Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(072)-10/2024 05.09.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Cəmilli Ülvi Eldar oğlunun katibliyi, Xüsusi ittihamçılar: X8 və X3, Xüsusi ittihamçılar X8 və X3 nümayəndəsi: İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: X7, Təqsirləndirilən şəxs X7 müdafiəçisi: “Universal” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair X8 və X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında ayrı-ayrı şikayətlər daxil olmuşdur. Belə ki, xüsusi ittihamçı X2 Sərvər Məzahir oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət etmiş, xüsusi ittiham qaydasında şikayətə “1(072)-009/2024 №” açılmış və iş məhkəmənin hazırlıq iclasında baxılmaq üçün 05 sentyabr 2024-cü il tarixdə, saat 11:30-da məhkəmə binasına təyin edilmişdir. Bundan başqa, xüsusi ittihamçı X1 Sərvər Məzahir oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət etmiş, xüsusi ittiham qaydasında şikayətə “1(072)-010/2024 №” açılmış və iş məhkəmənin hazırlıq iclasında baxılmaq üçün 05 sentyabr 2024-cü il tarixdə, saat 12:00-da məhkəmə binasına təyin edilmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti tam, obyektiv və hərtərəfli araşdırıb, xüsusi ittihaçıların və barəsində şikayət verilmiş şəxsin fikrini dinləyib hesab edir ki, ayrıayrı şikayətlər üzrə xüsusi ittiham qaydasında cinayət təqibi bir şəxsin barəsində aparıldığı üçün xüsusi ittiham qaydasında cinayət təqibi bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın birləşdirilməsi müstəntiqin və ya prokurorun qərarı, xüsusi ittiham qaydasında icraat isə məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, ayrı-ayrı şikayətlər üzrə xüsusi ittiham qaydasında cinayət təqibi bir şəxsin barəsində aparıldığı üçün cinayət təqibi bir icraatda birləşdirilməli və “1(072)- 009/2024 №” saxlanılmaqla, xüsusi ittiham qaydasında cinayət cinayət təqibi davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 49-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittihamçı X8 X7 barəsində xüsusi ittiham qaydasında “1(072)-009/2024 №-li” şikayəti və xüsusi ittihamçı X3 X7 barəsində xüsusi ittiham qaydasında “1(072)-010/2024 №-li” şikayəti bir icraatda birləşdirilsin və “1(072)-009/2024 №” saxlanılmaqla, xüsusi ittiham qaydasında cinayət təqibi davam etdirilsin. Hakim: Tərlan Nüsrətov AZƏRBAYCAN RESPUBLİKASİ CƏBRAYİL RAYON MƏHKƏMƏSİ AZ 1400, Biləsuvar rayonu, 1 saylı qəsəbə Tel./Faks: (026) 384-34-82 İş № 1(072)-003/2024 10 iyul 2024-cü il Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının rəisi ədliyyə polkovniki cənab Cəlil Əliyevə Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-003/2024 saylı, 10 iyul 2024-cü il tarixli qərarı icra olunması üçün Sizə göndərilir. Qoşma: qərar “01” vərəqədə Cəbrayıl Rayon Məhkəməsinin hakimi Tərlan Nüsrətov AZƏRBAYCAN RESPUBLİKASİ CƏBRAYİL RAYON MƏHKƏMƏSİ AZ 1400, Biləsuvar rayonu, 1 saylı qəsəbə Tel./Faks: (026) 384-34-82 İş № 1(072)-003/2024 10 iyul 2024-cü il Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Toğrul Mahmudova Surəti: Biləsuvar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Nəsib Məmmədova Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-003/2024 saylı, 10 iyul 2024-cü il tarixli qərarı icra olunması üçün Sizə göndərilir. Qoşma: qərar “01” vərəqədə Cəbrayıl Rayon Məhkəməsinin hakimi Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-10/2024
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №1(072)-10/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver