Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-13/2025 18.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 13:25 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi vəkili X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Yevlax şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Motodrom” yaşayış sahəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 iyul 2025-ci il tarixdə, saat 15:34 radələrində “ARAZ” supermarketlər şəbəkəsinin ünvan 3 ünvanda yerləşən mağazasının İ giriş qapısının yaxınlığında, qarşı tərəfdə quraşdırılan "xxxx" ASC-yə məxsus ATM-nin qarşısında dayanaraq, həmin ATMdən pensiyasını çıxarmaq istəyən Zərərçəkmiş şəxs özünə məxsus və həmin banka aid elektron məlumat daşıyıcısı hesab edilən plastik kartı arxasında tutan zaman həmin plastik kartın üzərindəki “4169 7416 2855 7983” nömrəli hesab nömrəsini, sonuncu həmin plastik kartı ATM-yə daxil etdikdən sonra yığdığı PİN kodu, yəni “6666” rəqəmini yadında saxlayaraq öz mobil telefonunda qeyd etdikdən sonra informasiya texnologiyalarından istifadə etməklə öz istifadəsində olan “SAMSUNG A2” markalı mobil telefona “Birbank” mobil tətbiqini yükləyərək, yuxarıda qeyd olunan bank məlumatlarını daxil etməklə Zərərçəkmiş şəxs məxsus həmin bank hesabına köçəcək əmək pensiyasını ələ keçirtmək üçün daxil olmuşdur. 20 avqust 2025-ci il tarixdə, saat 16:48 radələrində ünvan 4 ünvanda yerləşən “WORLD TELECOM” mağazasından 250 GB yaddaşa malik “SAMSUNG A56” markalı mobil telefonu 999 (doqquz yüz doxsan doqquz) AZN məbləği, həmin gün, saat 17:20 radələrində Bakı şəhəri Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığda yerləşən paltar mağazalarının birindən 1 (bir) ədəd koftanı 25 (iyirmi beş) AZN məbləği, 1 (bir) ədəd şalvarı 40 (qırx) AZN məbləği, 1 (bir) qutu “BOXER”i 15 (on beş) AZN məbləği və 1 (bir) ədəd “FORSTAS CORABİ”nı 5 (beş) AZN məbləği olmaqla ümumilikdə 85 (səksən beş) AZN məbləğində, eləcə də həmin gün, saat 17:26 radələrində “BRAVO” supermarketlər şəbəkəsinin ünvan 5 ünvanda yerləşən mağazasından 1 (bir) ədəd 250 ml., “BİZON” içkisini 0.70 (sıfır, yetmiş) AZN məbləği, 1 (bir) qutusu 4.70 (dörd, yetmiş) AZN məbləği olan 20 (iyirmi) qutu “SOBRANİE” siqaretini 94 (doxsan dörd) AZN məbləği, 1 (bir) qutu “KENT 4” siqaretini 4.40 (dörd, qırx) AZN məbləği olmaqla ümumilikdə 99.10 (doxsan doqquz, on) AZN məbləğinə və həmin gün, saat 17:29 radələrində “ARAZ” supermarketlər şəbəkəsinin ünvan 6 ünvanda yerləşən mağazasından 1 (bir) ədəd “REXONA MEN DEO SPREY”-i 3.99 (üç, doxsan doqquz) AZN məbləği, 1 (bir) qutusu 4.40 (dörd, qırx) AZN məbləği olan 20 (iyirmi) qutu “KENT 4” siqaretini 88 (səksən səkkiz) AZN məbləği olmaqla ümumilikdə 91.99 (doxsan bir, doxsan doqquz) AZN məbləğinə almaqla, Zərərçəkmiş şəxs məxsus olan və özünün istifadəsindəki “SAMSUNG A2” markalı mobil telefonuna yüklədiyi "xxxx" ASC-yə aid “4169 7416 2855 7983” nömrəli bank hesabından “Birbank” mobil tətbiqi vasitəsilə “QR” kod oxuyucu funksiyası ilə ödəməklə sonuncuya vahid niyyətlə ümumilikdə 1275.09 (min iki yüz yetmiş beş, sıfır doqquz) AZN məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Motodrom” yaşayış sahəsində yaşayır. Əvvəllər 2 (iki) dəfə Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə məhkum olunmuşdur. Baş vermiş cinayət hadisəsini olduğu etiraf edir və oğurluq cinayət hadisəsi nəticəsində əldə etdiyi pul vəsaitini şəxsi ehtiyacı üçün xərcələmişdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi zərərin tam şəkildə ödənildiyini bildirmişdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin və şikayətinin olmadığını, baş vermiş oğurluq cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərərin tam şəkildə ödənildiyini, müəyyən üzrlü səbəblərə görə məhkəmə iclasına iştirak edə bilməyəcəyini bildirmiş və Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan 30 avqust 2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə 30 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək, ibtidai istintaq aparılmışdır. Cinayət işində olan 01 sentyabr 2025-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan və protokoldan görünür ki, 01 sentyabr 2025-ci il tarixdə, saat 16:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 03 sentyabr 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 03 sentyabr 2025-ci il tarixdə, saat 14:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 03 sentyabr 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 03 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və 03 sentyabr 2025-ci il tarixdə, saat 16:00-da və Cəlilabad Rayon Polis X2 Yerindən azad edilmişdir. Cinayət işində olan Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-013/2025 saylı, 11 dekabr 2025-ci il tarixli “təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 12 sentyabr 2025-ci il tarixli tələbnamədən (Əlavə 9) görünür ki, görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-130/2019 saylı, 18 iyul 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1 (bir) il, 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-430/2022 saylı, 08 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd: Məhkum Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-130/2019 saylı, 18 iyul 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2018-ci il tarixdən 12 aprel 2019-cu il tarixədək, yəni 4 (dörd) ay həbsdə olma müddətinin bir günə iki gün hesabı ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il, 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-430/2022 saylı, 08 dekabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X4 18-1-82/2-989/2025 saylı, 30 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser qeydiyyatda olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 3-28-29/2-9468/2025 saylı, 06 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olunmamışır. Cinayət işində olan Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5- 9-1/3-2-3228/2025 saylı, 13 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır. Cinayət işində olan Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5- 9-1/3-2-3227/2025 saylı, 13 noyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qismən müsbət xarakterizə edilir. Cinayət işində olan Zərərçəkmiş şəxs 11 dekabr 2025-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş oğurluq cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərərin ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair" 25 may 2009cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2 maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, onun şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxsin “şübhəli şəxs qismində” tutulduğu vaxt nəzərə alınmaqla, barəsində “həbs” qətimkan tədbirinin seçildiyi vaxtdan hesablanmasını və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə onu da qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bundan başqa, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi, eləcə də qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni cinayətin törədildiyi və şəxsin səmimi peşmanlıq hissinin yalnız sözlə deyil, cəza çəkdikdən sonra azadlıqda olan zaman əməli ilə üst-üstə düşmədiyi halda ona aşağı həddə cəzanın təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə hesab edir ki, təyin olunmuş cəza və onun həddi həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə cinayət işində olan maddi sübutlar "xxxx" MMC-dən, "xxxx" ASC-dən əldə edilmiş məlumatlara dair 2 (bir) ədəd “CD” disk, əməliyyat tapşırığına əsasən əldə edilmiş “görüntülərə” dair 3 (üç) ədəd “CD” disk və “ödənişin həyata keçirilməsinə” dair 4 (dörd) ədəd “qəbz”) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan bu sübutlar cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 3 (üç) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 sentyabr 2025-ci il tarixdən 03 sentyabr 2025-ci il tarixədək saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəza müddətinə bir günə bir gün hesabı ilə 2 (iki) günə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işində olan "xxxx" MMC-dən, "xxxx" ASC-dən əldə edilmiş məlumatlara dair 2 (bir) ədəd “CD” disk, əməliyyat tapşırığına əsasən əldə edilmiş “görüntülərə” dair 3 (üç) ədəd “CD” disk və “ödənişin həyata keçirilməsinə” dair 4 (dörd) ədəd “qəbz” cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-13/2025
Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-13/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver