Məhkəmə qərarları › İş №1(071)-98/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-98/2025

21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-98/2025 21.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs –X2, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin açıq baxış iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokola əsasən Təqsirləndirilən şəxs 17 iyun 2025-ci il tarixdə saat 17 radələrində Hacıqabul rayonu Muğan qəsəbəsindəki yaşadığı evdə bacısı X3 ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı sonuncunu qəsdən əlində olan dəmir parçası ilə vuraraq sol mil sümüyünün yuxarı 1/3 hissəsinin qapalı sınığı xəsarəti ilə müşayiət olunan sağlamlığın uzun müddət itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək zərər çəkmiş şəxs X1 qəsdən az ağır zərər vurma cinayəti törətmişdir. Məhkəmə iclasında Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 127.1-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs izhatında bildirdi ki, X3 onun bacısıdır. Yeganə Rüstəmovanın ailəsi vəfat etdiyindən hazırda anası Arifə ilə birlikdə yaşayır. 17 iyun 2025-ci il tarixdə saat 17 radələrində evdə olarkən Saatlı rayonunda yaşayan bacısı Şəfaqət və oğlu Əfqan anasıgilə gəlmişdir. Ailəsinin dağılması onların qeybəti ucbatından olduğundan o, onların yanına getmiş, onlardan nə üçün onun ailəsi barədə qeybət etmələrini soruşmuş, buna görə də, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əlində olan dəmir armatur ilə bacısı Yeganənin qolundan vurmuşdur. Bundan sonra oradan çıxıb getmişdir. Özünü təqsirli bilir, səmimi peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmış, vurulmuş zərər ödənilmiş və ona qarşı hər hansı tələbi yoxdur. Bu səbəbdən onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs X3 bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 17 iyun 2025-ci il tarixdə saat 17 radələrində Saatlı rayonunda yaşayan bacısı Şəfaqət və oğlu Əfqan anasıgilə gəlmişdir. Onlar oturub söhbət edən zaman qardaşı Təqsirləndirilən şəxs onların yanına gələrək mübahisə etmiş və mübahisə zamanı əlində olan dəmir parçası ilə onun qolundan vurmuşdur. İfadəsinin sonunda X3 təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş şikayətin tam ödənildiyini və heç bir şikayət, tələbinin olmamasını bildirmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dövlət ittihamşısı Dövlət ittihamçısı çıxışında bildirmişdir ki, Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 127.1-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. İş materiallarında olan Hacıqabul rayon MTE və PA şöbəsinin məhkəmə-tibbi ekspertizasının 18 iyun 2025-ci il tarixli 146 №-li rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol mil sümüyünün yuxarı 1/3 hissəsinin qapalı sınığı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxslər tərəfindən yetirilməsi zamanı əmələ gələ bilər. Müddəti müayinədən xx.xx.2025-ci il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Brejnev şəhəri Avtozavodsk rayon xalq məhkəməsinin xx.xx.1986-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 146 H.2 “A“ hissəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı tamamilə ödəmişdir. Bundan başqa, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilsə də, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən cəzadan azad edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat material üzrə icraata xitam verilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 8 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 88 manat pul köçürülməlidir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 175.2, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 127.1-ci mаddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 8 (səkkiz) saata görə 88 (səksən səkkiz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Şirvan şəhər filialındakı hesabı – SWİFT kodu - İBAZAZ2X, H/N AZ85İBAZ********************, Alan bankın kod: 805681, VÖEN **********, M/H AZ03NABZ********************, VÖEN **********). Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar