Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-94/2024 28.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Samux rayonu, Qarabağlar kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə tanışı Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək səlahiyyəti və imkanları olmadığı halda sonuncunun adının dəyişdirilməsini təşkil edəcəyi barədə yalan vəd verib onu aldadaraq, həmin məqsədlə 20 avqust 2023-cü ildə Gəncə şəhərində ilkin olaraq 500 (beş yüz) manat, 30 avqust 2023-cü ildə Hacıqabul şəhəri, M.Əsədov küçəsində 500 (beş yüz) manat nağd pul vəsaitini ələ keçirdikdən sonra, ilkin niyyətinin davamı olaraq 02 sentyabr 2023-cü ildə 200 manat, 05 sentyabr 2023-cü ildə, saat 19:48-də isə 300 manat pul vəsaitinin Hacıqabul şəhəri, H.Həmidov küçəsi, 7-də yerləşən “Mpay” ödəmə terminalı vasitəsilə özünün istifadəsində olan “Leobank" ASC-yə məxsus **********399010 nömrəli plastik kart hesabına köçürülməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 1500 (min beş yüz) manat pul vəsaitini aldatma və etibarından sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, öz ehtiyacları üçün xərcləməklə sonuncuya 1500 (min beş yüz) manat maddi ziyan vurub dələduzluq etmişdir. Beləliklə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs 1.500 manat pulu onun adının dəyişdirilməsi ilə bağlı sənədləşdirmə işi üçün almışdır. Baxmayaraq ki, onun bu sahədə biliyi olmamaqla yanaşı, hər hansı səlahiyyətli orqanla bağlılığı yoxdur. Niyyəti əldə edilmiş vəsaiti özü üçün xərcləmək olmuşdur. Hazırda Zərərçəkmiş şəxs vurulmuş zərəri tam şəkildə ödəmiş və onunla barışmışdır. Göstərilənlər nəzərə alınaraq məhkəmədən barəsində başlanmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs hazırlıq iclasında iştirak edərək, şifahi qaydada ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. O, eyni zamanda məhkəmə iclaslarının onun iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən zərərçəkmiş şəxsin vəsatəti təmin edilmiş və baxış zamanı onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmiş, müdafiə tərəfi ifadənin sübut olaraq qəbul edilməsinə etiraz etməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, Samux rayonu, Qarabağlar kənd sakini olan Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayından tanımışdır. Təqsirləndirilən şəxs tanışlığı dəfələrlə Gəncə şəhərindən Hacıqabul şəhərinə gələrkən Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə əyləşmiş və buna görə də onunla münasibəti yaranmışdır. Adı «Arzu» yəni qadın adına uyğun ad olduğuna görə adını dəyişdirmək qərarına gəlmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində Gəncə şəhərindən yaşadığı Hacıqabul şəhərinə gəlmək məqsədi ilə Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz» markalı, dövlət qeydiyyat nişanının xatırlamadığı avtomobilin qabaq sağ oturacağına əyləşib yola düşmüşlər. Yolda adını dəyişdirmək barədə Təqsirləndirilən şəxs ilə söhbət etmişdir. Təqsirləndirilən şəxs da həmin işləri görən qohumunun olduğunu və onun vasitəsi ilə adını dəyişdirə biləcəyini, adının dəyişdirilməsinə görə Elçin ondan 1.500 (min beş yüz) manat pul istəmişdir. Həmin miqdarda pulunun olmadığını bildirdikdə Təqsirləndirilən şəxs da pulu hissə-hissə verə biləcəyini dedikdə onunla razı olub bir-birinin mobil telefon nömrəsini götürmüşlər. 15 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq ad dəyişmək məsələni danışdığını, buna görə şəxsiyyət vəsiqəni, xarici pasportu, yaşayış yerindən arayış və bir neçə ədəd şəkil istəyib, onları 20 avqust 2023-cü il tarixə kimi hazır etməyi, həmin tarixdə Hacıqabul şəhərindən götürüb Gəncə şəhərinə aparıb qadınla görüşdürəcəyini və sənədlərlə birlikdə ilkin olaraq 500 (beş yüz) manat pul lazım olduğunu bildirmişdir. O, Elçinin təklifi ilə razı olmuşdur. 20 avqust 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Hacıqabul şəhərinə gəlmiş, həmin vaxtı avtomobildə 3 nəfər sərnişinin olmasını görmüş, avtomobilə əyləşib Gəncə şəhərinə yola düşmüşlər. Gəncə şəhərinə çatandan sonra avtomobildə olan sərnişinlər enib getdikdən sonra Təqsirləndirilən şəxs ondan sənədləri, şəkili və 500 (beş yüz) manat pulu istəmiş və razılaşdırıldığı kimi sənədlərlə birlikdə pulu ona vermişdir. Gecəni Samux rayonunda qalmışlar. Ertəsi gün, yəni 21 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Gəncə şəhərinə gəlmiş, orada avtomobilin arxa sağ oturacağında tanımadığı bir qadın əyləşmiş, bundan sonra Təqsirləndirilən şəxs ona avtomobildən enməsini tapşırmışdır. Daha sonra Elçin ona həmin qadının adının Xanım olduğunu, onun vasitəsi ilə adının dəyişdiriləcəyi məsələsinin həll olunacağını dedikdə Elçinə həmin qadınla özünün söhbət edib məsələyə aydınlıq gətirmək istədiyini bildirdikdə, Təqsirləndirilən şəxs onun qadınla danışmasına ehtiyac olmadığını, bütün məsələni həll edəcəyini, narahat olmamağını, həmin qadının qohumu olduğunu bildirmişdir. O, Elçinə inanıb etibar etmişdir. Avtomobilə əyləşdikdən sonra Elçin qadınla hər hansı bir söhbət etməmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhərində tanımadığı küçədə avtomobili saxlamış və qadın avtomobildən düşüb çıxıb getmişdir. Elçinlə danışıb razılaşandan sonra Hacıqabul şəhərinə gəlmişdir. 30 avqust 2023-cü il tarixdə Elçin onunla telefon əlaqəsi yaradıb əlavə 500 (beş yüz) manat pul lazım olduğunu dedikdə, ona Hacıqabul şəhərində görüşməyi demiş və həmin günü təxminən saat 17 radələrində Hacıqabul şəhəri, M.Əsədov küçəsində Təqsirləndirilən şəxsla görüşüb 500 (beş yüz) manat pulu Elçinə vermiş və ona məxsus şəxsiyyət vəsiqəni və xarici pasportu Elçin ona geri qaytarıb yaxın günlərdə ad dəyişmə məsələnin həll olunacağını əmin etmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq qeydiyyat üçün 200 (iki yüz) manat pul lazım olduğunu və göndərəcəyi kart hesabına pulu göndərməsyini dedikdə razı olub həmin günü saat 16 radələrində Elçinin göndərdiyi "xxxx"a məxsus «4098 5844 6539 9010» nömrəli kart hesabına Hacıqabul şəhərindən H.Həmidov küçəsində 7 nömrəli ünvanda yerləşən <<mpay>> ödəniş terminalı vasitəsi ilə 200 (iki yüz) manat pulu göndərmişdir. Həmin kartın Təqsirləndirilən şəxs adına olmasını görmüşdür. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaradaraq artıq işlərin hazır olduğunu, sənədin çap edilməsinə görə 300 (üç yüz) manat pul lazım olduğunu, həmin pulu da göndərdiyi kart hesabına təkrarən öndərməsini dedikdə razı olub saat 19:48-də ünvan 2 ünvanda yerləşən ödəmə terminal vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx"a məxsus «4098 5844 6539 9010» nömrəli kart hesabına 300 (üç yüz) manat pulu göndərib qəbzin şəklini çəkib Elçinin telefonuna göndərmişdir. Sonralar Elçinlə əlaqə saxlasa da o, hər dəfə bir bəhanə ilə onu aldadaraq yaxın vaxtlarda məsələnin həll olunacağını demişdir. Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını anlayıb 1500 (min beş yüz) manat pulunu geri istəyəndə, o, hər dəfə bir bəhanə ilə onu aldadıb pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs 1500 (min beş yüz) manat pulunu ala bilməyəcəyini görüb 04 mart 2024-cü il tarixdə Hacıqabul rayon polis şöbəsinə müracət etmişdir. Məhkəmə baxışı gedişatında Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda şikayət və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs isə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödəməsi və barışıq əldə olunmasını nəzərə alaraq barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etirazının olmadığını bildirdi. Beləliklə, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 780 saylı, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X1 şəhər M.Müşviq küçəsi 44 ünvanında qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Samux RİŞ-nin xx.xx.2017-ci il tarixli 115/17 saylı arayışına əsasən müəyyən edilir ki, ona təyin edilmiş cərimə cəzası üzrə məbləğ tam ödənilmişdir. İş materiallarından həmçinin görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lakin məhkəmə hazırlıq iclası zamanı təyin edilmiş məhkəmə iclaslarına təqsirləndirilən şəxs hər hansı üzrlü səbəb olmadan gəlmədiyinə görə, onun barəsində Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-94/2024 saylı qərarı ilə axtarış elan edilmiş, həmçinin seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edildikdən sonra dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Qabul oğlu xx.xx.2024-cü il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaq təcridxanasına təhvil verilmişdir. Yalnız bundan sonra məhkəmə hazırlıq iclasının keçirilməsi mümkün olmuş və xx.xx.2024-cü il tarixli qərarla həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 40.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinə görə şəxs həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən isə həmin Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə görə cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175.4-cü maddəsinə əsasən həbs qismində qətimkan tədbirini ləğv edən və ya dəyişdirən, habelə tətbiqinə xitam verən cinayət prosesini həyata keçirən orqan həbs yerinin rəisinə bu barədə həmin gün məlumat verir və müvafiq qərarın surətini ona göndərir. 175.5-ci maddəyə görə müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə cinayət təqibinə xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hü1quqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat pul köçürülməlidir. İş üzrə maddi sübut və ya mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.1ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(071)-94/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-94/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver