Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-96/2025 04.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qazancından 15 % məbləğdə pul dövlət nəfinə tutulmaqla barəsində 01 il müddətinə islah işləri cəzası təyin edilmiş, Neftçala rayonu Kürqarabucaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs, 12 oktyabr 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı- Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 123-cü kilometrində yolun sağ zolağı ilə idarə etdiyi «Kia Cerato» markalı **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində 70 km/saat sürətlə hərəkətdə olub yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştiraçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili yolun sağ kənarına aşırmış, nəticədə ehtiyatsızlıqdan «Kia Cerato» minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs L1 fəqərəsinin kompression sınığı, sol yarısında, sağ bazuda və sağ saiddə sıyrıqları kimi xəsarətlər yetirərək ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmasına səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2021-ci ildə xx.xx.2031-ci il tarixədək etibarlı olan «B1,B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsilə özünə məxsus olan «Kia Cerato » markalı **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 12 aprel 2025-ci il tarixdə həmin avtomobillə Bakı şəhərindən Zərdab rayonuna getmək üçün Bakı- Qazax avtomobil yoluna çıxaraq Qazax rayonu istiqamətində hərəkətdə olan vaxt avtomobili texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə 1 nəfər sərnişin yəni tanışı Zərərçəkmiş şəxs olmuşdur. O, Bakı-Qazax yolu ilə xeyli gedib Hacıqabul rayonu ərazisinə çatmış, avtomobili yolun sağ zolağı ilə saatda 70 km/saat surətlə idarə edən vaxt hava yağışlı olmuş, yol yaş olmuşdur. Saat 13 radələrində Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 123-cü kilometrində idarə etdiyi «Kia Cerato» minik markalı **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ zolağı ilə hərəkətdə olarkən avtomobilin təkəri yolda yaranmış su gölməçəsinə düşmüş, bu vaxt avtomobil sağa, sola hərəkət edib idarəetmədən çıxmışdır. O, avtomobilin idarəetməsini itirmiş və yolun sağına doğru hərəkət etməyə başlamış, əyləci basaraq avtomobili saxlamağa, yada yola düzəltməyə çalışsa da, bunun heç bir xeyri olmamış və avtomobil idarəetmədən çıxaraq yolun sağ kənarına aşmışdır. Avtomobil aşıb dayandıqdan sonra ətrafdan başqa adamlar gəlib onlara köməklik edib avtomobildən çıxarmışlar. O, hadisə zamanı xəsarət aldığı üçün xəstəxanaya getmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Hadisə nəticəsində avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs L1 fəqərəsinin kompression sınığı, sol yarısında, sağ bazuda və sağ saiddə sıyrıqları kimi xəsarətlər almışdır. O, Zərərçəkmiş şəxs müalicəsi üçün dəfələrlə Bakı şəhərində fəaliyyət göstərən tibbi klinikalara apararaq bütün xərcləri ödəmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslə barışmağa cəhd göstərsə də, zərərçəkmiş şəxs yüksək məbləğdə pul tələb etmiş, onun isə maddi imkanı olmadığı üçün onunla barışa bilməmişdir. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 12 oktyabr 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs zəng vuraraq onunla birlikdə Zərdab rayonuna getməyini xahiş etmiş, o, Təqsirləndirilən şəxs ilə razılaşmış və Bakı şəhərində görüşüb sonuncuya məxsus olan «Kia Cerato » markalı **- KQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola çıxmışlar. Bakı şəhərindən Bakı-Qazax avtomobil yoluna çıxıb Qazax rayonu istiqamətində hərəkətə davam edərkən o, avtomobildə qabaq sağ oturacaqda oturmuşdur. Bakı-Qazax yolu ilə xeyli gedib Hacıqabul rayonu ərazisində hərəkətdə olan zaman hava yağışlı, yol yaş olmuşdur. Biraz getdikdən sonra hərəkətdə olduqları zaman avtomobilin təkəri su gölməçəsinə düşmüş və idarəetmədən çıxaraq yolun sağ kənarındakı torpaqlıq sahəyə aşmışdır. Avtomobil aşandan sonra onu çıxarıb xəsarət aldığı üçün xəstəxanaya aparmışlar. Hadisə zamanı o, müxtəlif bədən xəsarətləri almış, baş vermiş yol nəqliyyat hadisəsindən sonra sürücü Təqsirləndirilən şəxs ona köməklik göstərəcəyini, müalicə xərclərini ödəyəcəyini desədə o, barışıq ərizəsi verdikdən sonra yardım göstərməmiş, müalicə xərclərini ödəməmişdir. Buna görədə o, sürücü Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və cinayət işinin məhkəməyə göndərilməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, barəsində qanun çərsivəsində tədbir görülməsini xahiş edir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə yeri Bakı-Qazax yolunun 123-cü km-dir. Hadisə yerində hərəkət hissəsi yaş, hamar, üfüqi olmaqla asfalt örtüklüdür. Hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş 3-13-16/2-183673/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə BD 502515 nömrəli “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. BD502515 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1, B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 515 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – L1 fəqərəsinin kompression sınığı, sol qulaq seyvanında, sol gözüstü qapaqda, sol almacıqda,sol saidin yuxarı 1/3-də qançırlar, alının sağ yarısında, sağ bazuda və sağ saiddə sıyrıqlar. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 12 oktyabr 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 516 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alın nahiyəsində, sağ gözətrafı nahiyədə, burunüstü nahiyədə sıyrıqlar, üst dodağın iç səthində qansızma, sol əlin arxa səthində qançır. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 12 oktyabr 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2951 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X5” markalı **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs tərəfindən yazılı şəkildə verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən yazılı şəkildə verilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs vurulmuş ziyanı tam ödəyərək onunla barışmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xəsarət alması faktına görə Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyləri sübut kimi qiymətləndirilmişdir. “Alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən” texniki vasitənin nəticəsini özündə əks etdirən İN642561 saylı xx.xx.2024-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs spirli içki qəbul etməmişdir. “Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon məhkəməsinin 1(003)-412/2025 saylı xx.xx.2025-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qazancından 15 % məbləğdə pul dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası təyin edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvəllüdlü X3 adlı övladı var. Neftçala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 3-16-35-69/2- 112860/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon məhkəməsinin 1(003)-412/2025 saylı xx.xx.2025-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qazancından 15 % məbləğdə pul dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası təyin edilmişdir. Paşayeva X2 rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınsa da, hazırda işsiz olduğundan məşğulluq orqanında qeydiyyata alınmış, cəzası çəkilməmiş olaraq qalmışdır. Hacıqabul rayon məhkəməsinin 1(071)-96/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi qət edilmişdir. Hacıqabul rayon məhkəməsinin 1(071)-96/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Hacıqabul RPŞ-dən daxil olmuş 3-13-78/2-20480/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 240127 saylı axtarış işi açılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Hacıqabul rayonu ərazisində saxlanılaraq Hacıqabul rayon məhkəməsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə yazılı şəkildə iltizam verərək keçiriləcək məhkəmə iclaslarında iştirak edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X5” markalı **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq idarə etdiyi avtomobili yolun sağ kənarına aşırmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs L1 fəqərəsinin kompression sınığı, sol yarısında, sağ bazuda və sağ saiddə sıyrıqları kimi xəsarətlər yetirərək ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmasına səbəb olmuşdur. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün zərərçəkmiş şəxsin az ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş nəticə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon məhkəməsinin 1(003)-412/2025 saylı xx.xx.2025-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qazancından 15 % məbləğdə pul dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası təyin edilmişdir. Bakı şəhər Xəzər rayon məhkəməsinin hökmü ilə təqsirli bilindiyi cinayət əməli təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi ibtidai araşdırma aparılan zaman törədilmişdir. Eyni zamanda, Neftçala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 3-16-35- 69/2-112860/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 15 % məbləğdə pul dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası çəkilməmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Həmin Məcəllənin 263.1-ci maddənin sanksiyasında 4 növ, yəni cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən cəzalardan təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədəuyğundur. Belə ki, təqsirləndirilən şəxs barəsində Xəzər rayon məhkəməsinin hökmü ilə təyin edilmiş islah işləri cəzası təqsirləndirilən şəxsin iş yerinin olmaması səbəbindən ötən müddət ərzində icra edilməmişdir. Hazırki cinayət əməlinə münasibətdə təqsirləndirilən şəxs barəsində yenidən islah işləri və mahiyyəti pul tənbehi olan cərimə növündə cəzaların təyin edilməsi cəzanın məqsədlərinə nail olunmasına münasibətdə məntiqsiz görünür. Digər tərəfdən təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olması, xüsusəndə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsi və cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş daha sərt cəzanın – azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzaya qənaət, habelə Cinayət Məcəlləsinin fundamental prinsiplərindən olan ədalət prinsipinin tələbləri ilə ziddiyyət təşkil edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hadisədən sonrakı davranışı, şəxsiyyətinin müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəza Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinin tələblərinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü barabər tutulmaqla Bakı şəhər Xəzər rayon məhkəməsinin 1(003)-412/2025 saylı xx.xx.2025-ci il tarixli hökmünə əsasən qazancdan 15 % məbləğdə pul dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Neftçala rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onların üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanın icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzanın başlanğıcı həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs barəsində əlavə cəza qismində təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra edilməli və cəzanın başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i̇ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 15 % məbləğdə pul dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü hesabı ilə hesablamaqla 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Neftçala rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Neftçala rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət Məcəlləsinin 68.2-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza müstəqil icra olunsun. Əlavə cəzanın icrası müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, VÖEN **********). Hökmdən, hökm elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-96/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-96/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver