Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-4/2024 11.07.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 13:30 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi: Müdafiəçi vəkili X8, Təqsirləndirilən şəxs2 müdafiəçisi: Müdafiəçi vəkili X5, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxx 1971-ci ildə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, “Kirs” firmasında “iş icraçısı” vəzifəsində işləyən, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə; xx xxxx 1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda qeydiyyatda olan və ünvan 3şayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 24 dekabr 1997-ci il tarixdə ünvan 4 ünvanda təsis edilmiş, Cəbrayıl şəhəri ərazisində 11 mart 2016-ci il tarixli lisenziya əsasında “tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma” fəaliyyət növləri ilə məşğul olan “Kirs” firmasında 09 avqust 2023-ci il tarixdən “iş icraçısı” vəzifəsində işləyərkən həmin firma tərəfindən təsdiq edilmiş “iş icraçısının vəzifə təlimatı”nın və “Tikinti norma və qaydaları İİİ- 4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1 saylı əlavəsinin 12-ci bəndinə əsasən “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.1, 9.5.18, 9.5.19 bəndlərinin tələbələrini qəsdən pozaraq, Cəbrayıl şəhəri, Zahid Əhmədov küçəsində (39*399808” N 47*024555”E koordinatlarda) tikiləcək hündürmərtəbəli binanın tikintisi zamanı işçilərin əməyin mühafizəsi təlimatlarına əməl etmələrinə, həmin ərazidə işlərin görülməsinə cəlb edilmiş pnevmatik təkərli, “TADANO TR-250M” modelli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtokranı yüktutma qabliyyətindən artıq yüklənməsinə, dəmir dirəklərin yerdəyişdirilməsi zamanı onun altında adamların olduğuna nəzarət etməməklə işlərin görüldüyü ərazidə həyat və sağlamlığı üçün təhlükəli olan dəmir dirəklərin yerdəyişdirilməsinə şərait yaradıb, öz hərəkətsizliyinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq nəticəsində qeyd olunan pozuntuları görməmiş, buna görə də 27 avqust 2023-ci il tarixdə, saat 17:00 radələrində Cəbrayıl şəhəri, Z.Əhmədov küçəsində tikiləcək hündürmərtəbəli binanın “-1”-ci mərtəbəsinə (bünövrəsinə) monoliti saxlamaq üçün istifadə olunan hər iki tərəfi kəndirlə bağlanmış, hündürlüyü 70 sm kub şəklində bir-birinə çarpaz yığılmış, bir ədədinin uzunluğu 335 sm, çəkisi 25 kq olan, diametri 60 mm olan təxminən 170 ədəd dəmir dirəklərin oradan paylanması üçün endirilməsi işinin gedişində tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi və bu obyektdə yenidənqurmanın aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində həmin vaxt “Kirs” firmasında “sürücü-yükləyici” vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 AF 405663 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “TADANO TR-250M” modelli, **-AC- *** dövlət qeydiyyat nişanlı avtokranla qeyd olunan dirəklərin yerdəyişdirilməsi zamanı onun altında işləyən 14 avqust 2023-cü il tarixdən "xxxx" MMC-də “dəmirçi” vəzifəsində çalışan Zərərçəkmiş şəxs qəlib işlərinin görülməsinə nəzarət etmədiyindən təxminən 170 (yüz yetmiş) ədəd dəmir dirəklərin Zərərçəkmiş şəxs sağ ayağının üzərinə düşməsi nəticəsində ehtiyatsızlıqdan sonuncunun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya səbəb olan sağ baldır sümüklərinin aşağı 1/3 hissəsinin çoxqəlpəli, yerdəyişmiş açıq sınığı, sağ baldırın orta və aşağı 1/3 hissəsinin arxa səthində yaralar, sağ baldırın yuxarı və orta 1/3 hissəsinin ön səthində sıyrıqlar xəsarətləri almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 24 dekabr 1997-ci il tarixdə ünvan 4 ünvanda təsis edilmiş, Cəbrayıl şəhəri ərazisində 11 mart 2016-ci il tarixli lisenziya əsasında “tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma” fəaliyyət növləri ilə məşğul olan “Kirs” firmasında “sürücü-yükləyici” vəzifəsində işləyərkən həmin cəmiyyət tərəfindən təsdiq edilmiş “kran maşinistinin vəzifə təlimatının” və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizliyi istismarı qaydaları”nın 9.5.1-ci və DÜST 12.03.033-84- “Tikinti maşınları, istismar zamanı ümumi təhlükəsizlik tələbləri”nin 1.1 və 1.2 bəndlərinin tələbələrini qəsdən pozaraq, Cəbrayıl şəhəri, Z.Əhmədov küçəsində (39*399808” N 47*024555”E koordinatlarda) tikiləcək hündürmərtəbəli binanın tikintisi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə riayət etməməklə, həmin ərazidə işlərin görülməsinə cəlb edilmiş AF 405663 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmiş olduğu pnevmatik təkərli, “TADANO TR-250M” modelli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtokranın duracağı yerdə təhlükəli amillərin olub-olmamasını müəyyənləşdirməyib, bütün dayaqların altında etibarlı başmaqlar qoymayıb, yerin bərkliyini yoxlamayıb (sınaq sıxılmaları aparlımadan), avtokranı yüktutma qabiliyyətindən artıq yüklədiyinə görə işlərin görüldüyü ərazidə həyat və sağlamlıq üçün təhlükəli olan dəmir dirəklərin yerdəyişdirilməsini icra etməklə öz hərəkətsizliyinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq nəticəsində qeyd olunan pozuntuları görməmiş, buna görə də 27 avqust 2023-ci il tarixdə, saat 17:00 radələrində Cəbrayıl şəhəri, Z.Əhmədov küçəsində tikiləcək hündürmərtəbəli binanın “-1”-ci mərtəbəsinə (bünövrəsinə) monoliti saxlamaq üçün istifadə olunan hər iki tərəfi kəndirlə bağlanmış, hündürlüyü təxminən 70 sm olan kub şəklində bir-birinə çarpaz yığılmış bir ədədinin uzunluğu 335 sm, diametri 60 mm, təxminən çəkisi 25 kq olan dəmir dirəklərin oradan paylanması üçün endirilməsi işinin gedişində tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi və bu obyektdə yenidənqurmanın aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində idarə etdiyi “TADANO TR-250M” modelli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtokranın duracağı yerdə təhlükəli amillərin olub-olmaması müəyyənləşdirməyərək, bütün dayaqların altına etibarlı “başmaq”lar qoymayaraq, yerin bərkliyini yoxlamayaraq (sınaq sıxılmaları aparılmadan), avtokranı yüktutma qabiliyyətindən artıq yükləyərək dəmir dirəklərin yerdəyişdirilməsi zamanı idarə etməsini itirərək, avtokranın yükqaldırıcı hissəsinə qoşulu olan hər iki tərəfi kəndirlə bağlanmış təxminən 170 (yüz yetmiş) dəmir dirəkləri 14 avqust 2023-cü il tarixdən "xxxx" MMC-də “dəmirçi” vəzifəsində işləyən, hadisənin baş verdiyi vaxtda “-1”-ci mərtəbədə qəlib işləri görən Zərərçəkmiş şəxs sağ ayağının üzərinə salması nəticəsində ehtiyatsızlıqdan sonuncunun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya səbəb olan sağ baldır sümüklərinin aşağı 1/3 hissəsinin çoxqəlpəli, yerdəyişmiş açıq sınığı, sağ baldırın orta və aşağı 1/3 hissəsinin arxa səthində yaralar, sağ baldırın yuxarı və orta 1/3 hissəsinin ön səthində sıyrıqlar xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır və 09 avqust 2023-cü il tarixdən etibarən “Kirs” firmasında əmək müqaviləsi üzrə “iş icraçısı” vəzifəsində işləyir. Vəzifəsi layihə üzrə görülmüş işlərə nəzarət etməkdən ibarətdir. Təmsil etdiyi firma "xxxx" MMC ilə konsorsium şəklində işğaldan azad edilmiş ərazilərdə bina tikintisi işlərini həyata keçirir. Cəbrayıl şəhəri ərazisində 33 (otuz üç) binanın tikilməsi tapşırığından 5 (beş) binanın tikilməsi həmin firmaya həvalə edilmişdir. “Kirs” firması və "xxxx" MMC Cəbrayıl şəhəri ərazisində bina tikintisini həyata keçirmək üçün birgə iştirak etdikləri tenderdə qalib gələrək, 13 aprel 2023-cü il tarixdə "xxxx" MMC ilə tikinti işlərinə dair satınalma (podrat) müqaviləsi imzalamışlar. Həmin müqavilədə "xxxx" MMC və “Kirs” firması konsorsiumu birgə iştirak etdikləri üçün tərəflər eyni dərəcəli məsuliyyət daşımaqla bərabər, hər iki şirkətin işçiləri birlikdə 7.87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirmişlər. O, “Kirs” firması ilə əmək müqaviləsi bağlayaraq “iş icraçısı” vəzifəsində fəaliyyət göstərsə də, belə bir əmr olmadığı üçün “Perlit MMC”-nin işçilərinin gördükləri işlərə nəzarət etmək vəzifəsi olmamışdır. Zərərçəkmiş şəxs “Perlit MMC”-də “dəmirçi” vəzifəsində işə götürülmüşdür. Zərərçəkmiş şəxs 26 avqust 2023-cü il tarixdə iş fəaliyyətinə başlamışdır. Baş vermiş hadisə barədə bildirir ki, 27 avqust 2023-cü il tarixdə, saat 08:00 radələrində işçilərə gündəlik təhlükəsizlik təlimatları keçirildikdən sonra, “briqadir” Şahid1 tərəfindən hansı işləri görməli olduqları barədə məlumat verilmişdir. Şahid1 “qəlibçi” vəzifəsində işə götürülsə də, işləri yaxşı gördüyü üçün işçilər öz aralarında onu “briqadir” kimi təyin etmişlər. Belə ki, Şahid1 “briqadir” vəzifəsində çalışması nə əmək müqaviləsində, nə də daxili əmrdə qeyd olunmuşdur. Zərərçəkmiş şəxs hadisənin baş verdiyi gün sayı 10-12 nəfər şəxsdən ibarət olan qəlibçi qrupun tərkibində olmuşdur. Həmin vaxt işçilər bir-birlərindən ayrı işləyərək, hündürlüyü təxminən 435 sm olan binanın “-1”-ci mərtəbəsinin tikintisi tapşırığını yerinə yetirmişlər. Layihəyə əsasən qəlibçi taxta işlərini, dəmirçi dəmir işləri gördükdən sonra betonqarışdıran avtomobil tərəfindən beton tökülməklə tikinti başa çatdırılır. Zərərçəkmiş şəxs xəsarət alan zaman o digər binalarda nəzarəti həyata keçirmişdir. Axşam saatlarında işçilərdən biri Zərərçəkmiş şəxs sağ ayağının qırıldığını və xəstəxanaya aparıldığını ona bildirmişdir. Sonradan o, Zərərçəkmiş şəxs dərhal Cəbrayıl şəhərində fəaliyyət göstərən “Cəbrayıl Ailə Sağlamlıq Mərkəzi”nə, sonra Beyləqan Rayon Mərkəzi Xəstəxanasına və daha sonra Bakı şəhərində yerləşən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na aparıldığını, eləcə də onun sağ ayaq baldırının 1/3 hissəsinin açıq sınığı xəsarəti aldığını öyrənmişdir. Bir müddət sonra isə adı yadında qalmayan şəxsdən “kran operatoru” Təqsirləndirilən şəxs2 idarə etdiyi “TADANO” markalı kran vasitəsi ilə kvadrat formasında bir-birinə çarpaz yığılmış təxminən sayını dəqiq bilmədiyi uzunluğu 335 sm, diametri 60 mm, təxmini çəkisi 25 kq olan binanın monolitini saxlamaq üçün istifadə olunan dəmir dirəkləri paylanması üçün “-1”-ci mərtəbəyə endirmək istəyərkən, sonuncu tərəfindən yük artıq götürüldüyündən və aşağı endirildiyindən sabitliyin saxlanıla bilmədiyini və həmin vaxt kranın arxa hissəsinin havaya qalxması nəticəsində kvadrat formasında bir-birinə çarpaz yığılmış sayı dəqiq yadında qalmayan dəmir dirəklərin Zahidin sağ ayağının üzərinə düşməsi nəticəsində sonuncun xəsarət almasını eşitmişdir. Qeyd olunan hadisə 27 avqust 2023-cü il tarixdə, saat 17:15 radələrində baş vermişdir. Eyni zamanda bildirir ki, “Kirs” firmasında fəaliyyət göstərdiyi müddətdə işçilər, o cümlədən Zərərçəkmiş şəxs texniki təhlükəsizlik qaydaları ilə “ilkin” və “gündəlik” təlimatlar Şahid2 tərəfindən aparılmış, müvafiq imzalarla öz təsdiqini tapmış, eləcə də hadisənin baş verdiyi gündə müvafiq qeydiyyat aparılmış və bununla bağlı işçilər tərəfindən qeydiyyat kitabında imza edilmişdir. Hadisənin baş verdiyi yerdə “iş icraçısı” özü və “kran operatoru” Təqsirləndirilən şəxs2 olmuşdur. Hesab edir ki, dəmir dirəklərin kran vasitəsilə yeri dəyişdirilən zaman altında adamların olmamasına onun tərəfindən nəzarət edilmədiyi üçün baş vermiş cinayət hadisəsinə görə məsuliyyət daşımamalıdır. Onu da qeyd edir ki, “Kirs” firması tərəfindən təsdiq edilmiş “iş icraçı”sının vəzifə təlimatında fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət etmək onun vəzifəsi kimi qeyd olunsa da, onun belə bir vəzifəsi olmamış, eləcə də vəzifəsi yalnız konstruksiya üzərində layihənin yerində düzgün qurulmasından ibarət olmuşdur. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən ədalətli qərar qəbul edilməklə, bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3şayır və 07 avqust 2023-cü il tarixdən etibarən 27 avqust 2023-cü il tarixədək “Kirs” firmasında “kran operatoru” vəzifəsində işləmişdir. Təmsil etdiyi firma "xxxx" MMC ilə konsorsium şəklində işğaldan azad edilmiş ərazilərdə bina tikintisi işlərini həyata keçirmişdir. Cəbrayıl şəhəri ərazisində 33 (otuz üç) binanın tikilməsi tapşırığından 5 (beş) binanın tikilməsi həmin firmaya həvalə edilmişdir. O, “Kirs” firmasında çalışdığı müddətdə pnevmatik təkərli, “TADANO TR-250M” modelli, **- AC-*** dövlət qeydiyyat nişanlı kranı 4-cü dərəcəli kran sürücüsü vəsiqəsi əsasında idarə etmişdir. Baş vermiş hadisə barədə bildirir ki, 27 avqust 2023-cü il tarixdə, saat 08:00 radələrində işçilərə, eyni zamanda ona Şahid2 tərəfindən “gündəlik” təhlükəsizlik təlimatları keçirildikdən sonra, “iş icraçısı” Təqsirləndirilən şəxs1 tərəfindən görüləcəyi işlər barədə ona məlumat verilmişdir. Belə ki, binanın “-1”-ci mərtəbəsində dəmir və qəlib işləri görülmüşdür. O, 27 avqust 2023-cü il tarixdə, təxminən saat 16:50 radələrində binanın “- 1”-ci mərtəbəsindən 435 sm hündürlükdə torpaq səthin üzərində qeyd olunan kran vasitəsinin ayaqlarını açaraq, yerini sabitləmişdir. Kranın yan tərəfində dəqiq sayı yadında qalmayan kvadrat formasında bir-birinə çarpaz yığılmış uzunluğu 335 sm, diametri 60 mm, təxminən çəkisi 25 kq olan binanın monolitini saxlamaq üçün istifadə olunan dəmir dirəklər olmuşdur. O, həmin dəmir dirəkləri “-1”-ci mərtəbəyə paylanması üçün endirmə hərəkətini kran qurğusunun sürücü oturacağında əyləşərək icra etmək istəmişdir. Yük isə orada olan adı yadında qalmayan işçilər və “Çingiz” adlı briqadir tərəfindən kəmər vasitəsilə kranın daşıması üçün hazır vəziyyətə gətirilmişdir. O, həmin gün saat 17:15 radələrində təxmini çəkisi 2.5-3 ton olan dəmir dirəkləri götürmüşdür. Yükü götürdüyü vaxtda “TADANO” markalı kran vasitəsinin ayaqları (4 ədəd) tam açılmış vəziyyətdə, yerə sabit olmuşdur. Kranın qolu yükü “-1”-ci mərtəbə istiqamətində endirmək üçün təxminən 12-15 metr məsafədə açılmışdır. Dəmir dirəklər endirilməsi üçün hazır vəziyyətə gətirilən zaman avtokranın qabaq 2 (iki) ayağı önə doğru gedib, torpaq səthi üzərində sürüşərək batmış, nəticədə kranın arxa 2 (iki) ayağ havaya qalxmışdır. Bu zaman o, özünü itirməyərək, kranın qabağa doğru aşmasının qarşısını almaq üçün dəmir dirəklərin yer səthinə tez çatması məqsədi ilə zənciri boşaltmışdır. Zənciri tez açmağının nəticəsində dəmir dirəklər yer səthinə dirənərək dayanmışdır. Qeyd olunan hadisə baş verərkən “-1”-ci mərtəbədə olan şəxslər qaçmışlar. Zərərçəkmiş şəxs qaçsa da, lakin yıxıldığı üçün həmin dəmir dirəklər onun sağ ayağının üzərinə düşmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs qışqırdığını görüb, həmin yükü qaldırmaq qərarına gəlmişdir. Bunun üçün ilk öncə kranın tros adlandırılan zəncir hissəsini açmışdır. Kran əvvəlki vəziyyətinə qayıdaraq, arxa 2 (iki) ayaq yer səthinə dəymişdir. Daha sonra kranın qolunu geri yığmağa başlamışdır. Bu vaxt orada olan yüklər yer səthinə dəyərkən dağılmış vəziyyətdə olduğu, eləcə də geri yığılan vaxt yük əvvəlki vəziyyətini aldığı üçün orada olan şəxslər həmin yükü onun iki dəfə Zərərçəkmiş şəxs ayağına saldığını düşünmüşlər. Dəmir dirəkləri bir qədər qaldırdıqdan sonra orada olan şəxslər Zərərçəkmiş şəxs sağ ayağını yükün altından çıxara bilmişlər. Daha sonra orada olan şəxslər Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Eyni zamanda bildirir ki, kranın yükü artıq götürməsi üçün bloklanma sisteminin olub-olmaması onun yadında qalmamış, lakin hadisənin baş verdiyi vaxta belə bir sistem olsa da, aktiv olmamışdır. Ola bilsin ki, həmin vaxt o, normadan artıq yük götürmüşdir. “Kirs” firmasında fəaliyyət göstərdiyi müddətdə işçilərə ilkin və gündəlik təlimatlar Şahid2 tərəfindən keçirilmiş, müvafiq imzalarla öz təsdiqini tapmış və eləcə də hadisənin baş verdiyi gündə müvafiq qeydiyyat aparılmışdır. Hesab edir ki, hadisənin baş verməsinin texniki səbəbi kranın torpaq sürüşməsi nəticəsində arxa ayaqlarının havaya qalxaraq, önə doğru əyilməsi olmuşdur. Hadisənin baş verdiyi ərazidə “kran operatoru” özü, “iş icraçısı” Təqsirləndirilən şəxs1, “briqadir” Şahid1 və “layihə rəhbəri” Şahid11 olmuşdur. O, halhazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Baş vermiş hadisədən sonra "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs şirkətin maddi imkanları daxilində maddi və mənəvi köməklik, ümumiyyətlə, diqqət və qayğı göstərmişdir. Halhazırda Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Onu qeyd edir ki, bir insan kimi vicdan əzabı çəkir və belə bir hadisənin baş verməsini heç vaxt arzu etməz idi. Hesab edir ki, bu müddət ərzində öz səhvini dərk etmiş və nəticə çıxarmışdır. Özü cavandır və himayəsində 1 (bir) azyaşlı uşağı vardır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Cəlilabad rayonu, Təzəkənd kəndində yaşayır və 14 avqust 2023-cü il tarixdən etibarən "xxxx" MMC-də “dəmirçi” vəzifəsində işləyir. Əmək müqaviləsi üzrə “dəmirçi” vəzifəsində işə götürülməsinə baxmayaraq, qəlib işini bacardığı üçün şirkətin tərkibində qəlib işini görmüşdür. Baş vermiş hadisə barədə bildirir ki, 27 avqust 2023-cü il tarixdə, saat 08:00 radələrində işçilərə, eyni zamanda ona Şahid2 tərəfindən “gündəlik” təhlükəsizlik təlimatları keçirildikdən sonra, “briqadir” Şahid1 tərəfindən hansı işləri görülməli olduqları barədə məlumat verilmişdir. O, həmin gün 10-12 nəfər şəxsdən ibarət “qəlibçi” qrupun tərkibində çalışmışdır. Qrup üzvləri bir-birindən ayrı işləyərək, hündürlüyü təxminən 435 sm olan binanın “-1”-ci mərtəbəsinin tikintisi tapşırığını yerinə yetirmişlər. Layihəyə əsasən qəlibçi taxta işlərini, dəmirçi dəmir işləri gördükdən sonra betonqarışdıran avtomobil tərəfindən beton tökülməklə tikinti başa çatdırılır. O, həmin gün, saat 16:50 radələrində binanın “-1”-ci mərtəbəsində qəlib işini görən zaman adını bilmədiyi kran operatoru idarə etdiyi “TADANO” markalı kran vasitəsilə onun işlədiyi yerin yanında olan torpaq sahəyə yaxınlaşmışdır. Kranın içərisində sürücü əyləşmiş, həyətdə torpaq sahəsinin üzərində isə briqadir Şahid1 və bir nəfər tanımadığı şəxs olmuşdur. Həmin gün, saat 17:15 radələrində həmin “kran operatoru”, yəni Təqsirləndirilən şəxs2 kənarda kvadrat formasında bir-birinə çarpaz yığılmış təxminən 170 (yüz yetmiş) ədəd olan uzunluğu 335 sm, diametri 60 mm, təxmini çəkisi 25 kq olan binanın monolitini saxlamaq üçün istifadə olunan dəmir dirəkləri “-1”-ci mərtəbəyə paylanılması üçün endirmə hərəkətini icra etmək istəmişdir. Həmin vaxt kran yükü artıq götürüb, aşağı endirdiyi və sabitliyini saxlaya bilmədiyi üçün kranın arxa hissəsi havaya qalxmışdır. Bu zaman krana quraşdırılmış təxmini sayı 170 (yüz yetmiş) ədəd olan dəmir dirək iş gördüyü taxta qəlibi qıraraq, onun sağ ayağının üzərinə düşmüşdür. Dərhal o, Cəbrayıl şəhərində fəaliyyət göstərən “Cəbrayıl Ailə Sağlamlıq Mərkəzi”nə, sonra Beyləqan Rayon Mərkəzi Xəstəxanasına və daha sonra Bakı şəhərində yerləşən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na aparılmışdır. Baş vermiş hadisə nəticəsində o, həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya səbəb olan sağ baldır sümüklərinin aşağı 1/3 hissəsinin çoxqəlpəli, yerdəyişmiş açıq sınığı, sağ baldırın orta və aşağı 1/3 hissəsinin arxa səthində yaralar, sağ baldırın yuxarı və orta 1/3 hissəsinin ön səthində sıyrıqları xəsarəti almışdır. Eyni zamanda bildirir ki, "xxxx" MMC-də işlədiyi müddət ərzində işçilərə və ona texniki təhlükəsizlik qaydaları barədə “ilkin” və “gündəlik” təlimatlar Şahid2 tərəfindən keçirilmiş, müvafiq imzalarla öz təsdiqini tapmış, eləcə də hadisənin baş verdiyi gündə müvafiq qeydiyyat aparılmışdır. Hesab edir ki, hadisənin baş verməsinin əsas səbəbi kranın yükünü artıq miqdarda götürməsi olmuşdur. Belə ki, həmin yük artıq miqdarda götürüldüyü üçün kranın arxa hissəsi havaya qalxmışdır. Hadisənin baş verdiyi ərazdə “iş icraçısı” Təqsirləndirilən şəxs1, “briqadir” Şahid1, “layihə rəhbəri” Şahid11 və “kran operatoru” Təqsirləndirilən şəxs2 olmuşdur. Onu da qeyd edir ki, baş vermiş hadisədən sonra müalicə olunduğu müddət ərzində onun müalicə xərcləri "xxxx" MMC tərəfindən qarşılanmış və hal-hazırda da "xxxx" MMC tərəfindən ona maddi cəhətdən köməklik göstərilir. Belə ki, ona dəymiş 10400 (on min dörd yüz) AZN məbləğində maddi zərərdən "xxxx" MMC tərəfindən bu günədək 7900 (yeddi min doqquz yüz) AZN məbləğində pul ödənilmişdir. Eləcə də 2500 (iki min beş yüz) AZN məbləğində pulun qısa müddət ərzində, yəni 05 avqust 2024-cü il tarixədək ödənilməsi barədə "xxxx" MMC ilə qarşılıqlı razılıq əldə edilmişdir. Hal-hazırda onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eləcə də "xxxx" MMC-yə qarşı heç bir tələbi və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 6 ünvanda yaşayır, 20 avqust 2023-cü il tarixdən etibarən 30 oktyabr 2023-cü il tarixədək "xxxx" MMC-də əmək müqaviləsi üzrə “qəlibçi” vəzifəsində işə götürülsə də, “briqadir” vəzifəsində işləmişdir. Onun “briqadir” vəzifəsində işləməsi nə əmək müqaviləsində, nə də daxili əmrdə qeyd olunmuşdur. Təmsil etdiyi "xxxx" MMC “Kirs” firması ilə konsorsium şəklində işğaldan azad edilmiş ərazilərdə bina tikintisi işlərini həyata keçirmişdir. Cəbrayıl şəhəri ərazisində 33 (otuz üç) binanın tikilməsi tapşırığından 5 (beş) binanın tikilməsi həmin "xxxx" MMC-yə həvalə edilmişdir. Belə ki, "xxxx" MMC və “Kirs” firması konsorsium şəklində Cəbrayıl şəhəri ərazisində bina tikintisini həyata keçirmək üçün birgə iştirak etdikləri tenderdə qalib gələrək, 13 aprel 2023-cü il tarixdə "xxxx" MMC ilə tikinti işlərinə dair satınalma (podrat) müqaviləsi imzalamışlar. Həmin müqavilədə "xxxx" MMC və “Kirs” firması konsorsium şəklində iştirak etdikləri üçün tərəflər və işçilər eyni dərəcəli məsuliyyət daşımaqla bərabər, hər iki şirkətin işçiləri birlikdə 7.87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikinti işlərini həyata keçirmişlər. Baş vermiş hadisə barədə bildirir ki, 27 avqust 2023-cü il tarixdə, saat 08:00 radələrində işçilərə, eyni zamanda ona X19 tərəfindən “gündəlik” təhlükəsizlik təlimatları keçirildikdən sonra, iş bölgüsü onun tərəfindən həyata keçirilmişdir. Zərərçəkmiş şəxs həmin gün sayı 10-12 nəfər şəxsdən ibarət qəlibçi qrupun tərkibində olmuşdur. Qrup üzvləri bir-birindən ayrı işləyərək, hündürlüyü təxminən 435 sm olan binanın “-1”-ci mərtəbəsinin tikintisi tapşırığını yerinə yetirmişlər. Layihəyə əsasən qəlibçi taxta işlərini, dəmirçi dəmir işləri gördükdən sonra betonqarışdıran avtomobil tərəfindən beton tökülməklə tikinti başa çatdırılır. Həmin gün, təxminən saat 16:50 radələrində “Vəli” adlı “kran operatoru” idarə etdiyi “TADANO” markalı kran vasitəsilə Zərərçəkmiş şəxs işlədiyi yerin yanında olan torpaq sahəyə yaxınlaşmışdır. Kranın içərisində sürücü əyləşmiş, həyətdə torpaq sahəsinin üzərində o və bir nəfər tanımadığı şəxs olmuşdur. Həmin kran operatoru, yəni Təqsirləndirilən şəxs2 kənarda kvadrat formasında bir-birinə çarpaz yığılmış təxminən 300 ədəd olan uzunluğu 335 sm, diametri 60 mm, təxminən çəkisi 25 kq olan binanın monolitini saxlamaq üçün istifadə olunan dəmir dirəkləri “-1”-ci mərtəbəyə paylanılması üçün endirmə hərəkətini icra etmək istəyə zaman o, həmin dəmir dirəklərin çox olması barədə Vəliyə etirazını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 dəmir dirəklərin sayını azaldaraq təxminən kub formasında 170-ə (yüz yetmiş) yaxın dəmir dirək saxlamışdır. Bundan sonra, o, həmin kub formasında olan dəmir dirəkləri kranın qoşqu hissəsinə hər iki tərəfdən bağlanma qaydasını göstərərək hansı istiqamətə endirilməsi barədə “kran operatoru” Təqsirləndirilən şəxs2 bildirmiş və vəzifələrinin icrası ilə əlaqədar oradan uzaqlaşmışdır. Sonradan səs-küy eşidib, həmin əraziyə gəlmiş və həmin kranın arxa tərəfinin havada qaldığını, qoşqu vasitəsinə qoşulmuş yükün ağır olduğu üçün “daban” adlanan qurğuya dəyərək yerdə olan beton səthə dirəndiyini və dəmir dirəklərin altından Zərərçəkmiş şəxs çıxarıldığını görmüşdür. Dərhal Həsənov X10 şəhərində fəaliyyət göstərən “Cəbrayıl AiləSağlamlıq Mərkəzi”nə, sonra Beyləqan Rayon Mərkəzi Xəstəxanasına və daha sonra Bakı şəhərində yerləşən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na aparılmışdır. Daha sonra Zərərçəkmiş şəxs sağ ayaq baldırının 1/3 hissəsinin açıq sınığı xəsarəti aldığını öyrənmişdir. Zərərçəkmiş şəxs xəsarət alması 27 avqust 2023-cü il tarixdə, təxminən saat 17:15 radələrində baş vermişdir. Eyni zamanda bildirir ki, o, yükün azaldılması barədə “kran operatoru” Təqsirləndirilən şəxs2 göstəriş vermiş, “kran operatoru” yükü azaltsa da, lakin tam dəqiqlikdə azaltmamışdır. "xxxx" MMCdə fəaliyyət göstərdiyi müddətdə işçilərə “ilkin” və “gündəlik” təlimatlar Şahid2 tərəfindən aparılmış və müvafiq imzalarla öz təsdiqini tapmışdır. Hesab edir ki, hadisənin baş verməsinin texniki səbəbi kranın texniki nasazlığı və yükü artıq miqdarda götürməsi olmuşdur, belə ki, həmin yük artıq miqdarda götürüldüyü üçün kranın arxa hissəsi havaya qalxmışdır. Hadisənin baş verdiyi ərazidə “iş icraçısı” Təqsirləndirilən şəxs1, “kran operatoru” Təqsirləndirilən şəxs2, “layihə rəhbəri” Şahid11 və “SƏTƏM” üzrə mütəxəssis Şahid2 olmuşdur, lakin “usta” olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, “ADU”-nun 6 saylı yataqxanasında yaşayır. O, Perlit” MMC-də 01 may 2023-cü il tarixdən etibarən əmək müqaviləsi üzrə “dəmirçi-qəlibçi” vəzifəsində işləyir. Faktiki vəzifəsi işçilərin “ilkin” və “gündəlik” təlimatlandırılmasından ibarət olmuşdur. Təmsil etdiyi "xxxx" MMC “Kirs” firması ilə konsorsium şəklində işğaldan azad edilmiş ərazilərdə bina tikintisi işlərini həyata keçirmişdir. Təmsil etdiyi "xxxx" MMC “Kirs” firması ilə konsorsium şəklində işğaldan azad edilmiş ərazilərdə bina tikintisi işlərini həyata keçirmişdir. Cəbrayıl şəhəri ərazisində 33 (otuz üç) binanın tikilməsi tapşırığından 5 (beş) binanın tikilməsi həmin "xxxx" MMC-yə həvalə edilmişdir. Belə ki, "xxxx" MMC və “Kirs” firması konsorsium şəklində Cəbrayıl şəhəri ərazisində bina tikintisini həyata keçirmək üçün birgə iştirak etdikləri tenderdə qalib gələrək, 13 aprel 2023-cü il tarixdə "xxxx" MMC ilə tikinti işlərinə dair satınalma (podrat) müqaviləsi imzalamışlar. Həmin müqavilədə "xxxx" MMC və “Kirs” firması konsorsium şəklində iştirak etdikləri üçün tərəflər və işçilər eyni dərəcəli məsuliyyət daşımaqla bərabər, hər iki şirkətin işçiləri birlikdə 7.87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikinti işlərini həyata keçirmişlər. Baş vermiş hadisə barədə bildirir ki, 27 avqust 2023-cü il tarixdə, saat 08:00 radələrində işçilərə onun tərəfindən gündəlik təhlükəsizlik təlimatları keçirildikdən sonra, “briqadir” Şahid1 tərəfindən işçilərin hansı işləri görülməsi qrup üzvlərinə həvalə edilmişdir. Şahid1 “qəlibçi” vəzifəsində işə götürülsə də, işləri yaxşı bacardığı üçün işçilər öz aralarında onu “briqadir” təyin etmişlər. Belə ki, Şahid1 “briqadir” vəzifəsində işləməsi nə əmək müqaviləsində, nəd daxili əmrdə qeyd olunmuşdır. Lakin onun tərəfindən Şahid1 “briqadir” kimi təlimatlar keçirilmiş və müvafiq imzalarla öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs həmin gün hündürlüyü təxminən 435 sm olan binanın “-1” mərtəbəsində tikinti tapşırığını yerinə yetirmək vəzifəsi həvalə edilmiş sayı 10-12 nəfərdən ibarət, bir-birlərindən ayrı işləyən qəlibçi qrupun tərkibində olmuşdur. Normativlərə əsasən qəlibçi taxta işlərini, dəmirçi dəmir işləri gördükdən sonra betonqarışdıran avtomobil tərəfindən beton töküldükdən sonra tikinti başa çatdırılmışdır. Həmin gün o, Füzuli rayonu ərazisinə “alış-veriş” etmək üçün getmişdir. Geri qayıdan zaman mobil telefonuna zəng edilərək, ona Zərərçəkmiş şəxs sağ ayağının qırıldığını və onun dərhal xəstəxanaya çatdırılmalı olduğunu bildirmişlər. O, hadisə yerinə çatdıqda Zərərçəkmiş şəxs yerdə uzadıldığını və sağ ayağının qırıldığını görmüşdür. Dərhal Həsənov X10 şəhərində fəaliyyət göstərən “Cəbrayıl Ailə Sağlamlıq Mərkəzi”nə, sonra Beyləqan Rayon Mərkəzi Xəstəxanasına və daha sonra Bakı şəhərində yerləşən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na aparılmışdır. Daha sonra Zərərçəkmiş şəxs sağ ayaq baldırının 1/3 hissəsinin açıq sınığı xəsarəti aldığını öyrənmişdir. Zərərçəkmiş şəxs xəsarət alması 27 avqust 2023-cü il tarixdə, təxminən saat 17:15 radələrində baş vermişdir. Eyni zamanda bildirir ki, o, "xxxx" MMC-də fəaliyyət göstərdiyi müddətdə işçilər, o cümlədən Zərərçəkmiş şəxs texniki təhlükəsizlik qaydaları ilə “ilkin” və “gündəlik” təlimatlar onun tərəfindən keçirilərək, müvafiq imzalarla öz təsdiqini tapmış, eləcə də hadisənin baş verdiyi gündə də tərəfindən müvafiq qeydiyyat aparılmışdır. İşçilər, o cümlədən Zərərçəkmiş şəxs iş görən zaman hadisənin baş verdiyi tarixdə fərdi mühafizə vasitələri ilə təmin edilmişlər. Hadisənin baş verdiyi ərazidə “iş icraçısı” Təqsirləndirilən şəxs1, “kran operatoru” Təqsirləndirilən şəxs2 və “layihə rəhbəri” Şahid11 olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Cəlilabad rayonu, Təzəkənd kəndində yaşayır və 18-29 avqust 2023-cü il tarixlərində "xxxx" MMC-də “dəmirçi” vəzifəsində işləmişdir. O, əmək müqaviləsi üzrə “dəmirçi” vəzifəsində işə götürülsə də, lakin qəlib işini görməyi bacardığı üçün qəlib işlərini də görmüşdür. Baş vermiş hadisə barədə bildiririr ki, 27 avqust 2023-cü il tarixdə, saat 08 radələrində işçilərə, eyni zamanda ona X13 tərəfindən gündəlik təhlükəsizlik təlimatları keçirildikdən sonra, “briqadir” X20 tərəfindən iş bölgüsü həyata keçirilmişdir. Normalara əsasən qəlibçi taxta işlərini, dəmirçi dəmir işləri gördükdən sonra betonqarışdıran avtomobil tərəfindən beton töküldükdən sonra tikinti başa çatdırılmışdır. O və Zərərçəkmiş şəxs həmin gün qəlibçi qrupun tərkibində olmuşlar. Həmin qrup 10-12 nəfər şəxdən ibarət olmuş və bir-birlərində ayrı işləyərək, binanın “-1”-ci mərtəbəsinin tikintisi tapşırığını yerinə yetirmişlər. Binanın “-1”-ci mərtəbəsinin hündürlüyü təxminən 435 sm-olmuşdur. Zərərçəkmiş şəxs “daban” adlanan qurğunun üzərində qəlib işlərini gördüyü üçün işin icrasını təmin etmək məqsədi ilə o, yerdə olan taxtaları ona vermişdir. Həmin gün, yəxminən saat 16:50 radələrində adını bilmədiyi “kran operatoru”nun idarə etdiyi “TADANO” markalı kran vasitəsi onun işlədiyi yerin yanında olan torpaq sahəyə yaxınlaşmışdır. Kranın içərisində sürücü əyləşmiş, həyətdə torpaq sahəsinin üzərində “briqadir” X20 və bir nəfər tanımadığı şəxs olmuşdur. Həmin “kran operatoru”, yəni Təqsirləndirilən şəxs2 kənarda kvadrat formasında bir-birinə çarpaz yığılmış təxminən 170 (yüz yetmiş) ədəd olan uzunluğu 335 sm, diametri 60 mm, təxminən çəkisi 25 kq olan binanın monolitini saxlamaq üçün istifadə olunan dəmir dirəkləri “-1”-ci mərtəbəyə paylanılması üçün endirmə hərəkətini icra etmək istəmişdir. Həmin vaxt kran yükü artıq götürüb, aşağı endirdiyi və sabitliyini saxlaya bilmədiyi üçün kranın arxa hissəsi havaya qalxmışdır. O həmin vaxt kranın yükqaldırıcı hissəsinə quraşdırılmış kvadrat formasında bir-birinə çarpaz yığılmış təxminən 170 (yüz yetmiş) ədəd olan uzunluğu 335 sm, diametri 60 mm, təxminən çəkisi 25 kq olan binanın monolitini saxlamaq üçün istifadə olunan dəmir dirəklərin surətli şəkildə Zərərçəkmiş şəxs üzərinə doğru gəldiyini görüb, “Zahid qaç dəmir dirəklər sənə dəyəcək...” demişdir. Həmin vaxt o, qaçmağa müvəffəq olsa da, geriyə baxdıqda dəmir dirəklərin “daban” adlanan qurğuya dəyərək Zərərçəkmiş şəxs sağ ayağının üzərinə düşdüyünü görmüşdür. Zərbənin təsirindən Zərərçəkmiş şəxs ayağını tutaraq qışqırmağa başlamışdır. Daha sonra orada olan şəxlərin köməkliyi ilə Zərərçəkmiş şəxs yükün altından çıxara bilmişlər. Dərhal Həsənov X10 şəhərində fəaliyyət göstərən “Cəbrayıl Ailə Sağlamlıq Mərkəzi”nə, sonra Beyləqan Rayon Mərkəzi Xəstəxanasına və daha sonra Bakı şəhərində yerləşən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na aparılmışdır. Daha sonra Zərərçəkmiş şəxs sağ ayaq baldırının 1/3 hissəsinin açıq sınığı xəsarəti aldığını öyrənmişdir. Zərərçəkmiş şəxs xəsarət alması 27 avqust 2023cü il tarixdə, təxminən saat 17:15 radələrində baş vermişdir. "xxxx" MMC-də fəaliyyət göstərdiyi müddətdə işçilərə və ona texniki təhlükəsizlik qaydaları barədə “ilkin” və “gündəlik” təlimatlar Şahid2 tərəfindən keçirilmiş, müvafiq imzalarla öz təsdiqini tapmış, eləcə də hadisənin baş verdiyi gündə müvafiq qeydiyyat aparılmışdır. Hesab edir ki, hadisənin baş verməsinin texniki səbəbi kranın yükünü artıq miqdarda götürməsi olmuşdur. Hadisənin baş verdiyi ərazidə “iş icraçısı” Təqsirləndirilən şəxs1, “kran operatoru” Təqsirləndirilən şəxs2 və “layihə rəhbəri” Şahid11 olmuşdur. Kran vasitəsi ilə yük endirilən zaman yükün endirilməsi üçün “mayna” komandası X20 tərəfindən verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid7 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, “Slavyan Universiteti”nin yataqxanasında yaşayır və “Kirs” firmasının həm “təsisçisi”, həm də “direktoru” vəzifəsində işləyir. İşçilərin işə götürülməsi onun səlahiyyətində olmuşdur. Təmsil etdiyi “Kirs” firması "xxxx" MMC ilə konsorsium şəklində işğaldan azad edilmiş ərazilərdə bina tikintisi işlərini həyata keçirmişdir. Cəbrayıl şəhəri ərazisində 33 (otuz üç) binanın tikilməsi tapşırığından 5 (beş) binanın tikilməsi həmin firmaya həvalə edilmişdir. “Kirs” firması və "xxxx" MMC Cəbrayıl şəhəri ərazisində bina tikintisini həyata keçirmək üçün birgə iştirak etdikləri tenderdə qalib gələrək, 13 aprel 2023-cü il tarixdə "xxxx" MMC ilə tikinti işlərinə dair satınalma( podrat) müqaviləsi imzalamışlar. “Sifarişçi”-"xxxx" MMC olmaqla, 01 fevral 2023-cü il tarixdə "xxxx" MMC ilə “Kirs” firması arasında “layihə çərçivəsində işlərin görülməsi üçün” Konsorsium Müqaviləsi bağlanmışdır. Daha sonra "xxxx" MMC və “Kirs” firması arasında X7 № 1 imzalanmışdır. Konsorsium Müqaviləsinin 1.1 bəndinin 2-ci abzasında “Sifarişçi”-"xxxx" MMC-nin olduğu, 1.1-ci bəndinin 4-cü abzasında ”Layihə”-Lot 2: Cəbrayıl şəhərində 7.87 ha torpaq sahəsində 6, 7, 8, 9 və 10 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi”, 2.4cü bəndinin 3-cü yarımbəndində və 4-cü bəndinin 1-ci yarımbəndində "xxxx" MMC “layihə çərçivəsində “Aparıcı Tərəfdaş” qismində çıxış etməsi, 2.5-ci bəndində “Tərəflər razılığa gəlmişlər ki, layihə çərçivəsində görüləcək işlər, həcmi, funksiyalar və öhdəliklər “Aparıcı Tərəfdaş”ın razılığı əsasında müəyyən ediləcək” kimi sözlər daxil edilmişdir. X7 № 1-in c) bəndində “Layihə çərçivəsində görüləcək işlər, həcmi, funksiyalar və öhdəliklər “Aparıcı Tərəfdaş”ın razılığı əsasında müəyyən ediləcək” kimi sözlər daxil edilmişdir. “Sifarişçi”- "xxxx" MMC ilə “Podratçı” "xxxx" MMC arasında bağlanmış MİDA/2023/008 saylı, 13 aprel 2023-cü il tarixli “Tikinti işlərinə dair Satınalma (Podrat) Müqaviləsi”nin 2.2.4 bəndində “Sifarişçi”-"xxxx" MMC “bütün işin layihə-smeta və işçi sənədlərini “Podratçı”ya verir” kimi göstərimişdir. Həmin Müqavilənin 2.2.11-ci bəndində “Sifarişçi”-"xxxx" MMC “müəllif nəzarətini (eyni zamanda layihəçi olduğu halda) və texniki nəzarətin həyata keçirilməsini təmin edir” sözləri qeyd olunmuşdur. “Sifarişçi”-"xxxx" MMC ilə “Podratçı” "xxxx" MMC arasında bağlanmış MİDA/2023/008 saylı, 13 aprel 2023-cü il tarixli “Tikinti işlərinə dair Satınalma (Podrat) Müqaviləsi”nin 2.1.8-ci bəndində “Podratçı” "xxxx" MMC “işin icrasında təhlükəsizlik tədbirlərini təmin etmək” öhdəliyini, 2.1.15-ci bəndində “əməyin mühafizəsini təmin etmək və təhlükəsiz iş şəraiti yaratmaq” öhdəliyini, 2.1.24-cü bəndində “işçiləri Sifarişçiyə məxsus ərazidə fərdi mühafizə vasitələri ilə təmin etmək” öhdəliyini götürmüşdür. Həmin müqavilənin “Müqavilə bağlayan tərəflər” hissəsində müqavilə “Sifarişçi”-"xxxx" MMC ilə “Podratçı” "xxxx" MMC arasında bağlanması qeyd olunmuş və həmin tərəflər bu müqaviləni imzalamışlar. “Kirs” firması yalnız Konsorsium müqaviləsində tərəf olaraq qeyd edilmişdir. Baş vermiş hadisə barədə bildirir ki, 27 avqust 2023-cü il tarixdə "xxxx" MMC-nin işçisi Zərərçəkmiş şəxs həmin tarixdə iş görən zaman “-1”-ci mərtəbəsində işləyən pnevmatik təkərli, “TADANO TR-250M” modelli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtokranın onun sağ ayağının üzərinə çəkisi və sayını bildirmədiyi dəmir parçasını endirməsi nəticəsində xəsarət aldığı xəbərini eşitmişdir. Həmin kran “Kirs” firmasının “kran operatoru” Təqsirləndirilən şəxs2 tərəfindən idarə olunmuşdur. Dərhal Həsənov X10 şəhərində fəaliyyət göstərən “Cəbrayıl Ailə Sağlamlıq Mərkəzi”nə, sonra Beyləqan Rayon Mərkəzi Xəstəxanasına və daha sonra Bakı şəhərində yerləşən “Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na aparılmışdır. Daha sonra Zərərçəkmiş şəxs sağ ayaq baldırının 1/3 hissəsinin açıq sınığı xəsarəti aldığını eşitmişdir. Eyni zamanda bildirir ki, hadisənin baş verdiyi ərazidə işçilərə texniki təhlükəsizlik qaydaları ilə "xxxx" MMC-nin işçisi Şahid2 tərəfindən “ilkin” və “gündəlik” təlimatlar aparılmış, müvafiq imzalarla öz təsdiqini tapmışdır. Eləcə də sözügedən ərazidə tikinti-quraşdırma işlərinə cəlb olunmuş “Kirs” firmasının işçiləri zəruri avadanlıq və fərdi mühafizə vasitələri ilə təmin olunmuş və əmək təhlükəsizliyinin təmin olunması barədə təlimatlandırılmışlar. Hadisənin baş verdiyi ərazidə “iş icraçısı” Təqsirləndirilən şəxs1, “kran operatoru” Təqsirləndirilən şəxs2, “layihə rəhbəri” Şahid11, “SƏTƏM” üzrə mütəxəssis Şahid2 olmuşdur. Lakin “briqadir” olmadığı üçün işçilər öz aralarında Şahid1 “briqadir” kimi təyin etmişlər. Bundan başqa, “iş icraçısı” Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin işçilərinə nəzarət etmək səlahiyyəti və "xxxx" MMC-nin nəzarət funksiyasını yerinə yetirən işçiləri ilə eyni dərəcəli öhdəliklər daşıması vəzifəsi olmuşdur. Eləcə də həmin pnevmatik təkərli, “TADANO TR- 250M” modelli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtokran “Kirs” firmasına məxsus olsa da, lakin normativ qaydalara əsasən yükün qaldırma və qolun çıxışının dəyişmə mexanizmini avtomatik açan yükqaldırma qabliyyətinin məhdudlaşdırıcısı olmaması vəziyyətinə “kran operatoru” Təqsirləndirilən şəxs2 tərəfindən riayət edilməlidir. Həmin kran texniki müayinədən keçirildiyi üçün istifadəyə yararlı olması öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Yasamal rayonu, H.ünvan 7 ünvanda yaşayır, "xxxx" MMC-nin həm “təsisçisi”, həm də “direktoru” vəzifəsində işləyir. İşçilərin işə götürülməsi onun səlahiyyətində olmuşdur. Təmsil etdiyi "xxxx" MMC “Kirs” firması ilə konsorsium şəklində işğaldan azad edilmiş ərazilərdə bina tikintisi işlərini həyata keçirmişdir. Cəbrayıl şəhəri ərazisində 33 (otuz üç) binanın tikilməsi tapşırığından 5 (beş) binanın tikilməsi həmin "xxxx" MMC-yə həvalə edilmişdir. Belə ki, "xxxx" MMC və “Kirs” firması konsorsium şəklində Cəbrayıl şəhəri ərazisində bina tikintisini həyata keçirmək üçün birgə iştirak etdikləri tenderdə qalib gələrək, 13 aprel 2023-cü il tarixdə "xxxx" MMC ilə tikinti işlərinə dair satınalma( podrat) müqaviləsi imzalamışlar. Həmin müqavilədə "xxxx" MMC və “Kirs” firması konsorsium şəklində iştirak etdikləri üçün tərəflər və işçilər eyni dərəcəli məsuliyyət daşımaqla bərabər, hər iki şirkətin işçiləri birlikdə 7.87 ha torpaq sahəsində 6, 7, 8, 9 və 10 saylı binalarda çoxmənzilli yaşayış binalarının tikinti işlərini həyata keçirmişlər. “Kirs” firması ilə "xxxx" MMC arasında müqavilə bağlanmamış, iş bölgüsü aparılmamışdır. Zərərçəkmiş şəxs əmək müqaviləsi üzrə "xxxx" MMC-də “dəmirçi” vəzifəsində işə götürülsə də, lakin qəlib işini görməyi bacardığı üçün qəlib işlərini də görmüşdür. İşçilərə “ilkin” və “gündəlik” təhlükəsizlik təlimatları Şahid2, iş bölgüsü isə briqadir Çingiz adlı şəxs tərəfindən həyata keçirilmişdir. Şahid1 "xxxx" MMC-də “qəlibçi” vəzifəsində işə götürülməsinə baxmayaraq, iş qabiliyyəti yaxşı olduğu üçün işçilər öz aralarında onu “briqadir” kimi təyin etmişlər. Şahid1 briqadir olması üçün onun tərəfindən heç bir daxili əmr verilməmişdir. Baş vermiş hadisə barədə bildirir ki, 27 avqust 2023-cü il tarixdə, axşam vaxtı Şahid2 ona zəng edərək, Zərərçəkmiş şəxs iş görən zaman 9 saylı binanın “- 1”-ci mərtəbəsində dəmir dirəyin sağ ayağının üzərinə düşməsi nəticəsində xəsarət aldığını demişdir. O, dərhal Şahid2 Zahidə ilkin tibbi yardımın göstərilməsi üçün zəruri şəraitin yaradılması barədə göstəriş vermişdir. Belə ki, dərhal Həsənov X10 şəhərində fəaliyyət göstərən “Cəbrayıl Ailə Sağlamlıq Mərkəzi”nə, sonra Beyləqan Rayon Mərkəzi Xəstəxanasına və daha sonra Bakı şəhərində yerləşən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na aparılmışdır. Daha sonra Zərərçəkmiş şəxs sağ ayaq baldırının 1/3 hissəsinin açıq sınığı xəsarəti aldığını eşitmişdir. Daha sonra həmin ərazidə işləyən “kran operatoru” Təqsirləndirilən şəxs2 çəkisi və sayını bildirmədiyi dəmir dirəklərin Zərərçəkmiş şəxs sağ ayağının üzərinə endirməsi nəticəsində onun xəsarət aldığını bilmişdir. Hadisənin baş verdiyi ərazidə “iş icraçısı” Təqsirləndirilən şəxs1, “kran operatoru” Təqsirləndirilən şəxs2, “layihə rəhbəri” Şahid11, “SƏTƏM” üzrə mütəxəssis Şahid2 olmuşdur. Lakin “briqadir” olmadığı üçün işçilər öz aralarında Şahid1 “briqadir” kimi təyin etmişlər. Cinayət işində elektron sorğu məlumatından görünür ki, "xxxx" MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadır və kommersiya hüquqi şəxsdir. (Hüquqi ünvanı: AZ2006, Gəncə şəhəri, ADAU-nun yataqxanası, ev 6 və VÖEN: **********) Cinayət işində olan 089732 saylı, 06 iyun 2016-cı il tarixli lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə “tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini” həyata keçirməyə görə 06 iyun 2016-cı il tarixdə İN/L-1371/2016 qeydiyyat nömrəli lisenziya verilmişdir. Cinayət işində olan İN/L-1371/2016/1 qeydiyyat nömrəli, 06 iyun 2016-cı il tarixli lisenziyanın əlavəsinin surətindən görünür ki, 06 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə torpaq işləri, daş-hörgü işləri, monolit beton və dəmir-beton konstruksiyaların qurulması, yığma beton və dəmirbeton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların yerində hazırlanması və quraşdırılması, ağac konstruksiyaların yerində hazırlanması və quraşdırılması, dam örtük işləri, metal lövhə detallardan dam örtükləri, bəzək tamamlama işləri, fasad və dekorativ bəzək işləri, daxili mühəndis sistem və avadanlıqların quraşdırılması işləri, texnoloji boru, su və kanalizasiya xətlərinin, avadanlıqların, uçot və nəzarət cihazlarının quraşdırılması, elektrik təhcizatı sisteminin quraşdırılması, aşırımı 24 metrədək sənaye, mülki və ictimai obyektlərin tikintisi fəaliyyət növlərinin həyata keçirilməsinə icazə verilmişdir. Cinayət işində olan İN/L-1371/2016/2 qeydiyyat nömrəli, 12 may 2016-cı il tarixli lisenziyanın əlavəsinin surətindən görünür ki, 12 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə xüsusi torpaq işləri, suyun səviyyəsinin aşağı salınması, torpağın möhkəmləndirilməsi (qruntun seni dondurulması, silikatlama, qatranlama, sementləmə), dam örtük işləri, rulon materiallardan dam örtükləri, polimer və bitum-emusiya tərkibli dam örtükləri, ədədi materiallardan dam örtükləri, yüngül qoruyucu konstruksiyaların quraşdırılması, metal konstruksiyalar, ekstruzion panel və lövhələrdən qoruyucu konstruksiyalar, bəzək tamamlama işləri, üzlük işləri, bayırmühəndis-kommunikasiya və şəbəkələrin qurulması işləri (su, kanalizasiya və istilik xətləri), daxili mühəndis sistem və avadanlıqların quraşdırılması işləri, mərkəzləşdirilmiş istilik və ventilyasiya, kondisioner, pnevmotransport və aspirasiya sistemlərinin quraşdırılması, açıq və qapalı akvatoriyalarda dəniz və çay hidrotexniki qurğularının tikintisində hidrotexniki işlər, dambaların (torpaq bəndlərin) tikintisi, nəqliyyat tikintisi, İİİ, İV və V dərəcəli avtomobil yolları, körpülər, estakadalar və yol ötürücüləri, aşırımı 12 metr və daha çox dəmir-beton konstruksiyalar, aşırımı 18 metr və daha çox metal konstruksiyalar, sənaye, mülki və ictimai obyektlərin tikintisi, tutumu 5 min nəfərədək tribunalı açıq idman qurğuları, xüsusi qurğuların tikintisi və quraşdırılması, 35 kv-a qədər elektrik ötürücü xətləri, texnoloji avadanlıqların quraşdırılması, irriqasiya və meliorasiya sistemlərinin quraşdırılması, baş podratçı funksiyasının yerinə yetirilməsi (fəaliyyət sahələri üzrə) fəaliyyət növlərinin həyata keçirilməsinə icazə verilmişdir. Cinayət işində elektron sorğu məlumatından görünür ki, “Kirs” firması vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdadır və kommersiya hüquqi şəxsdir. (Hüquqi ünvanı: AZ4500, Mingəçevir şəhəri, A.Məmmədov, ev 7 A, mənzil 30 və VÖEN: **********) Cinayət işində olan 089024 saylı, 11 mart 2016-cı il tarixli lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “Kirs” firmasında “tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini” həyata keçirməyə görə 11 mart 2016-cı il tarixdə İSN/L-671/2016 qeydiyyat nömrəli lisenziya verilmişdir. Cinayət işində olan İSN/L-671/2016 qeydiyyat nömrəli, 11 mart 2016-cı il tarixli lisenziyanın əlavəsinin surətindən görünür ki, 11 mart 2016-cı il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “Kirs” firmasına torpaq işləri, daş-hörgü işləri, monolit beton və dəmir-beton konstruksiyaların qurulması, yığma beton və dəmirbeton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların yerində hazırlanması və quraşdırılması, dam örtük işləri, ədədi materiallardan dam örtükləri,metal lövhə detallardan dam örtükləri, bəzək tamamlama işləri, üzlük işləri, bayır-mühəndis-kommunikasiya və şəbəkələrin qurulması işləri (su, kanalizasiya və istilik xətləri), daxili mühəndis sistem və avadanlıqların quraşdırılması işləri, texnoloji boru, su və kanalizasiya xətlərinin, avadanlıqların, uçot və nəzarət cihazlarının quraşdırılması, elektrik təhcizatı sisteminin quraşdırılması, texnoloji avadanlıqların quraşdırılması, irriqasiya və meliorasiya sistemlərinin quraşdırılması fəaliyyət növlərinin həyata keçirilməsinə icazə verilmişdir. Cinayət işində olan MİDA/2023/008 saylı, 13 aprel 2023-cü il tarixli “Tikinti işlərinə dair satınalma (podrat) müqaviləsi”nin surətindən görünür ki, “sifarişçi” "xxxx" MMC ilə “podratçı” "xxxx" MMC arasında Cəbrayıl şəhərində 7.87 ha. torpaq sahəsində, LOT-2 - 6, 7, 8, 9 və 10 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi işlərini yerinə yetirilməsi barədə podrat müqaviləsi bağlanmışdır. Cinayət işində olan 01 fevral 2023-cü il tarixli “Satınalma (podrat) müqaviləsinin ümumilikdə yerinə yetirilməsi, layihə çərçivəsində işlərin görülməsi üçün zəruri olan malmaterialların alınması və xidmətlərin görülməsinin həyata keçirilməsi haqqında konsorsium müqaviləsi”nin surətindən görünür ki, “podratçı” (aparıcı tərəfdaş) "xxxx" MMC ilə “Kirs” firması arasında Cəbrayıl şəhərində 7.87 ha. torpaq sahəsində, LOT-2 - 6, 7, 8, 9 və 10 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi layihəsi müddəti ərzində funksiyaların birləşdirilməsi, eləcə də layihənin idarə olunması üçün tərəflərin nümayəndələrindən ibarət işçi qrupunun yaradılması barədə konsorsium müqaviləsi bağlanmışdır. Cinayət işində olan 61 K saylı, 27 aprel 2023-cü il tarixli əmrin surətindən görünür ki, "xxxx" MMC ilə “Kirs” firması arasında bağlanmış 01 fevral 2023-cü il tarixli konsorsium müqaviləsinə və konsorsium müqaviləsinə 1 saylı əlavəsinə əsasən Cəbrayıl rayonu ərazisində inşa ediləcək yaşayış binalarının tikintisində təqdima olunan layihəyə uyğun konstruksiya-quraşdırma işlərinin aparılması üçün “Kirs” firmasından 1 (bir) ədəd avtokran, 10 (on) nəfər işçi ayrılmış, həmin işçilərinin işinin təşkili və onlara nəzarət iş icraçısı Təqsirləndirilən şəxs1 həvalə edilmişdir. Cinayət işində olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, “Kirs” firması ilə Təqsirləndirilən şəxs1 arasında 09 avqust 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, “Kirs” firmasına məşğulluq təsnifatı üzrə “iş icraçısı” vəzifəsində işə qəbul edilmiş və elektron informasiya sistemində qeydiyyata alınmışdır. Cinayət işində olan elektron sorğu məlumatından görünür ki, “Kirs” firması ilə Təqsirləndirilən şəxs2 arasında əmək müqaviləsi bağlanmış, “Kirs” firmasına məşğulluq təsnifatı üzrə “sürücü-yükləyici” vəzifəsində işə qəbul edilmiş və elektron informasiya sistemində qeydiyyata alınmışdır. Cinayət işində olan Azərbaycan Respublikası İxtisaslaşdırılmış X11 149 saylı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 2015-ci il tarixdən 4 (dörd) dərəcəli “avtomobil kran maşinisti” ixtisası verilmişdir. Cinayət işində olan AF 405663 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 05 fevral 2020-ci il tarixdən 05 fevral 2030-cu il tarixədək “BC” kateqoriyalı Azərbaycan Respublikasının sürücülük vəsiqəsi verilmişdir. Cinayət işində olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında 14 avqust 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, "xxxx" MMC-yə məşğulluq təsnifatı üzrə “dəmirçi” vəzifəsində işə qəbul edilmiş, iş yerinin adı “dəmirçi-qəlibçi”dir və elektron informasiya sistemində qeydiyyata alınmışdır. Cinayət işində olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, "xxxx" MMC ilə Şahid11 arasında 11 may 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, "xxxx" MMC-yə məşğulluq təsnifatı üzrə “iş icraçısı” vəzifəsində işə qəbul edilmiş və elektron informasiya sistemində qeydiyyata alınmışdır. Cinayət işində olan 55 saylı, 11 avqust 2023-cü il tarixli əmrin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Muradov X18 şəhərində 7.87 ha. torpaq sahəsində, LOT-2 - 6, 7, 8, 9 və 10nömrəli çoxmənzilli yaşayış binalarının tikintisində “layihə rəhbəri” (maddi məsul şəxs) vəzifəsinə təyin edilmişdir. Cinayət işində olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, "xxxx" MMC ilə Şahid2 arasında 01 may 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, "xxxx" MMC-yə məşğulluq təsnifatı üzrə “dəmirçiqəlibçi” vəzifəsində işə qəbul edilmiş və elektron informasiya sistemində qeydiyyata alınmışdır. Cinayət işində olan 50 saylı, 03 iyul 2023-cü il tarixli inzibati əmrin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Şahid2 Cəbrayıl şəhərində 7.87 ha. torpaq sahəsində, LOT-2 - 6, 7, 8, 9 və 10 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisində iş sahəsində təhlükəsizlik səviyyəsini artırmaq məqsədi ilə “iş öncəsi təlimatın aparılması işləri” həvalə edilmişdir. Cinayət işində olan “Kirs” firmasının “iş icraçısı”nın vəzifə təlimatı sənədlərinin surətindən görünür ki, “iş icraçısı”nın vəzifə öhdəlikləri sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir, obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini, sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir, tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir, işlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikintiquraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri yerinə yetirir. Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır, tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını, inşaat maşınlarına, yəni nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə, əşyalara sifarişlər tərtib edir və onların səmərəli istifadəsini təmin edir. Həmçinin işlərin istehsalat layihəsinə uyğun işlərin yerinə yetirilməsini təmin edir, işlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlayır. Üstü örtülü işlərə aid aktları tərtib edir və texniki icra sənədlərini hazırlayır. İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak edir. Subpodrat (xüsusiləşdirilmiş) təşkilatları işə cəlb etmək üçün, obyektlərin təhvil alınmasında iştirak edir. Mühafizə olunan zonalarda işlərin istehsalına icazə verən buraxılışları tərtib edir. Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcmini, əmək məhsuldarlığı və əmək haqqın fondu ustalara, icrası nəzərdə tutulan, tapşırıqları müəyyən edir və onlann icrasına nəzarət edir. Fəhlələri, işin təhlükəsizlik yerinə yetirilməsi metodları ilə tanış edir, bilavasitə iş yerlərində onları təlimatlandırır və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparır. Texnoloji ləvazimatların (taxta-şalban, ayaqaltilar, qoruyucu qurğular, bünövrə çalaları və xəndək divarlarının bərkitmələri, dayaq konduktor və digər qurğular) tikinti maşınları, enerji qurğuları, nəqliyyat vasitələri və işçilərin qoruyucu vasitələrinin təyinatına uyğun istifadə edilməsini təmin edir. Ağır yüklərin daşınmasında normalara riayət edilməsini, iş yerlərinin təhlükəsizlik nişanları, xəbərdaredici yazılar və plakatlarla təmin olunmasına nəzarət edir. İş yerlərinə, sanitar-məişət otaqlarına, sahənin ərazisinə kənar adamların daxil olmasına icazə vermir, iş yerlərində, keçid və magistrala çıxan; yollarda təmizliyə və qayda-qanuna riayət edilməsinə, kranaltı yolların düzgün saxlanılmasına və istismar edilməsinə nəzarət edir. Obyektyanı anbar təsərrüfatında qiymətli materialların qorunmasın təşkil edir. Hər gün işə başlamazdan əvvəl, təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar olunmuş nöqsanların aradan götürülməsi üçün tədbirlər görür, müntəzəm olaraq fəhlələrlə təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulmasının araşdırmaları haqqında söhbətlər aparır. Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir. Fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflərlə təqdim edir. Səmərələşdiricilərə lazımi kömək göstərir. Kollektivdə tərbiyəvi iş aparır. Fəhlələrin ixtisas artmasını təşkil edir. İş icraçısı tikinti sahəsinin və ya obyektiv istehsalat-təsərrüfat fəaliyyətinin müəyyənləşdirilməsinə aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri, tikinti istehsalatının təşkili və texnologiyasını, tikilən obyektlərik layihə-smeta sənədlərini, tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin icrasına və qəbuluna aid norma və qaydaları, texniki şərtləri, sahə və briqadaya aid təsərrüfat hesabının üsullarını, icra olunan işlər üzrə vahid norma və qiymətləri, əmək haqqının ödənilməsinə aid əsasnamələri, iqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını, podrat təşkilatlarının sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını, tikinti təşkilatının istehsalat-texnoloji komplektlaşdirmə və dispetçerləşdirmə sistemini, tikinti istehsalının təşkilinəə aid elmin nailiyyətlərini və mütərəqqi təcrübələri, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir. Cinayət işində olan “Kirs” firmasının “kran maşinist”in vəzifə təlimatı sənədlərinin surətindən görünür ki, “kran maşinist”in vəzifə öhdəlikləri kranın yükqaldırma blokunun əyləc hissəsinin işlək vəziyyətini yoxlamaq; kranın qolunun əyləc hissəsinin işlək vəziyyətini yoxlamaq; kranın dönmə sisteminin işlək vəziyyətini yoxlamaq; kranın yağını yoxlamaq; kranın kanatlarının vəziyyətini yoxlamaq; kranın səsli siqnalının işləkliyini yoxlamaq; kranın işıqlanmalarının vəziyyətini yoxlamaq; barabanların boltlarını bərkitmək; kranın filtirlərini dəyişdirmək; kranın maşın avadanlıq hissəsini təmizləmək; boru və əvadanlıqların qülləyə və əksinə qaldırılıb-endirilməsini təmin etmək; tikinti montaj briqadalarının yüklərinin təyinatı üzrə yerləşdirilməsini təmin etmək; rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək; alət və avadanlıqları gündəlik olaraq təmizləmək və saz vəziyyətdə saxlamaq; görülən işlərin keyfiyyətlə yerinə yetirilməsi və tullantıların idarə edilməsi proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq; iş yerini təmiz saxlamaq, iş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, daxili nizam-intizam vəzifə öhdəlikləri (funksiyalar) qaydalarına riayət etməkdən ibarətdir. Kran maşinisti nəqliyyat və xüsusi texnikanın idarə olunmasını; nəqliyyat vasitələri və xüsusi texnikaya qulluğu; nəqliyyat vasitələri və xüsusi texnikaya baxışı; xüsusi texnikanın idarə olunmasını; iş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını, yükqaldırma əməliyyatları üzrə ümumi təlimat və qaydaları bilməlidir. Cinayət işində "xxxx" MMC-nin “dəmirçi qəlibçi”nin vəzifə təlimatı sənədlərinin surətindən görünür ki, “dəmirçi qəlibçi” giriş təlimatı və iş yerində təlimat keçməlidir. İşə (tikintiyə) qəbui olduqdan sonra 3 aydan gec olmayaraq iş yerində rübdə 1 dəfə təlimat keçməlidir. Sirkulyar mişar, dülgər və s. cihazlarda yalnız usta və ya iş icraçısının icazəsi ilə xüsusi təlimat keçdikdən sonar işləməyə icazə verilir. Qəlibçinin iş yeri işin təhlükəsizliyini tam təmin etməlidir. Təhlükəli işlərdə işləyən qəlibçilər mühafizə kəmərlərindən istifadə etməlidir. Mühafizə edici vasitələr olmadan eyni zamanda bir vertikalın iki qatında işləmək qadağandır. Adamların keçməsi üçün nəzərdə tutulmuş ayaqaltı və pilləkənlərdə yük yığmaq və daşımaq qadağandır. Qış vaxtı iş yerləri, həmçinin keçidlər, pilləkən və ayaqaltılar qar və buzdan təmizlənib, üzərinə qum səpilməlidir. Qış zamanı açıq havada işləyən qəlibçilərin qızınması üçün tikintidə isti otaqlar düzəldilməlidir. Usta və ya briqadirdən işin təhlükəsiz aparmasına dair təlimat almalıdır... Cianyət işində olan “texniki təhlükəsizlik təlimatının qeydiyyat jurnalı”nın surətindən görünür ki, “qəlibçi” Zərərçəkmiş şəxs, “kran operatoru” Təqsirləndirilən şəxs2 və “iş icraçısı” Təqsirləndirilən şəxs1 26 avqust 2023-cü il tarixdə vəzifələri üzrə təlimatlandırılmışlar. Cinayət işində olan “Texpasport”un surətindən görünür ki, 999SA115 qeydiyyat nömrəli, “TADANO” markalı avtokranın sahibi X34 Kabuşiki Kaişadır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin 3-13-70/2-2781/2024 saylı, 23 aprel 2024-cü il tarixli məktubundan görünür ki, 1994-cü il buraxılışlı, “TADANO” xüsusi təyinatlı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 30 dekabr 2017-ci il tarixdən “Kirs” firmasına məxusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X37 İdarəsinin “VEP” portal sistemində yoxlama zamanı həmin avtomobilin heç bir şəxsə təhkim olunmadığı aşkarlanmışdır. Cinayət işində olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X12 və X6 “Təhlükəli potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə” A-15279 nömrəli çıxarışın surətindən görünür ki, “Kirs” firmasına məxsus pnevmotəkərli kran “Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq, təhlükəlli potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır. Cinayət işində olan 12 dekabr 2023-cü il tarixli “hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Cəbrayıl şəhəri ərazisinin mərkəzində yerləşməklə Cəbrayıl rayon polis şöbəsindən 2 kilometr məsafədə yerləşir. Həmin yerə DSX-ya məxsus hərbi hissəsinin ərazisindən keçməklə gəlinir. Cəbrayıl rayonu polis şöbəsindən 2 km boyunca daşlı yola irəliləyib yol ayrıcından sola dönməklə tikinti üçün nəzərdə tutulmuş 7,87 ha ərazidə yerləşməkdədir. Həmin ərazi Cəbrayıl şəhəri Zahid Əhmədov küçəsində yerləşməklə 39.399808N47.024555 E kordinatlarında yerləşir. Həmin yerdə 33 ədəd bina tikintisi nəzərdə tutulmuşdur. "xxxx" MMC-yə həmin binalardan 5-nin inşası həvalə edilmişdir. Binanın tikintisi üçün 4 metr dərinliyində torpaq sahəsi qazılmışdır. Hadisənin baş vediyi bina 4 mərtəbəli olmaqla hadisənin baş verdiyi yer binanın mənfi birinci mərtəbəsidir. Binanın çöl hissəsinin yerinin zəmini torpaq örtüklüdür. Həmin torpaq örtüyün üzərində uzunluğu 335 sm, diametri 60 mm, təxmini çəkisi isə 25 kq olan dağınıq vəziyyətdə dəmir dirəklər vardır. Həmçinin həmin dəmir dirəklərdən 3 metr kənarda kub şəklində yığılmış dəmir dirəklər vardır. Qeyd olunan dəmir dirəklərin uzunluğu 335 sm, diametri 60 mm, təxmini çəkisi isə 25 kqdır. Həmin dirəklər binanın monolitini saxlamaq üçün istifadə olunur və dirəklər kub şəklində yığılmaqla kran vasitəsilə bir yerdən başqa yerə daşınır. Hadisənin baş verdiyi mənfi birinci mərtəbəyə enmək üçün torpaq örtüklə təxminən 5 metr aşağıya doğru enilir. Mənfi birinci və birinci mərtəbəni arasında beton sütunlar vardır. Həmin sütunların hündürlüyü 410-sm-dir. Binanın yer səthi beton örtüklüdür. Hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yerə gələrək ifadəsində qeyd etmiş olduğu xüsusatları təsdiqləmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşyaya və predmentə rast gəlinməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X33 İmişli Rayon Şöbəsinin 692 saylı, 05 oktyabr 2023-cü tarixli ilkin ekspert rəyindən görünür ki, 1. 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: Sağ baldır sümüklərinin aşağı 1/3 hissəsinin çoxqəlpəli, yerdəyişmiş açıq sınığı, sağ baldırın orta və aşağı 1/3 hissəsininn arxa səthində yaralar, sağ baldırın yuxarı və orta 1/3 hissəsinin ön səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 27 avqust 2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni dəmir borunun onun sağ baldır nahiyəsinin üzərinə aşması nəticəsində əmələ gələ bilərdi. 2. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X33 İmişli Rayon Şöbəsinin 692/A saylı, 02 aprel 2024-cü tarixli əlavə ekspert rəyindən görünür ki, 1. 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: Sağ baldır sümüklərinin aşağı 1/3- hissəsinin çoxqəlpəli, yerdəyişmiş açıq sınığı, sağ baldırın orta və aşağı 1/3-nin arxa səthində yaralar, sağ baldırın yuxarı və orta 1/3 hissəsinin ön səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 27 avqust 2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sağ baldır nahiyəsinin üzərinə dəmir borunun aşması və yaxud bir-birinə çarpaz yığılmış dəmir dirəklərin düşməsi nəticəsində əmələ gələ bilərdi. 2. Qeyd olunan xəsarətlər dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/7193 saylı, 16 oktyabr 2023-cü il tarixli ilkin ekspert rəyindən görünür ki, 1. Qərarın birinci, üçüncü və beşinci sualları üzrə: Baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1 bəndinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 3.1, 10.1, 10.2, 10.5, 10.6-cı bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. 2. Qərarın ikinci və dördüncü sualları üzrə: Tikinti sahəsində taxtabənd işlərinin icrası ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1 saylı əlavəsinin 12-ci bəndinə əsasən “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1-ci bəndinə və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 3.1, 10.1, 10.2, 10.5, 10.6-cı bəndlərinin tələbləri "xxxx" MMCnin “iş icraçısı” tərəfindən pozulmuşdur. İlkin “məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 102 (yüz iki) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/9937 saylı, 26 fevral 2024-cü il tarixli əlavə ekspert rəyindən görünür ki, 1. Qərarın birinci və üçüncü sualları üzrə: Tikinti sahəsində dəmir dirəklərin binanın mənfi birinci mərtəbəsinə (bünövrəsinə) endirilməsi zamanı istifadə edilən pnevmatik təkərli, “TADANO TR-250M” modelli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtokranın duracağı yerdə təhlükəli amillərin olub-olmaması müəyyənləşdirilməmiş, bütün dayaqların altına etibarlı “başmaq”lar qoyulmamış, yerin bərkliyi yoxlanılmamış (sınaq sıxılmaları aparılmadan), avtokran yüktutma qabliyyətindən artıq yüklənmiş, artıq yük qaldırıldığı halda yükün qaldırma və qolun çıxışının dəyişmə mexanizmini avtomatik açan yükqaldırma qabliyyətinin məhdudlaşdırıcıst olmamış, dəmir dirəklərin yerdəyişdirilməsi zamanı onun altında adamlar olmuş, iş icraçıları və ustalar tərəfindən işçilərin əməyin mühafizəsi təlimatlarına əməl etmələrinə nəzarət edilməmişdir ki, bununla da baş vermiş hadisə ilə əlaqədar İİİ-4-80 “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1 saylı əlavəsinin 12-ci bəndinin, “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 2.12.7, 9.5.1, 9.5.18, 9.5.19 bəndlərinin və DÜST 12.3.033-84-“Tikinti maşınları, istismar zamanı ümumi təhlükəsizlik tələbləri”nin 1.1 və 1.2 bəndlərinin tələbləri pozulmuşdur. Qeyd edilən normativ aktların tələblərinin pozulması hadisəsinin baş verməsinə səbəb olmuşdur. 2. Qərarın ikinci, dördüncü, beşinci, yeddinci, səkkizinci, doqquzuncu və onuncu sualları üzrə: Pnevmatik təkərli, “TADANO TR-250M” modelli, **- AC-*** dövlət qeydiyyat nişanlı avtokran yüktutma qabliyyətindən artıq yükləndiyinə, dəmir dirəklərin yerdəyişdirilməsi zamanı onun altında adamlar olduğuna görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1 saylı əlavəsinin 12-ci bəndinə əsasən “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.1, 9.5.18, 9.5.19 bəndlərinin tələbləri öz fəaliyyət istiqamətinə uyğun olaraq konkret işi icra edən qurumun ("xxxx" MMC yaxud “Kirs” firmasında aid olması istintaq tərəfindən müəyyən edilə bilər) iş icraçısı və ustası tərəfindən pozulmuşdur. Pnevmatik təkərli, “TADANO TR-250M” modelli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtokranın duracağı yerdə təhlükəli amillərin olub-olmaması müəyyənləşdirilmədiyinə, bütün dayaqların altına etibarlı “başmaq”lar qoyulmadığına, yerin bərkliyi yoxlanılmadığına (sınaq sıxılmaları aparılmadan) və avtokran yüktutma qabliyyətindən artıq yükləndiyinə görə, “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.1 bəndinin və DÜST 12.3.033-84 – “Tikinti maşınları. İstismar zamanı ümumi təhlükəsizlik tələbləri”nin 1.1 və 1.2 bəndlərinin tələbləri kran operatoru tərəfindən pozulmuşdur. Pnevmatik təkərli, “TADANO TR-250M” modelli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtokran artıq yük qaldırıldığı halda yükün qaldırma və qolun çıxışının dəyişmə mexanizmini avtomatik açan yükqaldırma qabliyyətinin məhdudlaşdırıcısı olmadığına görə, İİİ-4-80 “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.3 bəndinə əsasən “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 2.12.7 bəndinin tələbləri kranın sahibi tərəfindən pozulmuşdur. Əlavə “məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 102 (yüz iki) AZN məbləği təşkil edir. Cinayət işində olan MN1291892 saylı, 12 dekabr 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, "xxxx" MMC-nin direktoru Şahid6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1800 (min səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Cinayət işində olan 18 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 18 sentyabr 2023-cü il tarixdə 47C-23 №-li material üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan 20 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair” qərardan görünür ki, 20 sentyabr 2023-cü il tarixdə 47C-23 №-li material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmişdir. Cinayət işində olan 23 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, fakta görə 23 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. 28 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 28 mart 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 15 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 15 aprel 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X26 Ərazi Bölmələrinin İdarəetmə X29 Şəxs “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X27 18-1-49/2- 837/202315 saylı, 15 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X27 poliklinika şöbəsində ruhi-əsəb, nevroloji və narkoloji kabinetlərində qeydiyyatda olmamışdır. Cinayət işində olan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Xırdapay Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəyi tərəfindən verilmiş 1397 və 1398 saylı, 27 dekabr 2023-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 arvadı X9, övladları X22, X17 və X24 ilə birlikdə Bakı şəhərində yaşayır. Cinayət işində olan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Xırdapay Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər X1 309 saylı, 23 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Vəliyev X14 X2 qeydiyyatda olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlarası Narkoloji Dispanserinin 362 saylı, 23 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Vəliyev X14 Şəhər Rayonlarası Narkoloji Dispanserdə qeydiyyatda olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 9 saylı Mənzil İstismar Sahəsinin 62 saylı, 30 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Vəliyev X14 şəhəri, Y.Muradov küçəsi, ev 60, mənzil 36 ünvanda qeydiyyatda olmasına baxmayaraq, özü və ailə üzvləri həmin ünvanda yaşamır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinin 98/2-11034/2 saylı, 23 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilir. Cinayət işində olan 04 iyul 2023-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş 10400 (on min dörd yüz) AZN məbləğində maddi zərərdən "xxxx" MMC tərəfindən bu günədək 7900 (yeddi min doqquz yüz) AZN məbləğində pul ödənilmiş, eləcə də 2500 (iki min beş yüz) AZN məbləğində pulun qısa müddət ərzində, yəni 05 avqust 2024-cü il tarixədək ödənilməsi barədə "xxxx" MMC ilə qarşılıqlı razılıq əldə edilmişdir. Hal-hazırda onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eləcə də "xxxx" MMC-yə qarşı heç bir tələbi və şikayəti yoxdur. Ümumiyyətlə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalanmalı və onlara cəza təyin etməklə, barələrində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə “Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünün təqsirli bilməməsinə dair verdiyi ifadəsinə” hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs1 oğlunun ifadəsi məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun ifadələri ilə, eləcə də ekspert rəyləri, cinayət işində olan mötəbər sübutlar ilə təkzib olunduğu üçün onun ifadəsinə tənqidi yanaşılmalı və ifadəsi özünü müdafiə edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə cəza təyin edilərkən, onlarn şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətmələrini, Təqsirləndirilən şəxs2 əməli etiraf etməsini, səmimi peşmanlığını, cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin onlara qarşı tələb və şikayətinin olmamasını, Təqsirləndirilən şəxs2 bu müddət ərzində öz səhvini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi və qanunlara əməl edəcəyi barədə söz verməsini, eləcə də onların işğaldan azad edilmiş ərazilərdə tikinti-yenidənqurma işlərində fəal iştirak etmələrini, ailəli və uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barələrində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan islah işləri ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmasını və barələrində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə “təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə” cəzasının təyin edilməməsi ilə bağlı hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətdikləri, ailəyə yeganə qazanc gətirən şəxslər olduqları, eləcə də işğaldan azad edilmiş ərazilərdə tikinti-yenidənqurma işlərində fəal iştirak etdikləri üçün törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla, əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmələri həm də ədalətli sayıla bilməz. Halbuki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı ilkin və əlavə “məhkəməəməyin mühafizəsi və təhlükəsizlik texnikası ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri olan 204 (iki yüz dörd) AZN məbləğində eskpertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, dövlət nəfinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla, 1 (bir) il, 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla, 1 (bir) il, 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ilkin və əlavə “məhkəmə-əməyin mühafizəsi və təhlükəsizlik texnikası ekspertizas”ının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 204 (iki yüz dörd) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Hökmün “Təqsirləndirilən şəxs1 aid hissədə” icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmün “Təqsirləndirilən şəxs2 aid hissədə” icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-4/2024
Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-4/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver