Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-95/2022 19.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, xx.xx.1997-ci ildə Hacıqabul rayonu Talış kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" ASC-nin Hacıqabul rayon filialında kiçik mütəxəssis işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Talış kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:50-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Cruze” markalı ** DV *** dövlət qeydiyyat nişanlı minik avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisindən keçən 131-ci kilometrliyində Bakı istiqəmtində 80 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, qarşıda piyadanın olmasını nəzərə alaraq hərəkətin təhlükəsizliyini təmin edən lazımi hərəkətlər etməli, lazım gəldikdə isə vaxtında tormozlama əməliyyatı aparmaqla avtomobili həmin piyadaya çatmadan dayandırmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib təhlükəsizlik tədbirlərini vaxtında yerinə yetirməyərək yolu sağdan sola doğru keçən 1982-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın sağ təpə ənsə nahiyyəsinin əzilmiş yaraları, döş sümüyünün sınığı, sağ tərəfdə Vİİİ qabırğanın yerdəyişən sınığı, TH8, TH9, TH11, L1 fəqərələrinin kompression sınığı xəsarətləri almaqla, sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan olan az ağır cinayət əməlini törətməkdə təqsirli bildi və izahatında göstərdi ki, Zərərçəkmiş şəxs ilə barışmışdır və ona dəymiş maddi zərəri tam ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur, bu barədə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Ona görə də, onun barəsində olan cinayət işinin icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə gəlməmişdir, lakin dəymiş zərərin tam ödənilməsi və şikayəti olmaması barədə məhkəməyə ərizə göndərmişdir. Zərərçəkmiş şəxs Ağayev X4 şəhəri 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 8İ-5805 reyestr nömrəli ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi olmadığı, Təqsirləndirilən şəxs ona dəymiş maddi zərəri tam ödədiyini bildirmişdir. Bunları nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs ərizəsini nəzərə alaraq işə onqun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2 məhkəmə iclasında rəy verərək bildirdi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması, ona dəymiş maddi zərəri tam ödədiyi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və maddi tələbinin olmadığı nəzərə alınmaqla, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata, həmin Məcəlləsinin 73.3-cü və 263-cü maddəsinin Qeydinin 2-ci hissəsi tətbiq edilməklə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma cinayətini törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş maddi zərəri tam ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və iddia tələblərinin olmadığını, Təqsirləndirilən şəxs 44 X2 iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2021-ci il tarixli Sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medaları ilə təltif edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsi və 263-cü maddəsinin Qeydinin 2-ci hissəsi tətbiq edilməklə, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi məqsədə uyğundur. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut “Chevrolet Cruze” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılmış hesab edilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40.3, 41.3, 43.1.2, 175.5, 321, 321.2.1, 321.2.2 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata, həmin Məcəlləsinin 73.3-cü və 263-cü maddəsinin Qeydinin 2-ci hissəsi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut “Chevrolet Cruze” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətləri olduğuna görə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil X3 məhkəmə baxışı zamanı iştirak etdiyi 25 saata görə 150 manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili X1 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 gün müddətində Hacıqabul rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-95/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-95/2022
19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver