Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-92/2022 02.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Təqsirləndirilən şəxs2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1989-cu ildə Sabirabad rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu, Yenikənd kəndində yaşayan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 alkaqol sərxoşluğu vəziyyətində 13 iyul 2022-ci il tarixdə saat 22 radələrində Hacıqabul rayonu, Kolanı kəndində kəndarası yolda Təqsirləndirilən şəxs2 ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı qəsdən Təqsirləndirilən şəxs2 sifət nahiyyəsinə kəllə və yumuruq zərbəsi vuraraq sonuncuya alt çənədə ön hissədə 1 ədəd kəsici dişin sınığı, sol diz oynağın ön səthinin sıyrığı dərəcəsinə görə саьламлыьына yüngül зярярвурмайа аид xəsarətляр yetirərək Təqsirləndirilən şəxs2 sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa qəsdən yüngül zərər vurma cinayətini törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə təqsirli bilərək ifaəsində bildirdi ki, Sabirabad rayonu, Yenikənd kəndində yaşayır. 13 iyul 2022-ci il tarixdə saat 18 radələrində atası X1 məxsus “Vaz 21077” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı X6 idarə edərək o, onun həyat yoldaşı Nuranə və azyaşlı oğlu Əli ilə birlikdə Hacıqabul rayonu, Kolanı kəndinə Nərimanın qaynatası Şahid1 yaşadığı evə qonaq getmişlər. Nərman getdikdə Hacıqabul rayonu, Kolanı kəndində mağazadan “GO” içkisi alıb içmişdir. Yurisin evində yemək yeyən zaman Yuris ilə birlikdə 0,5 litir spirtli içki “arağ” içmişdir. Bundan sonra, Sabirabad rayonuna getmək istədikdə Nuranə və Əli avtomobilin salonunda arxa oturacaqda əyləşmişdir. Nərmana avtomobili özü idarə edəcəyini demişdir. Nərman ona sərxoş vəziyyətdə olduğunu bildirmiş və onun avtomobili idarə etməsinə icazə verməmişdir. Nuranəni və Əlinin avtomobildən yerə düşürüb piyada getdikdə Nərman avtomobili onun arxasıca asta sürətlə idarə etmişdir. Yurisin yaşadığı evdə bir qədər aralaşdıqdan sonra Nərman avtomobili onun yanında saxlayıb Nuranəni avtomobildə əyləşdirmişdir. Həmin vaxtı kəllə ilə Nərmanın ağzından vurmuş, zərbənin təsirindən Nərman yerə yıxılmışdır. Nərman yerdən qalxdıqdan sonra bir-birinin sifət nahiyyəsindən yumuruqla vuraraq bir-birini döymüşlər. Həmin vaxtı oraya Maksum getmişdir. Nuranə Maksuma gedib valideyinlərini köməyə çağırmağı xahiş etmişdir. Maksum gedib atası Yurisi, anası Güneli və bacısı Aynuru köməyə çağırmışdır. Yuris, Aynur və Günel araya girib Nərman və onun aralaşdırmışlar. X11 və Əlinin avtomobilə mindirib oradan kənarlaşmışdır. O, hadisə yerində qalmışdır. Mobil telefonu ilə Azərbaycan Respublikası DİN-nin “102 xidməti zəng mərkəzinə” zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra, o, izahatında Yurissin onu döymədiyini, Nərmanın avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi olmadığını bildirmişdir. Əməlindən peşiman olduğunu və qardaşı Təqsirləndirilən şəxs2la barışdığını bildirərək yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Yenikənd kəndində yaşayır. Təqsirləndirilən şəxs1 onun qardaşıdır. 13 iyul 2022-ci il tarixdə saat 17 radələrində atası X1 məxsus “Vaz 21074” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Loğman, Nuranə və azyaşlı Əli ilə birlikdə Hacıqabul rayonu, Kolanı kəndinə qaynatası Şahid1 yaşadığı evə qonaq getdikdə Hacıqabul rayonu, Kolanı kəndində mağazadan “GO” içkisi alıb içmiş və sonra avtomobili idarə edərək Yurisin yaşadığı evə getmişdir. Yurisin yaşadığı evdə yemək yeyən zaman Yuris ilə Loğman 0,5 litir spirtli içki “arağ” içmişlər. Sabirabad rayonuna öz yaşadığı evə getdikdə Nuranə azyaşlı oğlu Əli ilə birlikdə onun idarə etdiyi avtomobilin salonunda arxa oturacaqda əyləşmişlər. Loğman ona avtomobildən yerə düşməyi, avtomobili özü idarə edəcəyini bildirmişdir. Loğmana sərxoş vəziyyətdə olduğunu demiş və avtomobili idarə etməyə icazə verməyəcəyini bildirmişdir. Loğman Nuranəni avtomobildən yerə düşürüb piyada getdikdə avtomobili onların arxasıca asta sürətlə idarə edərək Yurisin evindən kənarlaşmışdır. İdarə etdiyi avtomobili saxlayıb Nuranəni avtomobilə mindirdikdə Loğman gedib kəllə ilə onun ağız nahiyyəsindən bir zərbə vurmuşdur. Bundan sonra, Loğmanla bir-birini yumuruqla döydükdə oraya Maksum getmişdir. Nuranə Makuma gedib valideyinlərini köməyə cağırmağı xahiş etmişdir. Maksum gedib valideyinlərini köməyə çağırmışdır. Yuris, Günel və Aynur gəlib Loğman və onu aralaşdırmışdır. Sonra Nuranəni və Əlini idarə etdiyi avtomobilə mindirib Sabirabad rayonuna öz yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Yenikənd kəndində yaşayır. Təqsirləndirilən şəxs2 onun qaynıdır. Təqsirləndirilən şəxs1 onun həyat yoldaşıdır. Bundan başqa, Şahid1 onun qaynı Nərmanın qaynatasıdır. Onun Loğman, Nərman və Yuris ilə düşmənçiliyi və ədavəti yoxdur. 13 iyul 2022-ci il tarixdə saat 18 radələrində Hacıqabul rayonu, Kolanı kəndinə qaynı Nərmanın idarə etdiyi avtomobil ilə Loğman və azyaşlı oğlu Əli ilə birlikdə Hacıqabul rayonu, Kolanı kəndinə Yurisin yaşadığı evə qonaq getmişlər. Yurisin yaşadığı evdə yemək yeyən zaman Loğman, Nərman və Yuris spirtli içki “arağ” içmişlər. Əli ağladığı üçün Sabirabad rayonuna yaşadıqları evə getmək məqsədi ilə Əli ilə birlikdə avtomobilin salonunda arxa oturacaqda əyləşmişlər. Loğman ona Nərmanın sərxoş vəziyyətdə olduğunu, Nərmanın avtomobil idarə edə bilməyəcəyini deyib ona avtomobildən yerə düşməyi bildirmiş və onun qolundan tutub avtomobildən yerə düşürmüşdür. Loğmanla birlikdə piyada gedən zaman Nərman avtomobil ilə gedib ona piyada getməyi irad bildirmişdir. Nərman avtomobildən yerə düşüb ona avtomobilə əyləşməyi deyən zaman Loğman kəllə ilə Nərmanın sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra, Nərman və Loğman bir-birini yumuruqla vurmağa başlamışdır. Nərmandan onu evə aparmağı xahiş etdikdə Maksum oraya gedib Loğman və Nərmanın bir-biri ilə dalaşdıqlarını görmüşdür. Maksum gedib Yurisi, Aynurəni və Güneli çağırmışdır. Yuris, Aynurə və Günel onların yanına gedib araya girib Loğman və Nərimanı aralaşdırmışdır. Sonra o, Nərmanın idarə etdiyi avtomobilə əyləşmişdir. Nərman onu Sabirabad rayonuna yaşadığı evə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Hacıqabul rayonu, Kolanı kəndində yaşayır. Təqsirləndirilən şəxs2 onun qızı Şahid4 nişanlısıdır. Bundan başqa, Həşimov X4 qardaşıdır. Onun Loğman və Nərman ilə düşmənçiliyi və ədavəti yoxdur. 13 iyul 2022-ci il tarixdə saat 18 radələrində Hacıqabul rayonu, Kolanı kəndində öz yaşadığı evdə olan zaman Nərman atası Məstalıya məxsus avtomobil ilə onun yaşadığı evə Loğman, Nuranə və Əli ilə birlikdə qonaq getmişdir. Evdə yemək yeyən zaman Loğmanla birlikdə 0,5 litir spirtli içki “arağ” içmişlər. İçkinin təsirindən Loğman sərxoş vəziyyətdə olmuşdur. Loğman Nərmana avtomobildən yerə düşməyi, avtomobili özü idarə edəcəyini bildirmişdir. Nərman Loğmana sərxoş vəziyyətdə olduğunu deyib avtomobil idarə etməsinə icazə verməmışdır. Loğman Nuranəni avtomobildən yerə düşürüb piyada getdikdə Nərmanda avtomobili asta sürətlə idarə edərək onların arxasıca getmişdir. Günel Maksumu onların arxasıca göndərib Nuranənin avtomobilə əyləşib-əyləşməməsi barədə ona məlumat verməyi bildirmişdir. Maksum getdikdən sonra onların yanına qayıdaraq Loğman və Nərmanın bir-biri ilə dalaşdıqlarını, Nuranənin gəlib kömək edib onları aralaşdırmağı xahiş etdiyini bildirmişdir. Günel və Aynur ilə birlikdə hadisə olan yerə getdikdə Nərman və Loğmanın bir-birini yumuruqla döydüklərini görmüşdür. Araya girib Loğman və Nərmanı aralaşdırmışdır. X12 idarə etdiyi avtomobilə əyləşib oradan kənarlaşmışdır. Həmin vaxtı Loğman hadisə yerində qalmışdır. Bundan sonra, o, izahatında Loğmanı döymədiyini, hadisə vaxtı heç bir bədən xəsarəti almadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və Şahid4 ifadələrində Şahid1 эюстярдийи хцсусатлары тясдиг етмишlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Yenikənd kəndində yaşayır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun oğlanlarıdır. Bundan başqa, Şahid1 onun oğlu Nərmanın qaynatasıdır. Onun Loğman, Nərman və Yuris ilə düşmənçiliyi və ədavəti yoxdur. Onun “Vaz 21074” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili sürücülük vəsiqəsi olmadan idarə edirmiş. Onun razılığı əsasında avtomobilini oğlanları idarə edirmiş. 13 iyul 2022-ci il tarixdə saat 14 radələrində Sabirabad rayonu, Yenikənd kəndində öz yaşadığı evdə olan zaman Nərman ona Hacıqabul rayonu, Kolanı kəndinə gedəcəyini demiş və avtomobili ondan istəmişdir. Nərmanın dediyinə razı olub avtomobili Nərmana vermişdir. Bundan başqa, o, izahatında Nərmanın ona məxsus avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyini, Nərmanın sərxoş vəziyyətdə ona məxsus avtomobili idarə etməsindən məlumatı olmadığını bildirmişdir. İş materiallarında olan alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən 14 iyul 2022-ci il tarixli, 735 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı sərxoş vəziyyətdə olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş Hacıqabul rayon MTE və PA şöbəsinin məhkəmə-tibbi ekspertizasının 14 iyul 2022-ci il tarixli 173 №-ли rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-alt çənədə ön səthdə 1 ədəd kəsici dişin sınığı, sol diz oynağının ön səthinin sıyrığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Araşdırma zamanı hadisə baş verdiyi əraziyə baxış keçirlərək ptorokol tərtib olunmuş və hadisə yerinin foto şəkilləri çəkilərək materiala əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Həşimov X5 rayon Məhkəməsinin xx.xx.2916-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CMnin 43.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa, Həşimov X7 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət işinin icraatına xitam verilmişdir. “Sabirabad rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsdən daxil olmuş 27 iyul 2022-ci il tarixli, 305 nömrəli məktubdan görünür ki, Sabirabad rayonu, Yenikənd kəndində qeydiyyatda olan xx.xx.1989-cu il təvəllüdlü Həşimov X2 rayon poliklinikasında əsəb-ruhi və narkoloji kabinetində heç bir xəstəliklə qeydiyyatda yoxdur. Məhkəmə baxıışı zamanı Təqsirləndirilən şəxs1 məhkəməyə ərizə təqdim etdi və göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs2 ilə barışmışdır, törətdiyi əməldən peşmandır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs1 özünün etirafedici ifadəsi, şahid ifadələri ilə Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı qəsdən Təqsirləndirilən şəxs2 sifət nahiyyəsinə kəllə və yumruq zərbəsi vuraraq sonuncuya alt çənədə ön hissədə 1 ədəd kəsici dişin sınığı, sol diz oynağın ön səthinin sıyrığı dərəcəsinə görə саьламлыьына yüngül зярярвурмайа аид xəsarətляр yetirərək Təqsirləndirilən şəxs2 sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa qəsdən yüngül zərər vurma cinayətini törətmsəi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, qardaşı Təqsirləndirilən şəxs2 barışması və ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Abşeron rayon məhkəməsinin (012)-143/2019 nömrəli 17 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Republikasının CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi barədə qərarı nəzərə alıb onun hazırki iş üzrə zərərçəkmiş şəxslə barışması ilə bağlı işə Cinayət Məcəlləsinin 72-ci maddəsinin 1-ci hissəsinin (Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir) tələbləri baxımından xitam verilə bilməməsini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, barəsində yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Sabirabad rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Qətimkan tədbiri seçilməmişdir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Sabirabad rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 10 saata görə 60 (altmış) manat olmaqla, cəmi 150 (yüz əlli) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №1(071)-92/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-92/2022
02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver