Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-14/2023 06.07.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 16:00 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində “X4” X9 nümayəndəsi: Qanuni nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1960-cı ildə Cəbrayıl şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-031/2021 saylı, 18 may 2021-ci il tarixli hökmü ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə və 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 12 sentyabr 1997-ci il tarixli, 663 nömrəli əmrlə həmin Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Cəbrayıl rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etmək, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmaq, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etmək, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etmək, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamaq, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin şəxsiyyətləri istintaqa məlum olmayan rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Cəbrayıl rayon Məşğulluq mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 12 nəfər şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən Cəbrayıl rayon Məşğulluq mərkəzinə ayrılmış 58.866 (əlli səkkiz min səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaiti həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin istintaqla şəxsiyyəti araşdırılan vəzifəli şəxsləri tərəfindən 2017-ci ilin fevral ayında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və sair, yəni üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 29.834 (iyirmi doqquz min səkkiz yüz otuz dörd) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Cəbrayıl rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 29.032 (iyirmi doqquz min otuz iki) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Cəbrayıl rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olması barədə 2017-ci ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə və şəraitdə Cəbrayıl rayon Məşğulluq mərkəzinə yuxarıda adları göstərilən hüquqi şəxslə özü arasında bağlanaraq göndərdiyi xx.xx.2017 və xx.xx.2017-ci il tarixli müqavilələri, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli yekun protokolları və digər sənədləri şəxsiyyətləri istintaqla araşdırılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxslərinin yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 25 noyabr 2016-cı il tarixli, 104 nömrəli əmri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının cinayətdən xəbərsiz olan üzvləri Şahid3, X6 və Şahid12 tərəfindən Biləsuvar rayonu, Cəbrayıl 4 saylı qəsəbədə yerləşən Cəbrayıl rayon Məşğulluq Mərkəzinin inzibati binasında həmin kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və "xxxx" MMC və "xxxx" MMC-nin həmin kotirovka sorğularının qalibi olmaları barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğusu keçirmədən, yuxarıda adı qeyd edilən hüquqi şəxslərin faktiki olaraq satınalma müqavilələrində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan 2017-ci ilin fevral ayında "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ61AMRA******************** nömrəli hesabına 29.834 (iyirmi doqquz min səkkiz yüz otuz dörd) manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ65AMRA******************** nömrəli hesabına 29.032 (iyirmi doqquz min otuz iki) manat, ümumilikdə iki hüquqi şəxsin hesabına cəmi 58.866 (əlli səkkiz min səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, 12 nəfərə verilməsi nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi şəxsin adından heç bir səlahiyyəti olmadığı halda Şahid16 2017-ci ilin mart ayı ərzində İmişli rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazardan, Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsindəki fərdi satıcılardan aldıqları mal-qaranı və yem məhsullarını Cəbrayıl rayon Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid1 3.930 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.032 manat dəyərində maddi aktivlər verilməsi, Şahid6 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid10 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.025 manat dəyərində maddi aktivlər verilməsi, X1 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid5 3.550 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.952 manat dəyərində maddi aktivlər verilməsi, Şahid2 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid4 3.922,5 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.848 manat dəyərində maddi aktivlər verilməsi, Şahid8 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid9 3.600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.904 manat dəyərində maddi aktivlər verilməsi, Şahid13 3.900 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.000 manat dəyərində maddi aktivlər verilməsi, Şahid14 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.816 manat dəyərində maddi aktivlər verilməsi, Şahid15 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.025 manat dəyərində maddi aktivlər verilməsi barədə şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa Cəbrayıl rayon Məşğulluq mərkəzinin inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 10 iyul 2018-ci il tarixli aktların öz imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə 12 iş axtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 58.866 (əlli səkkiz min səkkiz yüz altmış altı) manat məbləğində vəsaitdən faktiki olaraq 46.902,5 manat (qırx altı min doqquz yüz iki manat, əlli qəpik) məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 11.963,5 (on bir min doqquz yüz altmış üç manat, əlli qəpik) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, ona qarşı irəli sürülmüş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair ittiham əsassızdır. Belə ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Cəbrayıl Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işlədiyi müddət ərzində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməmişdir. Ümumiyyətlə, o, məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina edir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində “X4” X9 nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində “X4” X8 11963.50 (on bir min doqquz yüz altmış üç, əlli) AZN məbləğində maddi ziyan dəymişdir. Bütün bunları nəzərə alaraq, mülki iddianın təmin edilərək, Təqsirləndirilən şəxs 1963.50 (on bir min doqquz yüz altmış üç, əlli) AZN məbləğində maddi ziyanın tutularaq, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində “X4” X7 xeyrinə ödənilməsi və Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O da özünə verilməli olan boğaz qoyunu, ot presini və yemi İmişli rayonu, Qızılkənd ərazisində fərdi satıcılardan taparaq bu barədə ona zəng edən şəxsə məlumat vermişdir. Həmin şəxs bir neçə gün sonra İmişli rayonu, Qızılkənd kəndinə gəlmiş və oradan göstərdiyi fərdi satıcıdan 1 baş boğaz qoyunu 150 manata, bir bağlaması 2 manata 90 kip pres və 400 kq yemi 30 qəpiyə alıb, həmin mallara cəmi 3600 manat xərcləyərək alıb ona təhvil vermişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Satıcıda olan yem və ot presi çatmadığından 330 manat da əlavə pul verilmiş və həmin pula İmişli rayonunda digər satıcıdan əlavə olaraq 500 kq yem və 90 kip ot presi özü ayrılıqda almışdır. Beləliklə ona aktivlərin alınmasına 3930 manat pul xərclənmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, fərdi qaydada heyvandarlıqla məşğuldur. 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O da özünə verilməli olan aktivləri Cəbrayıl rayonu, 4 saylı qəsəbədən fərdi satıcılardan taparaq bu barədə ona zəng edən şəxsə məlumat vermişdir. Həmin şəxs bir neçə gün sonra Cəbrayıl rayonu, 4 saylı qəsəbəyə gəlmiş və oradan göstərdiyi fərdi satıcıdan 4 baş dananı yanında satıcıya cəmi 4000 manat verərək alıb ona təhvil vermişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Beləliklə ona aktivlərin alınmasına 4000 manat pul xərclənmişdir. Daşınma üçün hər hansı məbləğdə pul xərclənməmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. İmzalayarkən aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktda qiymətlər yazılmamışdır. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O da özünə verilməli olan aktivləri Cəbrayıl rayonu, 6 saylı qəsəbədən fərdi satıcılardan taparaq bu barədə ona zəng edən şəxsə məlumat vermişdir. Həmin şəxs bir neçə gün sonra Cəbrayıl rayonu, 6 saylı qəsəbəyə gəlmiş və oradan göstərdiyi fərdi satıcıdan 21 baş boğaz qoyunu hər başı 160 manata olmaqla 3360 manata almış, bundan başqa ona 63 kip presi hər kipi 2,5 manata olmaqla 157.50 manata və 900 kq arpanı hər kq-ı 45 qəpiyə olmaqla 405 manata alaraq təhvil vermişdir. Ümumilikdə ona aktivlərin alınmasına görə 3922,5 manat pul xərclənmişdir. Daşınma üçün ona hər hansı məbləğdə pul verilməmişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktları imzalayarkən orada qiymətlər olmamışdır. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O da özünə verilməli olan aktivləri Cəbrayıl rayonu, 2 saylı qəsəbədən fərdi satıcılardan taparaq bu barədə ona zəng edən şəxsə məlumat vermişdir. Həmin şəxs bir neçə gün sonra Cəbrayıl rayonu, 2 saylı qəsəbəyə gəlmiş və oradan göstərdiyi fərdi satıcıdan 1 baş yanı balalı inəyi 1500 manata, 1 baş boğaz inəyi 1200 manata və 1 baş düyəni 850 manata olmaqla qeyd etdiyi aktivləri ümumilikdə 3550 manat məbləğində pulu satıcıya onun yanında verərək alıb ona təhvil vermiş və bu barədə tərtib edilmiş akt imzalanmışdır. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktları imzalayarkən orada qiymətlər olmamışdır. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 1993-cü ildən bir neçə dəfə struktur dəyişikliyinə məruz qalmış Cəbrayıl Rayon Məşğulluq Mərkəzində “məsləhətçi” və “baş məsləhətçi” vəzifələrində işləmişdir. 2020-ci ilin noyabr ayında təqaüdə çıxmışdır. İşlədiyi dövrdə Mərkəzin direktoru uzun müddət Təqsirləndirilən şəxs olmuş və o, 2019-cu ildə vəzifəsindən azad edilmişdir. Mərkəzin hesablaşma hesabı "xxxx" ASC-nin Cəbrayıl filialında olmuşdur. Mərkəz birbaşa Dövlət Məşğulluq Xidmətinə tabe olmuşdur. Mahiyyəti üzrə bildirir ki, 2016-cı ilin sonlarından başlayaraq əhalinin özünə məşğulluğunun təmin edilməsi məqsədilə Mərkəzdə işsiz kimi qeydiyyata alınmış şəxslərlə biznesin qurulması məqsədilə 2 aylıq kurslar təşkil olunmağa başlanmış, kursu bitirmiş şəxslər quracağı biznes sahəsi ilə bağlı biznes planlarını tərtib edib təqdim etmiş, biznes planlarında görəcəkləri işin dəyərini göstərmişlər. Məqsəd dövlət vəsaiti hesabına həmin şəxslərə əvəzsiz olaraq maddi aktivlərin verilməsi olmuşdur. İmtahanlar bitdikdən sonra 2017-ci ilin təxminən yanvar ayının sonlarında və fevral ayının əvvəllərində direktor Təqsirləndirilən şəxs onu xidməti otağına çağıraraq X3 Cəbrayıl rayon Məşğulluq Mərkəzi üzrə iş axtaran şəxslərə paylanacaq aktivlərin alınması ilə bağlı kotirovka sorğusunun keçirilməsinə dair hazır protokollar göndərildiyini və həmin protokolların imzalanmasının tapşırıldığını, həmin tapşırığın Xidmətin rəhbərliyi tərəfindən verildiyini və protokollar imzalanmadığı halda vəzifədən azad edilə biləcəklərinin izah olunduğunu bildirmiş, lakin tapşırığın konkret olaraq kim tərəfindən verildiyini deməmişdir. O, protokollarla tanış olduqda adının komissiya sədri kimi qeyd olunduğunu, kotirovkalardan birində "xxxx" şirkətinin 29.032 manat, digərində isə "xxxx" şirkətinin 29.834 manatlıq təkliflə qalib elan edildiyini görmüş, tapşırıq rəhbərlikdən gəldiyi üçün problem yaranmayacağını güman etmiş, imzalamayacağı təqdirdə vəzifəsindən azad edilə biləcəyini düşünmüş və komissiya sədri kimi faktiki olaraq keçirilməyən kotirovka sorğularına dair protokolları imzası ilə təsdiq etmişdir. Bundan sonra "xxxx" və "xxxx" şirkəti ilə Cəbrayıl rayon Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs adından müqavilələr imzalanmış və həmin müqavilələr əsasında satınalan təşkilatın direktoru Təqsirləndirilən şəxs tapşırığı ilə "xxxx" şirkətinin hesabına 29.032 manat, "xxxx" şirkətinin bank hesabına isə 29.834 manat məbləğində pulun köçürülməsini təşkil etmişdir. Eyni zamanda bildirir ki, Cəbrayıl Rayon Məşğulluq Mərkəzi üzrə 2017-ci ildə heç vaxt kotirovka sorğusu keçirilməmiş, "xxxx" və "xxxx" şirkətlərinin heç bir nümayəndəsini görməmiş və tanımır, protokolları rəhbərliyin tapşırığı əsasında imzalamış, pul vəsaitlərini direktor Təqsirləndirilən şəxs tapşırığı ilə müqavilənin icrası ilə əlaqədar köçürmüşdür. Protokolları imzalamağı və pul vəsaitlərini köçürməyi müqabilində ona hər hansı məbləğdə pul verilməmiş yaxud vəzifəsində irəli çəkilməmiş, buna görə hər hansı fayda əldə etməmişdir. Aktivlərin paylanıb-paylanmaması məsələsi onun sahəsi olmadığı üçün bu barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O da İmişli rayonu, mal bazarından ona verilməli olan 4 baş dananı hər başı 1000 manata olmaqla 4000 manata tapıb satıcı ilə razılaşdıqdan sonra bu barədə ona zəng edən şəxsə məlumat vermişdir. Həmin şəxs heyvanları həmin qiymətə almağını və pulunun veriləcəyini bildirmiş, o da qeyd etdiyi yerdən 4 baş dananı bir başı 1000 manata olmaqla cəmi 4000 manata almışdır. Həmin şəxs bir neçə gün sonra qəsəbəyə gəlmiş və heyvanlara baxdıqdan sonra 4000 manat məbləğində pulu ona vermişdir. Aktivlərin istifadəyə verilməsinə dair akt tərtib edilmiş və aktı imzalamışlar. Ümumilikdə ona aktivlərin alınmasına görə 4000 manat pul xərclənmişdir. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edibetmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktları imzalayarkən orada qiymətlər olmamışdır. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O da ona verilməli olan aktivləri 6 saylı qəsəbədə fərdi satıcılardan taparaq bu barədə ona zəng edən şəxsə məlumat vermiş, həmin şəxs bir neçə gün sonra qəsəbəyə gələrək oradan onun göstərdiyi fərdi satıcıdan 24 baş boğaz qoyunu hər başı 120 manata olmaqla 2880 manata almış, bundan başqa ona 125 kip pres, 90 kq arpa və 90 kq kəpək alıb vermişdir. Pres, arpa və kəpəyə ayrılıqda nə qədər xərcləndiyini bilməsə də ümumilikdə ona aktivlərin alınmasına görə 3600 manat pul xərclənmişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edibetmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktları imzalayarkən orada qiymətlər olmamış, ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, X2 onun övladıdır. Şaid 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüş, qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxsə pul verməmişlər. Bir müddət sonra Şaid təlimdən keçərək imtahan vermiş və buna görə ona mal-qara verilməsi qərara alınmışdır. 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onlarla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib verilməli olan aktivləri tapmalarını tapşırmış, onlar da 6 saylı qəsəbədən bir baş dananı 1000 manata olmaqla tapmışlar və bu barədə onlara zəng edən şəxsə məlumat vermişlər. Həmin şəxs bir neçə gün sonra qəsəbəyə gəlmiş və oradan fərdi satıcıdan tapdıqları 4 baş dananı onların yanında satıcıya cəmi 4000 manat verərək alıb Şaidə təhvil vermişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilərək imzalanmışdır. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edibetmədiklərini yoxlamışlar, istifadə etdiklərini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da Şaid imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar Şaidin özünündür. Aktlar Şaid tərəfindən imzalanarkən qiymətlər yazılmamışdır. Şaidə maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O da özünə verilməli olan aktivləri Cəbrayıl rayonu, 6 saylı qəsəbədən fərdi satıcılardan taparaq bu barədə ona zəng edən şəxsə məlumat vermişdir. Həmin şəxs bir neçə gün sonra Cəbrayıl rayonu, 6 saylı qəsəbəyə gəlmiş və oradan göstərdiyi fərdi satıcıdan 20 baş boğaz qoyunu hər başı 160 manata olmaqla 3200 manata almış, bundan başqa ona 120 kip presi hər kipi 2,5 manata olmaqla 300 manata və 1000 kq arpanı hər kq-ı 40 qəpiyə olmaqla 400 manata alıb vermişdir. Ümumilikdə ona aktivlərin alınmasına görə 3900 manat pul xərclənmişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktları imzalayarkən orada qiymətlər olmamışdır. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə işsiz olduğuna görə iş axtaran şəxs kimi Cəbrayıl rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu Mərkəzə dəvət etmişlər və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində onlara kurs keçilmişdir. Kurs bitdikdən sonra Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmişdir. Biznes planı heyvandarlıqla əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin mart ayında adını və mobil nömrəsini hazırda xatırlamadığı şəxs onunla əlaqə yaradaraq aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirib ona verilməli olan aktivləri tapmağını tapşırmışdır. O da özünə verilməli olan aktivləri İmişli rayon mal bazarından taparaq bu barədə ona zəng edən şəxsə məlumat vermişdir. Həmin şəxs bir neçə gün sonra bazara gəlmiş və oradan göstərdiyi fərdi satıcıdan 4 baş dananı 4000 manata alıb ona təhvil vermişdir. Bununla əlaqədar akt tərtib edilmiş və aktı imzalamışdır. Daşınma üçün ona hər hansı məbləğdə pul verilməmişdir. Aktivlər verildikdən sonra bu barədə akt tərtib edilmiş və aktı imzalamışlar. Bir müddət sonra Dövlət Məşğulluq Xidmətinin hazırda adlarını xatırlamadığı əməkdaşları gəlib aktivlərdən istifadə edib-etmədiyini yoxlamışlar, istifadə etdiyini gördükdən sonra aktivlərin mülkiyyətə verilməsinə dair akt tərtib etmişlər və həmin aktı da imzalamışdır. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünündür. Aktları imzalayarkən orada qiymətlər olmamışdır. Ona maddi aktivlər verilməsi üçün hər hansı şəxsə pul verməmişdir. Digər şahidlər Şahid10, Şahid12 və Şahid17 ərizə və teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və eləcə də cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirmişlər. Cinayət işində olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin “Cəbrayıl Rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 12 nəfər şəxsə özünüməşğulluq proqramı çərçivəsində 2017-ci ildə verilmiş maddi aktivlər ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə dair” 11 aprel 2023-cü il tarixli rəyindən görünür ki, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktlarda Cəbrayıl rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 12 nəfərin adına 2017-ci ildə özünüməşğulluq proqramı çərçivəsində 58.866,0 manat dəyərində maddi aktivlərin verilməsi rəsmiləşdirilmişdir. İstintaq tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Şahid1 verilmiş maddi aktivlər üzrə 1102,0 manat, Şahid6 verilmiş maddi aktivlər üzrə 816,0 manat, Şahid10 verilmiş maddi aktivlər üzrə 1025,0 manat, X1 verilmiş maddi aktivlər üzrə 816,0 manat, Şahid5 verilmiş maddi aktivlər üzrə 1402,0 manat, Şahid2 verilmiş maddi aktivlər üzrə 816,0 manat, Şahid4 verilmiş maddi aktivlər üzrə 925,50 manat, Şahid8 verilmiş maddi aktivlər üzrə 816,0 manat, Şahid9 verilmiş maddi aktivlər üzrə 1304,0 manat, Şahid13 verilmiş maddi aktivlər üzrə 1100,0 manat, Şahid14 verilmiş maddi aktivlər üzrə 816,0 manat, Şahid15 verilmiş maddi aktivlər üzrə 1025,0 manat olmaqla, cəmi 11963,50 manat fərq müəyyən edilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində qeyd edilən saxtakarlıq hallarına yol verilmiş, mal və avadanlıqların qiymətinin müəyyən edilməsi, ən sərfəli təklifin seçilməsi ilə əlaqədar Qanunun 36-cı maddəsinin tələbləri pozulmuş, həmin Qanunun 38-ci maddəsinə əsasən tender və təkliflər sorğusunda iştirak edən müəssisələr barədə məlumatlar, 6-cı maddəsinin tələblərinə əsasən malgöndərənlərin ixtisas göstəriciləri təhlil edilməmiş, onlar formal olaraq satınalmaya cəlb edilmiş, təkliflər araşdırılmamış, Qanunun 36.5-ci maddəsinə əsasən satınalan təşkilat tərəfindən qeyd edilən hallarda təklif kənarlaşdırmalı olduğu halda, hərəkətsizlik edilərək heç bir tədbir görülməmişdir. Cinayət işində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-031/2021 saylı, 18 may 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2.-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 1941 saylı, 07 aprel 2016-cı il tarixli Sərəncamının surətindən görünür ki, əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6,0 (altı) milyon manat ayrılmışdır. Cinayət işindən görünür ki, 29834 (iyirmi doqquz min səkkiz yüz otuz dörd) AZN məbləğində maddi aktivlərin alınması üzrə guya Cəbrayıl Rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş 08 fevral 2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, 29032 (iyirmi doqquz min otuz iki) AZN məbləğində maddi aktivlərin alınması üzrə guya Cəbrayıl rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş 09 fevral 2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq olunmuş “Sifarişçi” Cəbrayıl Rayon Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs ilə “İcraçı” "xxxx" MMC arasında imzalanmış 14 fevral 2017-cı il tarixli müqavilənin, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktların və Seriya ƏİE 142204 saylı, 22 fevral 2017-ci il tarixli qaiməfakturanın surətindən görünür ki, Cəbrayıl Rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 12 nəfərə özünüməşğulluq proqramı çərcivəsində 2017-ci ildə 29032 (iyirmi doqquz min otuz iki) AZN məbləği dəyərində maddi aktivlərin alınması barədə rəsmiləşdirmə aparılmışdır. Cinayət işində olan müvafiq qaydada təsdiq olunmuş “Sifarişçi” Cəbrayıl Rayon Məşğulluq Mərkəzinin direktoru Təqsirləndirilən şəxs ilə “İcraçı” "xxxx" MMC arasında imzalanmış 13 fevral 2017-cı il tarixli müqavilənin, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktların və Seriya ƏİE 374801 saylı, 22 fevral 2017-ci il tarixli qaiməfakturanın surətindən görünür ki, Cəbrayıl Rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 12 nəfərə özünüməşğulluq proqramı çərcivəsində 2017-ci ildə 29834 (iyirmi doqquz min səkkiz yüz otuz dörd) AZN məbləği dəyərində maddi aktivlərin alınması barədə rəsmiləşdirmə aparılmışdır. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş “Aktivlərin iştirakçılarının istifadəsinə verilməsi haqqında” 2017-ci ildə tərtib edilmiş aktların və “Aktivlərin iştirakçılarının mülkiyyətinə verilməsi haqqında” 2018-ci ildə tərtib edilmiş aktların surətindən görünür ki, "xxxx" MMC və "xxxx" MMC tərəfindən tədarük olunmalı olan mallar Şahid16 tərəfindən 2017-ci ilin mart ayı ərzində İmişli rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazardan, Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsindəki fərdi satıcılardan alınaraq iş axtaran şəxslərin istifadəsinə verilmiş, 2017-ci ildə alınmış maddi aktivlər heç bir əsaslandırması və izahı olmadan faktiki dəyərindən daha yuxarı qiymətlərlə rəsmiləşdirilməklə 2017-ci ildə istifadəsinə verilmiş 12 nəfər şəxsin mülkiyyətinə verilmişdir. Cinayət işində olan Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-014/2023 saylı, 06 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.1-ci maddələrinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və ailəli olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının 18 may 2021-ci il tarixdən hesablanmasını (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-031/2021 saylı, 18 may 2021-ci il tarixli hökmünün elan olunduğu tarixdən), Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-031/2021 saylı, 18 may 2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə ilə əlaqədar olan cəzanı çəkməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə cinayət işində olan mülki iddia ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində qeyd edilmiş işin mübahisəli faktiki halları, daha doğrusu, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində “X4” X8 dəymiş maddi zərərinin həcminin məhz 11963.50 (on bir min doqquz yüz altmış üç, əlli) AZN məbləği təşkil etməsi məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilmiş və işin mübahisəli faktiki halları əsaslandırılmış və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilmişdir. Ümumiyyətlə, mülki iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin haqqında qərar qəbul edilir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza qismində 1 ( bir) il, 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Əlavə cəza qismində 1 (bir) il, 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-031/2021 saylı, 18 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası və 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq əlavə cəza qismində 3 (üç) il müddətinə dövlət və yerli özünüidarərtmə orqanlarında, o cümlədən, idarə müəssisə və təşkilatlarda rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2021-ci il tarixdən hesablansın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-031/2021 saylı, 18 may 2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə ilə əlaqədar olan cəzanı çəkməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 11963.50 (on bir min doqquz yüz altmış üç, əlli) AZN məbləğində maddi ziyan tutularaq, zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində “X4” X9 xeyrinə (hesabına) ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-14/2023
Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-14/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver