Məhkəmə qərarları › İş №1(071)-97/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-97/2022

19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-97/2022 19.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs maddi tələbatının ödənilməsi üçün tamah niyyəti ilə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində X2 yaşadığı Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsindəki 151 №-li evin hasarından həyətə keçməklə, oradan da başqa saxlanc yeri hesab edilən damın qapısını açmaq yolu ilə dama qanunsuz daxil olub oradan 850 (səkkiz yüz əlli) manat dəyərində «Emka-28» markalı kombi aparatını və 40 (qırx) manat dəyərində «Markus» markalı su matorunu (gidraporu) gizli olaraq talamaqla, zərərçəkmiş şəxs X3 890 (səkkiz yüz doxsan) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 151 №-li evdə yaşayan Zərərçəkmiş şəxs onun qonşusudur, evlərinin aralarından bir hasar vardır. Münasibətləri yaxşıdır. Aralarında hər hansı bir düşmənçilik, ədavəti və qohumluq əlaqəsi yoxdur. 10 yanvar 2022-ci il tarixdə maddi vəziyyəti yaxşı olmadığı və pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs və onun oğlu Şahid1 evdə olmdığını bildiyi üçün Xubzərin yaşadığı evindən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində hasar qonşusu Xubzərin yaşadığı evin həyətyanı sahəsinə hasardan daxil olmuş, həyətdə sağ tərəfdə yerləşən əl damına girmiş, orada qutuda kombi aparatının olduğunu görmüş, kombi aparatını oğurlayıb aparmaq istəmiş, lakin kombi aparatı ağır olduğu üçün onu hasardan keçirdə bilməmişdir. Buna görə də aparatı yerə qoyub, hissələrə ayırmış və sökərək mis olan hissələri və su matorunu yerindən çıxardıb oğurlayıb öz yaşadığı evin həyətinə keçmişdir. Həmin günü yəni, xx.xx.2022-ci il tarixdə səhər vaxtlarında Hacıqabul şəhəri M.Əsədov küçəsində yerləşən Rövşən adlı şəxsin metal qəbul məntəqəsinə getmiş, orada fəhlə işləyən Vüsal adlı şəxsə yaxınlaşıb gətirdiyi misi ona göstərib satmaq istədiyini demişdir. Vüsal misi Rövşənə göstərmiş, Rövşən ondan misin kimə məxsus olmasını soruşmuşdur. O, Rövşənə misin özünə məxsus olmasını, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Rövşən ondan şəxsiyyət vəsiqəsi istəmişdir. O, üzərində şəxsiyyət vəsiqəsi olmadığını bildirmişdir. Rövşən onu tanıdığı üçün şəxsiyyyət vəsiqəsi olmadan misi götürmək qərarına gəlib 55 manata razılaşmışdır. O, misi Rövşənə verib 55 manat pul almış və oradan getmişdir. Sonra evə gəlib su matorunu bir kisəyə qoyub Hacıqabul şəhərində yerləşən mərkəzi bazarın arxa tərəfinə getmiş, orada su matorunu üzdən tanıdığı, lakin adını bilmədiyi Hacıqabul şəhər sakininə 25 manata satmışdır. Əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra isə Zərərçəkmiş şəxs Hacıqabul RPŞ-yə şikayət etdiyini bilmişdir. Hacıqabul RPŞ-yə dəvət olunandan sonra törətdiyi cinayəti etiraf etmişdir. Törətdiyi əməldən peşmandır. İş məhkəməyə daxil olduqdan sonra Zərərçəkmiş şəxs dəymiş maddi zərəri tamamilə ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. Zərərçəkmiş şəxs yaşlı olduğuna görə səhhəti ilə bağlı məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia tələbi və şikayəti olmadığını bildirmişdir. Üzürlü səbəblərdən məhkəməyə gələ bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, yaşadığı Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 151 №-li evinin sularının güclü gəlməsi üçün 2021-ci ilin sonlarında «Markus» markalı böyük su matorunu, yəni hidroporu 110 (yüz on) manata alıb quraşdırmışdır. Həmin vaxtı yaşadığı evin istilik sistemini yaxşı və daim isti su olması üçün 800 (səkkiz yüz) manata «Emka-28» markalı kombi aparatı alıb yaşadığı evin həyətində olan əl damına qoymuşdur ki, sonra quraştıtdırsın. Səhhətində yaranmış problem ilə əlaqədar 2022-ci ilin yanvar ayının ilk günlərində Bakı şəhərində yerləşən xəstəxanaya, oğlu Vidadi isə Bakı şəhərində yaşayan qızının evinə qonaq getmişdır. Yaşadığı ev isə sahibsiz qalmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən evinə gəlmiş, evə su gəlmədiyini görüb ətrafa baxarkən «Markus» markalı su matorunu yəni hidroporun yerində olmadığını görüb əl damına keçərkən orada olan «Emka-28» markalı kombi aparatının qutudan çıxarıldığını, qutunun boş qaldığını, aparatın sökülərək dağıldığını görmüş, «Markus» markalı böyük su matoru ilə «Emka-28» markalı kombi aparatı oğurlanmasını bilmişdir. Səhhətində yaranmış problem ilə əlaqədar polisə gəlib şikayət edə bilməyərək həmin gündən bir neçə gün sonra müalicə almaq üçün Bakı şəhərinə getmişdir. Bir müddət orada qalmış, hava şəraiti düzələndən sonra yaşadığı evə gəlmiş və xx.xx.2022-ci il tarixdə Hacıqabul RPŞ-yə gəlib bu barədə ərizə ilə müraciət etdikdən sonra oğurluq edən şəxsin hasar qonşusu Mayisin oğlu Sədailin olmasını bilmişdir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun anasıdır, onlar Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 151 №-li evdə yaşayırlar. Anası Zərərçəkmiş şəxs yaşadığı evinin sularının güclü gəlməsi üçün 2021-ci ilin sonlarında «Markus» markalı böyük su matorunu, yəni hidroporu 110 (yüz on) manata alıb evə quraşdırmışdır. Yaşadığı evin istilik sistemini yaxşı olması üçün anası Zərərçəkmiş şəxs 800 manata «Emka-28» markalı kombi aparatı alıb yaşadığı evin həyətində olan əl damına qoydurmuşdur. X4 yaranmış problem ilə əlaqədar 2022-ci ilin yanvar ayının ilk günlərində onu Bakı şəhərində yerləşən xəstəxanaya, özü isə Bakı şəhərində yaşayan qızının evinə qonaq getmişdir. Yaşadıqları ev sahibsiz qalmışdır. xx.xx.2022-ci il tarixdə anası Xubzər ilə Bakı şəhərindən evə gəlmiş, evdən «Markus» markalı su matorunun yerində olmadığını, «Emka-28» markalı kombi aparatının qutudan çıxarıb sökülərək dağıldığını, qutunun boş qaldığını və «Markus» markalı su matoru ilə «Emka-28» markalı kombi aparatının oğurlanmasını bilmişdir. X4 yaranmış problem ilə əlaqədar polisə gəlib şikayət edə bilməyərək həmin gündən bir neçə gün sonra müalicə almaq məqsədi ilə Bakı şəhərinə getmişdir. Bir müddət orada qalmış, hava şəraiti düzələndən sonra anası Xubzər yaşadığı evə gəlmiş və xx.xx.2022-ci il tarixdə Hacıqabul RPŞ-yə bu barədə ərizə ilə müraciət etdikdən sonra oğurluq edən şəxsin hasar qonşusu Mayisin oğlu Sədailin olmasını bilmişdir. Təqsirləndirilən şəxs onun anası Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı tamamilə ödəmişdir. Kombi aparatını və su matorunu alıb vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir iddia tələbi və şikayəti yoxdur. Anası Zərərçəkmiş şəxs bu barədə məhkəməyə ərizə göndərmişdir. Şahid2 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, yaşadığı ünvan 2 ünvanda dəmir, metal qırıqları və sair qəbu edir. Əşyaların alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs Hacıqabul şəhər sakini kimi tanımış, onunla hər hansı bir ədavəti, düşmənçiliyi və ya qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində sexdə olarkən orada fəhlə işləyən Vüsal ona Sədaili göstərib, mis gətirdiyini demişdir. O, misi haradan əldə etməsini Sədaildən soruşmuşdur. Sədail misin özünə məxsus olmasını, pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirdikdə, ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Sədail üzərində şəxsiyyət vəsiqəsi olmadığını bildirmişdir. O, Sədaili tanıdığı üçün ona inanıb misi 55 manata almışdır. Sədailə Vüsalın vasitəsi ilə 55 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Hacıqabul RPŞ-yə dəvət olunmuşdur. O, xx.xx.2022-ci il tarixdə Sədail adlı şəxsdən 55 manata mis alması Hacıqabul RPŞ-yə bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Baxış keçirilməsi və götürülmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi 151 №-li evin həyətində yerləşir. Baxış keçirilən zamanı həyətin ətrafı mişar daşından əhatəyə alınmış, həyətin giriş qapsını dəmirdəndir, 5 metr enində 2,5 metr hündürlükdə omaqla 2 iri və 1 balaca gözdən ibarətdir. Həyətin girəndən sonra qarşı tərəfdə mişar daşından tikilmiş üstü şifer ilə örtülmüş 18 mer uzunluqda, 10 metr enində bir mərtəbəli yaşyış evi vardır. Həyət sağ tərəfində əl damından «Emka-28» markalı kombi aparatı və onun yanında olan və ətrafı plastik materialdan əhatəyə alınmış yerdən «Markus» markalı su matoru və əl damından isə «Emka-28» markalı kombi aparatı oğurlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2872 nömrəli ekspert rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyin haqqında qərarda qeyd edilən malların 2022-ci ilin yanvar ayında olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd istifadə olunmamış “Emka-28” markalı kombi aparatı - 850,0 manat, 01 ədəd az istifadə olunmsuş “Markus” markalı su matoru (gidroporu) - 40.0 manatdır. (i.v.21-23). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(071)-79/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 02 ay 30 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(071)-79/2018 nömrəli hökmü ilə yaranmış məhkumluğu ödənilmişdir, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahid ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs başqa saxlanc yeri hesab edilən damın qapısını açmaq yolu ilə dama qanunsuz daxil olub oradan tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 890 manat maddi ziyan vurması, yəni oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə barəsində olan yüngülləşdirici halların olması, ağırlaşdırıcı halların olmaması nəzərə alınaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İşdə olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs oğluna dəymiş maddi zərər tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxs oğlunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 31 saata görə 186 manat olmaqla, cəmi 306 (üç yüz altı) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar