Məhkəmə qərarları › İş №1(072)-1/2024

Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-1/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-1/2024 15.02.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 11:50 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi: Müdafiəçi vəkili X2, Zərərçəkmiş şəxslər (mülki iddiaçılar): Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuş, ailəli Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X15 dəstək xidmətləri şöbəsində “baş təsərrüfat qardaşı” vəzifəsində işlədiyi zaman qəsdən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 qızı Şahid4 həmin xəstəxanada “xadimə” işinə düzəlməyində köməklik edəcəyi adı ilə aldadaraq, 2023-cü ilin yanvar ayı ərzində Zərərçəkmiş şəxs1 yaşadığı Biləsuvar rayonu ərazisində ünvan 2 ünvanda ona məxsus 4000 (dörd min) AZN məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X16 dəstək xidmətləri şöbəsində “baş təsərrüfat qardaşı” vəzifəsində işlədiyi zaman qəsdən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 həmin xəstəxanada “gözətçi” və onun qardaşının arvadı X1 isə həmin xəstəxanada “xadimə” işinə düzəlməyində köməklik edəcəyi adı ilə aldadaraq, 14 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 qardaşı Şahid5 yaşadığı Biləsuvar rayonu ərazisində ünvan 3 ünvanda ona məxsus xeyli miqdarda, yəni ümumilikdə 8000 (səkkiz min) AZN məbləğində pulu vahid niyyətlə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X16 dəstək xidmətləri şöbəsində “baş təsərrüfat qardaşı” vəzifəsində işlədiyi zaman qəsdən öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 qızı Günay Həsənovanı həmin xəstəxanada “qeydiyyatçı” işinə düzəlməyində köməklik edəcəyi adı ilə aldadaraq, 18 mart 2023-cü il tarixdə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 saylı qəsəbələrarası avtomobil yolunun 5 saylı qəsəbədən keçən hissəsində yolun sağ tərəfində yerləşən yanacaq doldurma məntəqəsinin yanından avtomobillə keçən zaman ona məxsus 5000 (beş min) AZN məbləğində pulu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, o, “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X16 dəstək xidmətləri şöbəsində “baş təsərrüfat qardaşı” vəzifəsində işlədiyi zaman Zərərçəkmiş şəxs1 qızı Şahid4 həmin xəstəxanada “xadimə” işinə düzəlməyində köməklik edəcəyi adı ilə 2023-cü ilin yanvar ayı ərzində Zərərçəkmiş şəxs1 4000 (dörd min) AZN məbləğində pul almışdır. Bundan başqa, “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X16 dəstək xidmətləri şöbəsində “baş təsərrüfat qardaşı” vəzifəsində işlədiyi zaman Zərərçəkmiş şəxs3 həmin xəstəxanada “gözətçi” və onun qardaşının arvadı X1 isə həmin xəstəxanada “xadimə” işinə düzəlməyində köməklik edəcəyi adı ilə 14 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 ümumilikdə 8000 (səkkiz min) AZN məbləğində pul almışdır. Bundan başqa, o, “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X16 dəstək xidmətləri şöbəsində “baş təsərrüfat qardaşı” vəzifəsində işlədiyi zaman Zərərçəkmiş şəxs2 qızı Günay Həsənovanı həmin xəstəxanada “qeydiyyatçı” işinə düzəlməyində köməklik edəcəyi adı ilə 18 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 5000 (beş min) AZN məbləğində pul almışdır. Eyni zamanda bildirir ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 aldığı pulu “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X8 direktoru Şahid1 onun xidməti iş otağında vermiş və sonuncu bunun qarşılığında ona ümumilikdə 1300 (min üç yüz) AZN məbləğində pul vermişdir. Yəni o, “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X8 direktoru Şahid1 razılığı ilə işə düzəldəcəyi vədi verməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ümumilikdə 17000 (on yeddi min) AZN məbləğində pul almışdır. Lakin o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 pulu alan zaman onlara xəstəxananın direktoru “Anar” həkimin adını çəkməmiş və ad çəkmədən “həkimə” verəcəyini demişdir. Hal-hazırda cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dəymiş maddi zərər ödənilməmişdir. Ümumiyyətlə, o, məhkəmə istintaqı zamanı geniş ifadə verməkdən imtina edir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun həm həmyerlisi, həm də xalasının nəvəsidir. Baş vermiş hadisə barədə bildirir ki, o, bir neçə dəfə Təqsirləndirilən şəxs demişdir ki, işlədiyi Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında iş olarsa, qızı Yazgülü işə düzəltməkdə ona köməklik etsin. Bir müddət keçdikdən sonra Xəlil ona mobil telefon vasitəsilə zəng edərək, iş barədə məlumat vermişdir. O da Xəlili iş barədə danışmaq üçün yaşadığı evə dəvət etmişdir. Beləliklə, o, qızı Şahid4 həmin xəstəxanada “xadimə” işinə düzəlməyində köməklik etməsi üçün yaşadığı ünvan 5 ünvanda 2023-cü ilin yanvar ayı ərzində 2 (iki) dəfəyə ümumilikdə 4000 (dörd min) AZN məbləğində pul vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, qızı Yazgül xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında işə düzəlməmişdir. Məcburiyyət qarşısında qalıb, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar həkimin yanına gedib, bu barədə ona məlumat vermişdir. Çünki Xəlil 4000 (dörd min) AZN məbləğində pulu alanda ona ad çəkmədən “həkimə” verəcəyini demişdir. Anar həkim ona demişdir ki, Xəlil yalan danışır və ona pul verməmişdir. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun qızı Şahid4 Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında “xadimə” işinə düzəlməyində köməklik edəcəyi adı ilə aldadaraq, ona məxsus 4000 (dörd min) AZN məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Baş vermiş cinayət əməli nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən şəkildə ödənilməmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs 4000 (dörd min) AZN məbləğində maddi ziyanın tutularaq, özünün xeyrinə ödənilməsi və Təqsirləndirilən şəxs məhkəmə tərəfindən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 6 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun həm həmyerlisi, həm də uzaq qohumudur. Baş vermiş hadisə barədə bildirir ki, təsadüfən kafedə olan zaman Xəlili görüb, ondan qızı Günayı işə düzəltməkdə ona köməklik etməsini xahiş etmişdir. Xəlil də ona heç bir problem olmadığını demiş və Xəlil ilə birlikdə idarə etdiyi avtomobilə əyləşib, yaşadığı evə gəlmişlər. O, 18 mart 2023-cü il tarixdə yaşadığı evdən 5000 (beş min) AZN mələğində pulu götürüb, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 saylı qəsəbələrarası avtomobil yolunun 5 saylı qəsəbədən keçən hissəsində yolun sağ tərəfində yerləşən yanacaq doldurma məntəqəsinin yanından avtomobillə keçən zaman 5000 (beş min) AZN məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, qızı Günay xanım həmin xəstəxanada işə düzəlməmişdir. O, məcburiyyət qarşısında qalıb, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar həkimin yanına gedib, bu barədə ona məlumat vermişdir. Çünki Xəlil 5000 (beş min) AZN məbləğində pulu alanda ona ad çəkmədən “həkimə” verəcəyini demişdir. Anar həkim ona demişdir ki, Xəlil yalan danışır və ona pul verməmişdir. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun qızı Şahid4 Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında “xadimə” işinə düzəlməyində köməklik edəcəyi adı ilə aldadaraq, ona məxsus 5000 (beş min) AZN məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Hətta Xəlil ona demişdir ki, o, şikayət versin, şikayət verməsə pulu ona qaytara bilməyəcəkdir. Buna baxmayaraq, o, Xəlildən şikayət verməmişdir. Lakin müstəntiq zəng vurub ona demişdir ki, Xəlil ondan qızı Günayı Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında “xadimə” işinə düzəlməyində köməklik edəcəyi adı ilə 5000 (beş min) AZN məbləğində pul aldığını bildirir. Baş vermiş cinayət əməli nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən şəkildə ödənilməmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs 5000 (beş min) AZN məbləğində maddi ziyanın tutularaq, özünün xeyrinə ödənilməsi və Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 7 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun həm həmyerlisi, həm də uzaq qohumudur. Baş vermiş hadisə barədə bildirir ki, o, bir neçə dəfə Təqsirləndirilən şəxs demişdir ki, işlədiyi Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında iş olarsa, ona xəbər versin. Bir müddət keçdikdən sonra Xəlil ona mobil telefon vasitəsilə zəng edərək, iş barədə məlumat vermişdir. O da 14 fevral 2023-cü il tarixdə qardaşı Şahid5 yaşadığı ünvan 8 ünvanda onun özünü həmin xəstəxanada “gözətçi” və qardaşının arvadı X1 isə həmin xəstəxanada “xadimə” işinə düzəlməyində köməklik etməsi üçün ümumilikdə 8000 (səkkiz min) AZN məbləğində pul vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, nə özü, nə də qardaşının arvadı Rüksarə xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında işə düzəlmişdir. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun özünü Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında “gözətçi” işinə və onun qardaşının arvadı X1 isə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının “xadimə” işinə düzəlməyində köməklik edəcəyi adı ilə aldadaraq, ona məxsus 8000 (səkkiz min) AZN məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Onu da qeyd edir ki, Xəlil 8000 (səkkiz min) AZN məbləğində pulu alanda ona ad çəkmədən “həkimə” verəcəyini demişdir. Lakin o, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar həkimin yanına getməmiş və bu barədə ona məlumat verməmişdir. Buna baxmayaraq, o, bu barədə polisə şikayət etmişdir. Baş vermiş cinayət əməli nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən şəkildə ödənilməmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs 8000 (səkkiz min) AZN məbləğində maddi ziyanın tutularaq, özünün xeyrinə ödənilməsi və Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində bildimişdir ki, o, ünvan 9 ünvanda yaşayır və 17 oktyabr 2022-ci il tarixdən etibarən “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X9 “direktor” vəzifəsində işləyir. Baş vermiş hadisə barədə bildirir ki, təxminən 10 avqust 2023-cü il və 30 avqust 2023-cü il tarixləri aralığında Cəbrayıl rayon sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun qəbuluna gələrək bildirmişlər ki, Təqsirləndirilən şəxs onların hər birindən ayrı-ayrı tarixlərdə qızlarını “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X9 işə düzəltmək adı ilə onun adından istifadə edərək, pul almışdır. O, həmin şəxslərə demişdir ki, Xəlil yalan danışır, bu hadisədən onun xəbəri yoxdur və ona pul verməmişdir. Onu da qeyd edir ki, həmin vaxt Xəlili çağırtdırmış, lakin Xəlil işdə olmadığı üçün onu həmin şəxslərlə üzləşdirə bilməmişdir. Buna baxmayaraq, o, Xəlilin qardaşının arvadını çağırtdırmış və ona həmin şəxslərin yanında onların şikayəti barədə məlumat vermişdir. Çünki Xəlilin qardaşının arvadı da həmin xəstəxanada işləyir. Eyni zamanda bildirir ki, Xəlilin bu əməllərindən 2023-cü ilin avqust ayında Cəbrayıl rayon sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun qəbuluna gəlib, məlumat verdikdən sonra xəbəri olmuşdur. Ümumiyyətlə, o, pul və digər maddi nemətlər qarşılığında işçi işə götürməmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir qərəzli münasibəti olmamış, Xəlilin onun barəsində dedikləri həqiqətə uyğun deyildir, şərböhtandır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində bildimişdir ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanda yaşayır və Zərərçəkmiş şəxs1 onun əridir. Təqsirləndirilən şəxs onun həm həmyerlisi, həm də uzaq qohumudur. Şahid4 isə onun qızıdır, orta ixtisaslıdır, boşanmışdır və himayəsində 2 (iki) azyaşlı övladı vardır. Baş vermiş hadisə barədə bildirir ki, Təqsirləndirilən şəxs qızı Yazgülü Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında “xadimə” işinə düzəlməyində köməklik edəcəyi adı ilə, onları aldadaraq, 2023-cü ilin yanvar ayı ərzində əri Zərərçəkmiş şəxs1 yaşadıqları ünvan 5 ünvanda 2 (iki) dəfəyə ümumilikdə 4000 (dörd min) AZN məbləğində pul almışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq, qızları Yazgül xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında işə düzəlməmişdir. Məcburiyyət qarşısında qalıb, əri İbadulla kişi Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar həkimin yanına gedib, bu barədə ona məlumat vermişdir. Çünki Xəlil 4000 (dörd min) AZN məbləğində pulu alanda onlara ad çəkmədən “həkimə” verəcəyini demişdir. Anar həkim ərinə demişdir ki, Xəlil yalan danışır və ona pul verməmişdir. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qızları Şahid4 Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında “xadimə” işinə düzəlməyində köməklik edəcəyi adı ilə aldadaraq, əri Zərərçəkmiş şəxs1 məxsus 4000 (dörd min) AZN məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid dindirilmiş Şahid3, Şahid4 və Şahid5 hər biri ayrı-ayrılıqda Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X8 438 saylı, 01 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2015-ci il tarixdən etibarən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X9 “baş təsərrüfat qardaşı” vəzifəsində işləyir. Cinayət işində olan 20 noyabr 2023-cü il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdə ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs tutulmuşdur. Cinayət işində 22 noyabr 2023-cü il “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində 22 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 22 noyabr 2023-cü il tarixli “cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, 22 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə istintaq olunan ********* №-li cinayət işi həmin Məcəllənin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* № saxlanılmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə ibtidai istintaq davam etdirilmişdir. Cinayət işində olan 22 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Cinayət işində olan Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-017/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-018/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “vəzifədən kənarlaşdırma” qətimkan tədbiri seçilməklə, o, “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X9 “baş təsərrüfat qardaşı” vəzifəsindən kənarlaşdırılmışdır. Cinayət işində olan 27 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.3-cü və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işində olan 27 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X8 407 saylı, 01 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rayon Poliklinikasının Nevroloji və Ruhiəsəb kabinetində dispanser qeydiyyatda olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1520 saylı, 31 avqust 2023-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı Hətəmzanova Hicran Vəli qızı, övladları X3, X4 və X5 ilə birlikdə ünvan 10 ünvanda yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 84 saylı, 31 avqust 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 18 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, onun Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti vardır, mülki iddianın təmin edilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs2 18 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, onun Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti vardır, mülki iddianın təmin edilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs3 18 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş, onun Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti vardır, mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməlini törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını və ailəli olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, o cümlədən onun cəmiyyətdən təcrid olunmadan islah oluna bilməyəcəyini nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini və cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxsin “şübhəli şəxs qismində” tutulduğu vaxtdan hesablanmasını, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə cinayət işində olan maddi sübutlar ("xxxx" MMC-dən əldə edilmiş məlumatlara dair 2 (iki) ədəd “CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan bu sübutlar cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə cinayət işində olan mülki iddia ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində qeyd edilmiş işin mübahisəli faktiki halları, daha doğrusu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş maddi zərərinin həcminin ümumilikdə məhz 17000 (on yeddi min) AZN məbləği təşkil etməsi məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilmiş və işin mübahisəli faktiki halları əsaslandırılmış və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilmişdir. Ümumiyyətlə, mülki iddiaçıların iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin haqqında qərar qəbul edilir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə məhkəmə məsrəfləri və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza qismində 2 (iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 4000 (dörd min) AZN məbləğində maddi ziyan tutularaq, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xeyrinə, 5000 (beş min) AZN məbləğində maddi ziyan tutularaq, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 xeyrinə və 8000 (səkkiz min) AZN məbləğində maddi ziyan tutularaq, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 xeyrinə ödənilsin. Cinayət işində olan "xxxx" MMC-dən əldə edilmiş məlumatlara dair 2 (iki) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar