Məhkəmə qərarları › İş №1(072)-16/2023

Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-16/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-16/2023 07.09.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 16:10 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1991-ci Cəbrayıl rayonu, Qovşudlu kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Qovşudlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 sentyabr 2016-cı il tarixdən etibarən övladları 15 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi barədə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-021/2017 saylı, 30 yanvar 2017-ci il tarixli qətnaməsinin, eləcə də 08 iyul 2021-ci il tarixdən etibarən övladları 07 may 2019-cu il təvəllüdlü X2 və 07 iyun 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ümumilikdə 200 (iki yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi barədə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 448/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən qanunla müəyyən olunmuş müddət ərzində yerinə yetirmədiyi üçün Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-045/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə aktının icrası ilə bağlı 24 may 2022-ci il tarixdə, 17 sentyabr 2022-ci il tarixdə və 29 dekabr 2022-ci il tarixdə məsuliyyət elan edilməklə, rəsmi qaydada xəbərdarlıq təqdim edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 05 yanvar 2023-cü il tarixədək 1600 (min altı yüz) AZN sabit pul məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs1 xeyrinə və 3250 (üç min iki yüz əlli) AZN sabit pul məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödəməməklə, məhkəmə qərarını qərəzli olaraq, qəsdən icra etməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ünvan 1 ünvanda yaşayır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun keçmiş arvadlarıdır. Belə ki, Elnurə xanım ilə rəsmi nikahından 15 noyabr 2012-ci ildə “Yağmur” adlı 1 (bir) qızı uşağı, Gülnaz xanım ilə qeyrrəsmi nikahından 07 may 2019-cu ildə “Mələk” və 07 iyun 2020-ci ildə “Arzu” adlı 2 (iki) qız uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə Elnurə xanım ilə rəsmi nikahına xitam verilmiş, eləcə də Gülnaz xanımdan ayrımışdır. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-021/2017 saylı, 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs1 ilə bağlanmış rəsmi nikahından 15 noyabr 2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 sentyabr 2016-cı il tarixdən etibarən hər ay qazancından 100 (yüz) AZN sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Bundan başqa, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 448/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs2 ilə birgə nikahından 07 may 2019-cu ildə anadan olmuş X2 və 07 iyun 2020-ci ildə X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 08 iyul 2021-ci il tarixdən etibarən hər ay qazancından hər bir uşağa görə 100 (yüz) AZN sabit pul məbləğində, ümumilikdə 200 (iki yüz) AZN sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Bir müddət maddi cəhətdən çətinlik çəkdiyi üçün müəyyən edilmiş sabit pul məbləğində alimenti hər ay vaxtı-vaxtında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə ödəməmişdir. İcra sənədini icra etmədiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyəti barədə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Lakin hal-hazırda onun Zərərçəkmiş şəxs2 ödənilməmiş aliment borcu yoxdur. Bu səbəbdən də, Zərərçəkmiş şəxs2 ona qarşı tələbi və şikayəti yoxdur. Bununla yanaşı, onun digər Zərərçəkmiş şəxs1 05 yanvar 2023-cü il tarixə 1600 (min altı yüz) AZN məbləğində ödənilməmiş aliment borcu mövcuddur. Eyni zamanda bildirir ki, özü fərdi əməklə məşğuldur, müəyyən məbləğ qazancı vardır və məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilərsə, işləyib aliment məbləğini vaxtıvaxtında ödəyəcəkdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, valideynləri ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onların birgə nikahından 07 may 2019-cu ildə “Mələk” və 07 iyun 2020-ci ildə “Arzu” adlı 2 (iki) qız uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə onlar ayrılmaq qərarına gəlmişlər. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-448/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından 07 may 2019-cu ildə anadan olmuş X2 və 07 iyun 2020-ci ildə X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 08 iyul 2021-ci il tarixdən etibarən hər ay Təqsirləndirilən şəxs qazancından hər bir uşağa görə 100 (yüz) AZN sabit pul məbləğində, ümumilikdə 200 (iki yüz) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməlidir. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs oğlu icra sənədinə əsasən aliment borcunu tam və vaxtı-vaxtında onun xeyrinə ödəməmişdir. Bütün bunlara baxmayaraq, icra sənədi üzrə tələbin yerinə yetirilmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən edilmiş xəbərdarlıq heç bir müsbət nəticə verməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs oğlu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Eyni zamanda bildirir ki, cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən onun xeyrinə aliment borcu tam şəkildə ödənilmiş və ödənilməmiş aliment borcu yoxdur. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul xahiş etmişdir. Digər zərərçəkmiş şəxs X5 teleqramlar ilə məhkəməyə müraciət edərək, cinayət işinin ibtidai və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən aliment ödənişi həyata keçirilmədiyini, aliment ödənişinin təmin edilməsini, hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı tələbinin və şikayətinin olduğunu, eləcə də müəyyən üzrlü səbəblərə görə məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-021/2017 saylı, 30 yanvar 2017-ci il tarixli qətnaməsi və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-448/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs edilmiş xəbərdarlıqların heç bir müsbət nəticəsi olmamış və o, aliment məbləğini tam və vaxtında ödəməmişdir. Beləliklə, borclu Təqsirləndirilən şəxs Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-045/2022 saylı, 10 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə gələrək bildirmişdir ki, maddi cəhətdən çətinlik çəkdiyi üçün yaranmış aliment borcunu birdəfəlik ödəyə bilməyəcək və maddi imkanı olacağı zaman hissə-hissə ödəyəcəkdir. Bununla yanaşı, cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən onun Zərərçəkmiş şəxs2 xeyrinə aliment borcu tam şəkildə ödənilmiş və ödənilməmiş aliment borcu yoxdur. Lakin Təqsirləndirilən şəxs digər Zərərçəkmiş şəxs1 05 yanvar 2023-cü il tarixə 1600 (min altı yüz) AZN məbləğində ödənilməmiş aliment borcu mövcuddur. İcra sənədi üzrə tələbin yerinə yetirilmədiyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə icra məmuru tərəfindən edilmiş xəbərdarlıq heç bir müsbət nəticə verməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-021/2017 saylı, 30 yanvar 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki,...tərəflərin rəsmi nikahından 15 noyabr 2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 15 sentyabr 2016-cı il tarixdən etibarən hər ay Təqsirləndirilən şəxs qazancından 100 (yüz) AZN sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-448/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki,...tərəflərin birgə nikahından 07 may 2019-cu ildə anadan olmuş X2 və 07 iyun 2020-ci ildə X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 08 iyul 2021-ci il tarixdən etibarən hər ay Təqsirləndirilən şəxs qazancından hər bir uşağa görə 100 (yüz) AZN sabit pul məbləğində, ümumilikdə 200 (iki yüz) AZN sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-040/2017 saylı, 18 iyul 2017-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 (iyirmi) gün müddətində inzibati həbs edilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-045/2022 saylı, 10 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Cinayət işində olan icra işindən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 021/2017 saylı, 30 yanvar 2017-ci il tarixli qətnaməsi və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-448/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs icra sənədinə əsasən aliment borcunu tam və vaxtı-vaxtında ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işində olan 17 may 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdə, saat 17:50-də Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tutularaq, Yasamal Rayon Polis İdarəsinə gətirilmiş və Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Cinayət işində olan 18 may 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 18 may 2023-cü il tarixli “müvəqqəti saxlama yerindən azad edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyi üçün 18 may 2023-cü il tarixdə, saat 18:05-də Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Cinayət işində olan 06 iyul 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “axtarış” elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin 3-13-70/2-2764/2023 saylı, 13 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tutularaq, İmişli Rayon Polis X4 Yerinə təhvil verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasının 3-16-17/40/2-3445/2023 saylı, 17 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq, 14 iyul 2023-cü il tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs2 24 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən aliment ödənişi həyata keçirilmiş, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 24 avqust 2023-cü il tarixli və 06 sentyabr 2023-cü il tarixli teleqramlarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən aliment ödənişi həyata keçirilməmiş, alimentin ödənilməsini tələb edir, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi vardır, məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Şahvəlli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan 07 mart 2023-cü il tarixli tələbnamədən (Əlavə 9) görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 10 (on) ay, 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, təqsirləndirilən şəxs X6 təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 oktyabr 2015-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli hökmü dəyişdirilərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəa xaric edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin 20 may 2016-cı il tarixli Amntistiya qərarına əsasən 17 iyun 2016-cı ildə cəzadan azad edilmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, səmimi peşmanlığını, Zərərçəkmiş şəxs2 dəymiş maddi zərəri ödəməsini (cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi...) və eləcə də Zərərçəkmiş şəxs2 ona qarşı tələb və şikayətinin olmamasınıAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd edilmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə 07 mart 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, eləcə də onun cəmiyyətdən təcrid olunmadan islah oluna bilməyəcəyini nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxsin barəsində “həbs” qətimkan tədbirinin seçildiyi vaxtdan hesablanmasını və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarix, saat 17:30-dan 18 may 2023-cü il tarix, saat 18:05-ə dək saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəza müddətinə bir günə bir gün hesabı ilə 2 (iki) günə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar