Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-2/2025 09.01.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 15:45 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Xüsusi ittihamçılar: X13, X3 və X17, Xüsusi ittihamçılar X13, X3 və X17 nümayəndəsi (vəkil): İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: X11, Təqsirləndirilən şəxs X11 müdafiəçisi: “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 15 fevral 1994-cü ildə Saatlı şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan X11... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayətlərə əsasən X21 böhtan, yəni yalan olduğunu bilə-bilə X13, X3 və X17 şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymış və təhqir, yəni internet informasiya ehtiyatında X13, X3 və X17 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs X21 özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Xüsusi ittihamçılar X25, X9 və X27 onun qohumlarıdır. Eyni zamanda, bildirir ki, xüsusi ittihamçılar X13, X3 və X17 şikayətində ona qarşı irəli sürdükləri ittiham tam əsassızdır və həqiqətə uyğun deyildir. Belə ki, o, xüsusi ittihamçılar X18, X6 və X22 təhqir etməmiş və onlara böhtan atmamışdır. Hesab edir ki, həmin şəxslərin ailədaxili bir-birinə qarşı şəxsi ədavətləri olduğu üçün onların yaxın qohumu onları təhqir etmiş və onlara böhtan atmışdır. Sadəcə olaraq, onlar öz ailələrinin daxilində onları təhqir edən şəxsi müəyyən etmək əvəzinə bütün fikirləri onun özünə qarşı yönəltmişlər. Ümumiyyətlə, o, xüsusi ittihamçılar X13, X3 və X17 şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymamış, eləcə də onların şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmamışdır. Beləliklə, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə təqsirli bilmir, hesab edir ki, ona qarşı irəli sürülmüş ittiham şər və böhtandır. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən ədalətli qərar, yəni bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı X25 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır və şəhid anasıdır. Digər xüsusi ittihamçı X9 onun əri, X27 isə qohumudur. Təqsirləndirilən şəxs X21 onun qohumudur. Onun və ailə üzvlərinin təqsirləndirilən şəxs X21 ilə əvvəllər heç bir narazılığı olmamışdır. Lakin 2023-cü ilin noyabr ayından etibarən X21 övladı Şahid3 istifadəsində olan “***-*******” nömrəli mobil telefona, kürəkəni X10 istifadəsində olan “***-*******” nömrəli mobil telefona, qızı X4 istifadəsində olan “***-*******” nömrəli mobil telefona “***-*******”, “***-*******”, “+***- *******61”, “+***-*******” nömrəli telefonlar vasitəsilə onun şəklinin üzərində “harsın” sözünü yazmaqla “Whatsapp”da paylaşım edərək, göndərmiş və bununla da, onu mənfur düşmənin qadınlarına oxşadaraq, ona böhtan atmış və təhqir etmişdir. Bundan başqa, onu müdafiə edən kürəkəni X10 istifadəsində olan “***-*******” nömrəli mobil telefona və qaynı oğlu Şahid1 Şərifalı oğluna nalayiq ifadə yazmış, qızı X4 istifadəsində olan “***-*******” nömrəli mobil telefona həmin fotoşəkli qoyub onu “erməni” adlandırmışdır. O, özünə və əri X7 qarşı böhtan atan, təhqir edən şəxsin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmiş və onun müraciəti əsasında Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, onu təhqir edən və ona böhtan atan şəxs təqsirləndirilən şəxs X14r. Belə ki, Sərvər mobil telefonda “tiktok”dan götürdüyü səslər vasitəsilə kürəkəni Rasimə, qaynı oğlu Şaiqə və digər qohumu Rövşənə nalayiq formada böhtan atmış və onları təhqir etmişdir. Hətta Sərvər 14 iyul 2024-cü ildə onun və əri Fərmayılın fotoşəklini paylaşdıqdan sonra oğlu Oqtay ilə Bakı şəhərində iş yerində görüşmüş və söhbət etmişlər. Söhbət zamanı Sərvər yalan yerə and içib demişdir: “...Anan və atan barəsində mən paylaşım etməmişəm, Rövşən Quliyevlə (el arasında ona Elxan deyirlər) 2023-cü ilin noyabr ayında olan birinci paylaşımda aralarında olan narazılığa görə onun barəsində etmişəm, sizin barədə paylaşım etməmişəm...”. Bu səbəbdən də, oğlu Oqtay ona demişdir: “Əgər bu işlərdən xəbərin yoxdursa, Cəbrayıl qəsəbəsinə gəl, atamın, anamın və qohumlarımın yanında and iç ki, mənim bu işlərdən xəbərim yoxdur.” Sərvər də Oqtaya söz verib ki, 1-2 günə gəlib and içəcək. Lakin Sərvər törətdiyi əməlin məsuliyyətini dərk etdiyi üçün qəsəbəyə gəlməmişdir. Bundan sonra, Sərvər nə onun, nə əri Fərmayılın, nə də Rövşənin barəsində paylaşımlar etmişdir. Beləliklə, hamının və qohumlarının bildirdiyinə görə güman edir ki, onu təhqir edən və ona böhtan atan şəxs X14r, lakin buna dair kifayət qədər sübutu yoxdur. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı X9 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır və şəhid atasıdır. Digər xüsusi ittihamçı X25 onun arvadı, X27 isə qohumudur. Təqsirləndirilən şəxs X21 onun qohumudur, yəni bacısının nəvəsidir. Onun və ailə üzvlərinin təqsirləndirilən şəxs X21 ilə əvvəllər heç bir narazılığı olmamışdır. Lakin 2023-cü ilin noyabr ayından etibarən X21 övladı Şahid3 istifadəsində olan “***-*******” nömrəli mobil telefona, kürəkəni X10 istifadəsində olan “***-*******” nömrəli mobil telefona, qızı X4 istifadəsində olan “***-*******” nömrəli mobil telefona “***- *******”, “***-*******”, “+***-*******61”, “+***-*******” nömrəli telefonlar vasitəsilə onun şəklinin üzərində “nakişi...” sözünü, arvadı Aminənin şəklinin üzərində “harsın” sözünü yazmaqla “Whatsapp”da paylaşım edərək, göndərmiş və bununla da, arvadını mənfur düşmənin qadınlarına oxşadaraq onlara böhtan atmış və təhqir etmişdir. Bundan başqa, onu müdafiə edən kürəkəni X10 istifadəsində olan “***-*******” nömrəli mobil telefona və qardaşının oğlu Şahid1 Şərifalı oğluna nalayiq ifadə yazmış, qızı X4 istifadəsində olan “***-*******” nömrəli mobil telefona həmin fotoşəkli qoyub onu “nakişi...” və arvadı Aminəni isə “erməni” adlandırmışdır. O, özünə və arvadı X19 qarşı böhtan atan, təhqir edən şəxsin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmiş və onun müraciəti əsasında Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, onu təhqir edən və ona böhtan atan şəxs təqsirləndirilən şəxs X14r. Belə ki, Sərvər mobil telefonda “tiktok”dan götürdüyü səslər vasitəsilə kürəkəni Rasimə, qaynı oğlu Şaiqə və digər qohumu Rövşənə nalayiq formada böhtan atmış və onları təhqir etmişdir. Hətta Sərvər 14 iyul 2024-cü ildə onun və arvadı Aminənin fotoşəklini paylaşdıqdan sonra oğlu Oqtay ilə Bakı şəhərində iş yerində görüşmüş və söhbət etmişlər. Söhbət zamanı Sərvər yalan yerə and içib demişdir: “...Anan və atan barəsində mən paylaşım etməmişəm, Rövşən Quliyevlə (el arasında ona Elxan deyirlər) 2023-cü ilin noyabr ayında olan birinci paylaşımda aralarında olan narazılığa görə onun barəsində etmişəm, sizin barədə paylaşım etməmişəm...”. Bu səbəbdən də, oğlu Oqtay ona demişdir: “Əgər bu işlərdən xəbərin yoxdursa, Cəbrayıl qəsəbəsinə gəl, atamın, anamın və qohumlarımın yanında and iç ki, mənim bu işlərdən xəbərim yoxdur.” Sərvər də Oqtaya söz verib ki, 1-2 günə gəlib and içəcək. Lakin Sərvər törətdiyi əməlin məsuliyyətini dərk etdiyi üçün qəsəbəyə gəlməmişdir. Bundan sonra, Sərvər nə onun, nə də Rövşənin barəsində paylaşımlar etmişdir. Beləliklə, hamının və qohumlarının bildirdiyinə görə güman edir ki, onu təhqir edən və ona böhtan atan şəxs X14r, lakin buna dair kifayət qədər sübutu yoxdur. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı X27 ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanda yaşayır. Digər xüsusi ittihamçılar X25 və X9 onun qohumlarıdır. Təqsirləndirilən şəxs X21 onun qohumudur, yəni ögey qardaşının oğludur. Müəyyən ailədaxili səbəblərə görə onun və ailə üzvlərinin təqsirləndirilən şəxs X21 ilə münasibətlərində soyuqluq və ailələr arasında narazılıqlar vardır. Belə ki, Sərvərin anası onlarla bir yerdə yaşayan anası X15 yaxşı baxmırdı və o, buna görə onlara irad bildirmişdir. Anası Hava xanım 2007-ci il tarixdə vəfat etmişdir. Onlara bildirdiyi irad Sərvərin xoşuna gəlməmişdir. Bu səbəbdən də, Sərvər 2023-cü ilin noyabr ayında əvvəlcə onun istifadəsində olan “***-*******” nömrəli mobil telefona “***-*******” və “***-*******” nömrəli mobil telefonlardan zəng edərək, özünün kimliyini bildirmədən onun ünvanına nalayiq ifadələr işlətməklə, onu təhqir etmiş və ona böhtan atmışdır. Telefonunda “Whatsapp” olmadığı üçün Sərvər onun oğlu Rəşidin istifadəsində olan “***-*******” nömrəli mobil telefonun “Whatsapp” yazışma sisteminə onun guya baldızları və qayınanasına pis hərəkətlər etməyi barədə msj.lar və səs yazıları atmışdır. Digər xüsusi ittihamçılar X25 və X9 onların təhqir edən və onlara böhtan atan şəxsin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmiş və onların müraciəti əsasında Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, onu da təhqir edən və ona böhtan atan şəxs təqsirləndirilən şəxs X14r. Belə ki, Sərvər mobil telefonda “tiktok”dan götürdüyü səslər vasitəsilə ona, eləcə də digər qohumlarına Rasimə və Şaiqə nalayiq formada böhtan atmış və onları təhqir etmişdir. Hətta Sərvər 14 iyul 2024-cü ildə Fərmayılın və Aminənin fotoşəklini paylaşdıqdan onların oğlu Oqtay ilə Bakı şəhərində iş yerində görüşmüş və söhbət etmişlər. Söhbət zamanı Sərvər yalan yerə and içib demişdir: “...Anan və atan barəsində mən paylaşım etməmişəm, Rövşən Quliyevlə (el arasında ona Elxan deyirlər) 2023-cü ilin noyabr ayında olan birinci paylaşımda aralarında olan narazılığa görə onun barəsində etmişəm, sizin barədə paylaşım etməmişəm...”. Bu səbəbdən də, Oqtay ona demişdir: “Əgər bu işlərdən xəbərin yoxdursa, Cəbrayıl qəsəbəsinə gəl, atamın, anamın və qohumlarımın yanında and iç ki, mənim bu işlərdən xəbərim yoxdur.” Sərvər də Oqtaya söz verib ki, 1-2 günə gəlib and içəcək. Lakin Sərvər törətdiyi əməlin məsuliyyətini dərk etdiyi üçün qəsəbəyə gəlməmişdir. Bundan sonra, Sərvər onun barəsində paylaşımlar etməmişdir. Beləliklə, hamının və qohumlarının bildirdiyinə görə güman edir ki, onu təhqir edən və ona böhtan atan şəxs X14r, lakin buna dair kifayət qədər sübutu yoxdur. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona məhkəmə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Xüsusi ittihamçılar X9 və X25 onun valideynləri, digər xüsusi ittihamçı X27 isə qohumudur. Təqsirləndirilən şəxs X21 bibisinin nəvəsidir və onunla heç bir ədavəti olmamışdır. Baş vermiş hadisə barədə bildirir ki, 2023cü ilin noyabr ayından etibarən onun istifadəsində olan “***-*******” nömrəli mobil telefona “***-*******”, “***-*******”, “+***-*******61”, “+***-*******” nömrəli mobil telefonlar vasitəsilə atası Fərmayılın şəklinin üzərində “nakişi...” sözü və anası Aminənin şəklinin üzərində “harsın” sözü yazmaqla “Whatsapp”da paylaşım edilmiş və ona “Whatsapp” vasitəsilə göndərilərək, valideynlərinə böhtan atılmış və təhqir edilmişdir. Valideynləri onların təhqir edən və onlara böhtan atan şəxsin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmiş və onların müraciəti əsasında Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, valideynlərini təhqir edən və onlara böhtan atan şəxs təqsirləndirilən şəxs X14r. Belə ki, Sərvər mobil telefonda “tiktok”dan götürdüyü səslər vasitəsilə qohumları Rövşənə, Rasimə və Şaiqə nalayiq formada böhtan atmış və onları təhqir etmişdir. Hətta Sərvər 14 iyul 2024-cü ildə valideynlərinin fotoşəklini paylaşdıqdan sonra onun ilə Bakı şəhərində iş yerində görüşmüş və söhbət etmişlər. Söhbət zamanı Sərvər yalan yerə and içib demişdir: “...Anan və atan barəsində mən paylaşım etməmişəm, Rövşən Quliyevlə (el arasında ona Elxan deyirlər) 2023-cü ilin noyabr ayında olan birinci paylaşımda aralarında olan narazılığa görə onun barəsində etmişəm, sizin barədə paylaşım etməmişəm...”. Bu səbəbdən də, o, Sərvərə demişdir: “Əgər bu işlərdən xəbərin yoxdursa, Cəbrayıl qəsəbəsinə gəl, atamın, anamın və qohumlarımın yanında and iç ki, mənim bu işlərdən xəbərim yoxdur.” Sərvər də Oqtaya söz verib ki, 1-2 günə gəlib and içəcək. Lakin Sərvər törətdiyi əməlin məsuliyyətini dərk etdiyi üçün qəsəbəyə gəlməmişdir. Ümumiyyətlə, hamının və qohumlarının bildirdiyinə görə güman edir ki, valideynləri X18, X6 və qohumu X22 təhqir edən və onlara böhtan atan şəxs X21 ola bilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6, Şahid2, Şahid4 və X20 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır, ali təhsilli iqtisadçıdır və intellektual oyunlarda iştirak edir. Təqsirləndirilən şəxs Cəmilli Sərvər Məzahir oğlu, xüsusi ittihamçılar X25, X9 və X27 onun qohumlarıdır. Ümumiyyətlə, o, X18, X6 və X22 təhqir edən və onlara böhtan atan şəxsin kim olduğunu bilmir və bu barədə heç bir məlumatı yoxdur. Lakin məhkəmə araşdırması zamanı bu hadisədən xəbəri olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 4 ünvanda yaşayır. Xüsusi ittihamçı X27 onun atası, digər xüsusi ittihamçılar X9 və X25 isə qohumlarıdır. Təqsirləndirilən şəxs X21 ögey əmisinin oğludur. Müəyyən ailədaxili səbəblərə görə ailədaxili münasibətlərdə soyuqluq və ailələr arasında narazılıqlar vardır. Sərvər onun valideynlərini təhqir etmişdir. Belə ki, istifadəsində olan “***-*******” nömrəli mobil telefonun “Whatsapp” yazışma sisteminə atası Rövşənin guya qohumlarına pis hərəkətlər etməyi barədə msj.lar və səs yazıları atmışdır. Digər xüsusi ittihamçılar X25 və X9 onların təhqir edən və onlara böhtan atan şəxsin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmiş və onların müraciəti əsasında Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, atası X22 təhqir edən və ona böhtan atan şəxs təqsirləndirilən şəxs X14r. Ümumiyyətlə, hamının və qohumlarının bildirdiyinə görə güman edir ki, atası X22 və qohumları X18, X6 oğlunu təhqir edən və onlara böhtan atan şəxs X21 ola bilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanda yaşayır. Təqsirləndirilən şəxs Cəmilli Sərvər Məzahir oğlu, xüsusi ittihamçılar X25, X9 və X27 onun qohumlarıdır. Ümumiyyətlə, o, X18, X6 və X22 təhqir edən və onlara böhtan atan şəxsin kim olduğunu bilmir və bu barədə heç bir məlumatı yoxdur. Lakin məhkəmə araşdırması zamanı ordan-burdan bu hadisə barədə eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 6 ünvanda yaşayır. Təqsirləndirilən şəxs Cəmilli Sərvər Məzahir oğlu, xüsusi ittihamçılar X25, X9 və X27 onun qohumlarıdır. 2024-cü ilin iyun ayında gözündən əməliyyat olunması üçün Bakı şəhərinə getmiş və orada Sərvərgilin evində qonaq olmuşdur. Bu zaman özünün istifadəsində olan mobil telefona “msj” gəlmiş və Sərvər onun mobil telefonuna baxmışdır. Güman edir ki, Sərvər onun mobil telefonuna baxan zaman bir neçə şəxsin telefon nömrəsini öyrənmişdir. Sonradan eşitmişdir ki, Sərvər mobil telefon vasitəsilə Aminəni, Fərmayılı və Rövşəni təhqir etmişdir. Güman edir ki, Sərvər həmin vaxt onun mobil telefonuna baxdığı üçün ona lazım olan şəxslərin nömrəsini götürə bilər. O barədə digər qohumu Azərə zəng vurub, Sərvər bu əməllərə son qoymasını demişdir. X5, X6 və X22 təhqir edən və onlara böhtan atan şəxsin kim olduğunu bilmir, hamının və qohumlarının bildirdiyinə görə X21 ola bilər, lakin bu barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X36 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 7 ünvanda yaşayır. Təqsirləndirilən şəxs Cəmilli Sərvər Məzahir oğlu, xüsusi ittihamçılar X25, X9 və X27 onun qohumlarıdır. Eyni zamanda bildirir ki, o, X13, X3 və X17 Cəmilli Sərvər Məzahir oğlu tərəfindən mobil telefon vasitəsilə təhqir olunması xəbərini ordan-burdan eşitmişdir. Lakin həmin şəxsləri təhqir edən və onlara böhtan atan şəxsin kim olduğunu bilmir, hamının və qohumlarının bildirdiyinə görə guya X14r, lakin bu barədə heç bir sübutu yoxdur. Xüsusi ittiham qaydasında şikayət materialından görünür ki, “***-*******”, “***-*******” və “***-*******” nömrəli mobil telefonlar vasitəsilə “Whatsapp” Messenger proqramından istifadə edilməklə, X13, X3 və X17 şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan məlumatlar internet informasiya ehtiyatında yayılmış, eləcə də şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmışdır. Xüsusi ittiham qaydasında şikayət materialından görünür ki, xüsusi ittihamçı X13 X11 barəsində xüsusi ittiham qaydasında “1(072)-009/2024 №-li” şikayəti, xüsusi ittihamçı X3 X11 barəsində xüsusi ittiham qaydasında “1(072)-010/2024 №-li” şikayəti və xüsusi ittihamçı X17 X11 barəsində xüsusi ittiham qaydasında “1(072)-011/2024 №-li” şikayəti bir icraatda birləşdirilərək, “1(072)-009/2024 №” saxlanılmaqla, xüsusi ittiham qaydasında cinayət təqibi davam etdirilmişdir. Xüsusi ittiham qaydasında şikayətin materialında olan "xxxx" MMC-nin AZF/LGL- 11588/24 saylı 04 dekabr 2024-cü il tarixli məktubundan, məktuba əlavə edilmiş və baxış keçirilmiş “CD” diskin yaddaşından görünür ki, "xxxx" MMC “Whatsapp” proqramı vasitəsilə göndərilmiş mətnlərinə dair məlumatların təqdim edilməsi üçün texniki imkana malik deyildir, “***-*******”, “***-*******” və “***-*******” mobil telefon nömrələrinin sahibi X21 deyildir. Məhkəmə ilk növbədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxs Cəmilli Sərvər Məzahir oğlunun, xüsusi ittihamçılar X13, X3 və X17 məhkəmədə verdiyi ifadəsini iş materialları və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil edərək, eləcə də toplanmış materialların məcmusuna hüquqi qiymət verərək hesab edir ki təqsirləndirilən şəxs Cəmilli Sərvər Məzahir oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirsizliyinə dair ifadəsində bildirdiyi bütün xüsusatlar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunur. Lakin xüsusi ittihamçılar tərəfindən təqsirləndirilən şəxs Cəmilli Sərvər Məzahir oğluna elan edilmiş ittiham üzrə məhz böhtan və təhqir cinayət əməlləri təkzibedilməz sübutlarla əsaslandırılmamış, eyni zamanda xüsusi ittiham qaydasında şikayətdə istinad edilən sübutlarla da belə bir hüquqi nəticəyə gəlməyə əsas vermir. Bu səbəbdən də, xüsusi ittihamçılar tərəfindən toplanmış sübutların məcmusu təqsirləndirilən şəxs Cəmilli Sərvər Məzahir oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Cəmilli Sərvər Məzahir oğluna qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə irəli sürülmüş ittihamın əsasını xüsusi ittihamçılar X13, X3 və X2 mülahizələri təşkil etmişdir. Bu səbəbdən də, Cəmilli Sərvər Məzahir oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri sübut olunmadığı üçün ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin mövqelərinin qorunması ilə bağlı prosessual təminatların mövcudluğu baxımından işin mahiyyəti üzrə prosessual hüquq bərabərliyinin təmin olunması yolu ilə ittiham və müdafiə tərəfinin hər birinin bütün dəlillərinin məhkəmə prosesində baxılıb qiymətləndirilməsi təqsirsizlik prezumpsiyası prinsipinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında qeyd edilir ki, ədalət mühakiməsi həyata keçirilərkən şübhəli və mənbələri naməlum olan məlumatlardan istifadə edilməsi yolverilməzdir. Yalnız əldə edilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulmasının yol verilmədiyi, vətəndaş və təşkilatların qanuni maraqları pozulmadığı, əsassız və qanunsuz zorakılıq tətbiq edilmədiyi, bütün iştirakçıların hüquqlarının həyata keçirilməsi təmin edildiyi təqdirdə əldə olunmuş materiallar etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir şübhə obyektiv olaraq şübhə edilən şəxslə güman edilən cinayət hadisəsi arasında əlaqə fakt və məlumatlarla təsdiq olunduqda əsaslı hesab oluna bilər. Əsaslı şübhə yalnız şəxsin əvvəllər hər hansı hüquq pozuntusu törətməsinə əsaslana bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “b” yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Foks, Kempbell və Hartli “Birləşmiş Krallığa” qarşı” və “Çebotari Moldovaya qarşı” işlər üzrə Qərarlarında qeyd edilmişdir ki, şübhənin ağlabatan əsaslar üzərində qurulması tələbi qanunsuz həbs və tutulmadan müdafiənin mühüm hissəsini təşkil edir. Şübhənin vicdanlı əsasda olması faktı kifayət deyil. “Əsaslı şübhə” ifadəsi bəhs olunan şəxsin cinayət əməlini törədə bilmiş olduğuna obyektiv müşahidəçini qane edəcək faktların və ya məlumatların mövcudluğudur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarında qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mayzit Rusiyaya qarşı” iş üzrə 20 yanvar 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir. Təqsirləndirilən şəxsə təqdim edilməli olan imkan ona müdafiəsini hazırlamağa kömək edən və ya edə biləcək vasitələrlə məhdudlaşdırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərlərinin” işi üzrə 21 yanvar 2007-ci il tarixli və “Hiro Balani İspaniyaya qarşı iş” üzrə 9 dekabr 1994-cü il tarixli Qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsi tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq, əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə 06 yanvar 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasınavə qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə xüsusi ittiham qardasında şikayətin materialında olan maddi sübutlar ("xxxx" MMC-dən əldə edilmiş məlumatlara dair 2 (iki) ədəd “CD” disk və xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş 4 (dörd) ədəd “CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qardasında şikayətin materialında olan bu sübutlar cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə elan olunmuş ittiham üzrə əməl sübut edilmədiyi üçün ona bəraət verilsin. Xüsusi ittiham qaydasında şikayətin materialında olan "xxxx" MMC-dən əldə edilmiş məlumatlara dair 2 (iki) ədəd “CD” disk və xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş 4 (dörd) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-2/2025
Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-2/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver