Məhkəmə qərarları › İş №1(072)-23/2023

Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-23/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-23/2023 05.10.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 11:25 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs müdafiəçisi: Fərdi qaydada fəaliyyət göstərən vəkili X3, Yetkinlik yaşına çatmayan Şahid4 qanuni nümayəndəsi: Qanuni nümayəndə, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Cəbrayıl rayonu, Hovuslu kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Hovuslu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış, eləcə də davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, həmçinin ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq hərəkətləri edərək, 09 iyul 2023-cü il tarixdə, saat 23:50 radələrində sərxoş vəziyyətdə qonşusu Şahid3 ilə birlikdə piyada yaşadığı ünvan 1 ünvana küçə ilə gedən zaman qarşısında piyada hərəkət edən Şahid4 və X7 arxadan çağıraraq, onlardan nə üçün qollarını genəldib onun yaşadığı evin qarşısından keçdiyini soruşmuşdur. X16 ona “yerişim belədi, bura hamı üçün nəzərdə tutulduğu üçün hər kəs keçə bilər.” deyəndən sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs X1 yaxasından tutaraq onu irəli-geri silkələyərək, ünvanına uca səslə nalayiq ifadələr işlətmişdir. Daha sonra Yaqubov X6 Ülfət Ərşad oğlunu ünvan 3əzində yerləşən məktəbin qarşısından keçən küçəyə apararaq, orada yenidən onun ünvanına ucadan nalayiq ifadələr işlətmiş və yaranmış mübahisə zamanı qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan onun boyun və sinə nahiyələrini sıxaraq, sol əlinin baş barmağını geri qatlayaraq və baş nahiyəsindən 1 (bir) dəfə yumruqla vuraraq sonuncuya sol əlin İ barmağının əsas falanqa oynağının baş aparatının gərilməsi, təpə nahiyəsində yumşaq toxumaların şişkinliyi halında əzilməsi, boyun və döş qəfəsi nahiyələrində isə dəri içi qansızmalar ilə nəticələnən, zərərçəkmiş şəxsin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdə, saat 01:00 radələrində qisas almaq niyyəti ilə öz xuliqanlıq hərəkətlərinin davamı olaraq, Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına ucadan nalayiq ifadələr işələdərək, əynində olan şalvarının cibindən özünə məxsus kustar üsul ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, istifadəyə yararlı, soyuq silah hesab edilməyən, təssərrüfat-məişət təyinatlı turist bıçağını çıxararaq onun valideynlərindən Zərərçəkmiş şəxs çağırmasını tələb etmiş və sonuncunu əlində olan bıçaqla öldürəcəyini bildirərək, hədənin icra ediləcəyi üçün real əsaslar olduğu halda qəsdən hədələmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Zərərçəkmiş şəxs qəsəbə sakini kimi tanıyır. Baş vermiş cinayət hadisəsi barədə bildirir ki, 09 iyul 2023-cü il tarixdə, təxminən saat 23:50 radələrində tanışı Şahid3 ilə yaşadığı evə tərəf gedən zaman təxminən 10-15 metr qarşıda 2 (iki) nəfər şəxsin getdiyini görmüş və onları çağıraraq kim olduğunu soruşmuşdur. Bu zaman həmin şəxslər geri dönərək dayanmış və onlardan birinin qəsəbə sakini kimi tanıdığı Ülfət olduğunu görmüşdür. Həmin şəxslər ona tərəf gəlməyə başlamışlar. O, Ülfəti tanıdığı üçün zarafatyana “qollarını nə şişirdib üstümə belə gəlirsən, döyəssən məni?” demişdir. Bu zaman Ülfət ona “hə lazım olsa döyərəm.” demişdir. Ülfəti uşaqlıqdan tanıdığı üçün ərkyana “qələt edib döyəssən sən dünənin uşağısan.” demişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, heç bir səbəb olmadan əsəbləşib, sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra isə onu ünvan 3əzində yerləşən məktəbin qarşısından keçən küçəyə apararaq, orada yenidən onun ünvanına ucadan nalayiq ifadələr işlədərək, onun boyun və sinə nahiyələrini sıxaraq, sol əlinin baş barmağını geri qatlayaraq və baş nahiyəsindən 1 (bir) dəfə yumruq ilə vurmuşdur. Eyni zamanda bildirir ki, onların mübahisəsi və onun Ülfəti döyməsi təxminən 15-20 dəqiqə davam etmişdir. Bundan başqa, o, 10 iyul 2023-cü il tarixdə, saat 01:00 radələrində qisas almaq niyyəti ilə öz xuliqanlıq hərəkətlərinin davamı olaraq, Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Eləcə də əynindəki şalvarının cibindən özünə məxsus kustar üsul ilə istehsal edilmiş, təssərrüfat-məişət təyinatlı turist bıçağını çıxararaq, Zərərçəkmiş şəxs valideynlərindən Ülfəti çağırmasını tələb edərək, sonuncunu əlində olan bıçaqla öldürəcəyini bildirmişdir. O, hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi, məhz özünün sərxoşluğu və düşüncəsizliyi icbatından cinayət əməlini törətmişdir. Hesab edir ki, bu müddət ərzində bütün səhvlərini dərk etmiş və nəticə çıxarmışdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bundan başqa, baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi zərəri tam ödəmişdir. Belə ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona qarşı tələb və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, 2 saylı qəsəbə, ev 364 ünvanda yaşayır. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır. Baş vermiş cinayət hadisəsi barədə bildirir ki, 09 iyul 2023-cü il tarixdə, təxminən saat 23:50 radələrində qohumu X11 ilə birlikdə Biləsuvar rayonu, 2 saylı qəsəbədə yerləşən “Namiqin kafesi”nin yanındakı ərzaq mağazasından piyada qayıdan zaman qəsəbənin mərkəzində yerləşən məktəbin yanında arxadan bir nəfər şəxsin onları çağırdığını eşitmişdir. Bu zaman geri qayıtmış, onu çağıran şəxsin qəsəbə sakini kimi tanıdığı İnqilabın və yanında isə Dəmrəlin olduğunu görmüşdür. Onlar həmin şəxslərə yaxınlaşdıqda, İnqilab ona “bizim məhəllədən nə üçün belə gedirsən.” demişdir. Bu zaman o, İnqilaba “necə getdiyini soruşmuş və yerişinin bu formada olduğunu.” demişdir. İnqilab ona “qollarını şişirdib elə gəzirsən ki, elə bil döyəssən.” demişdir. O isə İnqilaba yerişinin belə olduğunu demişdir. İnqilab ona kənara gəlməyini və əynindəki köynəyinin yaxasından tutaraq, ona yenidən nə üçün belə yeridiyini demişdir. İnqilabdan spirtli içki qoxusu gəldiyi üçün “məndən nə istədiyini və sərxoş olduğu üçün növbəti gün söhbət etməyimizi.” demişdir. Bu zaman İnqilab onun ünvanına nalayiq ifadələr işlədərək, öldürəcəyi ilə hədələmiş, eləcə də əynindəki köynəyinin yaxasından tutaraq, silkələməyə başlamış və boyun nahiyəsinə əl-qol atmışdır. Yaranmış mübahisə zamanı o, əli ilə İnqilabın sinəsindən itələyərək kənara getməsini demişdir. Buna baxmayaraq, İnqilab onu nalayiq ifadələr təhdir edərək, baş nahiyəsindən 1 (bir) dəfə yumruq ilə vurmuşdur. Vəziyyətin belə olduğunu görüb, Tuncay və Dəmrəl onları ayırmışdır. Onlar evə qayıdan zaman anası Yazgül xanım ona zəng edərək, İnqilabın yaşadıqları evə gəldiyini, əlində bıçaq olduğunu və onu öldürəcəyini deyərək, evə gələrkən evin arxasında gözləməyini demişdir. Bundan sonra, o, Tuncay ilə birlikdə yaşadığı evə tərəf gəlmiş, yaşadığı evin həyətində İnqilabın ucadan onun ünvanına nalayiq ifadələr işlətdiyini və onu öldürməsi üçün axtardığını deməsini eşitmişdir. Onlar yaşadığı evin həyətinə qarşıdan daxil olmamış və evin qarşısında olan onlara məxsus digər evin həyətindən özlərinin yaşadığı evin həyətinə daxil olmuşlar. Evin arxa tərəfindən həyətdə tövlənin yanında dayanaraq, İnqilabın sakitləşməsini gözləmişlər. Qaranlıqda dayandıqları üçün İnqilab onları görməmiş, lakin İnqliab evin qarşısında işıqlı yerdə olduğuna görə onlar onu aydın formada görmüşlər. Həmin zaman İnqilab əlində bıçaqla evin həyətində onu öldürəcəyini və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Valideynləri İnqilabı sakitləşdirməyə çalışsalar da, lakin İnqilab onu axtarmaq üçün evə daxil olmaq istəmişdir. Valideynləri İnqilabı sakitləşdirərək, evin giriş qapısından bir neçə metr kənara aparmışlar. Səs-küyü eşidib, təxminən 100 metr kənarda qonşuluqda yaşayan Şahid3 gələrək onların yaşadığı evin həyətinə daxil olmuşdur. Dəmrəl də İnqilabı sakitləşdirməyə başlamış, lakin İnqilab sakitləşmədən onu axtarmış və öldürəcəyini demişdir. Atası Elşən və hadisə yerinə gələn Dəmrəl çətinliklə İnqilabı onun yaşadığı evin həyətindən çıxarmışlar. Atası Elşən evin həyətinin giriş qapısını bağladıqdan sonra o Tuncay ilə birlikdə evin qarşısına gəlmişdir. Daha sonra onlar bu barədə Cəbrayıl Rayon Polis məlumat vermişlər. Bütün bunlara baxmayaraq, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bu barədə ərizəni məhkəməyə təqdim edərək, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə Biləsuvar rayonu, 2 saylı qəsəbə, ev 364 ünvanda yaşayır. Təqsirləndirilən şəxs qəsəbə sakini tanıyır. Zərərçəkmiş şəxs onun oğludur və birlikdə yaşayırlar. Baş vermiş cinayət hadisəsi barədə bildirir ki, 10 iyul 2023-cü il tarixdə, təxminən saat 01:00 radələrində yaşadığı evdə yatan zaman həyətdən səs-küy eşitmişdir. Səs-küyə yuxudan oyanıb evin həyətinə çıxmaq istəyən zaman ilk olaraq arvadı Yazgül xanım həyətə çıxmışdır. O, paltarını geyinib arvadının ardı ilə evin qapısını açaraq, həyətə çıxan zaman giriş qapıda İnqilabın əlində bıçaqla dayandığını görmüşdür. İnqilab sərxoş halda ucadan nalayiq ifadələr işlədərək, oğlu Ülfəti axtarmaq üçün zorla yaşadığı evə girmək istəmişdir. Arvadı Yazgül xanım İnqilaba nə üçün gəldiyini soruşan zaman o, Ülfət ilə mübahisə etdiyini və taparaq öldürəcəyini demişdir. Bu zaman o da evdən həyətə çıxaraq İnqilabdan sakitləşməsini xahiş etmiş və nə baş verdiyini soruşmuşdur. İnqilab da ona əlindəki bıçaqla Ülfəti öldürmək üçün axtardığını demişdir. Bir neçə dəfə İnqilabı sakitləşdirmək üçün oğlu Ülfətin səhv edərək dalaşdığını demiş və qolundan tutaraq stolda əyləşməsini xahiş etmişdir. Lakin buna baxmayaraq, İnqilab əlindəki bıçağı sağa-sola fırlaya-fırlaya kənara çəkilməyini və Ülfəti tapıb öldürəcəyini demişdir. Həmçinin İnqilab ucadan onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O, İnqilabın sərxoş olduğunu nəzərə alıb, heç nə demədən onu sakitlədirmək istəmişdir. İnqilabın səs-küyünə yaşadığı evdən təxminən 100 metr kənarda yaşayan qonşusu Şahid3 gəlmişdir. Dəmrəl də İnqilabı sakitləşdirməyə çalışmış, lakin İnqilab Dəmrələ də Ülfətin onu döydüyü üçün taparaq, əlindəki bıçaqla öldürəcəyini demişdir. Bu zaman İnqilabın hərəkətindən arvadı Yazgül xanım qorxaraq halı pisləşmiş və huşunu itirmişdir. O, vəziyyətin belə olduğunu görüb İnqilabın qolundan tutaraq, həyətdən küçəyə çıxarmış və həyətin giriş qapısını bağlamışdır. Daha sonra həyətin tövlə olan tərəfindən oğlu Ülfət Tuncay ilə birlikdə gəlmişdir. Onlar arvadı Yazgül xanıma ilk tibbi yardım göstərmiş və bu barədə Cəbrayıl Rayon Polis Şöbəsinə məlumat vermişlər. Eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs bu hərəkətlər təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə ünvan 5 ünvanda yaşayır. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır. Zərərçəkmiş şəxs onun qohumudur. Baş vermiş cinayət hadisəsi barədə bildirir ki, 09 iyul 2023-cü il tarixdə, təxminən saat 23:50 radələrində Ülfət ilə birlikdə Biləsuvar rayonu, 2 saylı qəsəbədə yerləşən “Namiqin kafesi”nin yanındakı ərzaq mağazasından piyada qayıdan zaman qəsəbənin mərkəzində yerləşən məktəbin yanında arxadan bir nəfər şəxsin onları çağırdığını eşitmişdir. Bu zaman geri qayıtmış, onları çağıran şəxsin qəsəbə sakini kimi tanıdığı İnqilabın və yanında isə Dəmrəlin olduğunu görmüşdür. Onlar həmin şəxslərə yaxınlaşmış, İnqilab Ülfətə “bizim məhəllədən nə üçün belə gedirsən.” demişdir. Bu zaman Ülfət İnqilaba “necə getdiyini soruşmuş və yerişinin bu formada olduğunu.” demişdir. İnqilab Ülfətə “qollarını şişirdib elə gəzirsən ki, elə bil döyəssən.” demişdir. Ülfət isə İnqilaba yerişinin belə olduğunu demişdir. İnqilab Ülfətə kənara gəlməyini və əynindəki köynəyinin yaxasından tutaraq, ona yenidən nə üçün belə yeridiyini demişdir. İnqilabdan spirtli içki qoxusu gəldiyi üçün Ülfət “məndən nə istədiyini və sərxoş olduğu üçün növbəti gün söhbət etməyimizi.” demişdir. Bu zaman İnqilab Ülfətin ünvanına nalayiq ifadələr işlədərək, öldürəcəyi ilə hədələmiş, eləcə də əynindəki köynəyinin yaxasından tutaraq, silkələməyə başlamış və boyun nahiyəsinə əl-qol atmışdır. Yaranmış mübahisə zamanı Ülfət əli ilə İnqilabın sinəsindən itələyərək kənara getməsini demişdir. Buna baxmayaraq, İnqilab Ülfəti nalayiq ifadələr təhdir edərək, baş nahiyəsindən 1 (bir) dəfə yumruq ilə vurmuşdur. Vəziyyətin belə olduğunu görüb, o və Dəmrəl onları ayırmışdır. Onlar evə qayıdan zaman anası Yazgül xanım Ülfətə zəng edərək, İnqilabın yaşadıqları evə gəldiyini, əlində bıçaq olduğunu və onu öldürəcəyini deyərək, evə gələrkən evin arxasında gözləməyini demişdir. Bundan sonra, o, Ülfət ilə birlikdə onların yaşadığı evə tərəf gəlmiş, yaşadığı evin həyətində İnqilabın ucadan Ülfətin ünvanına nalayiq ifadələr işlətdiyini və onu öldürməsi üçün axtardığını deməsini eşitmişdir. Onlar evin arxa tərəfindən həyətdə tövlənin yanında dayanaraq, İnqilabın sakitləşməsini gözləmişlər. Qaranlıqda dayandıqları üçün İnqilab onları görməmiş, lakin İnqliab evin qarşısında işıqlı yerdə olduğuna görə onlar onu aydın formada görmüşlər. Həmin zaman İnqilab əlində bıçaqla evin həyətində Ülfəti öldürəcəyini və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Ülfətin valideynləri İnqilabı sakitləşdirməyə çalışsalar da, lakin İnqilab Ülfəti axtarmaq üçün evə daxil olmaq istəmişdir. Ülfətin valideynləri İnqilabı sakitləşdirərək, evin giriş qapısından bir neçə metr kənara aparmışlar. Səs-küyü eşidib, təxminən 100 metr kənarda qonşuluqda yaşayan Dəmrəl hadisə yerinə gələrək, İnqilabı sakitləşdirməyə çalışmışdır. Lakin İnqilab sakitləşmədən Ülfəti axtarmış və öldürəcəyini demişdir. Ülfətin atası Elşən əmi və hadisə yerinə gələn Dəmrəl çətinliklə İnqilabı onların yaşadığı evin həyətindən çıxarmışlar. Elşən əmi həyətin giriş qapısını bağladıqdan sonra o Ülfət ilə birlikdə evin qarşısına gəlmişdir. Daha sonra Ülfətin valideynləri bu barədə Cəbrayıl Rayon Polis məlumat vermişlər. Eyni zamanda bildirir ki, İnqilab ilə Ülfətin mübahisəsi, İnqilabın Ülfəti döyməsi təxminən 15-20 dəqiqə, eləcə də İnqilabın Ülfətgilin yaşadığı evin həyətində bıçaqla öldürəcəyi hədəsi ilə bağlı hərəkətləri də təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X18 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X19 57 saylı, 28 iyul 2023-cü il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs “orta dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmiş və müayinənin yoxlanma tarixi: 10 iyul 2023-cü il tarix, saat 01:53-dür. Cinayət işində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X18 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X19 58 saylı, 28 iyul 2023-cü il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs “alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilməmiş və müayinənin yoxlanma tarixi: 10 iyul 2023-cü il tarix, saat 03:29-dur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X27 Beyləqan Rayon Şöbəsinin 243/23 saylı, 12 iyul 2023-cü il tarixli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: 1. Sol əlin İ barmağının əsas falanqa oynağının bağ aparatının gərilməsi, təpə nahiyəsində yumşaq toxumaların şişkinliyi halında əzilməsi, boyun və döş qəfəsi nahiyələrində isə dəriiçi qansızmalar aşkar olunmuşdur. 2. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X27 Beyləqan Rayon Şöbəsinin 243/23 saylı, 12 iyul 2023-cü il tarixli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər: 1. Burun nahiyəsində qançır aşkar olunmuşdur. 2. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X19 T 517/2023 saylı, 04 avqust 2023-cü il tarixli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər: 1. Burun nahiyəsində qançır aşkar olunmuşdur. 2. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 10 iyul 2023-cü ilə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsinin 18/724 saylı, 17 iyul 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq-kustar üsul ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təssərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır və soyuq silah hesab edilmir. Məhkəmə-ballistik ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 34.38 (otuz dörd, otuz səkkiz) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X19 314 saylı, 14 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rayon Poliklinikasının Ruhi-əsəb kabinetində dispanser qeydiyyatda olmamışdır. Cinayət işində olan 05 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 1. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.1 və 134-cü maddələrinə tövsif edilmişdir. 2. Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibinin olmadığı müəyyən edildiyi üçün onun barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Cinayət işində olan 08 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb haqqında” qərardan görünür ki, 08 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134 və 221.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 08 sentyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1144 saylı, 12 iyul 2023-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X2, bacıları X12 və X8, həyat yoldaşı X13, övladları X14 və X15 ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 64 saylı, 12 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan Zərərçəkmiş şəxs 10 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-023/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə tюrətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, səmimi peşmanlığını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, eləcə də istintaq müddəti ərzində öz səhvlərini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi, qanunlara əməl edəcəyi barədə söz verməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan islah işləri ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmasını və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə-ballistik ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 34.38 (otuz dörd, otuz səkkiz) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə cinayət işində olan maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 1 (bir) ədəd kustar üsul ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, istifadəyə yararlı və soyuq silah heasb edilməyən, təssərrüfat-məişət təyinatlı turist bıçağı dəyəri olmayan əşya hesab edilərək, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla, 9 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə-ballistik ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 34.38 (otuz dörd, otuz səkkiz) AZN məbləğində eskpertiza xərci tutularaq, dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə maddi sübutun qalığı olan Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş 1 (bir) ədəd kustar üsul ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, istifadəyə yararlı və soyuq silah heasb edilməyən, təssərrüfatməişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar