Məhkəmə qərarları › İş №1(072)-3/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №1(072)-3/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(072)-3/2024 18.07.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 17:55 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1990-cı ildə Cəlilabad şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Pirəkəşkül-1 hərbi şəhərcik, N saylı hərbi hissədə qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin may ayının sonlarında mobil telefon vasitəsilə danışan zaman tanışı Zərərçəkmiş şəxs 2-ci Qarabağ müharibəsində şəhid olan qardaşı X1 dövlət tərəfindən 08 noyabr 2023-cü il tarixə kimi mənzil ayrılmasına 5000 (beş min) AZN məbləğində pul müqabilində kömək edəcəyinə vəd verib aldadaraq, 29 may 2023-cü il tarixdə, saat 13:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 11 saylı qəsəbədə yerləşən 124 saylı evdə sonuncuya məxsus 5000 (beş min) manat məbləğində pulu ələ keçirməklə, dələduzluq etmişdir. Bundan başqa, o, qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin may ayının sonlarında mobil telefon vasitəsilə danışan zaman 2-ci Qarabağ müharibəsinin iştirakçısı olduğu üçün tanışı Zərərçəkmiş şəxs dövlət tərəfindən 08 noyabr 2023-cü il tarixə kimi avtomobil ayrılmasına 5000 (beş min) manat məbləğində pul müqabilində kömək edəcəyinə vəd verib aldadaraq, 31 may 2023-cü il tarixə, saat 10:28 radələrində Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 8 saylı qəsəbədə yerləşən “Fehruz” marketdə quraşdırılan “e-Manat” ödəmə terminalı vasitəsilə 4540 (dörd min beş yüz qırx) AZN məbləğində pulunu və 15 avqust 2023-cü il tarixdə, saat 11:03 radələrində Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 8 saylı qəsəbədə yerləşən “Fehruz” marketdə quraşdırılan “e-Manat” ödəmə terminalı vasitəsilə 475 (dörd yüz yetmiş beş) AZN məbləğində pulunu özünə məxsus "xxxx" ASC-yə aid plastik kartın “4169 7388 8640 4932” saylı hesabına köçürtdürərək, ona məxsus cəmi 5015 (beş min on beş) AZN məbləğində pulu nağdlaşdirmaqla, sonuncuya məxsus ümumilikdə 10015 (on min on beş) AZN məbləğində pulu vahid niyyətlə ələ keçirib, özgənin əmlakına xeyli miqdarda maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı məhz bu məhkəməyə aiddir. İlkin məhkəmə zamanı aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulması aşkar edilməmişdir. İş üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən edilməmişdir. İttiham aktının prosessual formasına riayət edilmişdir. Məhkəməyədək icraat hüquqi pozuntulara yol verilmədən aparılmışdır. İş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmişdir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Bu barədə məhkəməyə ərizə təqdim edərək, barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ittiham və müdafiə tərəfinin fikrini dinləyib, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün, eləcə də cinayət işi üzrə qətimkan tədbirinin ləğv edilməsi üçün əsaslar vardır. Cinayət işində olan 24 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək, ibtidai istintaq aparılmışdır. Cinayət işində olan 25 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 25 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. Cinayət işində olan 25 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 25 yanvar 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 14 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona yenidən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-003/2024 saylı, 02 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsi mümkün olmadığı üçün Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-003/2024 saylı, 02 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “axtarış” elan edilməklə, “həbs” qətimkan tədbiri seçilərək, iş üzrə dayandırılmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasının 3-16-17/42/2-2788/2024 saylı, 28 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs 25 yanvar 2024-cü il tarixli və 18 iyul 2024-cü il tarixli ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 18 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş maddi ziyanı tam şəkildə ödəmiş, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş və barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işində olan 24302 saylı, 17 iyul 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2505 (iki min beş yüz beş) AZN məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edənvə bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 162.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə cinayət işində olan maddi sübutlar ("xxxx" ASC-yə aid “4169 7388 8640 4932” nömrəli bank hesabına pul vəsaitinin mədaxili barədə ********** saylı və ********** saylı 2 (iki) ədəd qəbz) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan bu sübutlar cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 ilə barışdığı, ona dəymiş maddi ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün, eləcə də müdafiə tərəfinin razılığı ilə ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 305, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Cinayət işində olan "xxxx" ASC-yə aid “4169 7388 8640 4932” nömrəli bank hesabına pul vəsaitinin mədaxili barədə ********** saylı və ********** saylı 2 (iki) ədəd qəbz cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar