Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-99/2024 04.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxxxxx 2003-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Cəbrayıl rayonu Hovuslu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 may 2024-cü ildə saat 14 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 113-cü kilometrində yolun sağ zolağı ilə idarə etdiyi “Toyota Prius” minik markalı 77HF976 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 80 km/saat sürətlə hərəkətdə olub yerdəyişərkən, dönərkən təhlükəsiz manevr etməli, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməli, sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötməli olduğu halda, bunu etməyib «X6» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 51-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, qarşıda 65 km/saat sürətlə düzünə hərəkətdə olan sürücü Şahid2 idarə etdiyi “KAMAZ 55111” yük markalı 25BE042 dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün sağa manevr edib avtomobilin sağındakı ehtiyat torpaq yola çıxaraq avtomobili ötdükdən sonra yenidən yolun hərəkət hissəsinə qayıtdıqda idarə etdiyi avtomobilin qabaq sol təkəri asfaltın başladığı çıxıntıya dəyərək zərbənin təsirindən avtomobil fırlanıb “KAMAZ 55111” yük markalı avtomobilin qarşısına çıxaraq “KAMAZ 55111” yük markalı avtomobilin qabaq hissəsi “Toyota Prius” minik markalı avtomobilin sağ yan qapı hissəsi ilə toqquşmuş, nəticədə sürücü Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan “Toyota Prius” minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ tərəfli İİ-İİİ qabırğaların yerdəyişən sınıqları xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran xəsarətlər alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, onun “Toyota Prius” minik markalı 77HF976 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmək hüququ vardır. Eyni zamanda xx.xx.2023-cü il tarixdə ona qanunla müəyyən edilmiş qaydada etibarlılıq müddəti xx.xx.2033-cü il tarixədək olan «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. O, həmin avtomobillə taksi fəaliyyəti kimi məşğul olmaqla qazanc əldə etmişdir. 11 may 2024cü il tarixdə saat 14 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 113-cü kilometrində idarə etdiyi “Toyota Prius” minik markalı 77HF976 dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən qarşıda nisbətən aşağı sürətlə “KAMAZ 55111” yük markalı 25BE042 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olmuşdur. Həmin avtomobili ötmək üçün sağa manevr edərək avtomobilin sağından torpaq yola çıxıb avtomobili ötdükdən sonra yenidən yolun hərəkət hissəsinə qayıtdıqda idarə etdiyi avtomobilin qabaq sol təkəri asfaltın başladığı çıxıntıya dəyərək zərbənin təsirindən avtomobil fırlanıb “KAMAZ 55111” yük markalı avtomobilin qarşısına çıxmış və “KAMAZ 55111” yük markalı avtomobilin qabaq hissəsi onun idarə etdiyi avtomobilin sağ yan qapı hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində özü, idarə etdiyi avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs və Şahid1 xəsarət almışlar. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışmışdır. Ona görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Şakir oğlunun ifadəsinin dinlənilməsi həmin iclasda təqsirləndirilən şəxs iştirak etmədiyindən mümkün olmamışdır. Lakin o, səhhəti ilə bağlı növbəti iclaslarda iştirak edə bilməyəcəyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə baxışı zamanı hüquqlarının təmsil edilməsi üçün övladı Nümayəndə etibarnamə verməsini bildirmişdir. Odur ki, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını və onun ibtidai istintaq zaman verdiyi ifadəsinin elan edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Şakir oğlunun ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Belə ki, o, ifadəsində göstərmişdir ki, 11 may 2024-cü ildə Hacıqabul rayonundan yaşadığı Qızılburun qəsəbəsinə getmək üçün “Qədirxum” restoranının yanında tanımadığı şəxsin idarə etdiyi avtomobilə taksi kimi əyləşmişdir. Xeyli yol getdikdən sonra sərnişini olduğu avtomobilin sürücüsü qarşıda hərəkətdə olan “KAMAZ” markalı avtomobili ötmək üçün sağ tərəfdəki torpaq yola çıxaraq həmin avtomobili sağdan ötüb sola manevr edib asfalt yola qayıtdıqda avtomobil fırlanıb sağ yan tərəfi “KAMAZ” markalı avtomobilin qarşısına çıxmış və həmin anda avtomobillər toqquşub yolun sağ kənarına düşmüşlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə hüquqlarını təmsil etdiyi Zərərçəkmiş şəxs Şakir oğlunun ibtidai istintaqa verdiyi ifadəni təsdiq edərək sübut olaraq qəbul edilməsini məhkəmədən xahiş etdi. Daha sonra o, məhkəməyə yazılı ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tam şəkildə ödənilməsini, onunla barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. O, məhkəmədən göstərilənlər nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 11 may 2024-cü ildə idarə etdiyi “KAMAZ 55111” yük markalı 25BE042 dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonunda 15 ton gips yükləyib Bakı şəhəri Qaradağ rayonundakı sement zavoduna apararkən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yolun sağ hərəkət hissəsi ilə avtomobili 60 km/saat sürətlə idarə etmişdir. Bu zaman onun idarə etdiyi avtomobili ötmək üçün sağdan ehtiyat hissəyə çıxaraq avtomobilini ötən minik avtomobili yolun asfalt hissəsinə qayıtdıqda fırlanıb sağ yan tərəfi onun idarə etdiyi avtomobilin qabaq hissəsinə çırpılmışdır. Verilən suallara əsasən əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs hərəkətdə olarkən ötmə etmişdir və onun sağında avtomobil hərəkətdə olmuşdur, təqsirləndirilən şəxs isə sol tərəfdən torpaq yoldan ötmə edən zaman hadisə baş vermişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 11 may 2024-cü il tarixdə Şirvan şəhərindən Bakı şəhərinə getmək üçün taksi kimi fəaliyyət göstərən sonradan tanıdığı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” minik markalı 77HF976 dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində qabaq sağ oturacaqda əyləşmişdir. Hacıqabul rayonu ərazisində də bir nəfər tanımadığı kişi sərnişin qismində həmin avtomobilin arxa oturacağında əyləşmiş və onlar öz yoluna davam etmişlər. Həmin gün saat 14 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 113-cü kilometrində sərnişini olduğu avtomobil “KAMAZ 55111” yük markalı 25BE042 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O, hadisə anında avtomobilin hərəkətini izləmədiyi üçün toqquşmanın necə baş verməsini görməmiş və baş vermiş hadisə nəticəsində baş nahiyyəsindən yüngül xəsarət almışdır. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “Toyota Prius (Hibrid)” minik markalı 77HF976 dövlət qeydiyyat nişanlı avtomobili satın almış və etibarnamə ilə ona məxsusdur. Həmin avtomobili 08 may 2024-cü ildə sürücü Təqsirləndirilən şəxs icarəyə vermiş və avtomobili idarə etmək üçün mülkiyyətçi Təqsirləndirilən şəxs etibarnamə vermişdir. Şifahi razılaşmaya əsasən Təqsirləndirilən şəxs gündəlik olaraq ona 30 manat pul verməli olduğundan 10 may 2024-cü ildə Təqsirləndirilən şəxs bir gün üçün icarə haqqı olaraq 30 manat pul ona vermişdir. Səhəri gün, yəni 11 may 2024-cü ildə bir nəfər qadın zəng edib özünü Təqsirləndirilən şəxs xalası kimi təqdim edib bildirmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobillə Nəvai postunun ərazisində yolnəqliyyat hadisəsi törətmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 11 may 2024-cü ildə saat 14 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 113-cü kilometrində həmin avtomobili idarə edərkən “KAMAZ 55111” yük markalı 25BE042 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə xəsarət alanlar olmuşdur. Baş vermiş hadisə nəticəsində “Toyota Prius (Hibrid)” minik markalı 77HF976 dövlət qeydiyyat nişanlı avtomobilin əzildiyindən ona maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə 24150010 nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hacıqabul MRX-si tərəfindən verilmiş “Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” haqqında xx.xx.2024-cü il tarixli 118 və 122 saylı protokollardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 hadisə vaxtı ayıq olmaqla onlarda alkoqol qəbulunun hər hansı əlamətləri aşkarlanmamışdır. Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş BD 067499 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, X4 “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır və vəsiqə xx.xx.2033cü il taixədək etibarlıdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan isə müəyyən edilir ki, X1 hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 03 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsinin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 11 may 2024-cü il tarixli 239 saylı rəydən görünür ki, Şahid1 bədəni üzərində aşkar olunmuş xəsarətlər –qapalı kəllə beyin travması, alının sağ yarısının əzilmiş-didilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsinin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 11 may 2024-cü il tarixli 240 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – alının sağ yarısında əzilmiş-cırılmış yara küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsinin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli 240A saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – sağ tərəfdə İİ-İİİ qabırğaların yerdəyişən sınıqları küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. xx.xx.2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı-Qazax yolunun Hacıqabul rayon ərazisindən keçən 103-cü kilometridir. Hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt örtüklü olmaqla düz və qurudur. Yolun hərəkət hissəsinin eni 8 metr olmaqla hərəkət bir tərəflidir. Əks istiqamətli hərəkət hissələri metal konstruksiyalı ayrıcı zolaqla ayrılır. Hadisə baş verdiyi yerdə maksimum icazə verilən hərəkət sürəti 110 km/saat müəyyən olunmuşdur. Sxemə əsasən sürücü Təqsirləndirilən şəxs “Toyota Prius” markalı avtomobili Bakı-Qazax yolu ilə Bakı istiqamətində sağ hərəkət zolağı ilə 60 km/saat idarə edərkən qarşısında onunla eyni istiqamətdə hərəkət edən “Kamaz 55111” markalı avtomobili ötmək üçün onun sağına yolun sağ çiyninə keçmiş və yolun sağ çiynindən onu ötdükdən sonra yenidən öz yoluna qayıtmaq istədikdə avtomobilin qabaq sol təkəri asfaltın başlandığı çıxıntıya dəyməsi səbəbindən avtomobil saat əqrəbi istiqamətində fırlanaraq sağ yan hissəsi ilə onunla eyni istiqamətdə öz hərəkət zolağı ilə düzünə hərəkətdə olan sürücü Şahid2 65 km/saat sürətlə idarə etdiyi “Kamaz 55111” markalı avtomobillə toqquşmuşdur. Toqquşma Bakı istiqamətində yolun sağ hərəkət zolağında hərəkət zolaqlarını ayıran qırıq-qırıq üfüqi nişanlanma xətindən sağa doğru 2,8 metr məsafədə “Kamaz 55111” markalı avtomobilin qabaq hissəsi ilə “Toyota Prius” markalı avtomobilin sağ yan hissəsi arasında baş vermişdir. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Hər iki nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Həmçinin sxemdən görünür ki, “Toyota Prius” markalı avtomobil sola istiqamətləndiyi andan və fırlanaraq “Kamaz 55111” markalı avtomobilin qarşısına çıxdığı andan toqquşma anına qədər 2 metr məsafə qət etmişdir. “Kamaz 55111” markalı avtomobilin sürücüsü üçün təhlükə “Toyota Prius” markalı avtomobilin onun yoluna daxil olduğu andan yaranmış və toqquşma anına kimi “Kamaz 55111” markalı avtomobil 6 metr məsafə qət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/1418 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 51-ci maddənin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Kamaz 55111” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq edilməsinə lüzum yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Qətimkan tədbiri seçilməsi barədə” 15 iyul 2024-cü il tarixli qərardan və ona əlavə edilmiş iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” minik markalı 77HF976 dövlət qeydiyyat nişanlı avtomobil və Şahid2 idarə etdiyi “KAMAZ 55111” yük markalı 25BE042 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün qanuni sahiblərinə qaytarılmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmiş, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmiş və məhkəmə tərəfindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, CM-in 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni o, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam şəkildə ödəməklə onunla barışdığından və özünün iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazı olmadığından cinayət məsuliyyətindən azad edilməli və hazırkı cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilir. 73.3-cü maddəyə görə isə başqa növ cinayət törətmiş şəxs, həmin Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına görə cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar edildikdə cinayət təqibi icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə isə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 7 iyul 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, həm səmimi peşmanlıq, həm də zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etməni, bir qayda olaraq, böyük ictimai təhlükə törətməyən cinayət əməlləri ilə bağlı müəyyən edən qanunvericiyə görə, ictimai təhlükəliliyi yüksək olmayan həmin əməlləri törətmiş şəxslər tərəfindən müvafiq maddələrdə nəzərdə tutulmuş şərtlərin yerinə yetirildiyi halda zərərçəkmiş şəxsin hüquqları təmin, sosial ədalət isə bərpa oluna bilir ki, bu zaman şəxsi məsuliyyətə cəlb etmədən də cinayət qanunvericiliyinin qarşısında duran vəzifələrin icrasına nail olmaq mümkün olur. Bu normaların tətbiqi vasitəsi ilə konstitusiya əhəmiyyətinə malik olan ədalətlilik və humanizm prinsipləri həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarındakı hüquqi mövqeyinə görə, Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsi Cinayət- Prosessual Məcəlləsində cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar təsbit olunmuşdur (Cinayət-Prosessual Məcəlləsinin 39 və 40-cı maddələri). Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə uyğun olaraq, Cinayət- Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi, qanunverici imperativ qayda müəyyənləşdirməklə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş halları şəxs barəsində cinayət təqibinin başlanılmamasına və ya başlanmış cinayət təqibinə xitam verilməsinə əsas verən hal kimi göstərməklə, bunu müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya məhkəmənin vəzifəsi olaraq təsbit etmişdir. Qeyd edilmişdir ki, hamının qanun və məhkəmə qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini pozmuş olar. Hüquq tətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması isə hüquqi müəyyənlik prinsipinə xələl gətirməklə insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində məhkəmələrə nəzərə alınması tövsiyyə edilmişdir ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən CM-in 263.1 və 263.1-1-ci maddələri ilə nəzərdə tutulmuş şəxs zərərçəkmiş şəxslə barışmaqla yanaşı ona vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Barışığın əldə edilməsi və ziyanın ödənilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalı, habelə belə ərizənin təqdim edilməsi və bunun CM-in 263-cü maddəsinin “Qeyd”inin 2-ci bəndinə əsasən hansı nəticəyə səbəb olmasının zərər şəkmiş şəxsə izah olunması məhkəmə iclas protokolunda əksini tapmalıdır. Həmin Qərarın 17-ci bəndinə (xx.xx.2022-ci il tarixli dəyişikliklə) görə, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq cinayət işi materiallarını tədqiq edib, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndi tətbiq edilməli və o, cinayət məsuliyyətindən azad edilməli, eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri də ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə görə cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə həmçinin qeyd edir ki, eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırkı işin hallarından isə görünür ki, Təqsirləndirilən şəxs “X6” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 51-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “KAMAZ 55111” yük markalı 25BE042 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət alması faktı, həmçinin ona məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər dəyməsi faktı Təqsirləndirilən şəxs verilmiş ittihama daxil edilməmiş və həmin hissədə əməldə cinayət tərkibi olmadığına görə xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, qeyd olunan faktlar üzrə Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə məsrəfləri və maddi sübutla bağlı hissədə məhkəmə hesab edir ki, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” minik markalı 77HF976 dövlət qeydiyyat nişanlı avtomobilin və “Kamaz 55111” yük markalı 25BE042 dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq orqanı tərəfindən qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 25 (iyirmi beş) saata görə 150 (yüz əlli) manat pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan “Toyota Prius” minik markalı 77HF976 dövlət qeydiyyat nişanlı avtomobilin və “Kamaz 55111” yük markalı 25BE042 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasının müəyyən edilməsi məqsədilə qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 25 (iyirmi beş) saata görə 150 (yüz əlli) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Qərardan elan olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(071)-99/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-99/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver