Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(072)-22/2023 25.09.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 12:45 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi vəkili X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1987-ci ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə, saat 21:00 radələrində ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs ilə yaşadığı evin qonaq otağında yemək yeyib spirtli içki qəbul etdikdən sonra şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncu ilə dalaşaraq, ona burnunun yumşaq toxumaların şişkinliyi, qançırı və burun sümüyünün yerini dəyişməyən sınığı, sağ və sol göz yuvaları ətrafında qançırlar, alın nahiyəsində sıyrıq ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanda yaşayır. Zərərçəkmiş şəxs həm onun uzaq qohumu, həm də dostudur. Baş vermiş hadisə barədə bildirir ki, 27 avqust 2023-cü il tarixdə, təxminən saat 21:00 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə onun yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yemək yeyib spirtli içki qəbul etmişdir. Bu zaman aralarında şəxsi münasibətlər zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı o, sərxoş vəziyyətdə olduğu üçün əsəbini ciloylaya bilməyib Zərərçəkmiş şəxs döyərək, ona xəsarət yetirmişdir. Törətdiyi cinayət əməlinə görə özünü təqsirli hesab edir, səmimi peşmandır, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Bu barədə məhkəməyə ərizə təqdim edərək, barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Təqsirləndirilən şəxs həm onun uzaq qohumu, həm də onun dostudur. Baş vermiş hadisə barədə bildirir ki, 27 avqust 2023-cü il tarixdə, təxminən saat 21:00 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə özünün yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yemək yeyib spirtli içki qəbul etmişdir. Bu zaman aralarında şəxsi münasibətlər zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu döyərək burnun yumşaq toxumaların şişkinliyi, qançırı, burun sümüyünün yerini dəyişməyən sınığı, sağ və sol göz yuvaları ətrafında qançırlar, alın nahiyəsində sıyrıqlar ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Halhazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 667 saylı, 28 avqust 2023-cü il tarixli “ekspert rəyi”ndən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: 1. Burnun yumşaq toxumaların şişkinliyi və qançırı, burun sümüyünün yerini dəyişməyən sınığı, sağ və sol göz yuvaları ətrafında qançırlar, alın nahiyəsində sıyrıq bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 27 avqust 2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. 2. Qeyd olunmuş xəsarət-burun sümüyünün yerini dəyişməyən sınığı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X4 72 saylı, 28 avqust 2023-cü il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs “orta dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X4 73 saylı, 28 avqust 2023-cü il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs “orta dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə tюrətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini ilk dəfə törətdiyi, Zərərçəkmiş şəxs ilə barışdığı və ona dəymiş zərəri könüllü olaraq tamamilə ödədiyi üçün müdafiə tərəfinin razılığı ilə ona qarşı cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.3, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-22/2023
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №1(072)-22/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver