Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(072)-17/2023 03.07.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 12:30 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: X2 müdafiəçisi: Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1993-cü ildə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə, saat 17:00 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən evin həyətində əri X1 arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı sonuncu ilə dalaşaraq ona sol bazu oynağının bağ aparatının gərilməsi ilə müşayiət olunan sol bazunun yuxarı 1/3 hisssinin ön səthində qançır və yuxarı-orta 1\3 hissəsinin arxa səthində sıyrıqlar ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və sağ baldırın yuxarı 1/3 hissəsinin arxa səthində qançır, alt dodağın selikli qişasında solda qansızma, sağ budun orta 1/3 hissəsinin iç səthində, sağ dirsək oynağının arxa səthində, boynun ön səthində sıyrıqlar ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun əri X1 arvadıdır. Əvvəllər də bir neçə dəfə aralarında borc pul məbləğinə və digər səbəblərə görə mübahisələri olmuşdur. Sonuncu dəfə onların mübahisəsi 05 iyun 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən evin həyətində baş vermişdir. Mübahisə zamanı onlar bir-birilə dalaşmış və o, əsəbini ciloylaya bilməyib Zərərçəkmiş şəxs döyərək, ona xəsarət yetirmişdir. Törətdiyi cinayət əməlinə görə özünü təqsirli hesab edir, səmimi peşmandır, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Bu barədə məhkəməyə ərizə təqdim edərək, barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş əri X4 arvadıdır. Əvvəllər də bir neçə dəfə aralarında borc pul məbləğinə və digər səbəblərə görə mübahisələri olmuşdur. Sonuncu dəfə onların mübahisəsi 05 iyun 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən evin həyətində baş vermişdir. Mübahisə zamanı onlar bir-birilə dalaşmış və Turan xanım onu döyərək, ona sol bazu oynağının bağ aparatının gərilməsi ilə müşayiət olunan sol bazunun yuxarı 1/3 hisssinin ön səthində qançır və yuxarı-orta 1\3 hissəsinin arxa səthində sıyrıqlar ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və sağ baldırın yuxarı 1/3 hissəsinin arxa səthində qançır, alt dodağın selikli qişasında solda qansızma, sağ budun orta 1/3 hissəsinin iç səthində, sağ dirsək oynağının arxa səthində, boynun ön səthində sıyrıqlar ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 432 saylı, 06 iyun 2023-cü il tarixli “ekspert rəyi”ndən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər: 1. Sifətin sağ yarısında burun-dodaq büküşü nahiyəsində və sol ayağın bayır topuq nahiyəsində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən, 05 iyun 2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. 2. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 433 saylı, 06 iyun 2023-cü il tarixli “ekspert rəyi”ndən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: 1. Sağ baldırın yuxarı 1/3 hissəsinin arxa səthində qançır, alt dodağın selikli qişasında solda qansızma, sağ budun orta 1/3 hissəsinin iç səthində, sağ dirsək oynağının arxa səthində, boynun ön səthində sıyrıqlar, sol bazu oynağının bağ aparatının gərilməsi ilə müşayiət olunan sol bazunun yuxarı 1/3 hissəsinin ön səthində qançır və yuxarı-orta 1\3 hissəsinin arxa səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə müxtəlif şəraitlərdə o, cümlədən, 05 iyun 2023-cü il tarixdə təsvirti hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. 2. Qeyd olunmuş xəsarətlər: Sol bazu oynağının bağ aparatının gərilməsi ilə müşayiət olunan sol bazunun yuxarı 1/3 hissəsinin ön səthində qançır və yuxarı-orta 1\3 hissəsinin arxa səthində sıyrıqlar dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan 20 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və yekun protokolun tərtib edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığı üçün Cəbrayıl Rayon Polis X3 baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən cinayət işinin başlanmasının hissəvi rədd edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-116/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərarı”ndan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və Zərərçəkmiş şəxs inzibati məsuliyyətdən azad edilmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə tюrətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini ilk dəfə törətdiyi, Zərərçəkmiş şəxs ilə barışdığı və ona dəymiş zərəri könüllü olaraq tamamilə ödədiyi üçün müdafiə tərəfinin razılığı ilə ona qarşı cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.3, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-17/2023
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №1(072)-17/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver