Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-93/2023 15.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, Energetik küçəsi ev 78-də qeydiyyatda olmaqla, Şirvan şəhəri, Ü.Hacıbəyov küçəsi ev 78də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi Hacıqabul rayon Yaşıllaşdırma və Abadlıq işləri sahəsinin rəisi vəzifəsində işlədiyi zaman tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə edərək, Zərərçəkmiş şəxs ayrı-ayrı şəxsləri Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək kimi imkanının olmasına inandırıb, aldadaraq sonuncunun oğlu Ceyhun Rəcəbovu 8000 manat pul müqabilində Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Yanğından Mühafizə İdarəsinə yanğınsöndürən kimi işə düzəldəcəyinə yalandan vəd edərək, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxsla iş yeri olan Hacıqabul rayon Yaşıllaşdırma və Abadlıq işləri sahəsinin inzibati binasında xidməti iş otağında görüşüb, ondan ilkin olaraq 4000 manat, daha sonra xx.xx.2021-ci il tarixdə Hacıqabul şəhəri, M.S.ünvan 1 ünvanda yerləşən evində görüşüb 4000 manat pulu alıb, ələ keçirərək, sonradan verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 8000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Hacıqabul rayon Yaşıllaşdırma İdarəsinin müdiri vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə işdən azad olunmuşdur. O, iş yoldaşı Şahid5 tanışlarından Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək lazım olduqda ona bildirməsini demişdir. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində işdə olan zaman Valeh yanına gəlib Yaqut dediyi adam olduğunu, oğlunu FHN-nə işə düzəltmək istədiyini bildirmişdir. O, Valehə oğlunu Hacıqabul rayon Yanğından Mühafizə İdarəsinə yanğın söndürən vəzifəsinə işə düzəldəcəyini, işə düzəlmək üçün oğlunun hərbi biletinin, şəxsiyyət vəsiqəsinin, yaşayış yerindən və sağlamlıq haqqında arayışların, məhkum olub-olmaması barədə arayış və 8000 manat pul lazım olduğunu demişdir. Valeh onun hazırda 4000 manat pulu olduğunu, həmin pulu verəcəyini, oğlu işə çıxdıqdan sonra isə yerdə qalan 4000 manat pulu verəcəyini demiş və razılaşmışlar. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Hacıqabul rayon ərazisində olan zaman Valeh ona zəng edib iş yerində olduğunu, sənədləri və pulu gətirdiyini demişdir. O, iş yerinə otağa gəldikdə Valeh və Ceyhunun orada olduqlarını görmüşdür. Otaqda Valeh oğlunun şəxsiyyət vəsiqəsi və digər sənədlərini, eləcə də 4000 manat pul vermişdir. O, Valehə Ceyhunun 10-15 gün ərzində Hacıqabul rayon Yanğından Mühafizə İdarəsində işə çıxacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə o, Valehə zəng edərək qalan 4000 manat pulu verməsini demiş və işin artıq düzəldiyini bildirmişdir. Həmin tarixdə saat 16 radələrində Valehin yaşadığı evə getmiş və orada Valeh ona 4000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Valeh zəng edib işlə maraqlandıqda o, işin alınmayacağını görüb hər dəfə müxtəlif bəhanələr bildirməklə işin düzələcəyini demişdir. Sonradan Valeh pulunu tələb etdikdə isə o, pulu xərclədiyi üçün pulu qaytara bilməmişdir. Sonda təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş zərəri ödədiyini, onunla barışıq əldə etdiyini, zərər çəkmiş şəxsə dəymiş zərərin 25 faizi məbləğində dövlət büdcəsinə vəsait ödədiyini bildirərək, onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Hacıqabul şəhəri, M.S.Ordubadi küçəsi 8 ünvanda yaşayır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən tanıyır. Oğlu Ceyhun işsiz olduğu üçün ona iş axtarmışdır. xx.xx.2021-cı il tarixdə saat 09 radələrində işdən evə gəldikdə yoldaşı Akifə ona qonşuluqda yaşayan X3 rayon Yanğından Mühafizə İdarəsinə işə adam düzəltdiyini deyərək onun Muradın yanına getməsini bildirmişdir. Həmin vaxtlar Murad Hacıqabul rayon Yaşıllaşdırma İdarəsinin müdiri vəzifəsində işlədiyi üçün xx.xx.2021-ci il tarixdə saat 1 1 radələrində yoldaşı və oğlu Ceyhunla birlikdə Muradın iş yerinə getmişlər. Muradın otağının qapısı bağlı olduğu üçün orada adını bilmədiyi işçidən Muradın mobil telefon nömrəsini almışdır. O, Muradın telefonuna zəng edərək Yaqut dediyi adam olduğunu, onun iş otağının qarşısında olduğunu bildirmişdir. Murad ona gözləməyi bildirmişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Murad gəlmiş və Muradla birlikdə onun iş otağına getmişlər. Murad Hacıqabul rayon Yanğından Mühafizə idarəsində iş olduğunu, həmin işi 8000 manat pul müqabilində düzəldəcəyini, ilkin olaraq 4000 manat pul verməyi, Ceyhun işə çıxdıqdan sonra isə 4000 manat pulu verməli olduğunu bildirmişdir. O Muradla razılaşmışdır. Murad Ceyhunun şəxsiyyət vəsiqəsini, hərbi biletini, yaşayış yerindən arayış, sağlamlıq haqqında arayış gətirdikdə 4000 manat pulu da gətirməsini demişdir. Pul olmadığı üçün xx.xx.2021-ci il tarixdə bankdan öz adına 10000 manat kredit götürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Ceyhunun işə düzəlmək üçün lazım olan sənədlərini götürüb Ceyhunla birlikdə Hacıqabul rayon Yaşıllaşdırma İdarəsinə Muradın yanma getmişlər. Murad həmin vaxt iş otağında əyləşmişdir. O, Ceyhunun şəxsiyyət vəsiqəsini və digər sənədlərin surətini və 4000 manat pulu Murada vermişdir. Murad 15 gün müddətində Ceyhunun işə çıxacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində evində olan vaxt Murad ona zəng edərək Ceyhunun işinin düzəldiyini, yerdə qalan 4000 manat pulu hazırlamasını, gəlib pulu götürməli olduğunu demişdir. O da evinin ünvanını Murada demiş və evdə olduğunu bildirmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Murad yaşadığı evə gəlmişdir. O, 4000 manat pulu sayıb Murada vermişdir. Murad 5 gün müddətinə Ceyhunun işə əmri olacağını bildirmiş və çıxıb getmişdir. Bundan sonra o, dəfələrlə Muradın mobil telefonuna zəng etdikdə Murad müxtəlif bəhanələr gətirmişdir. Sonradan Murad tərəfindən aldadıldığını bilib şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Həmçinin Təqsirləndirilən şəxs tanıyır. Onun Təqsirləndirilən şəxsla və Zərərçəkmiş şəxsla düşmənçiliyi və ya ədavəti olmamışdır. O, 2011-ci il tarixdən Hacıqabul Uşaq və X2 sosisal iş üzrə mütəxəssis vəzifəsində işləyir. 2021-ci ilin iyun ayında Murad ona Fövqaladə Hallar Nazirliyində işə düzəlmək lazım olduqda ona müraciət etməsini, həmin yerdə adam işə düzəldə biləcəyini bildirmişdir. 2021-ci ilin avqust- sentyabr ayında Akifə oğluna iş axtardığı üçün Akifəyə həmin dövrdə Hacıqabul rayon Yaşıllaşdırma İdarəsinin müdiri vəzifəsində işləyən Muradın işə adam düzəltdiyini demiş və oğlu üçün işlə bağlı Murada müraciət etməsini məsləhət görmüşdür. 2021-ci ilin sentyabr ayında Akifə yoldaşı ilə Murad müəllimin qəbuluna gəldiklərini, Muradla danışdıqlarını və Murad müəllimin onlara kömək edəcəyini bildirmişdir. Bir neçə vaxtdan sonra isə Akifə Murad müəllimin onların işini düzəltmədiyini və aralarında pul söhbətləri olduğunu ona demişdir. O, Muraddan Valehin oğlunun işi ilə bağlı maraqlandıqda, Murad ona işi düzələcəyini bildirmişdir. Bundan sonra X4 Muradovun barəsində polisə müraciət etdiklərini bilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 və X1 ifadələri elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, onlar zərər çəkmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadələr vermişdir. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Hacıqabul rayon Yaşıllaşdırma və Abadlıq işləri sahəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur, ona dəymiş zərər tam şəkildə ödənilmişdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 9017 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı törədilmiş dələduzluq əməli üzrə ona vurulmuş ümumi zərərin (8000 manat) 25 faizi miqdarında, yəni 2000 manat pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarında olan zərər çəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ona ödənilmişdir. Eyni zamanda təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi həcmində, yəni 2000 manat pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) . Qərardan elan olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X7
Məhkəmə qərarları › İş №1(071)-93/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-93/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver