş və çəkisinin 53 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Daha sonra onu polis şöbəsinə dəvət etmişdirlər və üzərində yoxlama aparılması ilə bağlı protokol tərtib olunmuş və həmin protokol imzalarla təsdiq olunmuşdur. Bundan sonra polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Namazov Tural kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşdurlar. O, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirmiş, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan etmiş, bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Vəkil X6 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin aşkar edildiyi selofan torbanın hazırda adını xatırlamadığı şəxs tərəfindən ona verildiyini, torbanın içərisində narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, o, Hacıqabul rayon X3 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 mart 2025-cı il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində və avtomobilində daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbənin ifşa edilməsi və üzərində yoxlama aparılması ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəisinin əmri ilə qrup rəhbəri kimi ondan, qrup üzvü kimi Hacıqabul RPŞ-nin əməkdaşları Şahid3, Şahid2, Şahid5, Şahid4 və Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul şəhəri ərazisində əməliyyat tədbirini qurmuşdurlar. 15 mart 2025-ci tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri M.F.Axundov küçəsinin yaxınlığında idarə etdiyi VAZ 2107 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olmasını görmüşdürlər. Onlar idarə etdikləri VAZ 2107 markalıı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun qarşısında saxlayaraq dayandırmaq istəmişlər, lakin Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərmiş, lakin o, qaçarkən onun idarə etdiyi avtomobil onların idarə etdiyi avtomobilə dəydikdən sonra dayanmışdır. Onlar birlikdə Təqsirləndirilən şəxs tərəf yaxınlaşaraq onu saxlamış, özlərini təqdim edərək Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını və üzərində və idarə etdiyi avtomobildə yoxlanış aparılacağını bildirmiş, hüquq və vəzifələrini elan etmiş, yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını demişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsim təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olmadığını və avtomobilində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində yoxlama aparmağa başlamışdır. Lakin onun üzərində hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. O, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2107 markalıı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön oturacağının üzərindən 01 ədəd Samsung markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra avtomobilə baxış keçirilərkən ön oturacaqların ortasında yerləşən saxlanc yerindən 01 ədəd bəzəkli sellofan paket aşkar edilmişdir. Həmin sellofan paket açıldıqda, içərisindən 18 ədəd kibrit qutusu və 01 ədəd sellofan torba aşkar edilmişdir. Həmin 18 ədəd kibrit qutusuna və sellofan bükülüyə baxış keçirildikdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. 18 ədəd kibrit qutusu elettron tərəzidə çəkilmiş və çəkisi 107 qram müəyyən olunmuşdur. Daha sonra 01 ədəd sellefon bükülü eletron tərəzidə çəkilmiş və çəkisi 53 qram olması müəyyən olunmuşdur. Hər iki kütlə 01 ədəd zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Avtomobil baxış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra şəxsi polis şöbəsinə dəvət edib, birlikdə polis şöbəsinə gəldikdən sonra tərəfindən şübhəli şəxsin üzərində yoxlama və avtomobilə baxış aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişdirlər. Daha sonra Hacıqabul rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Tural Namazovun xidməti otağına daxil olmuşdurlar. Tural Namazov tutulduğunu bildirmiş, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildirişlər vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddı imkanının olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X1 Babayevun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs avtomobilə baxış zamanı aşkar olunan əşyaya yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir Bundan sonra təhqiqatçının, onun, müdafiəçinin və Təqsirləndirilən şəxsun iştirakı ilə aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərinə hər biriləri tərəfindən imzalar edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid4, Şahid1, Şahid5, Şahid2 Şahid6 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadələri elan olunmaqla tədqiq edilmiş və məlum olmuşdur ki, o, şahidlər Şahid1, Şahid6, Şahid5, Şahid2 və Şahid4 ilə eyniməzmunlu ifadələr vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2107 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən ön oturacaqların arasında olan saxlanc yerindən 1 ədəd sellofan paket aşkar edildi. Selofan paket açıldıqda içərisindən 18 ədəd kibrit qutusu və 1 ədəd selofan bükülü aşkar edildi. Həmin kibrit qutuları və selofan bükülüyə baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edildi. Həmin kütlələr elektron tərəzidə çəkildikdə 18 ədəd kibrit qutusunun ümumilikdə çəkisi 107 qram, 1 ədəd selofan bükülünün çəkisi isə 53 qram oldu. Həmin kütlələr zərfə qoyularaq möhürləndi. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2107 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 18 ədəd kibrit qutusu və 1 ədəd polietilen torbada qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan maddəyə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/241 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 18 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi - 3,26 qram, 2,43 qram, 3,28 qram, 3,36 qram, 2,83 qram, 2,08 qram, 2,57 qram, 2,77 qram, 3,06 qram, 3,54 qram, 3,14 qram, 3,33 qram, 3,35 qram, 2,88 qram, 2,5 qram, 2,98 qram, 3,38 qram, 3,08 qram, 01 ədəd polietilen torbada təmiz çəkisi – 49,56 qram olmaqla, ümumi təmiz çəkisi 103,38 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkbli olan narkotik vasitə qurudulmuş marixuanadır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 5 qram, külli miqdarın həddinin 500 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2378 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və KANNABİNOİDLƏRİN birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər narkoloji mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X8 verdiyi xx.xx.2025-ci il tarixli, 18-141/2- 285/2025 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın konsultativ poliklinika şöbəsinin narkoloji kabinetində xx.xx.2022-ci ildən qeydiyyatdadır, lakin ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 101,48 qram qalmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 3 dəfə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Babayev X5 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 06 ay 26 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa, Babayev X4 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 09 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 308 saylı arayışdan müəyyən olunur ki, Babayev X4 şəhəri M.Ə.Rəsulzadı küçəsi 114 saylı ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə mənfi rəy daxil olmuşdur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21:23-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-14/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda residiv təhlükəli hesab edilir. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. İş materiallarından görünür ki, Babayev X5 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli törədilərkən həm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə həm də, Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayətlərə görə məhkumluqların qanunla müəyyən edilmiş qaydada ödənilməməsi nəzərə alınmalı və onun əməlində cinayətlərin təhlükəli residivinin olması müəyyən edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ziddiyyətli ifadələr verməklə idarə etdiyi avtomobildə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin yerləşdiyi selofan paketin ona adını xatırlamadığı şəxs tərəfindən verildiyini, narkotik vasitələrinin satışı ilə məşğul olmadığını bildirmişdir. Lakin təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılması zamanı videoçəkilişə baxış keçirilərkən məlum olur ki, Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitənin olmadığını, idarə etdiyi avtomobildə isə narkotik vasitənin olması barəsində polis əməkdaşlarına könüllü şəkildə məlumat verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyil, həmdə bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bükülməsi, onların hazırlanması üşün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananın ümumilikdə 18 ədəd kibrit qutusunda olması, həmin qutuların çəkilərək qablaşdırılması Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə üzərində saxlayaraq daşıdığına əsas verir. Eyni zamanda, Təqsirləndirilən şəxs aşkar edilmiş kibrit qutularının çəkilərinə diqqət yetirildikdə onların hamısının təxminən eyni çəkidə olduqları müəyyən edilir. Bundan başqa, təqsirləndirilən şəxsin üzərində “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ifşa ediləcəyini anladıqdan sonra idarə etdiyi avtomobillə təhlükəli manevrlər edərək orada uzaqlaşmağa çalışmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələrdən məlumatsız olması, həmin narkotik vasitənin kənar şəxslər tərəfindən ona verilməsi və selofan paketin içərisində narkotik vasitənin olmasından xəbərsiz olması barədə verdiyi ifadələr iş üzrə tədqiq edilmiş digər mötəbər və bir-biriləri ilə uzlaşan sübutlarla ziddiyyət təşkil edir. Belə olan vəziyyətdə, məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsini mötəbər sübut kimi qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları müəyyən etməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də, narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməllərini törətməkdə təqsirləndirilərək barəsində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq əvvəlki cinayət əməllərinə görə məhkumluqlar ödənilmədən yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından görünür ki, Hacıqabul rayon məhkəməsinin 4(071)- 14/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 mart 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Hacıqabul rayon polis şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 101,48 qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi münasibətdə işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına təqdim edilmiş hesabata uyğun olaraq pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış tədqiqata sərf etdikdən sonra faktiki olaraq təmiz çəkisi 101,48 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASCnin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-83/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-83/2025
16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver