Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(072)-4/2025 30.10.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 12:55 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Şahvəlli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdən etibarən övladı 08 avqust 2020ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs ödənilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1201/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən qanunla müəyyən olunmuş müddət ərzində yerinə yetirmədiyi üçün Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-141/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə aktının icrası ilə bağlı ona yeni müddət təyin edilərək 31 oktyabr 2024-cü il tarixdə məsuliyyət elan edilməklə, rəsmi qaydada xəbərdarlıq təqdim edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 24 yanvar 2025-ci il tarixədək 2820 (iki min səkkiz yüz iyirmi) AZN sabit pul məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməməklə, məhkəmə qərarını qərəzli olaraq, qəsdən icra etməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Belə ki, o, Zərərçəkmiş şəxs ilə 05 iyul 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 08 avqust 2020-ci ildə “Yağmur” adlı 1 (bir) qız uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1201/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 08 avqust 2020ci ildə anadan olmuş X1 (ana) Zərərçəkmiş şəxs yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından 15 yanvar 2024-cü il tarixdən etibarən 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində alimentin tutularaq, (ana) Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bir müddət maddi cəhətdən çətinlik çəkdiyi üçün müəyyən edilmiş sabit pul məbləğində alimenti hər ay vaxtı-vaxtında Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. İcra sənədini icra etmədiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyəti barədə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Onu da qeyd edir ki, cinayət işinin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs xeyrinə sabit pul məbləğində aliment borcunun ödənişini tam həyata keçirmişdir. Hal-hazırda onun ödənilməmiş aliment borcu yoxdur və qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1201/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsini tam icra etmişdir. Törətdiyi cinayət əməlinə görə özünü təqsirli hesab edir və səmimi peşmandır. Bundan başqa, məhkəmə qarşısında söz verir ki, sonrakı aylar üzrə icra sənədinə əsasən müəyyən edilmiş aliment məbləğini tam və vaxtı-vaxtında tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəyəcəkdir. Bu barədə məhkəməyə ərizə təqdim edərək, barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş əridir. Belə ki, onlar 05 iyul 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuş və rəsmi nikahlarından 08 avqust 2020-ci ildə “Yağmur” adlı 1 (bir) qız uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1201/2024 saylı, 30 may 2024cü il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 08 avqust 2020-ci ildə anadan olmuş X1 özünün yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay (ata) Təqsirləndirilən şəxs qazancından 15 yanvar 2024-cü il tarixdən etibarən 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində alimentin tutularaq, özünün xeyrinə ödənilməsi qət edilmişdir. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs icra sənədinə əsasən aliment borcunu tam və vaxtıvaxtında onun xeyrinə ödəməmişdir. Bütün bunlara baxmayaraq, icra sənədi üzrə tələbin yerinə yetirilmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən edilmiş xəbərdarlıq heç bir müsbət nəticə verməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Eyni zamada bildirir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən onun xeyrinə aliment borcu tam şəkildə ödənilmiş və ödənilməmiş aliment borcu yoxdur. Hal-hazırda onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir tələbi və şikayəti yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. 19 iyun 2025-ci il tarixdə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində işləyir və ədliyyə müşaviridir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1201/2024 saylı, 30 may 2024-cü il tarixli icra vərəqəsinə əsasən tərəflərin rəsmi nikahından 08 avqust 2020-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay borclu Təqsirləndirilən şəxs qazancından 15 yanvar 2024-cü il tarixdən etibarən 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1201/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs edilmiş xəbərdarlıqların heç bir müsbət nəticəsi olmamış və o, aliment məbləğini tam və vaxtında ödəməmişdir. Beləliklə, borclu Təqsirləndirilən şəxs Cəbrayıl Rayon Məhkəməsinin 3(072)- 141/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə gələrək bildirmişdir ki, maddi cəhətdən çətinlik çəkdiyi üçün yaranmış aliment borcunu birdəfəlik ödəyə bilməyəcək və maddi imkanı olacağı zaman hissə-hissə ödəyəcəkdir. İcra sənədi üzrə tələbin yerinə yetirilmədiyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə icra məmuru tərəfindən edilmiş xəbərdarlıq heç bir müsbət nəticə verməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. 19 iyun 2025-ci il tarixdə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1201/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsindən görünür ki, tərəflərin rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 08 avqust 2020-ci ildə anadan olmuş X1 (ana) Zərərçəkmiş şəxs yanında qalması və onun yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay (ata) Təqsirləndirilən şəxs qazancından 15 yanvar 2024-cü il tarixdən etibarən 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment tutularaq, (ana) Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Cinayət işində olan Cəbrayıl Rayon Məhkəməsinin 3(072)-141/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işində olan icra işindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1201/2024 saylı, 30 may 2024-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs icra sənədinə əsasən aliment borcunu tam və vaxtı-vaxtında ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işində olan 25 fevral 2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə 25 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək, ibtidai istintaq aparılmışdır. Cinayət işində olan 03 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 03 aprel 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Cəbrayıl Rayon Məhkəməsinin 1(072)-004/2025 saylı, 07 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsi mümkün olmadığı üçün Cəbrayıl Rayon Məhkəməsinin 1(072)- 004/2025 saylı, 07 avqust 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “axtarış” elan edilməklə, “həbs” qətimkan tədbiri seçilərək, iş üzrə dayandırılmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə 09 oktyabr 2025-ci il tarixdə 3-16- 17/42/2-4864/2025 saylı, 30 sentyabr 2025-ci il tarixli məktub daxil olmuş və məktubda bildirilir ki, Təqsirləndirilən şəxs 20 avqust 2025-ci il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, 20 avqust 2025-ci il tarixdə saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs 30 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun xeyrinə aliment borcu tam şəkildə ödənilmiş və ödənilməmiş aliment borcu yoxdur. Hal-hazırda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs 30 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, onun xeyrinə aliment borcu tam şəkildə ödənilmiş və ödənilməmiş aliment borcu yoxdur, eləcə də barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməməyə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (Qeyd: Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə aliment borcunu tam şəkildə ödəməklə, qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1201/2024 saylı, 30 may 2024-cü-ci il tarixli qətnaməsi hökm qanuni qüvvəyə minənədək tam icra etdiyi üçün müdafiə tərəfinin razılığı ilə ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.3, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-4/2025
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №1(072)-4/2025
30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver