Məhkəmə qərarları › İş №1(071)-96/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-96/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-96/2024 10.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1996-cı ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul rayonu X9 küçəsi ev 150-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 2 ünvanında yerləşən mənzildə faktiki ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ilə birlikdə yataq otağına keçdikdən sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, sonuncu onunla cinsi əlaqədə olmağa razı olduğundan əynində olan paltarlarını soyunub yatmaq üçün ayrılmış yerdə uzanaraq sərtləşmiş cinsi orqanını xx xxxxx 2009-cu ildə anadan olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun qadın cinsi orqanına 3-4 dəqiqə ərzində salıb çıxartmış, bununla da o, özü üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında cinsi əlaqədə olmuşdur. Bundan başqa o, 2024-cü ilin may ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda ünvan 2 ünvanında yerləşən mənzildə faktiki ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ilə birlikdə yataq otağına keçdikdən sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, sonuncu onunla cinsi əlaqədə olmağa razı olduğundan əynində olan paltarlarını soyunub yatmaq üçün ayrılmış yerdə uzanaraq sərtləşmiş cinsi orqanını xx xxxxx 2009-cu ildə anadan olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun qadın cinsi orqanına 3-4 dəqiqə ərzində salıb çıxartmış, bununla da o, özü üçün aşkar surətdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında təkrar cinsi əlaqədə olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə kirayə yaşayır. Hacıqabul şəhərində fərdi əmək fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Zərərçəkmiş şəxs ilə aralarında ədavət və ya düşmənçilik olmamışdır. Tam əksinə münasibətləri daim yaxşı olmuşdur. Zəhranı uzun müddətdir tanıyır. Belə ki, Zəhranı 2023-cü ilin əvvəlləri Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində onlarla birlikdə qonşuluqda yaşayarkən görüb tanış olmuşdur. Zəhranı tanıdığı gündən aralarında sevgi münasibəti yaranmağa başlamışdır. O, anası X1 bir neçə dəfə Zəhranı sevdiyini və onunla ailə həyatı qurmaq istədiyini bildirmişdir. Lakin, anası hər dəfəsində Zəhranın yaşının az olduğunu, evlənmək yaşına çatdıqda onun üçün elçi gedəcəyinin sözünü vermişdir. 2023cü ilin mart ayında Zəhra və ailəsi Bakı şəhərinə köçmüşlər. O da, Zəhraya görə Bakı şəhərinə gedib özünə iş tapmış və onun yaşadığı evin yaxınlığında kirayə tutaraq orada yaşamağa başlamışdır. O, Zəhraya “Samsung A10” markalı mobil telefon və sim nömrə alıb vermişdir. Bundan sonra özünə məxsus olan xatırlamadığı mobil nömrədən hazırda xatırlamadığı Zəhranın istifadəsində olan mobil nömrəyə zəng edərək onunla danışmışdır. Zəhranın keçmiş ad gününü qeyd etmək məqsədi ilə 16 aprel 2023-cü il tarixdə Zəhra ilə Bakı şəhərində görüşən zaman onunla ailə həyatı qurmaq istədiyini bildirmişdir. Zəhra onun təklifi ilə razılaşmışdır. Həmin gün o və Zəhra anası Gülgəzin ünvan 2 ünvanında yaşadığı evə gəlmişlər. Təxminən 1 saat keçdikdən sonra qaynanası Qanuni nümayəndə anası Gülgəz Şıxəliyevanın istifadəsində olan mobil nömrəyə zəng edərək, Zəhranın mobil nömrəsinə zəng çatmadığını, buna görə narahat olduğunu onların evində olub-olmamasını soruşmuşdur. Anası Gülgəz qaynanası Umuxanıma Zəhranın öz razılığı ilə onunla birlikdə yaşadığı evə gəldiyini, yaxın günlərdə Zəhra üçün elçi gələcəyini bildirmişdir. Beləliklə, qısa müddətdən sonra onlar Zəhra üçün Bakı şəhərinə elçi getmişlər, lakin toy etməmək qərarına gəlmişlər. Bundan sonra Zəhra ilə birlikdə yaşamağa başlamışlar. 20 aprel 2023cü il tarixdə gecə saatlarında yaşadıqları ünvan 2 ünvanında olan zaman Zəhra ilə özlərinə məxsus olan yataq otağına daxil olmuşlar. Həmin vaxt Zəhraya artıq onun arvadı olduğunu, onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Zəhra özünün də, onunla cinsi əlaqəyə girməyə razı olduğunu bildirmişdir. Bundan sonra Zəhra özü əynində olan şalvarını və onun altında olan alt geymini əynindən çıxartmış və yataq dəstinin üzərinə uzanmışdır. Daha sonra o, əynindəki şalvarı və alt geyimini də çıxarıb Zəhranın yanına uzanmışdır. Həmin vaxt Zəhradan bir daha onunla cinsi əlaqəyə girmək istədiyini soruşmuşdur. Zəhra onunla cinsi əlaqəyə girmək istədiyini bildirmişdir. Zəhra kürəyi üstə uzanmış formada qalmışdır. O, Zəhranın ayaqlarının arasından üzərinə uzanmışdır. Bir müddət sonra onun cinsi orqanı sərtləşmiş formaya gəlmişdir. O, cinsi orqanını Zəhranın cinsiyyət orqanının içərisinə salaraq onunla təbii yolla cinsi əlaqədə olmağa başlamışdır. Zəhra ilə təbii yolla təxminən 3-4 dəqiqə cinsi əlaqədə olmuşdur. Yekunda öz spermasını Zəhranın cinsiyyət orqanının içərisinə boşaltmışdır. Bundan sonra Zəhranın cinsiyyət orqanından qan axmasını görmüş və həmin vaxt anlamışdır ki, onun bakirəliyini pozmuşdur. Zəhra bu barədə anası Gülgəzə məlumat vermiş və o, yataq otağından çıxmışdır. Anası Gülgəz yataq otağına daxil olub yataq dəstini təzələdikdən və Zəhranın halını soruşduqdan sonra yataq otağından çıxmışdır. Bundan sonra onlar həmin gecəni eyni yataqda birlikdə qalmışlar, lakin cinsi əlaqədə olmamışlar. Həmin vaxtdan sonrada Zəhra ilə bir daha cinsi əlaqədə olmamışlar. 10 mart 2023-cü il tarixdə Hacıqabul şəhərində xatırlamadığı ünvanda fəhlə işləyirmiş, mobil telefon işlətmədiyi üçün övladının dünyaya gəlməsindən məlumatı olmamışdır. Həmin gün axşam vaxtlarında yaşadığı evə gəldikdə Zəhranın övladını dünyaya gətirdiyini görmüşdür. O, Zərərçəkmiş şəxs qaçırmamış, qaçırmaq fikri olmamışdır. O, Zərərçəkmiş şəxs xx.xx.2009-cu ildə anadan olmasını bilmiş, Zəhra isə onunla öz istəyi və razılığı ilə evlənmiş, hər hansı şəxs tərəfindən onunla evlənməyə məcbur edilməmişdir. Dəqiq tarixi yadında deyil, lakin 2024cü ilin may ayının sonları axşam radələrində Zərərçəkmiş şəxs ilə ünvan 2-də yerləşən yaşadıqları evdə olan zaman özlərinə məxsus olan yataq otağına daxil olmuşlar. Hər ikisi yataq otağında olan yataq dəstinin üzərinə uzanmışlar. Bu zaman Zəhranın razılığı ilə yenidən təbii yolla cinsi əlaqəyə girməyə qərar vermişlər və həmin vaxt bir dəfə Zəhra ilə təbii yolla cinsi əlaqədə olmuşlar. Həmin vaxtdan sonra bir daha Zəhra ilə cinsi əlaqədə olmamışdır. 09 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs qarın nahiyəsində ağrılar olduğunu ona bildirdikdən sonra birlikdə Hacıqabul rayon Mərkəzi Xəstəxanasına müraciət etmişlər və oradan Zəhranın hamilə qalmaqda şübhəli olduğunu bildirmişlər. Beləliklə təyin olunan ekspertizadan sonra Zəhranın 5 həftəlik hamilə olduğunu öyrənmişlər. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, hazırda bir azyaşlı uşağın himayəsində olmasını, həmçinin zərərçəkmiş şəxslə ailə kimi birgə yaşamağa davam etməsini və ikinci uşaq gözləmələrini nəzərə alaraq onun məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştrakı ilə dindirilən zaman ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə kirayə yaşayır, bir övladı vardır. Təqsirləndirilən şəxs ilə aralarında ədavət və ya düşmənçilik olmamışdır. Tam əksinə münasibətləri daim yaxşı olmuşdur. Hümməti 2 ilə yaxındır ki, tanıyır. Belə ki, Hümmət 2023-cü ilin əvvəlləri Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində onunla birlikdə qonşuluqda yaşayırdı. Hümməti tanıdığı gündən aralarında sevgi münasibəti yaranmağa başlamışdır. Hümmət bir neçə dəfə onunla evlənmək istədiyini dilə gətirmişdir. Lakin, yaşının az olmasını nəzərə alaraq bu barədə heç kimə bir söz deməmişlər. 2023-cü ilin mart ayında o və ailəsi Bakı şəhərinə köçmüşlər. Hümmətdə ona görə Bakı şəhərinə gəlib özünə iş tapmış və onun yaşadığı evin yaxınlığında kirayə tutaraq orada yaşamağa başlamışdır. Bu müddət ərzində onlar Hümmətlə sevgili kimi görüşüb, danışmışlar. Hümmət onunla əlaqə saxlamaq üçün ona “Samsung A10” markalı mobil telefon və sim nömrə alıb vermişdir. Beləliklə, Hümmətlə daha sıx əlaqə saxlamağa başlamışlar və bir-birlərinə dahada bağlanmış və sevmişlər. Keçmiş ad gününü qeyd etmək məqsədi ilə 16 aprel 2023-cü il tarixdə Hümmətlə Bakı şəhərində görüşən zaman Hümmət onunla ailə həyatı qurmaq istədiyini bir daha dilə gətirmişdir. O, bu dəfə yaşının az olmasını nəzərə almamış və Hümmətin təklifi ilə razılaşmışdır. Həmin gün Hümmət və o, qaynanası X4 şəhəri, İ.Qayıbov küçəsi ev 12 ünvanında yaşadığı evə gəlmişlər. Hümmətlə o, əvvəlcədən bu barədə valideynlərinə heç bir məlumat verməmişlər. Təxminən 1 saat keçdikdən sonra anası Qanuni nümayəndə Gülgəz Şıxəliyevanın istifadəsində olan mobil nömrəyə zəng edərək, onun istifadəsində olan mobil nömrəsinə zəng çatmadığını, buna görə narahat olduğunu, ondan məlumatının olub-olmamasını soruşmuşdur. Qaynanası Gülgəz anası Umuxanıma onun öz razılığı ilə Hümmətlə birlikdə yaşadığı evə gəldiklərini, yaxın günlərdə onun üçün elçi gələcəyini bildirmişdir. Beləliklə, qısa müddətdən sonra onlar onun üçün Bakı şəhərinə elçi gəlmişlər. Həmin müddət ərzində o, qaynanası Gülgəzlə birlikdə yaşamağa başlamışdır. Anası Umuxanım onun Hümmətlə evlənməyinə razılıq verdikdən sonra toy etməmək qərarına gəlmişlər. Beləliklə elçilikdən sonra Hümmətlə birlikdə ər-arvad münasibətində yaşamağa başlamışlar. 20 aprel 2023-cü il tarixdə gecə saatlarında yaşadıqları ünvan 2 ünvanında olan zaman Hümmətlə özlərinə məxsus olan yataq otağına daxil olmuşlar. Həmin vaxt Hümmət ona artıq arvadı olduğunu, onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, Hümmətə onunla cinsi əlaqəyə girməyə razı olduğunu bildirmişdir. Bundan sonra o, əynində olan şalvarını və onun altında olan alt geyimini əynindən çıxartmış və yataq dəstinin üzərinə uzanmışdır. Daha sonra Hümmət əynindəki şalvarı və alt geyimini də çıxarıb onun yanına uzanmışdır. Həmin vaxt Hümmət ondan bir daha onunla cinsi əlaqəyə girmək istəyibistəmədiyini soruşmuşdur. O, cinsi əlaqəyə girmək istədiyini Hümmətə birdaha dilə gətirmişdir. Bundan sonra o, kürəyi üstə uzanmış formada qalmış və öz istəyi ilə ayaqlarını açaraq Hümmətin həmin nahiyəsindən onunla cinsi əlaqəyə girməsinə şərait yaratmışdır. Hümmət, ayaqlarının arasından üzərinə uzanmışdır. Bir müddət sonra Hümmətin cinsi orqanının sərtləşmiş formaya gəldiyini hiss etmişdir. Hümmət cinsi orqanını onun cinsiyyət orqanının içərisinə salaraq onunla təbii yolla cinsi əlaqədə olmağa başlamışdır. Hümmət ilə təbii yolla təxminən 3-4 dəqiqə cinsi əlaqədə olmuşlar. Yekunda Hümmətin öz spermasını onun cinsiyyət orqanının içərisinə boşaltdığını hiss etmişdir. Bundan sonra onun cinsiyyət orqanından qan axmasını aşkar etmiş və həmin vaxt anlamışdır ki, onun bakirəliyi pozulmuşdur. O, bu barədə qaynanası Gülgəzə məlumat vermiş və Hümmət yataq otağından çıxmışdır. Qayananası Gülgəz otağa daxil olub yataq dəstini təzələdikdən və onun halını soruşduqdan sonra yataq otağından çıxmışdır. Bundan sonra Hümmətlə həmin gecə eyni yataqda birlikdə qalmışlar, lakin cinsi əlaqədə olmamışlar. Həmin vaxtdan sonra Hümmətlə birdaha cinsi əlaqədə olmamışlar. 10 mart 2024-cü il tarixdə səhər saatlarında qaynanası Gülgəz evə bir neçə ərzaq almaq, Hümmət isə Hacıqabul şəhərində fəhlə işləmək üçün çıxmışlar. Buna görə də, evdə tək olmuşdur. Evdə olan zaman bel və qarın nahiyələrində şiddətli ağrılar yaranmağa başlamışdır. Həmin vaxt ağrıların gündəlik baş verən ağrılar olduğunu düşünmüşdür. Lakin vaxt keçdikcə ağrıların şiddətləndiyini və cinsiyyət orqanından suyun gəldiyini görmüşdür. Bu zaman doğuş prosesinin başladığını anlamışdır. Dərhal qaynanası Gülgəzə zəng edərək, narahat olduğunu və evə gəlməsini xahiş etmişdir. Təxminən 30 dəqiqədən sonra qaynanası Gülgəz evə gəldikdə o, artıq doğuş prosesinin çox hissəsini başa çatdırmış, yəni övladının bədəninin xeyli hissəsi artıq çöldə olmuşdur. Qaynanası Gülgəz onu gördükdən sonra təcili tibbi yardıma müraciət etməyin artıq gec olduğunu anlamış və doğuş prosesini sonlandırmasına azda olsa köməklik etmişdir. O, öz istəyi ilə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş, hər hansı şəxs tərəfindən evlənməyə məcbur edilməmişdir. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə emosional vəziyyətdə göz yaşları ilə müşayiət olunmaqla məhkəmə çıxışlarında təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, qohumluq münasibətlərinin davam etməsini, himayəsində bir azyaşlı övladının olmasını, gələcək aylarda isə yeni övladlarının olacağını, təqsirləndirilən şəxsin ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq onun məsuliyyətdən azad edilməsini məhkəmədə xahiş etdilər. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixində məhkəməyə təqdim etdiyi yazılı ərizəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Həmin ərizə ilə şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tanış olmuş və imzalamışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında oğlu və gəlini ilə birlikdə kirayə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə aralarında ədavət və ya düşmənçilik olmamışdır. Tam əksinə münasibətləri daim yaxşı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. Zəhra 2023-cü ilin əvvəlləri Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində onların qonşuluğunda ailəsi ilə birlikdə yaşayırdı. Həmin vaxtlar oğlu Hümmət Zəhranı görüb tanış olmuşdur. Hümmət Zəhranı tanıdığı gündən aralarında sevgi münasibəti yaranmağa başlamışdır. Hümmət ona hər dəfəsində Zəhra ilə evlənmək istədiyini dilə gətirirdi. Zəhranın yaşının az olduğunu bildiyi üçün Hümməti hər dəfəsində evlənmək fikrindən yayındırırdı. 2023-cü ilin mart ayında Zəhra və ailəsi Bakı şəhərinə köçmüşlər. Hümmətdə Zəhraya görə Bakı şəhərinə gedib özünə iş tapmış və Zəhranın yaşadığı evin yaxınlığında kirayə tutaraq orada yaşamağa başlamışdır. 16 aprel 2023-cü il tarixdə X7 şəhəri, İ.Qayıbov küçəsi ev 12 ünvanında yerləşən yaşadığı evə birlikdə gəldiklərini görmüşdür. Hümmət ona Zəhra ilə evlənmək məqsədi ilə Hacıqabul şəhərinə gəldiklərini bildirmişdir. O, həmin vaxt öz etirazını bildirərək, Zəhranı yaşadığı evə geri qaytarmasını Hümmətə bildirmişdir. Zəhra ona öz istəyi ilə Hümmətlə birlikdə gəldiyini və evlənmək istədiklərini o, qəbul etmədiyi təqdirdə başqa yerə gedib orada yaşayacaqlarını bildirmişdir. Onların çıxıb getməsindən və onunla birdaha əlaqə saxlamamalarından qorxduğu üçün evə qəbul etmişdir. Təxminən 1 saat keçdikdən sonra Qanuni nümayəndə onun istifadəsində olan mobil nömrəyə zəng edərək, Zəhranın mobil nömrəsinə zəng çatmadığını, buna görə narahat olduğunu onların evində olub-olmamasını soruşmuşdur. O, Umuxanıma Zəhranın öz razılığı ilə Hümmətlə birlikdə yaşadıqları evə gəldiyini, yaxın günlərdə Zəhra üçün elçi gələcəyini bildirmişdir. Beləliklə, qısa müddətdən sonra o, Zəhra üçün Bakı şəhərinə elçi getmişdir. Qanuni nümayəndə Zəhranın Hümmətlə ailə qurmasına razılıq verdikdən sonra, toy etməmək qərarına gəlmişlər. Beləliklə Zəhra həmin vaxtdan sonra onlarla birlikdə yaşamağa başlamışdır. 20 aprel 2023-cü il tarixdə gecə saatlarında yaşadıqları ünvan 2 ünvanında olan zaman Hümmətlə Zəhra özlərinə məxsus olan yataq otağına daxil olmuşlar. Bir neçə dəqiqədən sonra Hümmətin onu çağırdığını eşitmiş və onlara məxsus yataq otağının qarşısına getdikdə, Hümmətlə Zəhranın eyni yataqda olmasını görmüşdür. Həmin vaxt anlamışdır ki, Hümmətlə Zəhra cinsi əlaqə olmuşlar. Otağa daxil olub Zəhradan maraqlandıqda, Zəhra ona Hümmətlə öz istəyi və razılığı ilə təbbi yolla cinsi əlaqədə olduqlarını bildirmişdir. Yataq dəstinə göz gəzdirdikdə, yataq dəstinin üzərində qan olmasını görmüş və Zəhranın bakirəliyinin pozulmasını anlamışdır. Bundan sonra yataq dəstini dəyişmiş və Zəhranın əhvalını soruşduqdan sonra yataq otağına getmişdir. 2023-cü ilin iyul ayında Zəhra ona aybaşı olmadığını bildirmişdir. O, Zəhra üçün test almış və test etdikdən sonra Zəhranın hamilə olduğunu aşkar etmişlər. 10 mart 2024-cü il tarixdə yaşadığı evdə olmadığı üçün Zəhranın istifadəsində olan mobil nömrəyə zəng etdiyini görmüşdür. Zəngə cavab verdikdə, Zəhra ona narahat olduğunu bildirmişdir. O, yaşadıqları evə çatdıqda, Zəhranın doğuş prosesinin həyata keçirdiyini, uşağın bədəninin yarı hissəsinin çöldə olduğunu görmüşdür. Həmin vaxt xəstəxanaya çatmağın və təcili tibbi yardımın gəlməyinin gec olacağını, uşağı və Zəhranı itirə biləcəyini düşünmüşdür. Buna görə də, iki uşağ anası olduğu və əvvəllər uşaq dünyaya gətirdiyindən təcrübəli olduğu üçün uşağın digər hissəsinin çölə çıxmasına, yəni 1-2 dəqiqəlik doğuş prosesinin başa çatmasına köməklik etmişdir. Məhkəmə iclasında Şahid2 Mizəxan oğlu ifadəsində göstərmişdir ki, 2003-cü il tarixdən Hacıqabul rayonu Meyniman kənd İnzibati Ərazi Dairəsinin nümayəndəsi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs əvvəldən tanıyır, nümayəndəsi olduğu Meyniman kəndində qeydiyyatdadır. Zərərçəkmiş şəxs Meyniman kənd sakinləri olan Qanuni nümayəndə və X2 birgə nikahından dünyaya gəlmişdir. Qanuni nümayəndə və Cəbrayıl Cəfərov təxminən 7-8 ilə yaxındır ki, boşanmışlar və ayrı yaşayırlar. Qanuni nümayəndə ayrıldığı vaxtdan etibarən övladları ilə birlikdə əvvəllər Hacıqabul şəhərində, daha sonra eşitdiyi qədəri ilə Bakı şəhərində yaşamağa başlamışdır. Uzun müddətdir ki, Umuxanım və övladları Bakı şəhərində yaşadığından onlar barəsində heç bir məlumat eşitməmişdir. Sonuncu dəfə təxminən 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs 2023-cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxsla öz istəyi ilə qeyri-rəsmi ailə həyatı qurmasını və həmin nikahdan bir uşaq dünyaya gətirməsini eşitmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs 2009-cu il təvəllüdlü və azyaşlı olmasından məlumatı vardır. Lakin, azyaşlı olan Zərərçəkmiş şəxs uşaq dünyaya gətirməsi barədə Hacıqabul rayon İcra Hakimiyyətinə və ya başqa hər hansı hüquq mühafizə orqanına bu barədə heç bir məlumat verməmişdir. Təxminən 1 ay sonra öyrənmişdir ki, həmin faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi başlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadələrində Şahid2 Mizəxan oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında əlavə şahid qismində cəlb edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs yaşayan ərazi üzrə Mənzil Kommunal Təsərrüfat sahəsinin rəisi olmuşdur, hazırda isə Hacıqabul şəhər Kommunal Müəssisələri Kombinatında sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxsin anasını tanıyır. Zərərçəkmiş şəxsin isə ata və anasını tanıyır. Qeyd edilən cinayət hadisəsindən məlumatı olmayıb. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin toy məclisi qeyd olunmadığından hadisə barədə eşitməmişdir. Zərərçəkmiş şəxs həmin ünvana gəlişindən isə xəbəri olmayıb. Əraziyə yeni kirayə köçən şəxs xidmət göstərdiyi təşkilatda qeydiyyata düşməlidir. Ərazidə yaşayan şəxslərin köçməsi ilə bağlı qeydlər kitaba işlənir. Cinayət işində adı keçən şəxslərin köçmə məlumatları ilə bağlı qeydlərlə bağlı məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1- ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 173 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində qarşılıqlı mübarizə zamanı əmələ gələ bilən hər hansı travmatik zədələr və onun obyektiv izləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik hər hansı bir travmatik zədələr və onların obyektiv izləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs ilə ağız vasitəsi ilə cinsi əlaqədə olmasını müəyyənləşdirmək mümkün hesab edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, doğmuş qadına məxsusdur, hamilə olması aşkar edilmir. Məhkəmə-tibbi ekspertizasının 02 may 2024-cü il tarixli, 174 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli, 1289 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdipsixoloji xüsusiyyətlərinə görə konfliktə və aqressiv davranışlara meyilli olmayan, ünsiyyətçil, inadkar şəxsdir. Etdiyi hüquqazidd hərəkətlər zamanı Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1290 nömrəli rəydən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin qərarda göstərilən, ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs idrak prosessləri, dünyagörüşü intellektual imkanları normaya uyğundur. Adaptivlik, sakit təbiətlilik, ünsiyyətçillik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Zərərçəkmiş şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Həmçinin Hacıqabul rayon mərkəzi xəstəxanası X13 tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 18-1-41/2-398/2024 nömrəli məktuba əsasən müəyyən edilir ki, Zərərçəkmiş şəxs 24 aprel 2024-cü il tarixdə “Hacıqabul rayon mərkəzi xəstəxanası” X11 ginekoloji şöbəsinin həkim ginekoloqu Könül Ağayevanın və ginekoloji ultrasonoqragiya müayinəsində olmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hacıqabul rayon Qeydiyyat şöbəsindən alınmış 03 iyun 2009-cu il tarixli 294 saylı doğum haqqında akt qeydinin surətlərinə əsasən Zərərçəkmiş şəxs xx xxxxx 2009-cu il tarixdə anadan olmaqla hadisənin baş verdiyi tarixdə 14 yaşı tamam olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 11 iyul 2024-cü il tarixli, 287 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Zərərçəkmiş şəxs hamilə olmaqla, hamiləliyinin müddəti 5 həftəlikdir. Hacıqabul rayon mərkəzi xəstəxanası X13 tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli, 18-1-41/2-485/2024 nömrəli məktuba əsasən, Zərərçəkmiş şəxs “Hacıqabul rayon mərkəzi xəstəxanası” X11 konsultativ-poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. Hacıqabul rayon mərkəzi xəstəxanası X13 tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli, 18-1-41/2-486/2024 nömrəli məktuba əsasən, Təqsirləndirilən şəxs “Hacıqabul rayon mərkəzi xəstəxanası” X11 konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində F19.2 diaqnozu ilə 11 oktyabr 2021-ci il tarixindən qeydiyyatda dayanır, lakin ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, Rəhmanov X5 şəhər Z.Tağıyev küçəsi 150 ünvanında qeydiyyatdadır. Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Hacıqabul şəhər İƏD-üzrə nümayəndəliyinə müsbət rəy daxil olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli tələbnaməyə əsasən Rəhmanov X5 rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2. və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 18 yanvar 2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinin qərarı ilə cəzası 02 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 15 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə görə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 152.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsin ondan şikayət tələbinin olmamasını, ər-arvad kimi bir yerdə yaşamalarını, yaşayış yerində müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum emə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmu ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşaiyət olunur. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1 -ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə, törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəza sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi xx.xx.2013-cü il tarixli qərarında qeyd etmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən probasiya idarəsinə məlumat vermək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi və hökmün icrası onun yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı diqqətə çatdırır ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanada Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən probasiya idarəsinə məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi və hökmün icrası onun yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ**********0000006944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar