Məhkəmə qərarları › İş №1(072)-13/2023

Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-13/2023

15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-13/2023 15.12.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 14:10 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X8 müdafiəçisi: Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: X8 iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olub, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu 45 №-li tam orta məktəbdə “Gənclərin çağırışaqədərki hərbi hazırlığı” fənni üzrə müəllim vəzifəsində işləyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, 810 ailəlik məcburi köçkün şəhərciyi, ev 9, mənzil 33 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X8... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti istismarı qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcbur üçün inşa edilmiş 5 saylı qəsəbədən 11-1 saylı qəsəbələrarası asfalt yol ilə 1 saylı qəsəbə istiqamətində hərəkət edən zaman həmin yolun 4 saylı qəsəbənin ərazisindən keçən hissəsində 30 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin 1 saylı “ASAN” Xidmət Mərkəzindən verilmiş “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsi əsasında, 31 iyul 2018-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X28 İdarəsinin Sumqayıt Regional Qeydiyyat İmtahan və X22 tərəfindən verilmiş AD 231587 nömrəli "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” ilə ona məxsus “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və 1.1-1.3 üfüqi nişanlanma xətlərini kəsib keçmək qadağan olduğu və qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə məhdudiyyətlər qoyduğu halda bu tələblərə əməl etməyib öz hərəkətini davam etdirərək, həmin asfalt yol ilə maksimum sürəti 50 km/saat nəzərdə tutulmuş yolda 70 km/saat sürətlə 1.1 üfüqi nişanlama xəttini kəsib əks hərəkət zolağına keçərək ikinci dərəcəli yol, yəni Cəbrayıl rayon İcra Hakimiyyəti inzibati binası istiqamətində hərəkətini davam etdirərkən əks hərəkət zolağı ilə 3 saylı qəsəbədən 5 saylı qəsəbə istiqamətində hərəkət edən polis əməkdaşı, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis X20 Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi əsasında idarə etdiyi müvafiq əmrlə ona təhkim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatı İdarəsinə məxsus “CHEVROLET NİVA 212300-55L” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadı ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu avtomobildə qabaq sərnişin oturacağında əyləşmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl rayon polis X20 xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs2 alın nahiyəsində solda, sol gicgah nahiyəsində, sol gözün üst qapağında, alın nahiyəsində sağda, sol yanaq nahiyəsində yaralar, burun belində və alın nahiyəsində ortada sıyrıqlar, sağ mil sümüyünün distal epifizinin qəlpəli, yerdəyişmiş sınığı, qayıqvari sümüyünün yerdəyişmiş sınığı və mil-bilək oynağının tam çıxığı ilə nəticələnən, həmin avtomobilin sürücüsü, polis kiçik serjantı Zərərçəkmiş şəxs1 sağ diz qapağının aşağı qütbünün qəlpəli, yerdəyişmiş sınığı, soltərəfli paraorbital hematoma, baş beyin silkələnməsi ilə nəticələnən, həmçinin idarə etdiyi avtomobildə qabaq sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs3 sağ gicgah-almacıq qövsünün və çənənin sağ oynaq çıxıntısının yerdəyişən sınığı, sağ əl və gicgah nahiyələrində sıyrıqlar, sağ əlində qançır, sağ yanaq və çənəaltı nahiyədə yaralar ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlıqlarının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs X14 özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır və Füzuli rayonu 45 №-li tam orta məktəbdə “Gənclərin çağırışaqədərki hərbi hazırlığı” fənni üzrə müəllim vəzifəsində işləyir. “B1”, “B”, “C1”, “C” dərəcəli sürücülük vəsiqəsi var və “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Baş vermiş hadisə barədə bildirir ki, 14 dekabr 2022-ci il tarixdə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünləri üçün inşa edilmiş 10 saylı qəsəbədə yas mərasimində iştirak etmək üçün həmkəndlisi Zərərçəkmiş şəxs3 ilə birlikdə getmişdir. Həmin günü yas mərasimi bitdikdə sonra təxminən saat 15:00 radələrində Füzuli rayonuna geri qayıtmaq üçün dostu Murad ilə birlikdə yas mərasimindən çıxaraq ona məxsus “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Avtomobil ona məxsus olduğu üçün o, sükan arxasında və Murad isə qabaq sərnişin oturacağında əyləşmişdir. Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 10 saylı qəsəbədən 11-1 saylı qəsəbələrarası avtomobil yolu ilə 1 saylı qəsəbə istiqamətində hərəkət edən zaman 6 saylı qəsəbəyə çatdıqda 1 (bir) nəfər oğlanın, yəni Şahid2 yol kənarında avtomobilə əli ilə işarə etdiyini görmüşdür. O, həmin uşağı yol kənarında qoymamaq üçün avtomobili yol kənarına çəkib saxlayaraq həmin uşağı arxa oturacağa əyləşdirmişdir. Əzizağadan haradan gəlməsini soruşduqda, sonuncu ona Biləsuvar rayonu, 3 saylı qəsəbədə olan idmana getdiyini demişdir. Bundan sonra o, yoluna davam etməyə başlamış və idarə etdiyi avtomobillə saatda 60-70 km/saat sürətlə hərəkətini davam etdirmişdir. Biləsuvar rayonu, 4 saylı qəsəbədə olan döngəli yola çatmağına təxminən 15-20 metr qalmış yol kənarında olan yol nişanında maksimal sürət həddinin 50km/saat olduğunu təxmin etmişdir. Yolun kənarında da qarşıda döngəli yol olması məlumatverici yol nişanı və baş yol işarəsi bərkidilmişdir. Bu zaman qarşıdan gələn Biləsuvar rayonu, 11-ci qəsəbə istiqamətində hərəkətdə olan **-PK- *** dövlət qeydiyyat nişanlı Post Patrul Xidməti avtomobilinin sürətlə həmin yol istiqamətindən gəldiyini görmüşdür. Qeyd olunan avtomobilin sürəti təxminən 100 km/saat və daha yuxarı olmuşdur. Həmin avtomobil o qədər sürətlə hərəkət etmişdir ki, o, həyəcandan qəfil tormoza basmış, lakin bir göz qırpımında toqquşma baş vermişdir. Belə ki, “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfi ilə idarə etdiyi “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfləri arasında toqquşma baş vermişdir. Toqquşma zamanı “CHEVROLET NİVA” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobil gəldiyi sürətlə də onun idarə etdiyi avtomobilə çırpılmışdır. Toqquşma nəticəsində onun idarə etdiyi avtomobildə qəfildən hava şarları açılmış, avtomobildən düşdükdən sonra yolun hərəkət istiqamətindən çıxdığını görmüşdür. Həmçinin, avtomobildən düşdükdən sonra “CHEVROLET NİVA” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobilin yerində dairə vurduğunu, həmin avtomobilin qarşı tərəfi, onun avtomobilinin isə sağ tərəfdən təkər və təkərin üzəri deformasiyaya uğradığını görmüşdür. Onu da qeyd edir ki, yol örtüyü asfalt vəziyyətdə olmuş və hadisə zamanı yer səthi quru olmuşdur. Həmin toqquşmadan sonra onun idarə etdiyi və digər avtomobildə olan şəxslər hər biri xəsarət almışlar. Hadisə yerinə dərhal X25 avtomobili gəlmiş və hər birini xəstəxanaya aparmışlar. Eyni zamanda bildirir ki, idarə etdiyi “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, sonuncu dəfə sentyabr ayının sonu oktyabr ayının əvvəllərində avtomobili texniki baxışdan keçirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zaman onun idarə etdiyi avtomobildə ondan başqa dostu Zərərçəkmiş şəxs3 və sonradan adını, soyadını və ata adını bildiyi Şahid2 olmuşdur. Həmin yol nəqliyyat hadisəsi zamanı hər iki şəxs xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl spirtli içki qəbul etməmiş, həmin avtomobili idarə edən və yol nəqliyyat hadisəsi baş verən zaman sərxoş vəziyyətdə olmamışdır. Bundan başqa, Biləsuvar rayonu, 11-ci qəsəbə istiqamətində hərəkətdə olan “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə həmin yol istiqamətindən gəldiyini görmüş və həmin avtomobil təxminən 100 km/saat və daha yuxarı sürətlə hərəkətdə olmuşdur. Təxminən 10-15 metr məsafə qalmış həmin avtomobili görmüş və qəzanın qarşısını almaq üçün tormozdan istifadə etmişdir. Lakin toqquşma yerinin hansı səbəbdən onun hərəkət etdiyi zolaqda deyil, əks hərəkət zolağında baş verməsini, eləcə də idarə etdiyi “MİTSUBİSHİ PAJERO- GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoldan hansı formada çıxmasını xatırlamır. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən ədalətli qərar qəbul edilməklə, bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır, Cəbrayıl Rayon Polis X20 Xidməti Bölüyünün polis nəfəri vəzifəsində və polis kiçik serjantıdır. “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cəbrayıl Rayon Polis X20 Xidməti Bölüyünə həvalə olunmaqla, daxili əmrlə ona təhkim olunmuşdur. Baş vermiş hadisə barədə bildirir ki, 14 dekabr 2022-ci il tarixdə, təxminən saat 15:00 radələrində sıra düzülüşü olmuş və rəhbərlik tərəfindən post patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjant rütbəsində xidmət edən Zərərçəkmiş şəxs2 və polis sahə rəisinin köməkçisi, polis serjantı Şahid1 onunla birlikdə müvafiq əmr əsasında dislokasiya olunmuş Biləsuvar rayonu, 1-11 saylı qəsəbəarası 8 saylı avtopatrul xidmətinə çıxmaları barədə göstəriş verilmişdir. O, Elçin və Oruc ilə birlikdə ona təhkim olunmuş “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Həmin avtomobil ona təhkim olunduğu üçün o, sürücü kimi sükan arxasında əyləşmişdir. Elçin qabaq sərnişin oturacağında və Oruc isə arxa sərnişin oturacağında əyləşmişdir. Birlikdə dislokasiya üzrə xidmət göstərmələri üçün Cəbrayıl Rayon Polis Şöbəsinin yerləşdiyi Biləsuvar rayonu, 3 saylı qəsəbədən 1-11 saylı qəsəbələrarası avtomobil yolu ilə 8 saylı qəsəbə istiqamətində hərəkət etməyə başlamışlar. Həmin zaman xidmətdə olduqları üçün yolda olan nişanlara uyğun olaraq 50-55 km/saat sürətlə avtomobilin hərəkətini davam etdirmişdir. Onlar Biləsuvar rayonu, 4 saylı qəsəbə ərazisində olan döngəli yola çatan zaman Biləsuvar rayonu, 11 saylı qəsəbə istiqamətindən 3 saylı qəsəbə istiqamətində döngəli yola təxminən 100 metr qalmış qara rəngli bir avtomobilin yüksək sürətlə hərəkət etdiyini görmüşdür. Lakin həmin yolda döngəyə təxminən 15-20 metr qalmış həmin yolun döngəli yol olması barədə müvafiq yol nişanları quraşdırılmışdır. O, həmin avtomobilin nişanlara uyğun olaraq baş yolla, yəni əyridə müvafiq dərəcə altında dönəcəyini nəzərə alaraq öz hərəkət zolağı ilə hərəkətini davam etdirmişdir. O, öz hərəkət zolağı ilə avtomobili idarə edərək əyrini dönüb düz yolla, yəni Biləsuvar rayonu, 8 saylı qəsəbə istiqamətində hərəkəti davam etdirən zaman ona yaxınlaşan qara rəngli, yəni “MİTSUBİSHİ PAJERO- GLS” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət zolağına keçərək döngəli yolu dönmədən Cəbrayıl Rayon İcra Hakimiyyəti istiqamətində hərəkətini davam etdirmişdir. Bu zaman o, toqquşmanın qarşısını almaq üçün tormozdan istifadə etsə də, lakin “MİTSUBİSHİ PAJERO-GLS” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ilə onun idarə etdiyi “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi toqquşmuşdur. Həmin toqquşma zamanı onun idarə etdiyi avtomobil zərbənin təsirindən yerində fırlanaraq qarşı tərəfi Biləsuvar rayonu, 3 saylı qəsəbə istiqamətində dayanmışdır. Bundan sonra o, huşunu itirmiş və bir daha Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında olan zaman ayılmışdır. Eyni zamanda bildirir ki, yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl spirtli içki qəbul etməmiş, avtomobili idarə edən və yol nəqliyyat hadisəsi baş verən zaman sərxoş olmamışdır. Bundan başqa, idarə etdiyi “CHEVROLET NİVA” markalı, **-PK-***dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən texniki baxışdan keçirilmişdir. Bundan başqa, “MİTSUBİSHİ PAJERO- GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin döngəli yola çatandan sonra yüksək sürətlə Biləsuvar rayonu, 3 saylı qəsəbə istiqamətində gəldiyini görmüş, lakin həmin yolda müvafiq nişanlarla yolun döngəli olması barədə məlumatlar qeyd olunduğu üçün həmin avtomobilin döngədə sürətini azaldaraq dönəcəyini zənn etmişdir. Bu səbəbdən də, o, hərəkətini davam etdirərək döngəni keçib öz hərəkət zolağı ilə Biləsuvar rayonu, 8 saylı qəsəbə istiqamətində hərəkətini davam etdirən zaman “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolu düz keçərək Cəbrayıl Rayon İcra Hakimiyyəti istiqamətində getdiyini görmüşdür. Bu zaman avtomobillər arasında təxminən 5-10 metr məsafə qalmışdır. O, toqquşmanın baş verməməsi üçün tormozdan istifadə etməsinə baxmayaraq, ona yaxınlaşan “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olduğu üçün ona daha tez bir zamanda yaxınlaşmış və toqquşma baş vermişdir. Həmçinin, “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tormozdan istifadə edərək toqquşmanın qarşısına almağa çalışsa da, avtomobili sağa-sola oynadaraq onun hərəkət zolağına keçmiş və onun hərərəkt zolağında toqquşma baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, az ağır dərəcəli bədən xəsarəti almışdır. Eyni zamanda bildirir ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra təqsirləndirilən şəxs X14 və onun ailə üzvləri onun ilə maraqlanmamış, ona maddi və mənəvi köməklik, ümumiyyətlə, diqqət və qayğı göstərməmişlər. Hal-hazırda onun təqsirləndirilən şəxs X9 qarşı şikayəti vardır. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxs X8 barəsində məhkəmə tərəfindən ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanda yaşayır, Cəbrayıl Rayon Polis X20 Xidməti Bölüyünün manqa komandiri vəzifəsində və polis baş serjantıdır. “CHEVROLET NİVA” markalı, **-PK- *** dövlət qeydiyyat nişanlı avtomobil Cəbrayıl Rayon Polis X20 Xidməti Bölüyünə həvalə olunmaqla, daxili əmrlə Zərərçəkmiş şəxs1 təhkim olunmuşdur. Baş vermiş hadisə barədə bildirir ki, 14 dekabr 2022-ci il tarixdə, təxminən saat 15:00 radələrində sıra düzülüşü olmuş və rəhbərlik tərəfindən onunla birlikdə polis sahə rəisinin köməkçisi, polis serjantı Şahid1 Zərərçəkmiş şəxs1 təhkim olunmuş “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobildə müvafiq əmr əsasında dislokasiya olunmuş Biləsuvar rayonu, 1-11 saylı qəsəbəarası 8 saylı avtopatrul xidmətinə çıxmaları barədə göstəriş verilmişdir. O, Oruc və Məhərrəm ilə birlikdə sonuncuya təhkim olunmuş “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Həmin avtomobili Zərərçəkmiş şəxs1 idarə etdiyi etdiyi üçün sükan arxasında, o, qabaq sərnişin oturacağında və Oruc isə arxa sərnişin oturacağında əyləşmişlər. Onlar birlikdə dislokasiya üzrə xidmət göstərmələri üçün Rayon Polis Şöbəsinin yerləşdiyi Biləsuvar rayonu, 3 saylı qəsəbədən 1-11 saylı qəsəbələrarası avtomobil yolu ilə Biləsuvar rayonu, 8 saylı qəsəbə istiqamətində hərəkət etməyə başlamışlar. Həmin zaman Məhərrəm yolda olan nişanlara uyğun olaraq avtomobili 50-55 km/saat sürətlə idarə etmişdir. Onlar Biləsuvar rayonu, 4 saylı qəsəbə ərazində olan döngəli yola çatan zaman Biləsuvar rayonu, 11 saylı qəsəbə istiqamətindən 3 saylı qəsəbə istiqamətində hərəkət edən və əyriyə təxminən 100 metr qalmış qara rəngli bir avtomobilin yüksək sürətlə hərəkət etdiyini görmüşlər. Lakin həmin yolda əyriyə təxminən 15-20 metr qalmış həmin yolun əyilməsi barədə müvafiq yol nişanları quraşdırılmışdır. Onlar yolda olan əyriyə çatan zaman Məhərrəmin avtomobilin sürətini 50 km/saat sürətdən də aşağı endirdiyini hiss etmişdir. Onlar həmin sürətlə əyrini dönərək düz istiqamətdə Biləsuvar rayonu, 8 saylı qəsəbə istiqamətində hərəkəti davam edən zaman onlara yaxınlaşan qara rəngli, yəni “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin onların hərəkət zolağına keçərək əyrini dönmədən Cəbrayıl Rayon İcra Hakimiyyəti istiqamətində hərəkətini davam etdirdiyini görmüşdür. Bu zaman Məhərrəm toqquşmanın qarşısını almaq üçün tormozdan istifadə etsə də, lakin “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ilə sərnişini olduğu “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi toqquşmuşdur. Toqquşma baş verən zaman o əlini avtomobilin tavanında olan dəstəkdən tutmuş və özünü qapıya sıxmışdır. Lakin zərbənin təsirindən onun əyləşdiyi avtomobil yerində fırlanaraq, qarşı tərəfi Biləsuvar rayonu, 3 saylı qəsəbə istiqamətində dayanmışdır. Bundan sonra o huşunu itirmiş və bir daha Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında olan zaman ayılmışdır. Eyni zamanda bildirir ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağı ilə hərəkətdə olan zaman onlara yaxınlaşan “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil yolu düz keçərək, yəni Cəbrayıl Rayon İcra Hakimiyyəti istiqamətində hərəkət edərək onların hərəkət zolaqları ilə yolunu davam etdirmişdir. Bu zaman avtomobillər arasında təxminən 15-20 metr məsafə qalmışdır. Məhərrəm toqquşmanın baş verməməsi üçün tormozdan istifadə etməsinə baxmayaraq, onlara yaxınlaşan “MİTSUBİSHİ PAJERO- GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olduğu üçün onlara daha tez bir zamanda yaxınlaşmış və toqquşma baş vermişdir. Eləcə də onlar döngəli yolla hərəkət edərkən o, təxminən "xxxx" ASC ilə üzbəüz olan zaman əks istiqamətdə hərəkətdə olan “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar rayonu, 4 saylı qəsəbədə yerləşən avtotəmir sexinin yanında yüksək sürətlə, yəni təxminən 100 km/saat sürətlə və ziqzaqvari hərəkət etdiyini görmüşdür. Lakin “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil o qədər yüksək sürətlə hərəkət etmişdir ki, o, Məhərrəmə qarşıdan gələn avtomobilin sürətlə olduğunu demək istəyərkən toqquşma baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, az ağır dərəcəli bədən xəsarəti almışdır. Eyni zamanda bildirir ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra təqsirləndirilən şəxs X14 və onun ailə üzvləri onun ilə maraqlanmamış, ona maddi və mənəvi köməklik, ümumiyyətlə, diqqət və qayğı göstərməmişlər. Hal-hazırda onun təqsirləndirilən şəxs X9 qarşı şikayəti vardır. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxs X8 barəsində məhkəmə tərəfindən ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, 14 dekabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə birlikdə sonuncuya məxsus “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünləri üçün inşa edilmiş 10 saylı qəsəbədə yas mərasimində iştirak etmək üçün getmişlər. Həmin günü yas mərasimi bitdikdə sonra təxminən saat 15:00 radələrində Füzuli rayonuna geri qayıtmaq üçün dostu Zakir ilə birlikdə yas mərasimindən çıxaraq sonuncuya məxsus avtomobilə əyləşmişlər. Avtomobil Zakirə məxsus olduğu üçün sonuncu sükan arxasında o, isə qabaq sərnişin oturacağında əyləşmişdir. Biləsuvar rayonu ərazisində olan Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 10 saylı qəsəbədən 11-1 saylı qəsəbələrarası avtomobil yolu ilə 1 saylı qəsəbə istiqamətində hərəkət edən zaman 6 saylı qəsəbəyə çatdıqda sonradan soyadının, adının və ata adının Şahid2 olduğunu bildiyi bir nəfər oğlanın yol kənarında avtomobilə əli ilə işarə etdiyini görmüşlər. Zakir həmin uşağı yol kənarında qoymamaq üçün avtomobili yol kənarına çəkib saxlamış və həmin uşaq onun arxa tərəfində, yəni avtomobilin arxa sərnişin oturacağına əyləşmişdir. Əzizağadan haradan gəlməsini soruşduqda, sonuncu onlara Biləsuvar rayonu, 3 saylı qəsəbədə olan idmana getdiyini demişdir. Bundan sonra onlar yoluna davam etməyə başlamışlar. Belə ki, Zakir avtomobili təxminən saatda 60-70 km/saat sürətlə idarə etmişdir. O, bu qəsəbələrə ilk dəfə gəldiyi üçün yolda sürət həddinin nə qədər olması barədə məlumatı olmamış, lakin yaşayış yeri olduğu üçün sürət həddinin o qədər də çox olmamasını düşünmüşdür. Həmin vaxt mobil telefondan istifadə etdiyi üçün yolun kənarında olan məlumatverdici yol nişanlarına diqqət edə bilməmişdir. Biləsuvar rayonu, 4 saylı qəsəbədə olan döngəli yola çatmalarına təxminən 15-20 metr qalmış qarşıdan Cəbrayıl rayonu, 11 saylı qəsəbə istiqamətində hərəkət edən Post Patrul Xidməti avtomobilinin sürətlə həmin yol istiqamətindən gəldiyini görmüşdür. X29 xidməti avtomobilinin sürəti təxminən 100 km/saat və daha yuxarı olmuşdur. Həmin avtomobil döngəli yolda yüksək sürətlə hərəkət etdiyi üçün Zakir toqquşmamaq üçün həyəcandan qəfil tormoza basmış və ani olaraq toqquşma baş vermişdir. “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfi ilə Zakirin idarə etdiyi “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadı toqquşmuşdur. Toqquşma nəticəsində zərbənin təsirindən “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hava şarları açılmış və huşunu itirmişdir. Bundan sonra, hadisə yerinə toplaşan şəxslər onları avtomobildən çıxarmış və hadisə yerinə X25 avtomobili gələrək onları Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həmçinin, onları avtomobildən çıxaranda sərnişini olduğu “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoldan çıxaraq kənarda dayandığını və “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil isə zərbənin təsirindən qarşı tərəfi əks istiqamətdə, yəni Biləsuvar rayonu, 1 saylı qəsəbə istiqamətində dayandığını görmüşdür. Bundan başqa, həmin yol örtüyü asfalt vəziyyətdə və hava günəşli olduğu üçün yer səthi quru olmuşdur. Eyni zamanda bildirir ki, hadisə baş verməmişdən əvvəl istifadəsində olan mobil telefona zəng gəlmiş və zəngə baxan zaman Zakir ani olaraq tormozdan istifadə etmişdir. Həmin tormozun səsinə və avtomobilin yavaşmasına o, başını qaldıraraq qarşıya baxan zaman qarşıdan onlara yaxınlaşan “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yüksək sürətlə hərəkət etdiyini və döngəni daha dar, yəni onların hərəkət zolağına keçərək hərəkət etdiyini görmüş və ani olaraq toqquşma baş vermişdir. Lakin toqquşma yerinin hansı səbəbdən onların hərəkət etdiyi zolaqda deyil və əks hərəkət zolağında baş verməsini dəqiq xatırlamır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, az ağır dərəcəli bədən xəsarəti almışdır. Hal-hazırda onun təqsirləndirilən şəxs X9 qarşı heç bir tələbi və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxs X8 barəsində məhkəmə tərəfindən ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, valideynləri ilə birlikdə ünvan 7 ünvanında yaşayır, 8-ci sinifdə oxuyur və dərs saatları bitdikdən sonra Biləsuvar rayonu, 3 saylı qəsəbədə olan idman məşqinə, yəni “güləşə” gedir. Baş vermiş hadisə barədə bildirir ki, 14 dekabr 2022-ci il tarixdə, təxminən saat 15:00 radələrində Biləsuvar rayonu, 3 saylı qəsəbədə olan güləş idman kursuna getmək üçün yaşadığı qəsəbədən keçən Biləsuvar rayonu, 11-1 saylı qəsəbələrarası avtomobil yolunun kənarında dayanaraq “TAXİ” gözləmişdir. Yoldan keçən avtomobillərə dayanmaları üçün əl edərkən Biləsuvar rayonu, 11 saylı qəsəbədən 3 saylı qəsəbə istiqamətində hərəkət edən qara rəngli avtomobil, yəni “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona yaxınlaşaraq dayanmışdır. Həmin avtomobildə idarə edən sürücüdən başqa bir nəfər şəxs də qabaq sərnişin oturacağında əyləşmişdir. O, arxa sərnişin oturacağında əyləşmiş və sürücü ondan hansı istiqamətdə getməsini soruşduqda o, sürücüyə Biləsuvar rayonu, 3 saylı qəsəbədə olan idmana getdiyini demişdir. Bu zaman sürücü ona qapını bağlamasını və gedəcəkləri istiqamətin eyni olduğunu demişdir. Sürücü, yəni sonradan soyadının, adının və ata adının bildiyi Təqsirləndirilən şəxs Biləsuvar rayonu, 11-1 saylı qəsəbələrarası avtomobil yolu ilə idarə etdiyi “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda 60-70 km/saat sürətlə idarə etmişdir. Lakin o, həmin yolda sürət həddinin nə qədər olmasını dəqiq bilmir. Sərnişin qismində əyləşdiyi və Zakirin idarə etdiyi avtomobillə Biləsuvar rayonu, 4 saylı qəsəbədə yerləşən avtotəmir sexinin yanını keçərkən döngəli yoldan polis avtomobilinin, yəni “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönərək Biləsuvar rayonu, 5 saylı qəsəbə istiqamətində gəldiyini görmüşdür. Həmin zaman “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürət həddinin nə qədər olmasını bilmir. Həmçinin, onlar döngəli yola çatarkən yol kənarında mənalarını bilmədiyi yol nişanları bərkidildiyini görmüşdür. Onun sərnişin qismində əyləşdiyi və Zakirin idarə etdiyi “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkət edən “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil döngəli yolun yaxınlığında ani olaraq toqquşmuşdur. Həmin zaman Zakir tormoza basmış və toqquşmanın qarşısını almaq üçün “Azərxalça ASC”-nin olduğu istiqamətdə avtomobilin sükanını döndərmişdir. Lakin toqquşma ani baş vermiş və “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq yol kənarındakı manelərə dəyərək dayanmışdır. Həmçinin, “CHEVROLET NİVA” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmadan sonra fırlanaraq əks istiqamətdə dayanmışdır. Bundan sonra onlar avtomobildən düşmüş, lakin o, arxa sərnişin oturacağında əyləşdiyi üçün baş nahiyəsi qarşısında olan sərnişin oturacağının bərk hissəsinə dəymiş və sol qaş nahiyəsindən xəsarət almışdır. Bundan sonra hadisə yerinə X23 avtomobili gəlmiş və hadisə zamanı xəsarət alan şəxsləri xəstəxanaya aparmışlar. Eyni zamanda bildirir ki, o, “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa sərnişin oturacağında əyləşdiyi üçün hadisənin konkret olaraq necə baş verməsini dəqiq görməmişdir. Lakin yol nəqliyyat hadisəsi zaman Zakirin tormozdan istifadə etdiyini və toqquşmadan qaçırmaq üçün yolun kənarına çəkdiyini görmüş, başqa hansı bir tədbirin gördüyünü xatırlamır. Məhkəmə istintaqı zamanı təkrar “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın rəyinə izah verilməsi məqsədilə dindirilmiş ekspert, kiçik ədliyyə müşaviri X15 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin eskpertizası şöbəsinin baş eksperti vəzifəsində işləyir, ali texniki təhsillidir, 14.1 “Yol nəqliyyat hadisələri hallarının tədqiqi” ixtisası üzrə 1992-ci ildən, 14.3 “Nəqliyyat vasitələri üzərində və yol-nəqliyyat hadisəsi yerində olan izlərin tədqiqi” ixtisası üzrə 2002-ci ildən ekspert iş stajına malikdir, yüksək dərəcəli ekspert və kiçik ədliyyə müşaviridir. Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-013/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərarına əsasən cinayət işi üzrə təkrar “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” təyin edilmişdir. 07 avqust 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi iştirakçılarının, həmin avtomobillərdə olan sərnişinlərin və ekspertin iştirakı ilə hadisə yerinə yenidən baxış keçirilmiş və hadisə yerinin sxemi tərtib edilmişdir. Bundan başqa, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar cavablandırılmaqla, tərəfindən 8/2081 saylı, 22 sentyabr 2023-cü il tarixli təkrar “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” rəyi tərtib edilmişdir. Belə ki, tədqiqat zamanı müəyyən edilmişdir ki, “Mitsubishi Pajero” markalı, **-CT-*** dövlət deydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs göstərdiyi toqquşma yeri, toqquşma yerinin Biləsuvar rayonu, 1 saylı qəsəbə istiqamətində sağ hərəkət zolağında yerləşməsi real toqquşma yerinə uyğun deyildir. “Chevrolet Niva” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 göstərdiyi toqquşma yeri, toqquşma yerinin Biləsuvar rayonu, 11 saylı qəsəbə istiqamətində sağ hərəkət zolağında yerləşməsi real toqquşma yerinə uyğundur. Ona görə də, sürücü Təqsirləndirilən şəxs göstərdiyi hadisə mexanizmi, yəni “Mitsubishi Pajero” markalı avtomobilin Biləsuvar rayonu, 1 saylı qəsəbə istiqamətində sağ zolaqla hərəkətdə olarkən qarşıdan əks istiqamətdə olan “Chevrolet Niva” markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxması və “Mitsubishi Pajero” markalı avtomobilin hərəkət zolağında toqquşmanın baş verməsi real hadisə mexanizminə uyğun deyildir. İstintaq tərəfindən müəyyən edilən və sürücü Zərərçəkmiş şəxs1 göstərdiyi hadisə mexanizmi, yəni “Chevrolet Niva” markalı avtomobilin Biləsuvar rayonu, 11 saylı qəsəbə istiqamətində sağ zolaqla hərəkətdə olarkən qarşıdan əks istiqamətdə olan “Mitsubishi Pajero” markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxması və “Chevrolet Niva” markalı avtomobilin hərəkət zolağında avtomobillər arasında toqquşmanın baş verməsi real hadisə mexanizminə uyğundur. 2.3. “Mitsubishi Pajero” markalı, **-CT-*** dövlət deydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 4.5. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Chevrolet Niva” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Belə ki, qeyd olunan hadisə mexanizmindən məlum olduğu kimi, “Chevrolet Niva” markalı avtomobilin öz hərəkət yolu ilə 50 km/saat sürətlə hərəkətdə olması, qarşıdan 70 km/saat sürətlə hərəkətdə olan “Mitsubishi Pajero” markalı avtomobilin 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı sol hərəkət zolağına çıxması, hərəkət üçün təhlükə yaratması, təhlükə yaranan anda avtomobillər arasında 10 metr məsafənin olması, yəni sürücü Zərərçəkmiş şəxs1 hərəkəti üçün təhlükə yaranan andan toqquşmaya kimi çox kiçik vaxtın keçməsi, belə vəziyyətdə sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki hesablamalar aparılmaqla tədqiq etməyə lüzum olmaması və qeyd olunan şəraitdə sürücü Zərərçəkmiş şəxs1 hərəkətləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, “Chevrolet Niva” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Bundan başqa, toqquşma nəticəsində yaranmış xarakterik izlər və hər iki avtomobildəki əziklər onu deməyə əsas verir ki, toqquşma anına kimi “Mitsubishi Pajero” markalı avtomobil kəskin sola doğru istiqamətlənmiş və toqquşma “Chevrolet Niva” markalı avtomobilin yolunda baş vermişdir. “Nəqliyyat vasitələri üzərində və yol-nəqliyyat hadisəsi yerində olan izlərin tədqiqi” metodikasına görə təkər izləri toqquşma nəticəsində yaranır, toqquşmadan sonra avtomobillərin yerdəyişməsi nəticəsində yer səthinə yağ və digər maye tökülür. Eyni zamanda bildirir ki, təkrar “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” zamanı Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqdim edilmiş rəngli fotoşəkillərdən istifadə edilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş BB 029645 №-li Azərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən görünür ki, X14 “B1”, “B”, “C1”, “C” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş BD 800024 №-li Azərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 “B1”, “B”, “C1”, “C” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AD 231587 №-li Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 xüsusi mülkiyyətindədir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AD 827789 №-li Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “CHEVROLET NİVA 212300-55L” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Avtomobil Təsərrüfatının xüsusi mülkiyyətindədir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudovun 52 saylı, 03 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Cəbrayıl Rayon Polis Şöbəsinin 35 saylı, 12 iyun 2022-ci il tarixli əmri ilə “CHEVROLET NİVA 212300-55L” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cəbrayıl Rayon Polis X20 Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Zərərçəkmiş şəxs1 təhkim olunmuşdur. Cinayət işində olan “Nəqliyyat vasitəsini idarə edən şəxsin səxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları”na əlavə Sərxoşluq vəziyətinin tibbi müayinəsinə dair 548 saylı, 14 dekabr 2022-ci il tarixli aktdan görünür ki, yol-nəqliyyat hadisəsi baş verən zaman sürücü Zərərçəkmiş şəxs1 sərxoş olmamışdır. Cinayət işində olan “Nəqliyyat vasitəsini idarə edən şəxsin səxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları”na əlavə Sərxoşluq vəziyətinin tibbi müayinəsinə dair 549 saylı, 14 dekabr 2022-ci il tarixli aktdan görünür ki, yol-nəqliyyat hadisəsi baş verən zaman sürücü Təqsirləndirilən şəxs sərxoş olmamışlar. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X24 24 saylı, 11 yanvar 2023-cü il ekspert rəyindən görünür ki, vətəndaş 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər-1. Sağ gicgahalmacıq qövsünün və çənənin sağ oynaq çıxıntısının yerdəyişən sınığı, sağ əl və gicgah nahiyələrində sıyrıqlar, sağ əlində qançır, sağ yanaq və çənəaltı nahiyədə yaralar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissədə göstərilən vaxtda və şəraitdə, yəni 14 dekabr 2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. 2. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X24 899 saylı, 11 yanvar 2023-cü il ekspert rəyindən görünür ki, vətəndaş 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər-1. Sağ və sol diz oynaqlarının bayır səthində sıyrıqlar, qarnın ön divarında sağda qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissədə göstərilən vaxtda və şəraitdə, yəni 14 dekabr 2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. 2. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X24 902 saylı, 11 yanvar 2023-cü il ekspert rəyindən görünür ki, vətəndaş 1997-ci il təvəllüdlü Şahid1 almış olduğu xəsarətlər-1. Təpə nahiyəsində sağda, qaşarası sahədə yaralar, sağ əlin arxa səthində 3-cü daraq sümüyü proyeksiyasında sıyrıq, sağ budun aşağı 1/3 hissəsinin iç səthində, sol baldırın orta 1/3 hissəsinin ön səthində qançırlar, sol təpə nahiyəsində hematoma, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissədə göstərilən vaxtda və şəraitdə, yəni 14 dekabr 2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. 2. Qeyd olunmuş xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X24 915 saylı, 11 yanvar 2023-cü il ekspert rəyindən görünür ki, vətəndaş 2009-cü il təvəllüdlü Şahid2 almış olduğu xəsarətlər-1. Sol qaşın qövsü istiqamətində tış tərəfdə yara bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissədə göstərilən vaxtda və şəraitdə, yəni 14 dekabr 2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. 2. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X24 916 saylı, 11 yanvar 2023-ci il ekspert rəyindən görünür ki, vətəndaş 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər-1. Alın nahiyəsində solda, sol gicgah nahiyəsində, sol gözün üst qapağında, alın nahiyəsində sağda, sol yanaq nahiyəsində yaralar, burun belində və alın nahiyəsində ortada sıyrıqlar, sağ mil sümüyünün distal epifizinin qəlpəli, yerdəyişmiş sınığı, qayıqvari sümüyünün yerdəyişmiş sınığı və mil-bilək oynağının tam çıxığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissədə göstərilən vaxtda və şəraitdə, yəni 14 dekabr 2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. 2. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X24 917 saylı, 11 yanvar 2023-cü il ekspert rəyindən görünür ki, vətəndaş 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər-1. Sağ diz qapağının aşağı qütbünün qəlpəli, yerdəyişmiş sınığı, soltərəfli paraorbital hematoma, baş beyin silkələnməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissədə göstərilən vaxtda və şəraitdə, yəni 14 dekabr 2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. 2. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası “Tibbİ Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X24 491 saylı, 27 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 Rayon Poliklinikasının Ruhi-əsəb və Narkoloji kabinetlərində dispanser qeydiyyatında olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası “Tibbİ Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X24 12.xx-xx-2023 saylı, 12 yanvar 2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Füzuli Mərkəzi Rayon Xəstəxanasının Narkoloji və psixioloji kabinetlərində qeydiyyatda olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/206 saylı, 07 mart 2023-cü il tarixli ilkin “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın rəyindən görünür ki, 1.3. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mitsubishi Pajero” markalı, **-CT-*** dövlət deydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 2.4. “Chevrolet Niva” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. 5. Hadisə yerində “Chevrolet Niva” markalı avtomobilə məxsus tormoz izi qalmadığından “Chevrolet Niva” markalı avtomobilin hərəkət sürətini yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. 6. İstintaq tərəfindən vəsatətə cavab məktubunda yolun maili və ya üfiqi olması göstərilmədiyindən hadisə yerində qalmış “Mitsubishi Pajero” markalı avtomobilə məxsus olan tormoz izinə görə hesabat apararaq həmin avtomobilin hərəkət sürətini müəyyən etmək mümkün deyildir...(Aparılmış tədqiqatın dəyəri/xərci 128 (yüz iyirmi səkkiz) AZN məbləği təşkil edir.) Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/2081 saylı, 22 sentyabr 2023-cü il tarixli təkrar “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın rəyindən görünür ki, 1. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, hadisə yerinə 07 avqust 2023-cü il tarixdə keçirilmiş baxış zamanı “Mitsubishi Pajero” markalı, **-CT-*** dövlət deydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs göstərdiyi toqquşma yeri, toqquşma yerinin Biləsuavr rayonu, 1 saylı qəsəbə istiqamətində sağ hərəkət zolağında yerləşməsi real toqquşma yerinə uyğun deyildir, “Chevrolet Niva” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 göstərdiyi toqquşma yeri, toqquşma yerinin Biləsuavr rayonu, 11 saylı qəsəbə istiqamətində sağ hərəkət zolağında yerləşməsi real toqquşma yerinə uyğundur. Ona görə də, sürücü Təqsirləndirilən şəxs göstərdiyi hadisə mexanizmi, yəni “Mitsubishi Pajero” markalı avtomobilin Biləsuavr rayonu, 1 saylı qəsəbə istiqamətində sağ zolaqla hərəkətdə olarkən qarşıdan əks istiqamətdə olan “Chevrolet Niva” markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxması və “Mitsubishi Pajero” markalı avtomobilin hərəkət zolağında toqquşmanın baş verməsi real hadisə mexanizminə uyğun deyildir. İstintaq tərəfindən müəyyən edilən və sürücü Zərərçəkmiş şəxs1 göstərdiyi hadisə mexanizmi, yəni “Chevrolet Niva” markalı avtomobilin Biləsuavr rayonu, 11 saylı qəsəbə istiqamətində sağ zolaqla hərəkətdə olarkən qarşıdan əks istiqamətdə olan “Mitsubishi Pajero” markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxması və “Chevrolet Niva” markalı avtomobilin hərəkət zolağında avtomobillər arasında toqquşmanın baş verməsi real hadisə mexanizminə uyğundur. 2.3. “Mitsubishi Pajero” markalı, **-CT-*** dövlət deydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 4.5. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Chevrolet Niva” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Belə ki, qeyd olunan hadisə mexanizmindən məlum olduğu kimi, “Chevrolet Niva” markalı avtomobilin öz hərəkət yolu ilə 50 km/saat sürətlə hərəkətdə olması, qarşıdan 70 km/saat sürətlə hərəkətdə olan “Mitsubishi Pajero” markalı avtomobilin 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı sol hərəkət zolağına çıxması, hərəkət üçün təhlükə yaratması, təhlükə yaranan anda avtomobillər arasında 10 metr məsafənin olması, yəni sürücü Zərərçəkmiş şəxs1 hərəkəti üçün təhlükə yaranan andan toqquşmaya kimi çox kiçik vaxtın keçməsi, belə vəziyyətdə sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki hesablamalar aparılmaqla tədqiq etməyə lüzum olmaması və qeyd olunan şəraitdə sürücü Zərərçəkmiş şəxs1 hərəkətləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, “Chevrolet Niva” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur...(Aparılmış tədqiqatın dəyəri/xərci 200 (iki yüz) AZN məbləği təşkil edir.) Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş "xxxx" MMC-nin 97/23 saylı, 03 may 2023-cü il tarixli məktubunun surətindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “CHEVROLET NİVA 212300-55L” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-texniki təminat idarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına ümumilikdə 15621.98 (on beş min altı yüz iyirmi bir, doxsan səkkiz) AZN məbləğində maddi zərər dəymişdir. Cinayət işində olan 11 may 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb haqqında” qərardan görünür ki, 11 may 2023-cü il tarixdə X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 11 may 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, X8 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs3 14 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxs X9 qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 795348 №-li, 10 noyabr 2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən və AA ******* №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahından 10 iyul 2022-ci ildə “X2” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Abşeron Rayonu 1 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 723 saylı, 19 aprel 2023-ci il tarixli arayışdan görünür ki, X14 arvadı X10 və övladı X3 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, 810 ailəlik məcburi köçkün şəhərciyi, ev 9, mənzil 33 ünvanda yaşayır. Cinayət işində olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Böyük X19 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xəsiyyətnamədən görünür ki, X14 müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Füzuli Rayon Təhsil Şöbəsi Füzuli rayonu 45 saylı tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X14 14 sentyabr 2013-cü il tarixdən etibarən Füzuli rayonu 45 №-li tam orta məktəbdə “Gənclərin çağırışaqədərki hərbi hazırlığı” fənni üzrə müəllim vəzifəsində işləyir, işlədiyi müddət ərzində nizam-intizamlı və məsuliyyətli olmuş, müəllimlərin etik davranış qaydalarına hər zaman əməl etmişdir. Hərbi hazırlıq dərsini tədris etdiyi 10-11-ci sinif şagirdləri ilə vətənpərvərlik mövzusunda tez-tez söhbət aparmış, şagirdlərin vətənpərvər ruhda böyüməsi üçün hər zaman lazımi işlər görmüşdür. 2017-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak etmiş və yaxşı nəticə göstərmişdir. Məktəbin ictimai işlərində fəaldır, bütün kollektivin hörmətini qazanmışdır. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş 067034 №-li, 12 oktyabr 2015-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlilldir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxs X8 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X14 cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X8 məhkəmə istintaqı zamanı özünün təqsirli bilməməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi inandırıcı deyildir. Belə ki, təqsirləndirilən şəxs X8 ifadəsi məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun ifadələri ilə, eləcə də ekspert rəyləri və ekspertin rəyə izahı, cinayət işində olan mötəbər sübutlar ilə təkzib olunduğu üçün onun ifadəsinə tənqidi yanaşılmalı və ifadəsi özünü müdafiə edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, X8 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X8 ilk dəfə cinayət əməlini törətməsini, ailəli və himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs3 ona qarşı tələb və şikayətinin olmamasını, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X9 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, eləcə də onun cəmiyyətdən tam və qismən təcrid olunmadan islah oluna biləcəyini nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, islah işləri ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmasını və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai və məhkəmə istintaqı zamanı ilik və təkrar “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri olan 328 (üç yüz iyirmi səkkiz) AZN məbləğində ekspertiza xərci təqsirləndirilən şəxs X7 tututlaraq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə cinayət işində olan maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan Cəbrayıl Rayon Polis Şöbəsinin duracağında saxlanılan “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 və “CHEVROLET NİVA 212300- 55L” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Avtomobil Təsərrüfatına geri qaytarılmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququndan 1 (bir) il, 6 (altı) ay müddətinə məhrum edilməklə, aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla, 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı X8 qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. X14 oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 ilkin və təkrar “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri olan 328 (üç yüz iyirmi səkkiz) AZN məbləğində ekspertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan Cəbrayıl Rayon Polis Şöbəsinin duracağında saxlanılan “MİTSUBİSHİ PAJERO-GLS” markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 və “CHEVROLET NİVA 212300-55L” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Avtomobil Təsərrüfatına geri qaytarılsın. Hökmün icrası Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar