Məhkəmə qərarları › İş №1(071)-90/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-90/2022

19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-90/2022 19.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-ci ildə Hacıqabul rayonu Abdulabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində üç azyaşlı uşağı olan, fərdi qaydada usta işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Abdulabad kəndində daimi qeydiyyatda olmaqla, Hacıqabul rayonu Talış kəndində yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,381 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini 1 ədəd kağız bükümdə qablaşdırılmış halda əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibində daşıyaraq saxlamış, 21 may 2022-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Talış kəndində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu Abdulabad kəndində qeydiyyatda olmaqla Hacıqabul rayonu Talış kəndində yaşayır. 2021-ci ildən narkotik vasitə qəbul etməyə başlamışdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tutulmuş və barəsində Hacıqabul rayon X3 Bölməsində cinayət işi olmuşdur. 20 may 2022-ci il tarixdə səhər saatlarında yaşadığı kənddə piyada gedən zaman yerdən 1 ədəd sellofan kəsiyi bükümündə 1 ədəd kağız bükümdə narkotik vasitə olan heroin tapmışdır. O, heroini götürərək sonradan istifadə etmək məqsədilə əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibinə qoymuş və evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayonu Talış kəndində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxt ondan üzərində qanunsuz olaraq cinayət xarakterli əşya və predmet olub-olmaması soruşulmuşdur. O, əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibində gizlətdiyi 1 ədəd kağız bükümü təqdim etmiş və həmin kağız bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, üzərindən 115 manat pul əskinası, mobil telefon aşkar edilmişdir. Şəxsi axtarış zamanı başqa cinayət xarakterli heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Evlidir, öhdəsində üç azyaşlı uşağı var, fərdi qaydada usta işləyir. Əməlindən peşmandır. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayon PŞ-nin CAB-nun əməliyyat müvəkkili işləyir. 21 may 2022-ci il tarixdə Hacıqabul rayonu Talış kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə edilmiş və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar 21 may 2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri Talış kəndində yaşadığı evin yaxınlığında saxlayaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə Hacıqabul rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı T.Namazov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın qabaq sağ cibində 1 ədəd kağız bükümün içərisində heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarının qabaq sol cibindən “KGTEL” markalı mobil telefon, arxa sağ cibindən 5 ədəd 20 manatlıq 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq pul əskinasları olmaqla, cəmi 115 manat pul aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 20 may 2022-ci il tarixdə səhər saatlarında Hacıqabul rayonu Hacıqabul rayonu Talış kəndində piyada yol gedərkən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinə oxşar maddə, həmçinin mobil telefon və pul əskinasları poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. Onlar protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışlar. Şahid Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Şəxsi axtarış və götürmə barədə 21 may 2022-ci il tarixdə saat 13:25-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli şalvarın qabaq sağ cibində 1 ədəd kağız bükümün içərisində heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/555 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə.” sözlər və imzalar olan kağız paketdəki 01 ədəd sellofan bükümdə olan 01 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi - 0,381 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (iş v. 32-36). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkolorji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 3798 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorın qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoliji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 101-102). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs və qeyrilərinin barələrində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə həmin cinayət işi baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-69/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmış və onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahid ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş çəkisi 0,381 qram çəkidə narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli, öhdəsində üç azyaşlı övladı olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, cinayətin təkrar törədilməsini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-69/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 11 (on bir) 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddəsinə əsasən, yeni hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı, ona qəti cəza müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesab edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,331 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 30,40 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(071)-69/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 11 (on bir) 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddəsinə əsasən, yeni hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın, Təqsirləndirilən şəxs qəti cəza 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,331 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 manat məhkəmə baxışı zamanı iştirak etdiyi 29 saata görə 174 manat olmaqla, cəmi 384 (üç yüz səksən dörd) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar