Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-12/2025 05.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 15:10 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Cəmilli Ülvi Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1967-ci ildə Cəbrayıl rayonu, Minbaşılı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Birinci Qarabağ müharibəsi” zamanı “Cəbrayıl Batalyon”unun tərkibində könüllü olaraq əsgər kimi döyüşmüş, 28 iyul 1992-ci il tarixdə Xocavənd rayonu, Sur kəndinin azad olunması istiqamətində keçirilən hərbi əməliyyatlarda iştirak edən zaman ölmüş erməni işğalçılarından birinin üzərindən “TOZ-8” modelli, 76831 nömrəli, 5,6 mm kalibrli, yivli ov tüfəngini və həmin tüfəngdə istifadə olunması üçün nəzrədə tutulan döyüş sursatı hesab edilən 2 (iki) ədəd 5,6 mm kalibrli patronu, eləcə də qəhvəyi rəngli dəri materialdan hazırlanan bıçaq saxlamaq üçün nəzərdə tutulmuş qabın içərisində olan soyuq silah hesab olunan 1 (bir) ədəd bıçağı qəsdən qanunsuz olaraq əldə etməklə həmin vaxt yaşadığı Cəbrayıl rayonu, Minbaşılı kəndində yerləşən evinə daşımışdır. Daha sonra yaşadığı Cəbrayıl rayonu, Minbaşılı kəndi erməni hərbçiləri tərəfindən işğal olunduqdan sonra məcburi köçkün kimi məskunlaşdığı ünvanlara eləcə də, sonuncu məskunlaşdığı, yəni faktiki yaşadığı Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə, 12 saylı evə daşımaqla saxlamışdır. 17 iyul 2025-ci il tarixdə, saat 02:00 radələrində yaşadığı evdə saxladığı “TOZ-8” modelli ov tüfəngini və 2 (iki) ədəd 5,6 mm kalibrli patronu, eləcə də qəhvəyi rəngli dəri materialdan hazırlanan bıçaq saxlamaq üçün nəzərdə tutulan qabın içərisində olan soyuq silah hesab olunan 1 (bir) ədəd bıçağı götürərək, qəsdən qanunsuz olaraq idarə etdiyi özünə məxsus “LF 7132/2-320” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yerləşdirərək, daşıyan zaman həmin gün, saat 06:00 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şöbənin inzibati binasına dəvət edilmişdir. Həmin gün, saat 12:20 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasının həyətində yerləşən duracaqda üzərinə və avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sərnişin otaracığının üzərindən qəsdən qanunsuz olaraq əldə edərək, daşıdığı odlu silah hesab olunan keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda 1957-ci ildə istehsal olunmuş, 76831 nömrəli, 5,6 mm kalibrli, “TOZ-8” modelli, ov tüfəngi, avtomobilin qabaq sağ otaracağının qarşısında olan saxlanc yerindən qəhvəyi rəngli dəri materialdan hazırlanan bıçaq saxlamaq üçün nəzərdə tutulmuş qabın içərisində olan soyuq silah hesab olunan 1 (bir) ədəd bıçaq və əynində olan boz rəngli şalvarın sağ yan cibindən həmin tüfəngdə istifadə olunması üçün nəzərdə tutulmuş 2 (iki) ədəd 5,6 mm kalibrli ştat patronu aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Özü “Birinci Qarabağ müharibəsi”ndə iştirak etmiş və İİ qrup müharibə əlilidir. Baş vermiş cinayət hadisəsi barədə bildirir ki, “Birinci Qarabağ müharibəsi” zamanı 28 iyul 1992-ci il tarixdə Xocavənd rayonu, Sur kəndinin azad olunması istiqamətində keçirilən hərbi əməliyyatlarda iştirak edən zaman ölmüş erməni işğalçılarından birinin üzərindən “TOZ-8” modelli, 76831 nömrəli, 5,6 mm kalibrli, yivli ov tüfəngini, 2 (iki) ədəd 5,6 mm kalibrli patronu, eləcə də qəhvəyi rəngli dəri materialdan hazırlanan bıçaq saxlamaq üçün nəzərdə tutulmuş qabın içərisində olan 1 (bir) ədəd bıçağı tapmış və bir müddət yaşadığı Cəbrayıl rayonu, Minbaşılı kəndində yerləşən evində saxlamışdır. Cəbrayıl rayonu, Minbaşılı kəndi erməni hərbçiləri tərəfindən işğal olunduqdan sonra məcburi köçkün kimi ünvan 1 ünvanda məskunlaşmışdır. Eləcə də “TOZ-8” modelli, 76831 nömrəli, 5,6 mm kalibrli, yivli ov tüfəngini, 2 (iki) ədəd 5,6 mm kalibrli patronu və qəhvəyi rəngli dəri materialdan hazırlanan bıçaq saxlamaq üçün nəzərdə tutulmuş qabın içərisində olan 1 (bir) ədəd bıçağı yaşadığı evə gətirərək, gizli saxlamışdır. 17 iyul 2025-ci il tarixdə, gecə vaxtı yaşadığı evdə ailədaxili mübahisə olan zaman polis əməkdaşlarının evə gələcəyini bildiyi üçün saxladığı “TOZ-8” modelli ov tüfəngini, 2 (iki) ədəd 5,6 mm kalibrli patronu və qəhvəyi rəngli dəri materialdan hazırlanan bıçaq saxlamaq üçün nəzərdə tutulan qabın içərisində olan 1 (bir) ədəd bıçağı götürüb, qəsdən qanunsuz olaraq idarə etdiyi özünə məxsus “LF 7132/2-320” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yerləşdirərək daşıyan zaman həmin gün, saat 06:00 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Şöbəyə dəvət edilmişdir. Həmin gün, təxminən saat 12:20 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasının həyətində yerləşən duracaqda üzərinə və avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sərnişin otaracığının üzərindən 1 (bir) ədəd “TOZ-8” modelli, 76831 nömrəli, 5,6 mm kalibrli, yivli ov tüfəngi, avtomobilin qabaq sağ otaracağının qarşısında olan saxlanc yerindən qəhvəyi rəngli dəri materialdan hazırlanan bıçaq saxlamaq üçün nəzərdə tutulmuş qabın içərisində olan soyuq silah hesab olunan 1 (bir) ədəd bıçaq və əynində olan boz rəngli şalvarın sağ yan cibindən 2 (iki) ədəd 5,6 mm kalibrli patron aşkar olunaraq götürülmüşdür. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir, səmimi peşmanlıq hissi keçirir və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Özü ailəlidir, “Birinci Qarabağ müharibəsi”ndə iştirak etmiş, İİ qrup müharibə əlilidir, eləcə də 44 günlük “Vətən müharibəsi”ndə (İkinci Qarabağ müharibəsi) xidmətlərinə və fədakarlığına görə Azərbaycan Vətən Müharibəsi X2 rəhbərliyi tərəfindən təltif edilmişdir. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Eyni zamanda bildirir ki, səhhətində ciddi problem olduğu üçün tez-tez Bakı şəhərinə müalicə olunması üçün gedib-gəlir. Belə ki, ona “Birinci Qarabağ müharibəsi” zamanı aldığı qapalı kəllə-beyin travması nəticəsində “mənşəli şəxsiyyət pozuntusu, psixotik əlamətlər, koqnitiv funksiyaların enməsi ilə dekompensasiya dövrü” diaqnozu qoyulmuşdur. Əgər ona məhkəmə tərəfindən müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası verilərsə, bu, ona əlavə çətinlik yaradacaqdır. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza, yəni islah işləri cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir və onlar ünvan 1 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, 17 iyul 2025-ci il tarixdə, gecə vaxtı yaşadıqları evdə ailədaxili mübahisə baş verən zaman Sərvan evdən çıxıb getmişdir. Daha sonra eşitmişdir ki, həmin gün, təxminən saat 06:00 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman onun idarə etdiyi “LF 7132/2-320” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobildən və üzərindən qanunsuz olaraq odlu və soyuq silah aşkar edilərək, götürülmüşdür. Onu da qeyd edir ki, onun Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu və soyuq silah saxlamasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis X3 Yerinin mühafizəsi üzrə polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. 17 iyul 2025-ci il tarixdə, saat 12:20 radələrində Cəbrayıl Rayon Polis X4 müstəntiqi, polis baş leytenantı Alış Həsənov tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasının həyətində yerləşən duracaqda Təqsirləndirilən şəxs idarə etdiyi “LF- 7132/2-320” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa sərnişin otaracığının üzərindən 1 (bir) ədəd “TOZ-8” modelli, 76831 nömrəli, 5,6 mm kalibrli, yivli ov tüfəngi, avtomobilin qabaq sağ otaracağının qarşısında olan saxlanc yerindən qəhvəyi rəngli dəri materialdan hazırlanan bıçaq saxlamaq üçün nəzərdə tutulmuş qabın içərisində olan soyuq silah hesab olunan 1 (bir) ədəd bıçaq və əynində olan boz rəngli şalvarın sağ yan cibindən 2 (iki) ədəd 5,6 mm kalibrli patron aşkar olunaraq götürülmüşdür. “Baxış” protokolu tərtib olunaraq baxış iştirakçılarına ucadan oxunmuş, protokol baxış iştirakçıları, о cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır. Cinayət işində olan 18 iyul 2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə 18 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək, ibtidai istintaq aparılmışdır. Cinayət işində olan 17 iyul 2025-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan və protokoldan görünür ki, 17 iyul 2025-ci il tarixdə, saat 11:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 18 iyul 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 18 iyul 2025-ci il tarixdə, saat 12:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 18 iyul 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 18 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və 18 iyul 2025-ci il tarixdə, saat 18:00-da və Biləsuvar Rayon Polis X3 Yerindən azad edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 25/1175 saylı, 18 iyul 2025-ci il ekspert rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd 76831 №-li silah, keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda 1957-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli “TOZ-8” modelli ov tüfəngidir və odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 2. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd patron zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və “TOZ” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. 3. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilmişdir. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd 5,6 mm kiçik kalibrli patronlardan 1 (bir) ədədi eksperimental atəş zamanı istifadə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/982 saylı, 16 sentyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq əldədüzəltmə üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində sonradan dəyişiklik edilməmişdir və təyinatı üzrə istifadəyə yararlıdır. Qeyd: İlkin “məhkəmə-ballistik ekspertizas”ının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 2547 saylı, 24 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevroloji statusu: Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi üzvi dəyişiklik qeyd edilmir. Psixi vəziyyəti: Düşüncəsi aydın, bələdliyi özünə, zamana və məkana görə düzgündür. Zahirən sakit, əhvalı yaranmış vəziyyətlə əlaqədar nisbətən enmişdir. Söz ünsiyyətinə sərbəst qoşulur. Verilən sualların məğzinə uyğun düzgün cavablar verir. Təfəkkürü ardıcıldır. Kobud yaddaş pozuntusu əlamətləri aşkar edilmir. Bilik səviyyəsi aldığı təhsilə, maraq dairəsi keçirdiyi həyat tərzinə uyğundur. Sorğusual zamanı produktiv psixosimptomatika (sayıqlama ideyaları, qavrama pozuntuları) əlamətləri müəyyən edilmir. Yoxlanılan şəxs keçirilən ekspertizanın məqsədini dərk edir, ona qarşı irəli sürülmüş ittihamların ola biləcək nəticələrini anlayır. Ona ittiham olunan əməl barəsində soruşduqda onda aşkar edilən istintaqa verdiyi ifadəyə uyğun cavablar verir. Sorğu-sual gedişatında bir qədər əsəbiliyi, emosional qeyri-sabitliyi biruzə verir. Qeyd: Təqsirləndirilən şəxs müəyyən edilən üzvi (keçirilmiş qapalı kəllə-beyin tramvası nəticəsində) emosional-labil pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, cinayət əməlini törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 3-28-29/2-7930/2025 saylı, 22 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə 28 yanvar 2025-ci il tarixdən 18 fevral 2025-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 (1-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində mənşəli şəxsiyyət pozuntusu, psixotik əlamətlər, koqnitiv funksiyaların enməsi ilə dekompensasiya dövrü – diaqnozu ilə) gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müalicə olmuşdur. Cinayət işində olan 01 oktyabr 2025-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 01 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 134, 228.1 və 228.5-ci maddələrinə tövsif edilmişdir. Cinayət işində olan 04 oktyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki,... Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulan “Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə” maddəsinin tərkib əlamətləri mövcud olmaması əsası ilə barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan 04 oktyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxsin yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, 04 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələri ilə ittiham elan olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X9 438 saylı, 31 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rayon Poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda olmamışdır. 11 avqust 2020-ci il tarixdən “F 20.0 Şizofreniya paranoid forma, hallüsinator paranoid forma” diaqnozu ilə Rayon Polikninkasının psixo-nevroloji kabinetində ruhi-əsəb xəstəlikləri üzrə disponser qeydiyyatdadır. Cinayət işində olan Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Minbaşılı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 128 saylı, 26 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-arvadı Şahid3, övladları X5, X6, Şahid2 və gəlni Şahid1 ilə birlikdə Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatdadır və hal-hazırda ünvan 3 ünvanda yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Minbaşılı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs “Birinci Qarabağ müharibəsi”ndə iştirak etmiş, İİ qrup müharibə əlilidir, müharibə veteranıdır və müsbət xarakterizə edilir Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələrinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməlini törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, bu müddət ərzində öz səhvini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi və qanunlara əməl edəcəyi barədə söz verməsini, xüsusilə “Birinci Qarabağ müharibəsi”ndə iştirak etməsini, İİ qrup müharibə əlili olmasını və 44 günlük “Vətən müharibəsi”ndə (İkinci Qarabağ müharibəsi) xidmətlərini və fədakarlığını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, onun şəxsiyyətini və səhhətini, eləcə də onun cəmiyyətdən tam və qismən təcrid olunmadan islah oluna biləcəyini nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan islah işləri ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmasını və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı ilkin “məhkəmə-ballistik ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 64 (altmış dörd) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə cinayət işində olan maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş 1 (bir) ədəd 76831 №-li silah, keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda 1957-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli “TOZ-8” modelli ov tüfəngi, 1 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və “TOZ” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş patron, eləcə də 1 (bir) ədəd əldədüzəltmə üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Anbarına təhvil verilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 1 (bir) il, 6 (altı) ay müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq aylıq qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı saxlanıldığı 2 (iki) gün müddət islah işləri növündə cəza müddətinə bir günə dörd gün hesabı ilə 8 (səkkiz) gününə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq aylıq qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla, 1 (bir) il, 11 (on bir) ay, 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ilkin “məhkəmə-ballistik ekspertizas”ının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 64 (altmış dörd) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə maddi sübutun qalığı olan Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş 1 (bir) ədəd 76831 №-li silah, keçmiş SSRİ dövlətində “Tula” silah zavodunda 1957-ci ildə istehsal olunmuş, 5,6 mm kalibrli, “TOZ-8” modelli ov tüfəngi, 1 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və “TOZ” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş patron, eləcə də 1 (bir) ədəd əldədüzəltmə üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Anbarına təhvil verilsin. Hökmün icrası Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-12/2025
Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-12/2025
05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver