Məhkəmə qərarları › İş №1(071)-94/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-94/2025

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-94/2025 15.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Hüseynov Fərid İsa oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru 2-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasının Nijnevartovsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsinə daşımış, 23 yanvar 2025-ci il tarixdə saat 23:01-də Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsində saxlanılaraq üzərində yoxlama və götürmə aparılan zaman 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,389 qram xeyli miqdarda kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq təkrar əldə edib üzərində saxlamaqla Hacıqabul-Şirvan avtomobil körpüsünə kimi daşımış, 08 aprel 2025-ci il tarixdə saat 18:00-da Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişin qismində əyləşdiyi cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid5 Firudin oğlunun idarə etdiyi “Hyundai Elantra minik” markalı 50- FA-781 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Hacıqabul-Şirvan avtomobil körpüsünün yaxınlığında saxlanılaraq üzərində yoxlama və götürmə aparılan zaman 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,389 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan qara rəngli qış idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Əvvəlki məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməmiş, lakin sonradan özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 08 aprel 2025-ci il tarixdə saat 17 radələrində Şirvan şəhərində «Şirvan» avtobus dayanacağı istiqamətinə piyada gedərkən yerdə bir ədəd sellofana bükülmüş bükülünü görmüş, həmin bükülünü götürüb açıb içərisinə baxdıqda bükülünün içərisində psixotrop maddə metamfetaminin olduğunu bilmişdir. Bundan sonra həmin bükülünü qəbul etmək məqsədi ilə əyninə geydiyi qara rəngli qış idman şalvarın sağ yan cibinə qoyub yoluna davam edib Şirvan şəhərində dayanacağa gəlmişdir. Hacıqabul şəhərinə gəlmək məqsədi ilə Şahid5 idarə etdiyi «Hundai İ40» markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağına əyləşib Hacıqabul şəhər istiqamətinə tərəf yola düşmüşlər. Həmin günü saat 18 radələrində Hacıqabul-Şirvan avtomobil yolunda olan avtombil körpüsünə çatmağa az qalmış sağ tərəfdə avtomobillə hərəkətdə olan zamanı DYP-nə məxsus avtomobil Anarın idarə etdiyi avtomobilə saxla işarəsi verib avtomobili saxlatdırmışdır. Anar avtomobili saxlayandan sonra bir neçə mülki formada olan şəxslər avtomobilə yaxınlaşıb onu saxlamış və özlərini Hacıqabul rayon PŞ-nin polis əməkdaşları kimi təqdim edərək, üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğunu, üzərində yoxlama aparacaqlarını bildirib hüquq və vəzifələrini izah etmişlər. Üzərində psixotrop maddə metamfetamin olduğu üçün məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə polis əməkdaşlarına etiraz edib üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Lakin buna baxmayaraq polis əməkdaşları videoçəkilişdən istifadə etməklə üzərində yoxlama aparan zaman əyninə geydiyi qara rəngli qış idman şalvarının sağ yan cibində gizlətdiyi 1 bükümün içərisində psixotrop maddə metamfetamin aşkar etmişlər. Aşkar olunub götürülmüş 1 ədəd bükülüdə psixotrop maddə metamfetamin onun iştirakı ilə elektron tərəzidə çəkilərkən 0,389 qram olduğu müəyyən edilmişdir. 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin poçt zərfinə qoyularaq qablaşdırılmış və Hacıqabul rayon Polis Şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş Hacıqabul- Şirvan avtomobil körpüsünün yaxınlığında polis əməkdaşları üzərindən aşkar edib götürdükləri psixotrop maddə metamfetamin müdafiəçinin yanında və videoçəklişdən istifadə edilməklə poçt zərfi açılaraq götürülərək psixotrop maddə metamfetaminə baxış keçirildikdən sonra başqa bir poçt zərfinə qablaşdırlaraq möhürlənmişdir. Yoxlama aparılması və əşyalara təkrar baxış keçirilməsi barədə tərtib edilmiş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Bundan başqa o, Bakı şəhərində olarkən xx.xx.2025-ci il tarixdə gunorta saatlarında “Həzi Aslanov” metro stansiyasının yaxınlığında adını və soyadını bilmədiyi şəxsdən 20 manat müqabilində qızılı rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamin alaraq sonra istifadə etmək üçün əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 23 yanvar 2025-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsi ilə hərəkət edərkən bir neçə mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları kimi təqdim edərək üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğunu, üzərində yoxlama aparacaqlarını bildirib hüquq və vəzifələrini izah etmişlər. O, üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Lakin buna baxmayaraq polis əməkdaşları videoçəkilişdən istifadə etməklə üzərində yoxlama aparan zaman əyninə geydiyi qara rəngli şalvarın sağ yan cibində gizlətdiyi 1 ədəd qızılı rəngli kağız bükümün içərisində psixotrop maddə metamfetamin aşkar etmişlər. Aşkar olunub götürülmüş 1 ədəd bükülüdə psixotrop maddə metamfetamin onun iştirakı ilə elektron tərəzidə çəkilərkən 0,389 qram olduğu müəyyən edilmişdir. 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin poçt zərfinə qoyularaq qablaşdırılmış və Xətai RPİ-nin 35-ci PB-nə dəvət edilmişdir. Polis bölməsində hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş üzərindən aşkar edib götürülmüş psixotrop maddə metamfetamin müdafiəçinin yanında və videoçəklişdən istifadə edilməklə poçt zərfi açılaraq götürülərək psixotrop maddə metamfetaminə baxış keçirildikdən sonra başqa bir poçt zərfinə qablaşdırlaraq möhürlənmişdir. Yoxlama aparılması və əşyalara təkrar baxış keçirilməsi barədə tərtib edilmiş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 08 aprel 2025-ci il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində psixotrop maddələrin saxlaması barədə əməliyyat məlumat almışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə məruzə etmiş, Hacıqabul rayon PŞ-nin əməkdaşları Allahverdiyev Aİlahverdi Rizvan oğlunun, Şahid3 Seydidzadə oğlunun, Şahid4 iştirakları ilə əməliyyat müşahidə qrupu yaradılmış, əməliyyat məlumatın göstərildiyi ünvana yəni, Hacıqabul-Şirvan avtomobil yoluna getmişlər. Həmin günü saat 18:00-da Hacıqabul- Şirvan yolunun Hacıqabul şəhər ərazisindən keçən hissəsində yerləşən körpünün yaxınlığında Şahid5 idarə etdiyi «Hundai İ40» markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən YPX-nin inispektoru polis baş serjantı X3 idarə etdiyi DYPBnə məxsus avtomobillə saxla işarəsi verilib avtomobil saxlanılmış, sürücü Şahid5 avtomobildən düşüb RPŞ-nin DYPB-nin YPX-nin polis nəfəri Amid İsgəndərova yaxınlaşarkən, «Hundai İ40» markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağında əyləşən Təqsirləndirilən şəxs avtomobildən yerə düşürdərək dərhal təhlükəsizlik məqsədi ilə qoluna qandal vurmuşlar. Təqsirləndirilən şəxs nə üçün saxladıqlarını izah edərək əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar əsasında üzərində yoxlama keçiriləcəyi bildirilib hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə yoxlama keçirilmiş, yoxlama aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükülünün içərisində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkildikdə 0,46 qram olduğu müəyyən edilmiş və kütlə zərfə qoyularaq möhürlənmiş və bundan başqa Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs Hacıqabul rayon Polis Şöbəsinə dəvət olunmuş rayon PŞ-də Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün müdafəçi dəvət olunmuş, Hacıqabul şəhəri əraziisndə Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə aparılarkən aşkar olunub götürülərək qablaşdırılmış poçt zərfi Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iştirakı ilə açılaraq 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə baxış keçirildikdən sonra başqa bir poçt zərfinə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə aparılması və əşyaya təkrar baxış keçirilməsi barədə tərtib olunmuş protokolların məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid3 Seydidzadə oğlu, Şahid4, Şahid1 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi «Hundai İ40» markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub pul qazanır. Təqsirləndirilən şəxs Hacıqabul şəhər sakini kimi tanımış, onunla yaxşı münasibətlərdə olmuşdur. 08 aprel 2025-ci il tarixdə Şirvan şəhərində sərnişin gözləyən zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb onu Hacıqabul şəhərinə aparmağı və yol haqqını verəcəyəni demiş, o, buna etiraz etməmiş, Təqsirləndirilən şəxs avtomobilin arxa sağ oturacağına əyləşib Hacıqabul şəhərinə gəlmək məqsədi ilə yola düşmüşlər. Həmin günü saat 18 radələrində Hacıqabul- Şirvan avtomobil yolunda olan avtomobil körpüsünə çatmağa az qalmış Təqsirləndirilən şəxs sağa, yəni Bakı-Qazax yolu istiqamətinə tərəf avtomobili hərəkət etməyi demiş, avtomobili sağ istiqamətə tərəf hərəkət etdirən zaman arxadan avtomobilinə DYP-nə məxsus avtomobilin səs siqnalları ilə saxla işarəsi verilmiş, avtomobilini yolun kənarında saxlayıb aşağı düşəndən sonra DYP-nin əməkdaşı ona yaxınlaşaraq sənədlərini tələb etmişdir. Həmin vaxt mülki formada olan polis əməkdaşları avtomobilin arxa sağ tərəfində əyləşən Təqsirləndirilən şəxs yaxınlaşıb videogörüntüdən istifadə edilməklə onu saxlayıb avtomobildən aşağı düşürtmüşlər. Polis əməkdaşları videoçəklişdən istifadə edtməklə Təqsirləndirilən şəxs üzərində yoxlama aparmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geydiyi qara rəngli qış idman şalvarının sağ yan cibində gizlətdiyi 1 bükümün içərisində psixotrop maddə metamfetamin aşkar etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 1 ədəd bükülüdə psixotrop maddə metamfetamin onların iştirakları ilə elektron tərəzidə çəkilərkən 0,46 qram olduğu müəyyən edilmişdir. Sonra onun üzərində yoxlama aparılmış, lakin onun üzərində qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş psixotrop maddə metamfetamin poçt zərfinə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən Hacıqabul rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə aparılmasına dair tərtib olunmuş protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhər Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 23 yanvar 2025-ci il tarixdə saat 23:01-də Xətai RPİ-nin 35-ci PBnin əməkdaşları Şahid8 və Şahid7 ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında saxlayıb videoçəkilişlə özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah etmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif etdilkdə sonuncu əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində “metamfetamin” olmasını və həmin bükümü 23 yanvar 2025-ci il tarixdə səhər saatlarında metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında anket məlumatını bilmədiyi şəxsdən 20 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdə əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung A72” markalı mobil telefon, qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd alışqan, gödəkcənin sağ yan cibindən bir ədəd “Winston” siqaret qutusu, şalvarın sağ arxa cibindən iki manat aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən qeyd olunanlardan başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkildikdə 0.53 qram olması müəyyən edilib bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənib üzəri imzalanmışdır. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nə dəvət edərək üzərindən aşkar edilmiş əşyalarla birlikdə gətirib bölmənin təhqiqatçısı polis kapitanı X10 təqdim etmişlər. X16 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşıdırılmış bükümə baxış keçirildikdə sonuncu verilmiş suallara cavab olaraq bükümün içərisində olan maddənin “metamfetamin” olmasını, həmin bükümü metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün almasını bildirmişdir. Büküm yenidən həmin zərfdə qablaşdırılıb möhürlənmişdir. X16 tərəfindən Təqsirləndirilən şəxs saxlanması, üzərinə baxış keçirilməsini özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirildikdən sonra sonuncu verilmiş suallara cavab olaraq üzərindən aşkar edilmiş mobil telefonun özünə məxsus olmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir fiziki təzyiqə məruz qalmadığını bildirmişdir. Videoçəkiliş bitdikdən sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün polis bölməsinə dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Şahid7 Rafiq oğlu Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid8 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid7 Rafiq oğlu və Şahid6 ilə eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 08 aprel 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış idman şalvarının sağ yan cibindən bir ədəd selofan bükülü aşkar edildi. Bükülü açıldıqda içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 0,46 qram olduğu müəyyən edildi. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış idman şalvarının sağ yan cibindən 1 ədəd selofan bükümdə içərisində psixtotrop maddə metamfetaminə bənzər maddənin qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan maddəyə baxış keçirildi. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkildi və çəkisinin 0,46 qram olduğu müəyyən edildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/293 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,389 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 118-ci bəndində psixotrop maddə metamfetamin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 835 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorlardan birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2205 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlardan birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə qeydiyyatdadır. Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən daxil olmuş 18-1-41/2- 314/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən xəstəxananın konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində “F11.2 zərərli istifadə, asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır, lakin ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-dan etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 19:30-da Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-17/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid6 tərəfindən tərtib edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 23 yanvar 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanın qarşısında piyada hərəkətdə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində kristal şəkilli maddələr olan 01 ədəd qızılı kağıza bükülmüş bükümü təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümün içərisində olan kristal şəkillli maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə saat 10 radələrində metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında üzdən tanımadığı şəxsdən şəxsi istifadə üçün 20 manat müqabilində aldığını etiraf etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisinin 0,53 qram olduğu müəyyən edildi. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, polis əməkdaşları tərəfindən saxlanılarkən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş içərisində kristal şəkilli maddələr olan, psixotrop maddə metamfetaminə bənzər maddənin qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan maddəyə baxış keçirildi. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkildi və çəkisinin 0,53 qram olduğu müəyyən edildi. Bakı şəhər Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı X18 tərəfindən tərtib edilmiş “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 23:01-dən etibarən faktiki azadlığı məhdudlaşdırılmışdır. Vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə MSY-dən azad edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/358 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış zərfdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,389 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Hacıqabul rayon İcra Hakimiyyətinin MİS-nin rəisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Hacıqabul rayon İcra Hakimiyyətinin MİS-nin rəisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Minaxanov X4 şəhəri H.Həmidov küçəsi bina 1 mənzil 2 ünvanında övladı – 2014-cü il təvəllüdlü X13 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. Sonuncu dəfə Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhər Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,678 qram qalan psixotrop maddə metamfetamin və 6 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Hacıqabul rayon məhkəməsinin 2(071)-206/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, X5 ilə X9 arasında bağlanmış xx.xx.2012-ci il tarixli nikah qeydi pozulmuşdur. Lakin, qeyd edilən məhkəmə qətnaməsində tərəflərin birgə nikahından doğulmuş 2014-cü il təvəllüdlü X7 valideynlərdən kimin himayəsinə verilməsi qeyd edilməmişdir. Hacıqabul Rayon Qeydiyyat Şöbəsindən təqdim edilmiş ********* saylı xx.xx.2014-cü il tarixli doğum haqqında akt qeydindən görünür ki, valideynləri Təqsirləndirilən şəxs və X14 olmaqla xx.xx.2014-cü il tarixdə X15 anadan olmuşdur. Hacıqabul rayon İcra Hakimiyyətinin MİS-nin rəisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan və “elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladı - 2014-cü il təvəllüdlü X13 var. Hazırda Təqsirləndirilən şəxs ilə X11 arasında nikah qeydinin pozulmasına baxmayaraq, onların birgə nikahından doğulmuş azyaşlı X8 valideylərdən kimin himayəsinə verilməsi hər hansı rəsmi sənədlə müəyyən edilməmişdir. Lakin, Təqsirləndirilən şəxs barəsində Hacıqabul rayon İcra Hakimiyyətinin MİS-nin rəisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan və “elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladı var. X1 valideynlərdən kimin himayəsində yaşaması barədə mövcud şübhələrin olmasına baxmayaraq, mövcud vəziyyətin əksi, yəni azyaşlının Təqsirləndirilən şəxs deyil, X6 himayəsində olmasını təsdiq edən hər hansı rəsmi sənəd mövcud deyil. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin fundamental prinsiplərindən olan təqsirsizlik prezumpsiyasına əsasən cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Qanunvericiliyin qeyd edilən prinsipinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırki vəziyyətdə azyaşlı - 2014-cü il təvəllüdlü X7 Təqsirləndirilən şəxs himayəsində olması kimi qəbul edilməlidir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və hazırda onun himayəsində yetkinlik yaşına çatmayan övladı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-cı bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınan çəkisi 0,678 qram olan psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 91,95 (doxsan bir manat doxsan beş qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 835 nömrəli və xx.xx.2025ci il tarixli 2205 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorlardan birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində təyin olunmuş narkomaniyadan məcburi müalicənin icrasına nəzarət yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,678 qram qalan psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 91,95 manat (doxsan bir yeddi doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 29 (iyirimi doqquz) saata görə 319 (üç yüz on doqquz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Qərardan, qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar