Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(072)-21/2023 05.10.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 12:50 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Fərdi qaydada fəaliyyət göstərən vəkili X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Cəbrayıl rayonu, Qaracallı kəndində anadan olmuş, subay Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Qaracallı kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 1 ünvanda yaşayan şəxs, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdən etibarən 07 mart 2011-ci il təvəllüdlü X2 və 07 mart 03.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ümumilikdə 200 (iki yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs ödənilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3995/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən qanunla müəyyən olunmuş müddət ərzində yerinə yetirmədiyi üçün Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-013/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə aktının icrası ilə bağlı 14 fevral 2023-cü il tarixdə məsuliyyət elan edilməklə, rəsmi qaydada xəbərdarlıq təqdim edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 30 mart 2023-cü il tarixədək 4450 (dörd min dörd yüz əlli) AZN sabit pul məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməməklə, məhkəmə qərarını qərəzli olaraq, qəsdən icra etməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 1 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun keçmiş əridir. Belə ki, o, Zərərçəkmiş şəxs ilə 12 may 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 07 mart 2011-ci il tarixdə “Tamara” və “Teymur” adlı əkiz uşaqları anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə rəsmi nikahlarına xitam verilmişdir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3995/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından 07 mart 2011-ci ildə anadan olmuş X2 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 aprel 2021-ci il tarixdən etibarən hər ay qazancından hər bir uşağa görə 100 (yüz) AZN sabit pul məbləğində, ümumilikdə 200 (iki yüz) AZN sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bir müddət maddi cəhətdən çətinlik çəkdiyi üçün müəyyən edilmiş sabit pul məbləğində alimenti hər ay vaxtı-vaxtında Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. İcra sənədini icra etmədiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyəti barədə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Onu da qeyd edir ki, cinayət işinin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs xeyrinə sabit pul məbləğində aliment borcunun ödənişini tam həyata keçirmişdir. Hal-hazırda onun ödənilməmiş aliment borcu yoxdur və qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3995/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsini tam icra etmişdir. Törətdiyi cinayət əməlinə görə özünü təqsirli hesab edir və səmimi peşmandır. Bundan başqa, məhkəmə qarşısında söz verir ki, sonrakı aylar üzrə icra sənədinə əsasən müəyyən edilmiş aliment məbləğini tam və vaxtı-vaxtında tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəyəcəkdir. Bu barədə məhkəməyə ərizə təqdim edərək, barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş arvadıdır. Belə ki, o, Təqsirləndirilən şəxs ilə 12 may 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 07 mart 2011-ci il tarixdə “Tamara” və “Teymur” adlı əkiz uşaqları anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə rəsmi nikahlarına xitam verilmişdir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3995/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından 07 mart 2011-ci ildə anadan olmuş X2 və X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 aprel 2021-ci il tarixdən etibarən hər ay Təqsirləndirilən şəxs qazancından hər bir uşağa görə 100 (yüz) AZN sabit pul məbləğində, ümumilikdə 200 (iki yüz) AZN sabit pul məbləğində aliment tutularaq, özünün xeyrinə ödənilməlidir. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs icra sənədinə əsasən aliment borcunu tam və vaxtı-vaxtında onun xeyrinə ödəməmişdir. Bütün bunlara baxmayaraq, icra sənədi üzrə tələbin yerinə yetirilmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən edilmiş xəbərdarlıq heç bir müsbət nəticə verməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Eyni zamada bildirir ki, cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən onun xeyrinə aliment borcu tam şəkildə ödənilmiş və ödənilməmiş aliment borcu yoxdur. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3995/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki,...tərəflərin birgə nikahından 07 mart 2011-ci il təvəllüdlü X2 və 07 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 aprel 2021-ci il tarixdən etibarən hər ay Təqsirləndirilən şəxs qazancından hər bir uşağa görə 100 (yüz) AZN sabit pul məbləğində, ümumilikdə 200 (iki yüz) AZN sabit pul məbləğində aliment tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-013/2021 saylı, 02 fevral 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işində olan icra işindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3995/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs icra sənədinə əsasən aliment borcunu tam və vaxtı-vaxtında ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməməyə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (Qeyd: Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə aliment borcunu tam şəkildə ödəməklə, qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3995/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi hökm qanuni qüvvəyə minənədək tam icra etdiyi üçün müdafiə tərəfinin razılığı ilə ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.3, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-21/2023
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №1(072)-21/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver