Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-2/2024 16.05.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 13:15 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi vəkili X2 iştirakı ilə, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1991-ci ildə Cəbrayıl rayonu, Sirik kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Sirik kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 noyabr 2019-cu il tarixdən etibarən övladları 26 avqust 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə Bərdə Rayon Məhkəməsinin 2(021)-2967/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsinin və qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən etibarən övladları 26 avqust 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş aliment məbləğinin artırılmaqla, hər ay 175 (yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4875/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən qanunla müəyyən olunmuş müddət ərzində yerinə yetirmədiyi üçün Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-072/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə aktının icrası ilə bağlı 12 may 2023-cü il tarixdə məsuliyyət elan edilməklə, rəsmi qaydada xəbərdarlıq təqdim edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 10 avqust 2023-cü il tarixədək 5400 (beş min dörd yüz) AZN sabit pul məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməməklə, məhkəmə qərarını qərəzli olaraq, qəsdən icra etməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ünvan 1 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Onların rəsmi nikahından 26 avqust 2015-ci ildə “Rza” adlı 1 (bir) uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə rəsmi nikahlarına xitam verilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2967/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə rəsmi nikahlarından 26 avqust 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 20 noyabr 2019-cu il tarixdən etibarən hər ay qazancından 100 (yüz) AZN sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bundan başqa, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4875/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-2967/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 (yüz) AZN sabit pul məbləğində alimentin miqdarı 175 (yüz yetmiş beş) AZN sabit pul məbləği həddində artırılmaqla, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən etibarən rəsmi nikahlarından 26 avqust 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 175 (yüz yetmiş beş) AZN sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bir müddət maddi cəhətdən çətinlik çəkdiyi üçün müəyyən edilmiş sabit pul məbləğində alimenti hər ay vaxtı-vaxtında Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. İcra sənədini icra etmədiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyəti barədə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Onun 10 avqust 2023-cü il tarixə 5400 (beş min dörd yüz) AZN məbləğində ödənilməmiş aliment borcu mövcuddur. Eyni zamanda bildirir ki, hal-hazrəda özü rəsmi işsizdir və məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilərsə, işləyib aliment məbləğini vaxtı-vaxtında ödəyəcəkdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, valideynləri ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş əridir. Onların rəsmi nikahından 26 avqust 2015-ci ildə “Rza” adlı 1 (bir) oğlan uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə rəsmi nikahlarına xitam verilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2967/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə rəsmi nikahlarından 26 avqust 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 20 noyabr 2019-cu il tarixdən etibarən hər ay Təqsirləndirilən şəxs qazancından 100 (yüz) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməlidir. Bundan başqa, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4875/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 2(021)- 2967/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 (yüz) AZN sabit pul məbləğində alimentin miqdarı 175 (yüz yetmiş beş) AZN sabit pul məbləği həddində artırılmaqla, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən etibarən rəsmi nikahlarından 26 avqust 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Təqsirləndirilən şəxs qazancından 175 (yüz yetmiş beş) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməlidir. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs icra sənədinə əsasən aliment borcunu tam və vaxtı-vaxtında onun xeyrinə ödəməmişdir. Bütün bunlara baxmayaraq, icra sənədi üzrə tələbin yerinə yetirilmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən edilmiş xəbərdarlıq heç bir müsbət nəticə verməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Eyni zamada bildirir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 2020-ci il tarixdə onun xeyrinə ümumilikdə 1100 (min yüz) AZN məbləğində aliment ödəmişdir. Buna baxmayaraq, cinayət işinin ibtidai və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən aliment ödənişi həyata keçirilməmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində işləyir və ədliyyə müşaviridir. Bərdə Rayon Məhkəməsinin 2(072)-2967/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4875/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Hətta borclu Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığı üçün barəsində “Borclunun axtarışı haqqında” qərar qəbul edilmişdir. Onu da qeyd edir ki, 26 oktyabr 2021-ci il tarixli qərar ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-2967/2019 saylı, 20 noyabr 2019-cu il tarixli icra vərəqəsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4875/2021 saylı, 08 iyul 2021-ci il tarixli icra vərəqəsi ümumi icraatda birləşdirilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs edilmiş xəbərdarlıqların heç bir müsbət nəticəsi olmamış və o, aliment məbləğini tam və vaxtında ödəməmişdir. Beləliklə, borclu Məmmədov X1 Rayon Məhkəməsinin 3(072)-072/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 (iyirmi) gün müddətində inzibati həbs edilmişdir. Borclu Məmmədov X1 Rayon İcra və Probasiya Şöbəsinə gələrək bildirmişdir ki, maddi cəhətdən çətinlik çəkdiyi üçün yaranmış aliment borcunu birdəfəlik ödəyə bilməyəcək və maddi imkanı olacağı zaman hissə-hissə ödəyəcəkdir. Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixə 5400 (beş min dörd yüz) AZN məbləğində ödənilməmiş aliment borcu mövcuddur. Eyni zamada bildirir ki, cinayət işinin ibtidai və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xeyrinə aliment ödənişi həyata keçirilməmişdir. İcra sənədi üzrə tələbin yerinə yetirilmədiyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə icra məmuru tərəfindən edilmiş xəbərdarlıq heç bir müsbət nəticə verməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Bərdə Rayon Məhkəməsinin 2(072)-2967/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki,...tərəflərin rəsmi nikahından 26 avqust 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 20 noyabr 2019-cu il tarixdən etibarən hər ay Təqsirləndirilən şəxs qazancından 100 (yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4875/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2967/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 (yüz) AZN sabit pul məbləğində alimentin miqdarının 175 (yüz yetmiş beş) AZN sabit pul məbləği həddində həddində artırılmaqla, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən etibarən tərəflərin rəsmi nikahlarından 26 avqust 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Təqsirləndirilən şəxs qazancından 175 (yüz yetmiş beş) AZN sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-072/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 (iyirmi) gün müddətində inzibati həbs edilmişdir. Cinayət işində olan icra işindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 2967/2019 saylı, 20 noyabr 2019-cu il tarixli və Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4875/2021 saylı, 08 iyul 2021-ci il tarixli icra vərəqələri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş, “Borclunun axtarışı haqqında” qərar qəbul edilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs icra sənədinə əsasən aliment borcunu tam və vaxtı-vaxtında ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işində olan 24 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 06 noyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-002/2024 saylı, 08 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin 3-13-70/2-2517/2024 saylı, 09 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tutularaq, Biləsuvar Rayon Polis X4 Yerinə təhvil verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə 22 fevral 2024-cü il tarixdə 3-16- 17/42/2-1378/2024 saylı, 09 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq, 09 aprel 2024-cü il tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan 12/ƏN-347 saylı, 31 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Məmmədov X1 Rayon Məhkəməsinin 1(072)-02/2013 saylı, 11 yanvar 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Məmmədov X1 Rayon Məhkəməsinin 02 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən 3 (üç) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 11 aprel 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Sirik Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan Zərərçəkmiş şəxs 16 may 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən aliment ödənişi həyata keçirilməmiş, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi vardır, məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası verilməsini xahiş etmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd edilmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə 07 mart 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, eləcə də onun cəmiyyətdən təcrid olunmadan islah oluna bilməyəcəyini nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxsin “tutulduğu vaxtdan” hesablanmasını və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-2/2024
Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-2/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver