Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-12/2024 24.10.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 12:45 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi vəkili X5, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1997-ci ildə Bərdə rayonu, Qaraqoyunlu kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, yeni tikilidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən çətənə bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda, yəni təmiz çəkisi 485 qram qurudulmuş marixuananı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxt və mənbədən əldə edərək, üzərində saxlamış və cinayətdən xəbərsiz olmaqla “TAXİ” fəaliyyətini həyata keçirən X6 etibarnamə ilə idarə etdiyi “MERCEDES-BENZ” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə 16 iyun 2024-cü il tarixdə, saat 01:20 radələrində Beyləqan rayonuna gedən zaman “Biləsuvar-Bəhrəmtəpə” avtomobil yolunun 54-cü kilometrliyində yerləşən İmişli rayonu, Qızılkənd kəndinin qarşısında avtomobildən düşərək, həmin kənd ilə üzbəüz yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrin ərazisinə gedən avtomobil yolunun üzərində olan “Əzizbəyov” adlı su kanalının yaxınlığına daşımışdır. 16 iyun 2024-cü il tarixdə, saat 01:40 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin su kanalının üzərində saxlanılaraq, Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman saxlanarkən əlində olan qırmızı rəngli sellofan torbada 1 (bir) ədəd sellofan torbaya yığılaraq, üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülüdə xeyli miqdarda, yəni təmiz çəkisi 485 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olsa da, lakin ailəsi ilə birlikdə Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, yeni tikilidə yaşayır. Son 5 (beş) ildir ki, narkotik vasitə hesab edilən marixuana istifadə edir, həmçinin sonuncu dəfə 12-13 iyun 2024-cü il tarixlərdə narkotik vasitə hesab edilən marixunana istifadə etmişdir. Baş vermiş hadisə barədə bildirir ki, o, 16 iyun 2024-cü il tarixdə “Qurban bayramı” münasibətilə “qurbanlıq quzu” almaq üçün Beyləqan rayonuna getməyini planlaşdırmışdır. Buna görə də, 15 iyun 2024-cü il tarixdə, təxminən saat 20:00 radələrində işlədiyi Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsində piyada hərəkət edən zaman dəqiq tanımadığı küçədə olan yol kənarında yerləşən zibil qutularından təxminən 1 (bir) metr kənarda 1 (bir) ədəd rəngli sellofan torbanın olduğunu görmüşdür. Maraq üçün həmin sellofan torbaya baxan zaman torbanın içində 1 (bir) ədəd bükülünün olduğunu görüb onun nə olduğunu yoxlamaq üçün iyləmişdir. Özü narkotik vasitə olan marixuana istifadə etdiyi üçün həmin bükülüdən narkotik vasitə olan marixuanaya aid qoxunun gəldiyini hiss etmişdir. Həmin bükülüdə olan narkotik vasitəni şəxsi istifadəsi üçün özü ilə götürmüşdür. Lakin yaşadığı Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi ilə işlədiyi Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi arasında uzaq məsafə olduğu üçün sellofan torbada olan narkotik vasitəni yaşadığı ünvana aparmadan özü ilə daşımışdır. “Qurbanlıq quzu” almaq üçün Beyləqan rayonuna gedərkən Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsində “TAXİ” dayanacağına yaxınlaşmış və həmin zaman tapdığı içində narkotik vasitə hesab edilən marixuana olan sellofan torabanı da əlində daşımışdır. Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsində yol kənarında dayanıb, “TAXİ”yə əl etmiş və dəqiq nömrə nişanınına fikir vermədiyi ağ rəngli “MERCEDES-BENZ” markalı avtomobil yanında dayanmış, “TAXİ” sürücüsünə Beyləqan rayonuna getmək istədiyini demişdir. “TAXİ” sürücüsü isə ona birbaşa Beyləqan rayonuna gedən “TAXİ”lər olmadığını, İmişli rayonu Qızılkənd kəndinə qədər apara biləcəyini, eləcə də İmişli rayonu, Qızılkənd kəndinin qarşısından keçən avtomobil yolunda “TAXİ”lərin mütəmadi keçdiyini deyərək daha asan və ucuz qiymətə gedə biləcəyini bildirmişdir. Hava qaraldığı və birbaşa Beyləqan rayonuna gedən “TAXİ” tapa bilməyəcəyini güman edərək, həmin “TAXİ” sürücüsü ilə razılaşmış və avtomobilin qabaq sərnişin oturacağında əyləşmişdir. O, avtomobilə əyləşərkən içində narkotik vasitə olan sellofan torbanı əlində saxlamış və narkotik vasitənin iyinin gəlməməsi üçün sellofan torbanın ağzını bərk-bərk sıxmışdır. Sürücü “Ələt-Astara” avtomobil yolu ilə hərəkətini davam etdirmişdir. O, isə yolu dəqiq tanımadığı üçün “TAXİ” sürücüsünə Beyləqan rayonuna daha rahat gedə biləcəyi yerdə saxlamasını demişdir. Təxminən saat 01:20 radələrində “TAXİ” sürücüsü avtomobili yol kənarında saxlamış və İmişli rayonu, Qızılkənd kəndinin qarşısından keçən “Biləsuvar-Bəhrəmtəpə” avtomobil yolunun olduğunu demişdir. Həmin kəndin girişində avtomobildən düşmüş və sellofan torbanı qolunun altında saxlamışdır. Daha sonra, sağa-sola baxaraq avtomobillərin hərəkət etmədiyini görüb, təbii ehtiyacını qarşılamaq (sidiyə getmək) üçün yol kənarında olan yanacaq doldurma məntəqəsi tərəfə keçmişdir. Həmin zaman yanacaq doldurma məntəqəsinə avtomobilin daxil olduğunu görüb, biraz da irəli qaranlıq sahəyə tərəf getmişdir. Qarşısına su kanalı çıxmış, su kanalının yanında təbii ehtiyacını (sidiyə getmək) qarşıladıqdan sonra üst-başını düzəltmiş və bu zaman bir neçə nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim edərək, narkotik vasitələrin qanunsuz daşınmasında şübhəli olduğunu bildirmiş və onu Cəbrayıl Rayon Polis Şöbəsinə getməyi təklif etmişdir. O da polis əməkdaşlarının təklifini qəbul edərək, onlar ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinə getmişdir. Cəbrayıl Rayon Polis Şöbəsinin xidməti otaqlarının birində, müdafiəçinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə, onun üzərində şəxsi axtarış aparılmışdır. O, şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən özünə məxsus “REDMİ 10C” markalı mobil telefonu, şalvarın sağ ön cibindən özünə məxsus 1 (bir) ədəd "xxxx" ASC-yə aid plastik kart və 1 (bir) ədəd “ATB”-yə aid plastik kart çıxarıb təqdim etmişdir. Eləcə də şəxsi axtarış zamanı o, polis əməkdaşlarına əlində olan 1 (bir) ədəd sellofan torbanı təqdim etmiş və torbada narkotik vasitə olduğunu deyərək, onu Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində piyada hərəkət edən zaman zibil qutularının yanından tapdığını, özünün istifadə etməsi üçün özündə saxladığını, lakin yaşadığı ünvan ilə narkotik vasitənin tapdığı yer arasında uzaq məsafə olduğu üçün yaşadığı evə aparmadan özü ilə daşıdığını bildirmişdir. Lakin üzərindən digər qanunsuz narkotik vasitə, əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə onun və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Onu da qeyd edir ki, onun özünün narkotik vasitə hesab edilən qurudulmuş marixuananı satmaq və ya kiməsə bağışlamaq niyyəti olmamış, sadəcə olaraq, özünün istifadə etməsi üçün özündə saxlamışır. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir, səmimi peşmanlıq hissi keçirir və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Özü subaydır və qardaşı Vətən Müharibəsində (2-ci Qarabağ) iştirak etmişdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. Təqsirləndirilən şəxs Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrin ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 16 iyun 2024-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur. Onun cinayət əməlini ifşa edilməsi məqsədilə raportla Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün icazə verilməsini xahiş etmişdir. Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verildikdən sonra həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin qərara əsasən tərəfindən Cəbrayıl Rayon Polis X2 Qrupunun əməliyyat müvəkkilli, polis kiçik leytenantı Şahid2 və Cəbrayıl Rayon Polis X7 polis nəfəri, polis serjantı Şahid3 ibarət olan tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib etmişdir. Həmin qərara uyğun olaraq qeyd olunan əməliyyat qrupunun tərkibində o da olmaqla 16 iyun 2024-cü il tarixdə, saat 01:20 radələrində tərəfindən əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz əldə еdilməsi, saxlanılması və daşıması ilə məşğul olmasına şübhə doğuran Təqsirləndirilən şəxs “Biləsuvar-Bəhrəmtəpə” avtomobil yolunun 54-cü kilometrliyi olan İmişli rayonu, Qızılkənd kəndinin yaxınlığında dəqiq nömrə nişanını görə bilmədikləri ağ rəngli “MERCEDES-BENZ” markalı avtomobilin dayandığını görmüşlər. Avtomobilin qabaq sərnişin oturacağından Təqsirləndirilən şəxs yerə düşmüş və sərnişin dayanacağı tərəfə gedən zaman qolunun altında torba olmuşdur. Təqsirləndirilən şəxs dayanacaqda təxminən 5-6 dəqiqə gözləmiş, sonra əlindəki torba ilə birlikdə dayanacaqla üzbəüz yolun əks tərəfində olan yanacaq doldurma məntəqəsi tərəfə getmişdir. Yanacaq doldurma məntəqəsini keçərək, arxa tərəfdə olan su kanalının üstündə dayanmışdır. Sonra ordan asfalt yola tərəf hərəkət edən zaman onlar Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edərək, onu Cəbrayıl Rayon Polis Şöbəsinə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən, təzyiq (müqavimət) göstərmədən onlar ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasına gəlmişlər. Cəbrayıl Rayon Polis Şöbəsinin xidməti otaqlarının birində, müdafiəçinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən özünə məxsus “REDMİ 10C” markalı mobil telefonu, şalvarın sağ ön cibindən özünə məxsus 1 (bir) ədəd "xxxx" ASC-yə aid plastik kart və 1 (bir) ədəd “ATB”-yə aid plastik kart çıxarıb təqdim etmişdir. Eləcə də şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan 1 (bir) ədəd sellofan torbanı təqdim etmiş və torbada narkotik vasitə olduğunu demişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz narkotik vasitə, əşya və predmet aşkar edilməmişdir. Sellofan torbanın içindən 1 (bir) ədəd üzəri şəffaf rəngli yapışqan lentlə sarınmış, qara rəngli bağlama aşkar edilmiş, həmin bağlamanın üst hissəsi bıçaqla kəsilmiş və bağlamada yaşıl rəngli, kəskin iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 561 (beş yüz altmış bir) qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə onun və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. “Şəxsi axtarış və götürmə haqqında” protokol tərtib olunaraq baxış iştirakçılarına ucadan oxunmuş, protokol baxış iştirakçıları, о cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs onlara həmin narkotik vasitə hesab edilən qurudulmuş marixuananı Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində piyada hərəkət edən zaman zibil qutularının yanından tapdığını, özünün istifadə etməsi üçün özündə saxladığını, lakin yaşadığı ünvan ilə narkotik vasitənin tapdığı yer arasında uzaq məsafə olduğu üçün yaşadığı evə aparmadan özü ilə daşıdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəbrayıl Rayon Polis X2 Qrupunun əməliyyat müvəkkilli, polis kiçik leytenantı Şahid2 və Cəbrayıl Rayon Polis X7 polis nəfəri, polis serjantı Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsinin 3-16-16/2-18/589 saylı, 16 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs üzərinə...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 (bir) ədəd polietilen torbada təmiz çəkis-485 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi-485 qram, tədqiqata sərf edildi-0.1 qram və qalıq-484.9 qram. Məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 49.74 (qırx doqquz, yetmiş dörd) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X22 Ambulator X1 4855 saylı, 17 iyul 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevroloji statusu: kəllə-beyin inervasiya norma daxilindədir. Bəbəklər eynidir. Fotoreaksiya normaldır. Akkomodasiya və konvergensiya normaldır. Nistaqm yoxdur. Burun-dodaq büküşləri simmetrikdir. Udma və yumşaq damaq refleksi normaldır. Dili orta xətt üzrədir. Kerer nöqtələr ağrısızdır. Vətər və sümüküstü refleksləri normaldır. Parez və plegiya yoxdur. Patoloji reflekslər aşkarlanmır. Qarın refleksi normaldır. Romberq vəziyyətində dayanıqlıdır. Psixi vəziyyəti: Huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab vermir. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferası dəyişkəndir. Əhval-ruhiyyəsi aşağıdır. Öz vəziyyətinə tənqidi münasibəti vardır. Təqsirləndirilən şəxs kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşka olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasınə nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 xx/xx-8279 saylı, 13 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Yusifli X9 narkoloji qeydiyyatda olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 8836 saylı, 16 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Yusifli X4 müalicədə olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X19 Şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X15 18-1-28/2-1360/2024 saylı, 18 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Yusifli X3 Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatda olmamışdır. Cinayət işində olan 16 iyun 2024-cü il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan və protokoldan görünür ki, 16 iyun 2024-cü il tarixdə, saat 02:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 17 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 17 iyun 2024-cü il tarixdə, saat 13:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 17 iyun 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 17 iyun 2024-cü il tarixdə, saat 15:45-də Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 24 avqust 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X6 etibarnamə əsasında idarə etdiyi “MERCEDES-BENZ” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə 16 iyun 2024-cü il tarixdə, saat 01:20 radələrində “Biləsuvar-Bəhrəmtəpə” avtomobil yolunun İmişli rayonu, Qızılkənd kəndinin qarşısından keçən hissəsinə sərnişin qismində gətirdiyi Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etməsi, saxlaması və daşıması faktı təsdiq olunmadığına görə onun əməlində cinayət tərkibi olmadığı üçün X6 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 61.1.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 16 iyun 2024-cü il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəllər də narkotik vasitə hesab edilən marixuana istufadə etməsi faktında cinayətin və inzibati xətanın tərkibi olmadığı üçün Təqsirləndirilən şəxs barəsində həmin xüsusat üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati icraatın açılması və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsində tapdığı və üzərində saxlayaraq, 16 iyun 2024-cü il tarixdə, saat 01:40 radələrində “Biləsuvar-Bəhrəmtəpə” avtomobil yolunun 54-cü kilometrliyinin sol tərəfində yerləşən Cəbrayıl qəsəbələrinə gedən avtomobil yolunun üzərində olan su kanalının üzərinə daşıdığı 1 (bir) ədəd sellofan torbada olan 1(bir) ədəd üzəri şəffaf rəngli sellofan torbada xeyli miqdarda, yəni təmiz çəkisi 485 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə etmək istəməsi faktı təsdiq olunmadığına görə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddələrində nəzərdə tutulan “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkibi olmadığı üçün Təqsirləndirilən şəxs barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Güzdək Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-29-9/3-472/2024 saylı, 09 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs valideynləri X12 və X14, qardaşı X8 ilə birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində qeydiyyatsız yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Güzdək Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5/29-9/3-473/2024 saylı, 09 iyul 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş SX ******* №-li hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X8 29 sentyabr 2020-ci il tarixdən etibarən 09 noyabr 2020-ci il tarixədək Vətən Müharibəsində (2-ci Qarabağ) iştirak etmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş İ-7501 №-li Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 250 s, 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə Təqsirləndirilən şəxs qardaşı X8 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməlini törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, eləcə də ailə üzvü olan qardaşının Vətən müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, bununla yanaşı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuanın miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda, yəni təqribən 100 (yüz) dəfəyə yaxın olduğu üçün (şəxsi istehlak miqdarının yuxarı həddi: 5 qram, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi: 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi: 500 qram) törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinin daha da çox olmasını, eləcə də onun cəmiyyətdən təcrid olunmadan islah oluna bilməyəcəyini nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbirinin seçilməsini və cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxsin “zaldan həbs edildiyi tarixdən, yəni 24 oktyabr 2024-cü il tarixdən” hesablanmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı ilkin “məhkəmə bioloji ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 49.74 (qırx doqquz, yetmiş dörd) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə cinayət işində olan maddi sübutlar ("xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatlara dair 2 (iki) ədəd “CD” disk, “şəxsi axtarış və götürmə” aparılmasına dair 1 (bir) ədəd “CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan bu sübutlar cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə cinayət işində olan digər maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 484.9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 iyun 2024-cü il tarix, saat 02:30-dan 17 iyun 2024-cü il tarix, saat 15:45-ə dək saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəza müddətinə bir günə bir gün hesabı ilə 2 (iki) günə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 49.74 (qırx doqquz, yetmiş dörd) AZN məbləğində eskpertiza xərci tutularaq, dövlət nəfinə ödənilsin. Cinayət işində olan "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatlara dair 2 (iki) ədəd “CD” disk, “şəxsi axtarış və götürmə” aparılmasına dair 1 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Cinayət işi üzrə maddi sübutun qalığı olan Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 484.9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-12/2024
Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-12/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver