Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-90/2023 11.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri, Ə.Həşimov küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,485 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini siqaret qutusunun içərisində bir ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan boz rəngli şalvarın qabaq sol cibində daşıyaraq saxlamış, 08 iyun 2023-cü il tarixdə saat 10:30 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində saxlanılaraq Hacıqabul rayon Polis Şöbəsinə gətirilib üzərində axtarış və götürmə aparılan zaman qeyd olunan psixotrop maddə ondan aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhərində yerləşən dəmir yolunun yaxınlığında piyada gedərkən yerdə olan bir ədəd siqaret qutusu götürüb içərisinə baxan zaman qutuda əvvəldən tanıdığı metamfetamin olduğunu görmüşdür. Həmin qutudakı kütlələri götürüb cibinə qoymuş və xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Hacıqabul şəhər ərazisində aptekdən narkotik istifadə etmək məqsədi ilə bir ədəd şpris, 2 ədəd şüşə qablar almışdır. Hacıqabul şəhər ərazisində mağazadan isə 1 qutu limon duzu almışdır. Həmin günü yəni, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evdə psixotrop maddə metamfetamini və limon duzunu şüşə qaba töküb hazırlayaraq şprislə damarına vurmuşdur. Yerdə qalan limon duzunu 1 ədəd kağız kəsiyi bükümünə, 1 ədəd şprisi və 2 ədəd şüşə qabları 1 ədəd siqaret qutusuna qoymuş, siqaret qutusunu isə əynində olan boz rəngli şalvarın qabaq sol cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirirək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun üzərində axtarış aparılmağa başlanmışdır. Həmin vaxt o, sol cibində gizlətdiyi bir ədəd siqaret qutusunu təqdim edərək , qutunun içərisində 1 ədəd şpris, 1 ədəd kağız kəsiyi bükümündə limon duzu və narkotik vasitə hazırlamaq üçün 2 ədəd şüşə qab olduğunu bildirmiş və özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Şəxsi axtarış zamanı onun üzərindən metamfetamin aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş maddə limon duzu olmuşdur. Şəxsi axtarış zamanı da bu barədə polis əməkdaşına demişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili işləyir. xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri, Ə.Həşimov küçəsi, ev 12-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin gün saat 10:30-da Əskərli X1 şəhəri, H.Z.Tağıyev küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın qabaq sol cibindəki siqaret qutusunun içərisində bir ədəd kağız kəsiyində qablaşdırılmış halda psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Bundan başqa həmin siqaret qutusunun içərisindən bir ədəd şpris və iki ədəd narkotik vasitə bişirmək üçün istifadə olunmuş şüşə boru aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin iki ədəd şüşə boru və bir ədəd şprisi narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini və bir ədəd kağız bükülüdəki kütlənin isə limon duzu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş kütlə poçt zərfinə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan boz rəngli şalvarın qabaq sol cibində gizlətdiyi 1 ədəd “Linex” siqaret qutusunu təqdim edərək içərisində 1 ədəd şpiris, narkotik vasitə bişirmək üçün 2 ədəd şüşə qablar və 1 ədəd kağız kəsiyi bükümündə limon duzu olduğunu bildirdi. Həmin siqaret qutusunu açdıqda içərisində 1 ədəd şpiris, narkotik vasitə bişirmək üçün 2 ədəd şüşə qablar və 1 ədəd kağız kəsiyi bükümündə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni Hacıqabul şəhərində dəmir yolunun kənarından tapdığını və istifadə etmək üçün saxladığını, şprisi, şüşə qabları aptekdən, limon duzunu isə mağazadan aldığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/610 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə siqaret qutusunda 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,485 qram olam maddə kustar üsulla hazırlanmış psixitrop maddə metamfetamindir. 2 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampulada narkotik vasitə heroinin izi vardır. 1 ədəd 2ml-lik şprisdə hər hansı narkotik vasitə və ya psixotrop maddə izləri aşkar edilmədi. (İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektrontərəzinin ölçmə həddindən xarici mikroçəki) miqdarını müəyyən etmək mümkün deyildir.) Ekspertiza tədqiqatına sərf edildikdən sonra metamfetaminin 0,435 qram hissəsi qalıq qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 67-ci bəndlərində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 05 avqust 2023-cü il tarixli, 4997 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda absitensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Hacıqabul rayon İcra Hakimiyyətinin İƏD tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 588 saylı arayışdan görünür ki, Əskərli X1 şəhəri, Ə.Həşimov küçəsi ev 12 ünvanda qeydiyyatda olmaqla, 1986-cı il təvəllüdlü həyat yoldaşı X5, uşaqları - 2011-ci il təvəllüdlü X6 və 2012-ci il təvəllüdlü X2 ilə birlikdə yaşayır. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,435 qram psixotrop maddə metamfetamin, üzərində olan heroin izləri olan 2 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampulalar və 1 ədəd 2 m-lik şpris, eləcə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə aktlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər 2 dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Sonuncu dəfə isə o, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 11 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hacıqabul rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Əskərli X1 rayon Məhkəməsinin 1(071)-108/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixə çəkilməmiş qalan hissəsi 1 il 4 ay 21 gün təşkil edir. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-50/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Şəxsi axtarış keçirilərkən, eləcə də ibtidai istintaq və məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs ifadəsində şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş maddənin metamfetamin deyil, limon duzu olduğunu bildirsə də, şəxsi axtarışın keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş bütün əşyalar qablaşdırılaraq möhürlənmiş və ekspertizaya təqdim edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyindən müəyyən olunur ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş kütlə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamindir. Ekspertiza rəyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Bu səbəbdən həmin rəy mötəbər sübut kimi qəbul edilməlidir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş kütlənin limon duzu olması ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM 59.1.4). Təqsirləndirilən şəxsin əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlaması, əvvəllər analoji cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, cəza çəkdiyi dövrdə yenidən qəsdən cinayət törətməsinin onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət etməsi və şəxsiyyətini mənfi səciyyələndirməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla belə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşaqlarının olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, eləcə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona aşağı həddə cəza təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmaqla, müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,435 qram psixotrop maddə metamfetamin, 2 ədəd şüşə ampula, 1 ədəd 2 m-lik şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin, onun ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülmüşdür.. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hacıqabul Rayon Məhkəməsinin 1(071)-108/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 4 ay 21 gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, müəyyən edilmiş 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,435 qram olan psixotrop maddə metamfetamin, 2 ədəd şüşə ampula, 1 ədəd 2 mlik şpris məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №1(071)-90/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-90/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver