Məhkəmə qərarları › İş №1(071)-9/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-9/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-9/2022 17.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.1988-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində üç azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri Ə.Şıxlinski küçəsi ev 50-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi; xx.xx.1985-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində üç azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmuş və ödənilməmiş, Hacıqabul şəhəri Şirvan küçəsi ev 85-də qeydiyyatda olmaqla yaşayan, 21.07.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 23.07.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 atası Zərərçəkmiş şəxs ilə Şahid3 arasında olan pul mübahisələrinə aydınlıq gətirilməsi məqsədi ilə 15.07.2021-ci il tarixdə saat 21 radələrində ictimai yer hesab edilən Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən «Nur» kafesinin həyətinə daxil olub ucadan nəlayiq ifadələr işlədərək Şahid3 digər şəxslərlə oturduğu masaya yaxınlaşmış, masadakı şəxslərin dəvəti ilə oturub Təqsirləndirilən şəxs1 Əlisəfa oğlunun ünvanına ucadan nalayiq söyüşlər söymüş, həmin söyüşləri eşidən və kafedə olan Təqsirləndirilən şəxs1 həmin masaya yaxınlaşaraq söyüşlərin ona ünvanlanmış olduğunu soruşduqda, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına qarşı saymazlıq, vətəndaşların üzərində zor tərbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, kənar şəxslərin gözü qarşısında, kafedə olan vətəndaşlara məhəl qoymayaraq Təqsirləndirilən şəxs1 Əlisəfa oğlunun sualına cavab olaraq nalayiq ifadələr işlədərək sonuncunun sifət nahiyyəsinə bir dəfə yumuruqla vurub, ona fiziki ağrı yetirib xuliqanlıq, yəni şəxsin üzərində zor tərbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs1 15.07.2021-ci il tarixdə saat 21 radələrində ictimai yer hesab edilən Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən «Nur» kafesinin həyətində olarkən ünvanına nəlayiq ifadələr işlədilməsini eşidib mətbəx bıçağı ilə silahlanaraq nəlyiq ifadələrlə onu təhqir edən Təqsirləndirilən şəxs2 oturduğu masaya yaxınlaşıb söyüşlərin ona ünvanlanmış olduğunu soruşmuş, Təqsirləndirilən şəxs2 onu təhqir edib sifət nahiyyəsindən yumruqla vurduqdan sonra yerə yıxılmış, ayağa qalxaraq üzərinə təkrarən hər hansı bir şəxsin hücumu olmadığı halda ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına qarşı saymazlıq, vətəndaşların üzərində zor tərbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək insanların mütəmadi olaraq giriş çıxışının olduğu həmin yerdə, kənar şəxslərin gözü qarşısında, onların istirahətini kobud şəkildə pozub həmin vaxt kafedə olan vətəndaşlara məhəl qoymayaraq silah qismində istifadə etdiyi bıçağı saxladığı şalvarının kəmər hissəsindən çıxarıb ünvansız nalayiq söyüşlər söyərək ilk olaraq Təqsirləndirilən şəxs2 üzərinə, daha sonra isə Zərərçəkmiş şəxs üzərinə hücum edib, bıçaqla zərbə endirməyə cəhd etmiş, Zərərçəkmiş şəxs özünü hadisə yerindən götürdüyü oturacaqla müdafiə etdiyindən, daha sonra ondan uzaqlaşdığından sonunuya xəsarət yetirmədiyini görüb öz xuliqanlıq hərəkətlərinin davam etdirərək, təkrarən Təqsirləndirilən şəxs2 üzərinə hücum edib sonuncunu bir dəfə bıçaqla vuraraq, ona qəsdən sağ budun 1/3 hissəsinin deşilmiş-kəsilmiş yarası kimi, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmiş və bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq, yəni şəxslərin üzərində zor tərbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Hacıqabul şəhəri Ə.Şıxlinski küçəsi ev-50-də daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs1 Hacıqabul şəhər sakini kimi və qonşusu kimi tanıyır. Ziya ilə heç bir düşməçilik və ədavəti yoxdur. 15.07.2021-ci il tarixdə saat 19 radələrində evdə olan zaman atası Zərərçəkmiş şəxs telefonla əsəbi halda danışdığını görmüşdür. Telefonu atasının əlindən alıb danışmış və danışanın kim olduğunu soruşmuşdur. Telefondakı şəxs adının Famil olduğunu atası Qasımın Bəhruza borcu olduğunu bildirmişdir. O, Familə telefonu Bəhruza verməsini demişdir. Bəhruz telefonda bildirmişdir ki, o, pulun alınmasını Familə və Ramilə həvalə etmişdir. Atası Zərərçəkmiş şəxs Bəhruzdan 4.000 manat dəyərində ot almışdı və Bəhruza 1700 manat ödəmişdir, 2300 manat borcu var. X6 toyundan sonra yığılan puldan Bəhruza olan borcu ödəmək istəyirdilər. Bu səbəb borcu qaytarmaq üçün bir ay möhlət istəmişdir. Lakin Famil ona demişdir ki, gəl «Nur» kafesinə söhbət edək. O, isə Familə gələcəyini demişdir (bütün bu danışıqlar bir zəng ərzində davam etmişdir). O, evdən çıxan zaman atası onu getməyə qoymamış və Ziyanın da orada olduğunu demişdir. Atası ona demişdir ki, “onların yanında Ziyada var, səhərdəndi mənə zəng edir, mən onların yanına getmirəm, səndə getmə”. O, atasına bildirmişdir ki, Ziya oradadırsa problem olmaz, Ziya onları tanıyır, narahat olmasın. O, evdən tək çıxıb piyada kafeyə getmişdir. Bu vaxt atası da onun arxasınca maşınla evdən çıxaraq kafeyə gəlmişdir. O, “Nur” kafesinə çatmış, arxasınca atası da kafeyə daxil olmuş, həmin vaxt kafedəki masalardan birində Famil, Ramin və Bəhruzun əyləşdiyini görmüş, masaya yaxınlaşıb masada əyləşənlərlə salamlaşmış və Bəhruza demişdir ki, “gəl gedək ikilikdə söhbət edək, ikimizin arasında olan məsələni bunlar bilməsin”. Bu vaxt Famil demişdir ki, oturub məsələni onlarla danışsın. O, Familin yanında əyləşmışdir. O, demişdir ki, Ziya kimdir ki, onların işinə qarışır və atasını təhqir edir. Sonra orada əyləşən şəxslərə demişdir ki, “Ziya haranın peysəridir ki, bu söhbətə qarışır.” Bu sözdən sonar Ziya arxadan gəlmiş və qarşı tərəfə keçmiş, onunla üzbəüz dayanaraq demişdir ki, “pul mənə çatacaqdır”. O, Ziyanın “pul mənə çatacaqdır” sözünə görə Ziyanı sifətindən yumuruqla zərbə vurmuş, Ziya arxası üstə yerə yıxılmış və Ziya şalvarının kəmərindən bıçaq çıxarıb ona hücum etmişdir. Ziya atası Qasımın üstünə getmişdir. Atası stulla Ziyandan özünü qorumuş və stulla Ziyanı vurmuşdur. Sonra, o, Ziyanın üstünə getmiş və əlbəyaxa olmuşlar. Ziya əlində bıçaq hücum edirdi. Ziyanın qohumu Şabdəy onu arxadan təpiklə vurmuşdur. O, çönüb Şadbəyi yumruqla vurmaq istəmiş, lakin yumruğu boşa çıxmışdır. Sonra yenə Ziyanın üstünə getmiş, Ziyaya təpik atmışdır. Lakin özü yerə yıxılmışdır. Yerə yıxılandan sonar Ziya əlindəki bıçaqla onun sağ budunun aşağı hissəsinə bir dəfə vurmuşdur. Sonra o, ayağa durmuş və Famil gəlib Ziyanı kənara çəkmişdir. Ziya söyüş söyə-söyə çıxıb getmişdir. Bu təxminən bir dəqiqə çəkmişdir. Sonra onu Vüsal maşınla Hacıqabul rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Oradan da təcili yardım avtomobili ilə Bakı şəhərinə Esperimental xəstəxanaya aparmışlar, orada əməliyyat olunmuş və qanaxmanı dayandırmışlar. 2 gün reanimasiyada olmaqla, 5 gün xəstəxanada qalmışdır. Sonra evə çıxmış və müalicəsini evdə davam etdirmişdir. Hadisədən əvvəl onlar DİN 102 xidmətinə zəng edib, borca görə onları narahat etmələri barədə məlumat vermişlər. Hadisəyə qədər o, Ziyanı tanıyırdı, lakin Ziyanın onu tanıyıb-tanımamasını bilmir. O, Famillə telefonda normal danışmış və borcun dənilməsi üçün vaxt müəyyən etmək üçün kafeyə getmişdir. Atası ona getməməsini desə də, o, familə gələcəyini söz verdiyinə görə kafeyə getmişdir. O, kafedə olanda Ziyanı görəməmişdir. O, Ziyanı orada görsəydi, onun ünvanına nalayiq ifadə işlətməzdi. Yəqin ki, daha yumşaq formada danışardı. Ziya 8.000 manat verəcəklərini demiş, onlar pulu Bəhruza verməli idilər. Ziyaya hər hansı bir borcları yoxdur. Ziya ona cəmi bir bıçaq zərbəsi vurmuşdur, Ziyanın ona yenidən bıçaqla zərbə yetirməyə imkanı olmuşdur. Lakin Ziya bunu etməmişdir. Ziya onun təhqirini eşidərək onun arxasından keçib, qarşısında stulda əyləşən zaman, onu arxadan vura bilərdi. Lakin Ziya bunu etməmişdir. Hadisəyə kimi onunla Ziyanın arasında hər hansı bir ədavət, düşmənçilik olmamışdır. Onun əməliyyat olunmasına və müalicəsinə təxminən 8.000 manat pul xərclənmişdir. Bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir. Buna baxmayaraq əməliyyat olunmasına və müalicəsinə xərclənmiş 8.000 manat pulun Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini xahiş edir. Onun himayəsində üç azyaşlı uşağı var, onlar biri 26.03.2013-cü il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs Xəyyam oğlu sağlamlıq imkanları məhdud olan uşaqdır. Bütün bunları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 127.1 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilir, lakin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmir. ünvan 2 ünvanda yaşayır. Təqsirləndirilən şəxs2 və onun atası Qasımı tanıyır. Onlar onun həmyerliləridir. Onlarla normal münasibəti olmuş aralarında heç bir ədavəti və ya düşmənçilikləri olmamışdır. Şahid1 və Şahid3 onun qohumlarıdır. 15.07.2021-ci il tarixdə Şirvan şəhərində olarkən Şadbəy ona zəng etmiş və Hacıqabul şəhərinə getdiklərini bildirmiş və görüşmələrini təklif etmişdir. O, Şadbəylə görüşmüş və Şadbəyin idarə etdiyi «Passat» markalı avtomobilə əyləşmişdir, Bəhruzun arxa oturacaqda olduğunu görmüşdür. O, Şadbəydən soruşmuşdur ki, xeyir olsun Hacıqabula gedirsiniz.Şadbəy bildirmişdir ki, Qasımla danışmışlar, Bəhruzun otunun pulunu almaq üçün Hacıqabula gedirlər. Ona bildirdiklərinə görə Bəhruz Qasıma 6.000 manatlı ot satmışdı və Qasım ota görə Bəhruza 1500 manat vermişdi və 4500 manat borcu qalmışdı. Bəhruzun dediyinə görə xeyli müddət əvvəl otu satsa da, Qasım pulu ödəməkdən yayınırdı. Hadisədən 10-15 gün əvvəl sabirabadda yas yerində olarkən Şadbəy ondan Qasımın evinin yerini soruşmuşdu. O, X11 yox, onunla qonşuluqda yaşadığını bildirmişdi. O, hadisə gününə kimi Qasımdan Bəhruzun borcunu qaytarması tələb etməmişdir və Bəhruzla bu barədə söhbət etməmişdir. 15.07.2021-ci il tarixdə saat 20 radələrində Şirvan şəhərindən Hacıqabul rayonu istiqamətdə qohumu Şahid1 idarə etdiyi «Passat» markalı avtomobillə hərəkətdə olan körpünü keçən zaman Bəhruz Qasımla telefonla danışırdı və Bəhruz bildirirdi ki, məni çağırtdırırsan, görüşə gəlmirsən. Haradasan de gəlirik görüşməyə. İndi də ağırmısan, gəlmişəm. Deyirsən ki, qıraqdayam. Bəhruzla Qasım telefonda mübahisə edirdilər. Qasım bilmirdi ki, o da maşındadır. O, Qasımı tanıyan şəxs kimi telefonu Bəhruzdan alıb danışmışdır ki, mübahisə olmasın. O, salam verərək Qasıma bildirmişdir ki, qonşu Əlisanın oğlu Ziyadır danışan. Pula görə mübahisə etməməyi tövsiyyə etmişdir. Qasım dedi ki, mən Bəhruza sözümü demişəm. Mənim ona veriləsi pulum yoxdur. Nə vaxti imkan olacaq onda pulu verəcəyəm. Sonra Qasım ona bildirmişdir ki, sən niyə dələduz kimi ortaya düşmüsən. O, Qasıma bildirmişdir ki, qonşu kimi bu söhbətə qarışmışdır. Bəhruzun borcunun ona heç bir aidiyyəti yoxdur. Sonra telefon danışığı qurtarmışdır. O, zarafatla Bəhruza bildirmişdir ki, mən 500 manat istəsəm verməzsən, Qasım pulu qaytarmır, problemli adamdır. Ona niyə nisyə ot satmısan. O, telefonu Bəhruzdan götürüb Qasıma tanışlıq vermişdir ki, Qasımla Bəhruzun arasında məsələ böyüməsin. Bu vaxt Qasım onu tanımağına və tanışlıqlarına məhəl qoymayaraq kobud danışmağa davam etmiş və telefonu söndürmüşdür. Onlar da Hacıqabul şəhərinin girişində yerləşən mağazanın qarşısında yanmışlar. O, dükana girib su almış və dükandan çıxanda Ramil və Fəmilin, Şadbəy və Bəhruzla söhbət etdiklərini görmüşdür. Yaxınlaşıb onlarla görüşmüşdür. Ramil dedi ki, hardasan görmürük səni. O, evdə olduğunu Ramilə bildirmişdir. Ramil təklif etdi ki, “Nur” kafesinə gedib say içsinlər. O, razılaşmamış, lakin Ramil təkid etdiyinə görə razılaşmışdır. Onlar birlikdə çay içmək üçün kafeyə daxil olmuşlar. Həmin kafenin həyətində yerləşən stollardan birində əyləşmişlər. Bəhruzun dostları Famil və Ramil onlardan Hacıqabula gəlmək səbəbini soruşmuşlar. Bəhruz bildirdi ki, bir nəfərin ona borcu var, onu almağa gəlmişlər. Lakin borcu olan görüşə gəlməmişdir. Bu zaman Famil soruşmuşdur ki, borcu olan kimdir, nəçidir. Bəhruz bildirdi ki, Qasımdır, ondan 6.000 manatlıq ot alıb, 1500 manatını ödəyib, 4500 manatını ödəməkdən yayınır. Famil dedi ki, Qasımı tanıyır, münasibətləri yaxşıdır. Deyərəm görüşərsiniz, pulu ödəyər. Bəhruzdan hissə-hissə ödənilməsinə razı olub-olmamasını soruşmuşdur. Bəhruz dedi ki, razıyam, təki borcumu ödəsin. Familin təklifi ilə Bəhruz Qasıma zəng etmişdir. Famil Qasımla telefonla danışdı, bildirdi ki, pula görə artıq-əskik söz-söhbət olur. Danışıb həll etmək lazımdır. Bu zaman Qasım telefonda 3-4 dəfə onun adını çəkmişdir. O, Familə işarə etmişdir ki, telefonu söndürsün, indi Qasım söyüş söyəcəkdir. Famil telefonda Qasıma deyirdi ki, Ziyanın qarışacağı yoxdur, mən zəng etmişəm. Famil sakit danışmağa çalışırdı. O, Familə açıqlanmışdır ki, telefonu söndür, kafeyə çay içməyə gəlmişlər. Famil telefonu söndürmüşdür. Yenidən Bəhruzun telefonuna zəng gəlmişdir. Telefonu Famil açmışdır və zəng edən şəxs Qasımın oğlu Xəyyam olduğunu bildirmişdir. Xəyyam Familə bildirmişdir ki, bizim borcumuzun sənə nə aidiyyatı var. Famil dedi ki, Bəhruz yaxın adamdır, Qasım da ona yaxın adımdır. Bu səbəbdən mübahisənin həll edilməsinə çalışır. Xəyya telefonda Fmilə bildirmişdir ki, Əlisafanın oğlu Ziya kimdir ki, zəng edir. Famil demişdir ki, Ziyalıq bir şey yoxdur. O, özü zəng edib ki, borc məsələsi mehribanlıqla həll edilsin. Xəyyam Famildən harada olduqları soruşmuşdur. Famil “Nur” kafesində olduqlarını bildirmişdir. Xəyyam telefonu söndürmüşdür. Təxminən bir dəqiqə sonra yenidən Qasım zəng etdi və Familə dedi ki, Əlisafanın oğluna deyin getməsin, görəcəkdir onu neyləyəcəyik. Bundan sonra telefonu söndürmüşdür. Bundan sonra, o, Familə demişdir ki, durun başqa stola keçin və öz aranında danışın. Famil, Ramil və Bəhruzu stoldan qaldırmış və onlar üçü 10-15 metr aralıda olan stolda əyləşmişlər. O, isə qohumu Şadbəylə birlikdə öz stollarında çay içməyə davam etmişlər. 5-6 dəqiqə də keçəndən sonra Xəyyam və Qasım kafeyə girmişlər. Onu görməmişlər. Çünki, onun oturduğu stol kənarda idi. Xəyyam Bəhruz, Famil və Ramilin oturduğu stola yaxınlaşmış, Qasım da onun arxasınca oraya yaxınlaşmışdır. Xəyyam soruşdu ki, telefonda danışan kim idi. Famil bildirdi ki, o danışıb. Xəyyam çox əsəbi vəziyyətdə idi. Xəyyamın onun barəsində ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Heç bir səbəb olmadan söyüş söydüyündən onların stoluna getmişdir. Xəyyamla üz-bə-üz olan stulda əyləşmişdir. Oturan kimi Xəyyamdan kimi söydüyünü soruşmuş, Xəyyam isə «səni» deyəndə ayağa qalxmış və həmin anda Xəyyam onun ağzından yumuruqla vurmuşdur. Zərbədən arxası üstə yerə yıxılmışdır. Bundan sonra özünü toparlayıb qalxmışdır. Bu vaxt Xəyyamın atası Qasım oturduğu stulu götürüb onu vurmağa başlamış və bununla da aralarında dava-dalaş başlamışdır. Həmin vaxt onlar üstünə hücum etdiklərinə və tək olduğuna görə belində olan bıçağı çıxarıb onlara tərəf sağa sola hərəkət etdirməklə, özünü qorumağa çalışmışdır ki, ondan əl çəksinlər. Xəyyamın adını bilmədiyi qardaşı da hadisəyə qarışmış və iki qardaş bir ata stullarla onu döyməyə başlamışlar. Hadisə zamanı Xəyyam ona təpik ataraq yerə yıxılmışdır. Yerə əyilmək istəyən zaman Xəyyamın qardaşı başına stulla vurduğundan yerə yıxılmışdır. Davanın başa çatdığını düşünərək, həmin yerdən çıxıb getmək istəyən zaman Qasım və oğlu ona tərəf stul atdığından dava davam etmişdir. Bundan sonra Famil və Şadbəy aranı sakitləşdirmişlər. Bundan sonra eşitmişdir ki, dava zamanı əlindəki bıçaqla Xəyyamın ayaq nahiyyəsinə vurmuşdur. O, dava işmək və əyyamı vurmaq istəməmişdir. Onun Xəyyamı vurmağa imkanı olmuşdur. Lakin Bəhruzun borcunun ona aidiyyatı olmadığı üçün söhbətə qarışmamışdır. Lakin Xəyyam onun ünvanına nalayiq ifadələr işlədiyinə görə, aralarında dava düşmüş və davanı Xəyyaim başlatmışdır. O, Xəyyama bıçaqla xəsarət yetirsə də, söyüş söyməmiş və ictimai qaydanı pozmamışdır. Bu səbəbdən özünü CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilmir. Himayəsində bir azyaşlı uşağı olmasını, davanın Xəyyam tərəfindən başladılmasını, onun üzünün də xəsarət almasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul şəhəri Ə.Şıxlinski küçəsi ev 50-də daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs1 Hacıqabul şəhər sakini kimi tanıyır. Ziya ilə heç bir düşməçilik və ədavəti yoxdur. Onun fermer təsərrüfatı var. 2021-ci ilin martında Şahid3 4.000 manat dəyərində 200 ədəd ot presi almışdır. 1700 manatını ödəmiş, 2300 manat borcu qalmışdır. Bəhruza olan borcunu 2021-ci ilin iyun ayına kimi ödəməli idi. O, 15.07.2021-ci il tarixdə Sabiabada gedən zaman onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmişdir. Telefondakı şəxs dedi ki, Əlisafanın oğlu Ziyadır danışan. Dedi ki, “Bəhruza pul borclusan, sən həmin pulu mənə verəcəksən”. O, Ziyaya bildirmişdir ki, ona maraqlı deyil Ziya kimdir. Ziya ona “sən piyansan” demişdir. O, Ziyaya cavabında demişdir ki, “piyan sənsən, sənin atan və anandır”. Sonra Bəhruzla danışmış və ona vaxt verməsini xahiş etmiş, hazırda pulu olmadığını, bir nəfərin ona borcu olduğunu, pulu alan kimi onun borcunu ödəyəcəyini bildirmişdir. Bəhruz isə ona “mən səni həvalə etdim Ziyaya, onunla söhbət edərsən” demişdir. O, evinə gəlmiş və darvazanı açıb maşını həyətə salmışdır ki, onun evdə olmasını bilməsinlər. X8 evinə gələr və aralarında mübahisə yaranar. Sonra DİN 102 xidmətinə zəng edib məlumat vermişdir ki, Ziya “razborka” aparır. Həmin vaxt Xəyyam həyətdə hasar hörməklə məşğul idi. Bir qədər sonra Bəhruz ona zəng edərək Rövşənin işlətdiyi “Nur” kafesində əyləşdiyini və onu gözlədiyini bildirmişdir. O, telefonu söndürmüş və əsəbi olmuşdur. Bu vaxt Xəyyam ona yaxınlaşaraq telefonu əlindən almış və demişdir ki, niyə söndürürsən, ver görüm kimdir zəng edən. O, Xəyyam gələn zəngi yığmış və sonra “Nur” kafesinə getmişdir. O, Xəyyamı getməyə qoymaq istəməmiş və bildirmişdir ki, getmə Ziya da oradadır. Ziya üstündə bıcaq gəzdirir. Lakin Xəyyam ona qulaq asmamış, evdən çıxıb kafeyə getmişdir. O, da maşınla Xəyyamın arxasınca “Nur” kafesinə getmişdir. Xəyyam kafedə Famil, Ramil və Bəhruzun oturduğu stola yaxınlaşıb, Bəhruzu kənara çəkərərək söhbət etmək istəmişdir. Lakin Famil bildirmişdir ki, otursun birlikdə söhbət edəcəklər. Xəyyam onların yanında oturmuşdur. Xəyyam Bəhruza demişdir ki, “burda nə var ki, atamın sənə borcu var, pulunu verəcək, nə tələsirsən, Ziya kimdir ki, mənim atama zəng edərək onu narahat edir ”. Xəyyam Ziyanın ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman Ziya gəlib Xəyyamın qarşısında oturmuş və kimə söydüyünü soruşmuşdur. Xəyyam Ziyaya dedi ki, “sən peysərin birisən”. X18 yumruqla vurdu. Ziya yerə yıxıldı və duranda belindən bıçaq çırtdı, onlara hücum etdi. O, stulu göturüb özünü müdafiə etmiş və stulla Ziyanı vurmuşdur. Sonra dava qızışmışdır. Ziya bıcaqla onun oğlu Xəyyamın sağ budundan bir dəfə vurmuşdur. X14 maşınına qoyub Hacıqabul rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Oradan təcili yardım avtomobili ilə Bakı şəhərinə Esperimental xəstəxanaya aparmışlar, orada Xəyyam əməliyyat olunmuş və qanaxmanı dayandırmışlar, 5 gün sonra evə gətirmiş və evdə müalicə etdirmişdir. Xəyyamın müalicəsinə 8.000 manat pul xərcləmişlər. Hazırda Ziyadan şikayətçidir. Ziyanın əlində olan bıcaq istintaqa təqdim etdiyi bıcaq deyil, başqa bıçaq olmuşdur. Bunları nəzərə almağı məhkəmədən xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Salyan rayonu Çağırlı kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs1 Hacıqabul şəhər sakini kimi tanıyır, Ziya həmdə onun qardaşı Zahidin qaynıdır. Şahid3 isə onun ailəvi dostudur. 15.07.2021-ci il tarixdə günorta vaxtlarında Bəhruz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, Hacıqabul şəhər sakini olan Qasım adlı şəxsin ona 4500 manat borcu olduğunu və pulunu ala bilmədiyini bildirmişdir. Bəhruz əlavə olaraq demişdir ki, sən Hacıqabulda yaşamısan əgər tanışın varsa onunla danışaq ki, bizə köməklik etsin, Qasımla görüşüb söhbət edək. O, Bəhruza Qasımı tanımadığını maraqlanıb bildirəcəyini demişdir. Bundan sonra o qardaşı Zahidin qaynı Ziyadan bu barədə soruşmuşdur. Həmin vaxt Ziya ilə birlikdə qaynanasının yas məclisində masa arxasında əyləşmişlər. Ziya ona Qasımı tanıdığını, onunla qonşu olduğunu və münasibətlərinin yaxşı olduğunu və Qasımdan pulu verməsi üçün xahiş edə biləcəyini bildirmişdir. Bundan sonra o, Bəhruza zəng edərək demişdir ki, Qasım onun qardaşının qaynının qonşusudur. Bundan sonra Bəhruzla həmin gün axşam saatlarında görüşmüş, Ziyanı da Şirvan şəhərindən götürüb Qasımla görüşmək üçün Hacıqabul şəhərinə gəlmişlər. X17 zəng edərək və ona demişdir ki, “Mən gələrim Hacıqabula bir yerdə görüşüb söhbət edək”. Qasım isə Bəhruza demişdir ki, get şikayət et, ondan sonra pulunu verərəm. Bəhruz isə ona demişdir ki, mən istəmirəm səndən şikayət edim, sən pulumu ver məsələmiz bitsin. Bu vaxt Ziya Bəhruzdan telefonu götürüb Qasım əmi, mənəm Ziya, Əlisafanın oğlu!” Bundan sonra Qasım ona sən niyə onların yanındasan demiş, Ziya isə ona “mənim qohumumdur, söhbət edək məsələ həll olunsun” demişdir. Bundan sonra Ziya Qasım əmi onu tanımadığını deyərək, öz telefonu ilə zəng etmiş və əvvəl telefonda dediyi sözləri təkrarlamışdır. Bundan sonra onlar Hacıqabul rayonunun girişində olan “Bizim Anar” marketin qarşıdında dayanıb marketdən su və siqaret almış, o, marketdən çıxan zaman Bəhruzla Ramilin söhbət etdiyini görmüş, Famil və Ziya da onlara qoşulmuşdur. Onlar birlikdə “Nur” kafesinə çay içməyə getmiş, ilk əvvəl beş nəfər 1 stol arxasında əyləşmişlər. Masada oturan zaman Bəhruz yenidən Qasıma zəng edib “mən səni gözləyirəm, gəl işimizi görüb gedək” demişdir. Qasım isə narazı formada danışan zaman Famil telefonu Bəhruzdan götürüb telefonu səs ucaldıcıya qoyub “Qasım kişi biz elliyik, Bəhruzun da pulu yoxdu pis vəziyyətdədir, gəl pulu ayda 500 manat olmaqla bölüb ver” demişdir. Qasım isə verə bilmədiyini dedikdə, Famil ona ayda 300 manat ver demişdir. Qasım onunla da razılaşmayaraq Ziyaya denən gəlirəm demişdir. Bir qədər sonra Famil, Ramin və o, həmin masadan qaxıb başqa masada əyləşmiş, bir qədər oturduqdan sonra bir nəfər cavan oğlan onların masasına ucadan nalayiq ifadələr işlədə-işlədə yaxınlaşmış, Famil həmin şəxsə nə baş verdiyini, sakit olmasını və oturub söhbət etməsini xahiş etmişdir. Sonradan adının Xəyyam olduğunu bildiyi şəxs Familin yanındakı stulda əyləşmiş, bundan sonra Xəyyamın adını bilmədiyi qardaşı da masanın yanında dayanmış, bir neçə saniyədən sonra həmin cavan oğlanların atası Qasım da masaya yaxınlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 masaya yaxınlaşaraq boş stullardan birində Xəyyamla üz-bə-üz əyləşmiş, Ziya Xəyyamdan söyüşləri kimin ünvanına söydüyünü soruşanda, Xəyyam demişdir ki, sənin ünvanına deyirəm. Bu vaxt Ziya və Xəyyam ayağa qalxmış və Xəyyam Ziyaya bir yumuruq vurmuş, Ziya yerə yıxılmışdır. Bu vaxt Qasım stullardan birini götürüb Ziyanı vurmağa çalışmış və bununla da aralarında dava-dalaş başlamışdır. Sonradan Xəyyamın adını bilmədiyi qardaşı da hadisəyə qarışmış və iki qardaş bir ata stullarla Ziyanı döyməyə başlamışdır. Hadisə zamanı Xəyyam Ziyaya təpik atsa da yerə yıxılmış, Ziya onu vurmaq istəyən zaman Xəyyamın qardaşı Ziyanın başına stulla vurmuş və o yerə yıxılmışdır. Bundan sonra o və Famil aralığa girərək Ziyanı sakitləşdirmişdir. Həmin vaxt Ziyanın ağzından qan axmışdır. Bundan sonra o geriyə baxan zaman yerin qan olduğunu və Xəyyamın ayağından qan axdığını görmüşdür. Həmin vaxt da o Ziyanın əlində bıçaq olduğunu gördüyü üçün Xəyyamı onun bıçaqla vurduğunu bilmişdir. Şahid3 məhkəmə iclasında ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir ki, ot alveri ilə məşğul olan şəxs kimi tanıyır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hadisə günü 15.07.2021-ci il tarixdə görmüşdür. O, istixanada işləyir, 2021-ci ilin yanvar-mart aylarında Zərərçəkmiş şəxs 6000 manat dəyərində nisyə ot satmışdır. Qasım otun pulun pulundan 1500 manatını ödəmişdir, qalan hissəsini 15.04.2021-ci ilə kimi verəcəyini bildirsə də, qalan 4500 manatı hazırkı vaxta kimi ödəməmişdir. 15.07.2021-ci il tarixdə günorta vaxtı istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şadbəyin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, Hacıqabul şəhər sakini olan Qasım adlı şəxsin ona 4500 manat borcu olduğunu və pulunu ala bilmədiyini bildirmişdir. Əlavə olaraq demişdir ki, sən Hacıqabulda yaşamısan əgər tanışın varsa onunla danışaq ki, bizə köməklik etsin, Qasımla görüşüb söhbət edək. Şadbəy ona Qasım adlı adamı tanımadığını, maraqlanıb ona bildirəcəyini demişdir. Bundan bir qədər sonra Şadbəy ona zəng edərək, Qasımın onun qardaşının qaynının qonşusu olduğunu demişdir. Bundan sonra Şadbəylə həmin gün axşam saatlarında görüşmüş, Ziyanı da Şirvan şəhərindən götürüb Qasımla görüşmək üçün Hacıqabul səhərinə gəlmişlər. O, yol gələn zaman Qasıma zəng edərək Hacıqabula gəldiyini, bir yerdə görüşüb söhbət etmək istədiyini bildirmişdir. Qasım telenfonda ona demişdir ki, get şikayət et, ondan sonra pulunu verərəm. O, şikayət etmək istəmədiyini Qasıma bildirmiş və pulunu verməsini və məsələnin bitməsini bildirmişdir. Bu vaxt Ziya ondan telefonu götürüb demişdir ki, “Qasım əmi mənəm Ziya, Əlisəfanın oğlu!” bundan sonra Qasım ona demişdir ki, sən niyə onların yanındasan, Ziya isə demişdir ki, Bəhruz mənim qohumumdur, söhbət edək məsələ həll olunsun. Bundan sonra Ziya dedi ki, deyəsən Qasım əmi məni tanımadı, mən ona öz telefonumla zəng edim. Ziya Qasıma zəng edərək eyni sözləri təkrarlamışdır. Bundan sonra onlar Hacıqabul rayonunun girişində olan “Bizim Anar” marketin qarşısında dayanıb marketdən su və siqaret almışlar. O, marketin qarşısında dostu Ramili görmüşdür və onlar salamlaşıb söhbət edən zaman Famil də onlara qoşulmuşdur. Onlar “Nur” kafesinə çay içməyə getmişlər. Onlar əvvəl beşi də 1 stol arxasında əyləşmişlər. Masada oturan zaman o, yenidən Qasıma zəng edib demişdir ki, mən səni gözləyirəm, gəl işimizi görüb gedək. Qasım isə narazı formada danışan zaman Famil telefonu ondan götürüb, telefonu səs ucaldıcıya qoyub dedi ki, “Qasım kişi biz elliyik, Bəhruzun da pulu yoxdu, pis vəziyyətdədir, gəl pulu ayda 500 manat olmaqla Bəhruza qaytar. Qasım isə verə bilmədiyini dedikdə Famil ona dedi ki, ona ayda 300 manat ver. Qasım onunla da razılaşmayaraq dedi ki, Ziyaya denən gəlirəm. Bir qədər sonra Famil, Ramil və o, həmin masadan qaxıb başqa masada əyləşmişlər. Bir qədər oturduqdan sonra bir nəfər cavan oğlan onların masasına ucadan nalayiq ifadələr işlədə-işlədə yaxınlaşmışdır. Famil həmin şəxsə nə baş verdiyini, sakit olmasını və oturub söhbət etməsini xahiş etdi. Sonradan adının Xəyyam olduğunu bildiyi şəxs Familin yanındakı stulda əyləşdi. Bundan sonra Xəyyamın sonradan adını bildiyi qardaşı Mirzəxan da onların masasının yanında dayandı. Bir neçə saniyədən sonra həmin cavan oğlanların atası Qasım da onların masasına yaxınlaşdı. Bundan sonra Ziya Rəfıyev onların masasına yaxınlaşaraq, boş stullardan birində Xəyyamla üzbəüz əyləşdi. Ziya Xəyyamdan söyüşləri kimin ünvanına söydüyünü soruşanda Xəyyam dedi ki, sənin ünvanına deyirəm. Bu vaxt Ziya və Xəyyam ayağa qalxdı və Xəyyam Ziyaya bir yumuruq vurdu. Ziya yerə yıxıldı. Bu vaxt Qasım stullardan birini götürüb Ziyanı vurmağa çalışdı və bununla da aralarında dava dalaş başladı. Sonradan Xəyyamın qardaşı Mirzəxan da davaya qarışdı. İki qardaş və ata stullarla Ziyanı döyməyə başladı. Hadisə zamanı Xəyyam Ziyaya təpik atanda yerə yıxıldı. Ziya onu vurmaq istəyən zaman Xəyyamın qardaşı Ziyanın başına stulla vurdu və o yerə yıxıldı. Bundan sonra Şadbəylə və Famil aralığa girərək Ziyanı sakitləşdirdi. Həmin vaxt Ziyanın ağzından qan axırdı. Bundan sonra o, geriyə baxan zaman yerin qan olduğunu və Xəyyamın ayağından qan axdığını görmüşdür. Həmin vaxt o, Ziyanın əlində bıçaq olduğunu gördüyü üçün Xəyyamı onun bıçaqla vurduğunu bilmişdir. Bundan sonra Xəyyamı xəstəxanaya apardılar və dava-dalaş başa çatdı. Hazırkı vaxta kimi Qasım ondan aldığı otun pulundan 4.500 manatını qaytarmamışdır. Davanın baş verməsinə səbəb Qasımın olan borcunu qaytarmaması olmuşdur. Şahid X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul şəhəri Ə.Şıxlinski küçəsi ev-50-də daimi qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs1 Hacıqabul şəhər sakini kimi tanıyır. Onunla heç bir düşməçilik və ədavəti yoxdur. 15.07.2021-ci il tarixdə dostu Şahid4 ona zəng edib «Nur» kafesində çay içdiyini deyərək onu kafeyə dəvət etmişdir. O, da çay içmək üçün həmin yerə getmiş, kafedə olan masalardan birində əyləşib çay içmişdir. Həmin vaxt onun oturduğu masadan bir qədər kənarda bir neçə adam ələşib çay içirmiş, həmin vaxt dostu ilə söhbət etdiyi üçün onların kim olduğuna və nə barədə söhbət etdiklərinə fikir verməmişdir. Bundan bir qədər sonra həmin masadan 3 nəfər qalxıb başqa masada əyləşmiş, o yenə də onlara fikir verməmişdir. Bundan bir qədər sonra qardaşı Xəyyam kafeyə daxil olmuş, həmin üç nəfərin oturduğu masaya yaxınlaşmış, Xəyyamın arxası ilə atası Qasım da kafeyə daxil olaraq həmin masaya yaxınlaşmışdır. O, da qardaşının ayağıyalın oraya gəldiyini görüb onlara yaxınlaşmışdır. Bu vaxt qardaşı ilə Ziyanın arasında sözlə mübahisə yaranmış və qardaşı nalayiq ifadələr işlədərək Ziyanı yumurqla vurmuş və Ziya yerə yıxılmışdır. Bundan sonra Ziya belindən bıçaq çıxarıb qardaşına hücum etmiş, bu vaxt atası Qasımla o, əllərinə stulları götürüb özlərini qorumağa başlamış, Ziya isə atası Qasım və qardaşı Xəyyama dayanmadan hücum etmiş, həmin dava-dalaş zamanı qardaşı Xəyyam Ziyaya təpik atan zaman yerə yıxılmış və Ziyanın əlində bıçaq olduğundan və qardaşını vura biləcəyini yəqin etdiyindən Ziyanı stulla vurmuşdur. Bundan sonra masada əyləşən və sonradan adının Famil olduğunu bildiyi şəxs araya girərək dava-dalaşı sakitləşdirmişdir. Ziya dava zamanı qardaşı Xəyyamın sağ budunun aşağı hissəsindən bıçaqla vurmuşdur. Hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yeri Hacıqabul şəhəri İ.Qayıbov küçəsində, Hacıqabul-Şirvan avtomobil yolunun Şirvan istiqamətində sağ tərəfində yerləşən Şahid5 məxsus “Nur” adlı kafedir. Hadisə yerinə baxış zamanı 2 ədəd stulların və 1 ədəd işıq dirəyinin üzərində quraşdırılmış lampanın və bir ədəd aparatın işə salma yerinin qırıldığı müəyyən edildi. Hadisə yerini göstərən Şahid5 ona 50-100 manat maddi ziyan dəydiyini bildirmişdir. Hadisə yerindən götürülmüş videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında hadisə yerindən götürülmüş DVD diskdə olan videogörüntüyə baxış keçirilən zaman müəyyən edilir iki, video görüntünün 4 dəqiqə 58 saniyə olması müəyyən edildi. Video görüntü açılan zaman kafedə olan 1 ədəd masanın ətrafında 5 ədəd stul olduğu və həmin stulların ətrafındakı 3 ədəd stulda X4, Şahid3 və Şahid6 əyləşdiyi görünür. Bundan əlavə kafedə yerləşən digər masanın arxasında isə X3 ilə Şahid4 əyləşdiyi görünür. Videonun 02 dəqiqə 22-ci saniyəsində (saat 20:57:27-də) Təqsirləndirilən şəxs2 kafeyə daxil olduğu və masaya yaxınlaşaraq Famil və Ramillə nə isə danışması hərəkətlərindən başa düşülür və həmin vaxt digər masada əyləşən X3 ilə Şahid4 də masaya yaxınlaşaraq masanın yanında dayandığı görünür. Həmin şəxslər masaya yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs2 Şahid6 yanındakı masaya əyləşdiyi görünür. Video görüntünün 02 dəqiqə 48-ci saniyəsində (saat 20:58-də) Zərərçəkmiş şəxs kafeyə daxil olduğu və masaya yaxınlaşaraq Ramil və Famillə salamlaşaraq masanın yanında dayanıb söhbət etdikləri görünür. Görüntünün 03 dəqiqə 08 saniyyəsində Təqsirləndirilən şəxs1lə Şahid1 masaya yaxınlaşdığı, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la üzbəüz masada əyləşmək istəyərəkən yenidən ayağa qalxdığı və həmin vaxt (saat 20:58:25-də) Xəyyamın ayağa qalxaraq sağ əli ilə Ziyanın sifətindən vurduğu və Ziyanın arxası üstə yerə yıxıldığı görünür. Ziya yerə yıxılan kimi Zərərçəkmiş şəxs da həmin yerə yaxınlaşaraq stullardan birini götürüb havaya qaldırdığı, bu vaxt Ziyanın belindən bıçaq çıxararaq ilk əvvəl Xəyyama, bundan sonra isə Qasıma hücum etdiyi, Qasımın stulla özünü müdafiə etməsi, hücum zamanı Ziyanın yerə yıxılması, Ziya ayağa qalxan zaman Qasımın stulu onun üzərinə ataraq kənara qaçması Ziyanın həmin stulu götürərək Xəyyamı vurması və stulu kənara ataraq Xəyyamı vurmağa cəhd etməsi, Xəyyamın isə onu fırladaraq bir qədər kənara atması, bundan sonra Xəyyamın onun üzərinə cumaraq təpik atması, təpik Ziyaya dəyməyərək yerə yıxılması, Ziyanın Xəyyamın sinəsinin üstünə əyilməsi və bu vaxt Mirzəxanın stulla Ziyanı vurması, bundan sonra Şadbəyin Mirzəxanı sakitləşdirməsi, bu vaxt Qasımın əlində olan stulu Xəyyamın götürərək Ziyanı vurmağa cəhd etməsi, həmin zərbənin Ziyaya deyil kafenin həyətində quraşdırılmış işıq lampasına dəyərək həmin lampanı sındırması və bundan sonra Familin araya girərək onları sakitləşdirir. Saat 21:00:31-də Xəyyamın ayağından yerə qan damcıları düşdüyü görünür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 24.07.2021-ci il tarixli 329 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunan xəsarətlər-alında, sol əlin İİ barmağında əzilmiş cırılmış yara, sağ qulaq seyvanında, sol dizdə, sol aşıq-baldırda sıyrıqlar sol kürəküstü nahiyədə qançır, sol bazu oynağında şişkinlik-hərəkət məhdudluğu-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 15.07.2021-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdi. Dərəcəsinə görə qeyd olunan xəsarətlərdən sol bazu oynağında şişkinlik-hərəkət məhdudluğu sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Alında, sol əlin İİ barmağında əzilmiş cırılmış yaralar, sağ qulaq seyvanında, sol dizdə, sol aşıq-baldırda sıyrıqlar, sol kürəküstü nahiyədə qançır isə küt əşya təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən 15.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadıqlarına görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli 390 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunan xəsarətlər-sağ budun arxa-orta 1/3 hissəsinin deşilmiş-kəsilmiş yarası-deşici-kəsici alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 15.07.2021-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli 601/2021 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bıçağın üzərində tədqiqat zamanı qan aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.10.2021-ci il tarixli 3/1644, 3/1645 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfli kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, bıçağı üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişikliklər edilməmişdir və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilən bıçağın kəsicilik və eşilicik qabiliyyəti hansı səviyyədədir? Həmin bışaqla insan bədəninə nüfuz edilməsi mümkündürmü? Sualı ekspertballistin zəruri biliyinə aid olmdığından cavablandirilmadı. Tədqiqata təqdim edilmiş şalvarın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin şalvarın üzərində olan zədə formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması istisna edilmir. Azərbaycan Respublikası DİN BƏSİMİ tərəfindən 06.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 qızı əvvəllər məhkum olunmayıb. (İş v. 80). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 06.08.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Rəfiyev X5 Ağır Cinayətlər Məhkəməsinin 22.04.2015-ci il tarixli 1(089)-135/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 Xəzər rayon Məhkəməsinin 04.08.2018-ci il tarixli 7(003)-662/2018 nömrəli qərarı ilə 01 il 03 ay 18 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs2 özünün ifadəsi, şahidlərin ifadələri, digər Təqsirləndirilən şəxs1 ifadəsi, ekspert rəyləri, işə əlavə edilmiş DVD diskdəki videogörüntü və digər iş materialları ilə Təqsirləndirilən şəxs2 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmişin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi, yəni xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Həmçinin, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması hədəsi və zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etməsi və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa qəsdən az ağır zərər vurma cinayətlərini törətməsi, onun özünün ifadəsi, digər təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, işə əlavə edilmiş DVD diskdəki videogörüntü, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 127.1, 221.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü CM-nin 221.1-ci maddəsi ilə, digər Təqsirləndirilən şəxs1 özünü CM-in 221.3-cü maddəsi ilə təqsirli bilməmələrinə dair ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, onların bu ifadələri iş materiallarında olan və məhkəmədə araşdırılmış mötəbər sübutlarla təkzib edilir. Onların bu ifadələri özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yayınmaq niyyətlərinin olduğunu göstərir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqdim olunmuş doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 öhdəsində 26.03.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Xəyyyam oğlu, 01.08.2014-cü il təvəllüdlü qasımov Səid Xəyyam oğlu və 21.08.2018-ci il təvəllüdlü X7 adlı üç azyaşlı uşağı var. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 1.16-cı bəndinə əsasən Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər - məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 öhdəsində yetkinlik yaşına çatmayan üç övladı olduğuna görə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndlərinə əsasən ona təyin edilmiş cəzadan azad edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını, öhdəsində üç azyaşlı uşağı olmasını, digər Təqsirləndirilən şəxs2 onun ünvanına təhqiramiz ifadələr işlətməklə, yumruqla onu vurmasını və davanı başlatmasını, dava zamanı özünün də xəsarət almasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 21.07.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 130 manat pul Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan maddi sübut kimi tanınaraq maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd bıçaq və Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olan üzərində qan ləkələri və bıçaq zədəsi olan paltarları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hadisənin video görüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası CPM-in 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Təqsirləndirilən şəxs2 ərizə verərək səhhətinə dəymiş zərərin aradan qaldırılması üçün çəkdiyi xərcin əvəzinin ödənilməsi tələb etsə də, onun ərizəsi Azərbaycan Respublikası CPM-in 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığına və tələblərə cavab vermədiyinə görə, həmin ərizə iddia ərizəsi kimi qəbul edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs2 səhhətinə dəymiş zərərin aradan qaldırılması üçün çəkdiyi xərcin əvəzinin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs1 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 21.07.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 130 (yüz otuz) manat pul Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hacıqabul rayon Polis Şöbəsində saxlanılan maddi sübut kimi tanınaraq maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd bıçaq və Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olan üzərində qan ləkələri və bıçaq zədəsi olan paltarları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hadisənin video görüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmə icraat zamanı iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 səhhətinə dəymiş zərərin aradan qaldırılması üçün çəkdiyi xərcin əvəzinin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar