Məhkəmə qərarları › İş №1(072)-6/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №1(072)-6/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(072)-6/2024 25.07.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 12:00 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi vəkili X4, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsi tərəfindən 06 dekabr 2019-cu il tarixdə verilmiş “BC” kateqoriyalarına aid olan nəqliyyat vasitələrini idarəetmə hüququnu təsdiq edən AE seriyalı 447615 saylı sürücülük vəsiqəsi ilə 17 yanvar 2024-cü il tarixdə, saat 17:00 radələrində istifadəsində olan “VAZ- 21074” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə işğaldan azad olunmuş ərazilərdə inşa edilmiş “Zəfər” yolunda Cəbrayıl rayonunun Balyand kəndindən Şükürbəyli kəndi istiqamətində ən azı 96.7 km/saat sürətlə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozması nəticəsində, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin İİ hissəsinin 2-ci bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitəsini yaşayış məntəqəsindən kənarda olan yollarda 90 km/saatdan artıq olmayan sürətlə idarə etməli olduğu, qeyd edilən tələblərə riayət edəcəyi təqdirdə yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda onlara riayət etmədiyi üçün avtomobilin idarəetməsini itirib, hərəkətdə olduğu yolun Cəbrayıl şəhərinin mərkəzindən keçən hissəsində yerləşən dairəvi yol ayrıcının ətrafına düzülmüş köbə daşlarına çırpılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qabaq sağ sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 sol bazu sümüyünün qapalı sınığı və sol kürək nahiyəsinin yumşaq toxumalarının əzilməsi və arxa sol sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 sol mil sümüyünün bizvari çıxıntısının yerini dəyişməyən sınığı ilə nəticələnən, yəni zərərçəkmiş şəxslərin sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid onun həmyerliləridir. Onun avtomobil idarə etmək üçün “BC” kateqoriyalı, AE seriyalı 447615 saylı sürücülük vəsiqəsi vardır və “VAZ-21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, həmyerliləri Mərhəmət və Kamil ilə birlikdə Laçın rayonunda aparılan tikinti işlərində işləmək qərarına gəlmiş və bu məqsəd ilə həmin rayonda iş yeri axtarıb tapmışlar. Onlar 18 yanvar 2024-cü il tarixdə, saat 09:00 radələrində Laçın rayonunda aparılan tikintidə işə başlamaq üşün 17 yanvar 2024-cü il tarixdə, təxminən saat 15:00 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Laçın rayonuna yola düşmüşlər. Onun idarə etdiyi avtomobilin qabaq sağ oturacağında Zərərçəkmiş şəxs2 və arxa sağ oturacağında Şahid əyləmişlər. Biləsuvar rayonu, Səmədabad kəndinə çatdıqdan sonra Zərərçəkmiş şəxs1 onun idarə etdiyi avtomobilə sərnişin qismində minmiş və avtomobilin arxa sol oturacağında əyləşmişdir. Bundan sonra, o, avtomobili idarə edərək, Laçın rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Onlar həmin tarixdə, təxminən saat 17:00 radələrində Cəbrayıl rayonuna çatmışlar və rayonun girişində olan dairəvi yol ayrıcına daxil olan zaman o, yorğun və yuxusuz olduğuna görə diqqətsizlik etmişdir. Bu zaman idarəetməni itirdiyi üçün idarə etdiyi avtomobil ilə dairəvi yol ayrıcında olan dairənin kənarına düzülən beton daşlara çırpılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid müxtəlif dərəcəli bədən xəsarəti almışlar. Daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə onlar avtomobildən çıxarılmış və X11 avtomobili vasitəsilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışlar. Törətdiyi cinayət əməlinə görə özünü təqsirli hesab edir, səmimi peşmandır, hal-hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Bu barədə məhkəməyə ərizə təqdim edərək, barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayır. Təqsirləndirilən şəxs yaşadığı kəndin sakini kimi tanıyır. O, Laçın rayonunda aparılan tikinti işlərində işləmək qərarına gəlmiş və bu məqsəd ilə həmin rayonda iş yeri axtarıb tapmışdır. Belə ki, o, 18 yanvar 2024-cü il tarixdə, saat 09:00 radələrində Laçın rayonunda aparılan tikintidə işə başlamalı olmuş və tanışı Təqsirləndirilən şəxs ilə onun idarə etdiyi avtomobil vasitəsilə Laçın rayonuna getmək barədə razılığa gəlmişdir. O, 17 yanvar 2024-cü il tarixdə, təxminən saat 15:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Laçın rayonuna getmək üçün yola çıxmışdır. Bu zaman o, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sağ oturacağında və Şahid isə sağ oturacağında əyləşmişdir. Biləsuvar rayonu, Səmədabad kəndinə çatdıqdan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə sərnişin qismində minmiş və avtomobilin arxa sol oturacağında əyləşmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil vasitəsilə Laçın rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Onlar həmin tarixdə, təxminən saat 17:00 radələrində Cəbrayıl rayonuna çatmışlar və rayonun girişində olan dairəvi yol ayrıcına daxil olan zaman Təqsirləndirilən şəxs ona məlum olmayan səbəbdən idarə etdiyi avtomobil ilə dairənin kənarına düzülən beton daşlara çırpılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Şahid müxtəlif dərəcəli bədən xəsarəti almışlar. Daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə onlar avtomobildən çıxarılmış və X11 avtomobili vasitəsilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışlar. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, az ağır dərəcəli bədən xəsarəti almışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, Səmədabad kəndində yaşayır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. O, Laçın rayonunda aparılan tikinti işlərində işləmək qərarına gəlmiş və bu məqsəd ilə həmin rayonda iş yeri axtarıb tapmışdır. Belə ki, o, 18 yanvar 2024-cü il tarixdə, saat 09:00 radələrində Laçın rayonunda aparılan tikintidə işə başlamalı olmuş və tanışı Təqsirləndirilən şəxs ilə onun idarə etdiyi avtomobil vasitəsilə Laçın rayonuna getmək barədə razılığa gəlmişdir. 17 yanvar 2024-cü il tarixdə, təxminən saat 15:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə onun yaşadığı kəndə gəlmiş və o, həmin avtomobilin arxa oturacağında sərnişin qismində əyləşmişdir. Bu zaman o, sonradan tanıdığı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sağ oturacağında və Şahid arxa sağ oturacağında əyləşdiyini görmüşdür. Bundan sonra onlar Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil vasitəsilə Laçın rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Onlar həmin tarixdə, təxminən saat 17:00 radələrində Cəbrayıl rayonuna çatmışlar və rayonun girişində olan dairəvi yol ayrıcına daxil olan zaman Təqsirləndirilən şəxs ona məlum olmayan səbəbdən idarə etdiyi avtomobil ilə dairənin kənarına düzülən beton daşlara çırpılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Şahid müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə onlar avtomobildən çıxarılmış və X11 avtomobili vasitəsilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışlar. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o, az ağır dərəcəli bədən xəsarəti almışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş BD 417662 №-li Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “VAZ-21074” markalı, (tip:Sedan, Ban №:XTA210740X1214342, Mühərrik №:5430177, rəngi:Göy, Buraxılış ili:1998) **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 xüsusi mülkiyyətindədir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş ƏN-Vİ 524969 saylı, 01 avqust 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X3 tərəfindən “VAZ-21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsini idarə etmək hüququ Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdə etibarnamə verilmiş və etibarnamə 25 dekabr 2029-cu il tarixədək qüvvədədir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AE 447615 №-li Azərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş 32 saylı, 17 yanvar 2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə saat 18:50-də müayinə olunan zaman “sərxoş vəziyyətində” olmamışdır, yəni “ayıq” olmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 İmişli Rayon Şöbəsinin 62 saylı, 15 aprel 2024-cü il tarixli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Şahid aşkar edilmiş xəsarətlər-1. Alt dodağın selikli qişasında yara, al çənədə mərkəzi kəsici dişin travmatik laxlaması bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 17 yanvar 2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. 2. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 İmişli Rayon Şöbəsinin 63 saylı, 15 aprel 2024-cü il tarixli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər-1. Sol mil sümüyünün bizvari çıxıntısının yerini dəyişməyən sınığı bərk əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 17 yanvar 2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. 2. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 İmişli Rayon Şöbəsinin 64 saylı, 16 aprel 2024-cü il tarixli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər-1. sol bazu sümüyünün qapalı sınığı, sol kürək nahiyəsinin yumşaq toxumalarının əzilməsi bərk əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 17 yanvar 2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi. 2. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8/533 №-li, 14 mart 2024-cü il tarixli məhkəmə yol-nəqliyyat hadisləri ekspertizası rəyindən görünür ki, 1.2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ-21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücüsü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsindən kənarda 90 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin, 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (Aparılmış tədqiqatın dəyəri/xərci 85 (səksən beş) AZN məbləği təşkil edir.) Cinayət işində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X8 1273 saylı, 14 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X8 Nevroloji kabinetində ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında olmamışdır. Cinayət işində olan 11 may 2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, fakta görə 11 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işində olan 20 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 20 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 20 iyun 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs2 25 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 25 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi vəkili X4 25 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışmış, onlara dəymiş maddi ziyanı tam şəkildə ödəmiş və barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (Qeyd: Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edənvə bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı ilkin “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 85 (səksən beş) AZN məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tututlaraq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə cinayət işində olan maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan Cəbrayıl Rayon Polis Şöbəsinin duracağında saxlanılan “VAZ-21074” markalı **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığı, onlara dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün, eləcə də müdafiə tərəfinin razılığı ilə ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xəta tərkibi olub-olmadığını yoxlamaq üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Cəbrayıl rayon prokuroruna göndərilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ilkin “məhkəmə yol-nəqliyyat hadisləri ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 85 (səksən beş) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan Cəbrayıl Rayon Polis Şöbəsinin duracağında saxlanılan “VAZ-21074” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs geri qaytarılsın Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xəta tərkibi olub-olmadığını yoxlamaq üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Cəbrayıl rayon prokuroruna göndərilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar