Məhkəmə qərarları › İş №1(071)-84/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-84/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-84/2023 18.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Rusiya Federasiyasının Tümen vilayətinin Meqiona rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücülüklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Saybalı kəndində qeydiyyatında olmaqla, Ağdam rayonu Quzanlı köçkün qəsəbəsinin 2-ci qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 02 may 2023-cü il tarixdə saat 00:05 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “X12” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə riayət etməyərək nəqliyyat vasitəsinin idarə etmək üçün müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən 151-ci km-də Qazax istiqamətində 110 km/saat sürətlə hərəkət etdirərkən həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozaraq yol hərəkətinin iştirakçısı olmaqla ötməzdən qabaq xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməklə təhlükəsiz manevr aparmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, lazımı əməliyyatları (tormozlama və s.) vaxtında və düzgün yerinə yetirməyib ötmə edərkən avtomobilin təhlükəsiz hərəkətini təmin etməyərək avtomobili sol zolaqdan sağ zolağa doğru manevr etdirərkən qabaq hissəsini qarşıda sağ hərəkət zolağında 75 km/saat sürətlə hərəkətdə olan 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transit” markalı vaqon tipli **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol yan hissəsi ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan “Ford Transit” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs başın təpə-ənsə sərhəddində əzilmiş-cırılmış yara, sağ əldə İİİ barmağın uc falanqasının travmatiq amputasiyası, döş qəfəsi və sağ dizin əziyi, hər iki saidin sıyrıqları, üsy çənə sağ dişlərin zədələnməsi xəsarətləri almaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “X12” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini satmaq məqsədi ilə Bakı şəhər sakini Şahid2 almışdır. Həmin avtomobil Ulduzun həyat yoldaşı X4 adına olmuş, Qiyas rəhmətə getdiyi üçün avtomobil Ulduzun adına sənədləşdirildikdən sonra avtomobilin pulunu ödəyib öz aralarında alqı-satqı edəcəkdilər. Şahid2 həmin avtomobilin açarını xx.xx.2023-cü il tarixdə ona vermişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında bir nəfər tanışı ilə 50 qram araq və 2 bakal pivə içmişdir. Sonra telefon zəngi gəldiyindən təcili olaraq Ağdam rayonuna getməli olmuşdur. İçkili vəziyyətdə “X12” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə Bakı şəhərindən Ağdam rayonuna yola düşmüş, yoldan iki nəfər tanımadığı şəxsi götürərək yoluna davam etmişdir. Avtomobil saz vəziyyətdə olmuş, hər hansı nasazlığı olmamışdır. Hava qaranlıq və çiskinli idi. Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun ərazisindən keçən hissəsində Qazax istiqamətində sol hərəkət zolağında 110 km/saat surətlə hərəkətdə etmişdir. Həmin vaxt sağ hərəkət zolağında düzünə hərəkətdə olan “Ford Transit” markalı yük avtomobilini ötmə edərkən sol hərəkət zolağında avtomobilindən qarşıda hərəkətdə olan nömrəsini və markasını xatırlamadığı minik avtomobilini görmüş, bu an sükanı sağa alaraq sağ hərəkət zolağına doğru hərəkət etmək istədikdə avtomobilinin qabaq sağ tərəfi, Ford markalı avtomobilin sol yan hissəsinə çırpılmış və hər iki avtomobil sağa istiqamətlənərək yoldan torpaq sahəyə çıxmış, Ford markalı avtomobil aşmışdır. Həmin avtomobilin sürücüsü və sərnişini xəsarət almışdır. Özü hadisə nəticəsində heç bir xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, özünə məxsus “Ford Transit” markalı vaqon tipli **- GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili var. Həmin avtomobillə meyvə-tərəvəz məhsulu daşımaqla məşğuldur. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində meyvəli bazarından meyvə-tərəvəz məhsulu götürüb satış nöqtələrinə aparmaq üçün idarə etdiyi “Ford Transit” markalı avtomobili ilə dostu Şahid1 ilə birlikdə Qaradağ rayonundan Ağcabədi və Tərtər rayonlarına yola düşmüşdür. Avtomobildə ümumi çəkisi 2621 kq olmaqla 5040 manat dəyərində meyvə, tərəvəz məhsulu olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində Qazax rayonu istiqamətində sağ hərəkət zolağında düzünə 75 km/saat sürətlə hərəkətdə olarkən avtomobilinin arxa və sol yan hissəsindən zərbə ilə nə isə dəymişdir. Zərbənin təsirindən avtomobili sağa torpaq sahəyə çıxaraq aşmış, o və sərnişini Hilal xəsarət almışdır. Yerə düşdükdə avtomobilindən arxada qabaq sağ qanadı əzilmiş, sağ təkəri partlamış ağ rəngli X13 markalı avtomobilin olduğunu görmüşdür. Həmin an başa düşmüşdür ki, onun avtomobilini arxadan hərəkətdə olan həmin avtomobil vurub. Həmin avtomobilin sürücüsü sərxoş olmuş, hadisə nəticəsində o və sənişini xəsarət aldıqları üçün hadisə yerinə gələn TTTY maşını ilə Kürdəmir RMX-na getmişlər. Onlara ilkin tibbi yardım göstərilmişdir. Bir gecə xəstəxanada qaldıqdan sonra müalicəsini davam etdirmək üçün Bakı şəhərinə getmişdir. Avtomobilinin zədələnməsi nəticəsində ona 12300 manat, daşıdığı meyvə və tərəvəz məhsullarının məhv olması nəticəsində isə 5040 manat zərər dəymişdir. Bugünədək ona heç bir köməklik göstərilməmiş, dəymiş zərəri ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən avtomobilinin zədələnməsi nəticəsində ona dəymiş 12300 manat zərərin, meyvə və tərəvəz məhsullarının məhv edilməsi nəticəsində dəymiş 5040 manat zərərin və işləmədiyi dövrlər üçün 10000 manat zərərin təqsirləndirilən şəxsdən alınaraq ona verilməsini, təqsirləndirilən şəxsi törətdiyi cinayətə görə cəzalandırılmasını istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə dostu Zərərçəkmiş şəxs məxsus «Ford Transit» markalı vaqon tipli **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərindən meyvəli bazarından meyvə və tərəvəz məhsulları götürüb, satış nöqtələrinə aparmaq üçün Ağcabədi və Tərtər rayonununa yola düşüblər. xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində yolun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən avtomobillərinin arxa və sol yan hissəsindən zərbə ilə nə isə dəymiş, zərbənin təsirindən avtomobilləri sağ torpaq sahəyə çıxaraq aşmışdır. O və Elşad xəsarət almışdır. Avtomobildən düşdükdə avtomobillərinin arxa hissəsində qabaq sağ tərəfi əzilmiş və qabaq sağ təkəri partlamış ağ rəngli «X13» markalı avtomobilin olduğunu görmüşdür. Həmin avtomobilin sürücüsü avtomobildən düşən zaman sürücünün sərxoş olduğunu görmüş və başa düşmüşdür ki, onların avtomobilini vuran həmin «X14» markalı avtomobildir. Hadisə nəticəsində avtomobillər əzilmiş və avtomobildə olan bütün meyvə, tərəvəz məhsulları tələf olmuşdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, 17 iyul 2012-ci il tarixində X8 ilə ailə həyatı qurmuş, birgə nigahlarından bir oğlan övladları var. Birgə nigahları dövründə «X12» markalı **-HD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini alıb həyat yoldaşının adına sənədləşdirmişlər. Həyat yoldaşı xx.xx.2022-ci il tarixdə vəfat etmiş, avtomobil qarajda qaldığı üçün idarə edən olmamışdır. Avtomobili satmaq qərarına gəlmiş, həyat yoldaşının ili çıxmadığı üçün həmin avtomobili idarə etməmişdir. Həmin avtomobili idarə etmək üçün açarını tanışı Faiq adlı şəxsə xx.xx.2022ci il tarixindən etibar etmiş, Faiqin də avtomobili almaq fikri olmuşdur. Vərəsəliklə bağlı sənətləşdirmə aparıldıqdan sonra avtomobili Faiqə sataçaqdı. xx.xx.2023-cü il tarixdə Faiq onlara gələrək rayona gedərkən Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax yolunda Qazax istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan yük avtomobili ilə toqquşduğunu, avtomobillərin əzilərək avtoqəza törətdiyini bildirmişdir. Avtomobilin əzilməsi nəticəsində dəymiş maddi zərərlə bağlı Faiqdən heç bir şikayəti, iddia və tələbi yoxdur. Avtomobili idarə etmək üçün xx.xx.2022-ci il tarixdən etibarən Faiqə etibar etmiş, hadisə günü Faiqin avtomobili sərxoş halda idarə etməsindən xəbəri olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 88 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 89 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Hacıqabul rayonunun Qarasu kəndindən keçən 151-ci km-də olmuşdur. Qazax istiqamətində hərərkət hissəsi birtərəfli olmaqla iki hərəkət zolağından ibarət olub, eni 7,5 metrdir. Sağ ehtiyyat hissəsinin eni 3,5 metr, sol ayrıcı zolağın eni 4,4 metr, ayrıca zolağıda 90 sm bərabər hündürlükdə arakəsmələr vardır. Hadisə baş verən yer yaşayış sahəsi deyil. Maksimal sürət 110 km/saatdır. Hərəkət hissəsi düz, hamar, üfüqi olmaqla asfalt örtüklüdür. Asfalt örtük üzərində heç bir defekt yoxdur. Qazax istiqamətində sağ hərəkət zolağında sağa istiqamətlənmiş şüşə, boya hissəcikləri müşahidə olunmuş hissələrin bərabərliyində sağ ehtiyyat hissəsində ağ rəngli X13 markalı avtomobildən qırılıb qalmış sağ yan güzgüsünün üst hissəsi müşahidə olunur. Qazax istiqamətində sağ hərəkət zolağında müşahidə olunan şüşə, boya hissəciklərinin Qazax istiqamətində hərəkət hissəsinin sağ kənarına kimi olan məsafə 2,3 metrdir. Hadisə anına kimi Ford Tranzit markalı yük avtomobili Qazax istiqamətində sağ hərəkət zolağında sarı bütöv düz xətlə doğru Qazax istiqamətində hərəkətdə olmuş, X13 markalı avtomobil ötmə edən zaman avtomobilin qabaq sağ qanadı və sağ yan hissəsi Ford Tranzit markalı avtomobilin sol yan hissəsi ilə toqquşmuş və hər iki avtomobil sağa istiqamətlənərək hərəkət hissəsindən çıxmışdır. Ford tranzit markalı yük avtomobilində olan kənd təsərrüfatı məhsulları torpaq sahəyə tökülmüşdür. “Hadisə yerinə baxış gündüz vaxtı, süni işıqlandırma şəraitində aparılmış, baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1990cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-cil tarixədək etibarlı olan) BC 257802 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, xx.xx.2023-cü il tarixdə həmin sürücülük vəsiqəsi (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BD 051695 nömrəli В C D CE katoqoriyalı sürücülük vəsiqəsinə dəyişdirilmiş, onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. AB 947002 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Ford Tranzit” yük markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs mülkiyyətindədir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 135 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - başın təpə-ənsə sərhəddində əzilmiş-cırılmış yara, sağ əldə İİİ barmağın uc falanqasının travmatik amputasiyası, döş qəfəsi və sağ dizin əziyi, hər iki saidin sıyrıqları, üst çənədə sağ dişlərin zədələnməsi- küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 02 may 2023-cü il tarixdə hərəkətdə olan «X12» markalı və «Ford Transit» markalı avtomaşınların toqquşması nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1471 saylı rəyindən görünür ki, təqdim olunmuş məlumatlara əsasən «X12» markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Ford Transit» markalı **- FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər xidmətindən əldə edilmiş, baş vermiş müvafiq yol nəqliyyat hadisəsinin videogörüntülərinin əks olunduğu 1 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən 151-ci km-də Qazax istiqamətində “X12” markalı avtomobilin qabaq sağ hissəsi qarşısında eyni istiqamətdə hərəkətdə olan “Ford Transit” markalı yük avtomobilinin sol yan hissəsi ilə toqquşmuşdur. Hadisədən sonra hər iki avtomobil sağa istiqamətlənərək yoldan çıxmış və “Ford Tranzit” markalı yük avtomobili aşmışdır. “Avtomobilin maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “X12” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahibi X3 təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Ağdam rayon İHB Quzanlı köçkün qəsəbəsi kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Ağdam rayon İHB Quzanlı köçkün qəsəbəsi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Saybalı kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu Quzanlı köçkün qəsəbəsinin 2-ci qəsəbəsində 2014cü il təvəllüdlü oğlu X6 və 2016-cı il təvəllüdlü oğlu X7 və arvadı X1 ilə birlikdə yaşayır. Kürdəmir Avtonəqliyyat ASC tərəfindən verilmiş rəydən (ziyan aktından) görünür ki, “Ford Transit” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü və yük yerləri (kuza hissəsi), ötürücü qutusu və arxa mostu hadisə nəticəsində təmamilə istismara yararsız hala düşmüşdür. Avtomobilə dəymiş ziyan təmir pulu ilə birlikdə 12300 manat təşkil edir. İş materiallarında olan qaimə sənədlərindən və fotoşəkillərdən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi zamanı “Ford Tranzit” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində ümumi çəkisi 2621 kq olmaqla 5040 manat dəyərində meyvə və tərəvəz məhsulları olmuş və hadisə nəticəsində həmin məhsullar yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263-1.1-ci maddəsində bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır; Həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir; Həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsində isə qeyd edilir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X12” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yol hərəkətinin iştirakçısı olmaqla ötməzdən qabaq xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməklə təhlükəsiz manevr aparmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, lazımı əməliyyatları (tormozlama və s.) vaxtında və düzgün yerinə yetirməyib ötmə edərkən avtomobilin təhlükəsiz hərəkətini təmin etməyərək avtomobili sol zolaqdan sağ zolağa doğru manevr etdirərkən qabaq hissəsini qarşıda sağ hərəkət zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Transit” markalı vaqon tipli **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, ehtiyatsızlıqdan sonuncunun sağlamlığına az ağır zərər vurmaya aid olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş nəticə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Eyni zamanda hadisə vaxtı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş, nəqliyyat vasitəsini isə idarə etmək üçün etibarnaməsi olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.4, 59.2). Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə (mülki cavabdehə) qarşı mülki iddia ərizəsi verərək, avtomobilinin zədələnməsi nəticəsində ona dəymiş 12300 manat zərərin, hadisə zamanı avtomobildə olmuş meyvə və tərəvəz məhsullarının yararsız vəziyyətə düşməsi nəticəsində dəymiş 5040 manat zərərin və işləmədiyi dövrlər üçün 10000 manat zərər olmaqla, cəmi 27340 manat pul vəsaitinin təqsirləndirilən şəxsdən alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində mülki iddiaçı Zərərçəkmiş şəxs məxsus avtomobilə 12300 manat, avtomobildə olan kənd təsərrüfatı məhsullarının yararsız hala düşməsi ilə əlaqədar isə 5040 manat məbləğində zərər vurulması məhkəmə araşdırması zamanı tədqiq edilmiş Kürdəmir Avtonəqliyyat ASC tərəfindən verilmiş rəy (ziyan aktı), qaimə sənədlər və fotoşəkillər ilə sübuta yetirilir. Odur ki, mülki iddia həmin hissədə təmin edilməli, 17340 manat pul vəsaiti mülki cavabdehdən (təqsirləndirilən şəxsdən) alınaraq mülki iddiaçıya (zərər çəkmiş şəxsə) verilməlidir. Mülki iddianın qalan hissəsi, yəni mülki iddiaçının işləmədiyi dövrlər üçün əldən çıxmış fayda kimi 10000 manat zərərə məruz qalması ilə bağlı sübutlar təqdim edilmədiyindən, mülki iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “X12” markalı **-HD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 17340 (on yeddi min üç yüz qırx manat) manat pul alınaraq Zərərçəkmiş şəxs verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar