Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-6/2025 03.10.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 16:15 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1977-ci il tarixdə Ağdaş rayonu, Mürsəl kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Mürsəl kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə 26 yanvar 2025-ci il tarixdə, saat 02:00 radələrində qanunsuz olaraq Cəbrayıl rayonu, Soltanlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs QSC-yə məxsus düşərgənin saxlanc yeri hesab olunan duracağına daxil olmaqla, orada dayanan “VOLVO BLC 240” markalı, 10-V-369 dövlət qeydiyyat nişanlı ekskavatorun mühərrik hissəsində quraşdırılan 12000 (on iki min) AZN məbləği dəyərində 01 (bir) ədəd idarə etmə mexanizmini və həmin ekskavatorun kabinasında quraşdırılan 14000 (on dörd min) AZN məbləği dəyərində 01 (bir) ədəd idarə etmə mexanizmini, eləcə də “VOLVO 940 QRADEL” markalı, 1**-FC-*** dövlət qeydiyyat nişanlı iş texnikasının kabinasında quraşdırılan 16500 (on altı min beş yüz) AZN məbləği dəyərində 01 (bir) ədəd idarə etmə mexanizmini paneli ilə birlikdə vahid niyyətlə gizli olaraq talaması nəticəsində özgənin əmlakına xeyli miqdarda maddi ziyan vurmaqla zərərçəkmiş şəxsə məxsus ümumilikdə 42500 (qırx iki min beş yüz) AZN məbləğində əmlakı oğurlamış və oğurladığı həmin əşyaları 08 may 2025-ci il tarixədək yaşadığı evin həyətində olan yardımçı tikilidə saxlamışdır. 08 may 2025-ci il tarixdə, saat 08:00 radələrində idarə etdiyi “SHACMAN” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə oğurladığı əşyaları qoyaraq, işlədiyi "xxxx" MMC-nin Cəbrayıl rayonu, Soltanlı kəndində yerləşən düşərgəsinə gedən zaman cinayətdən xəbərsiz olan tanışı Şahid2 işlətdiyi Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisində yerləşən çayxanaya saxlamaq üçün vermiş, 18 may 2025-ci il tarixdə, saat 11:00 radələrində işlədiyi "xxxx" MMC-nin Cəbrayıl rayonu, Soltanlı kəndində yerləşən düşərgəsində cinayətdən xəbərsiz olan iş yoldaşı Şahid1 idarə etdiyi “VAZ 21074” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə tanışı Şahid2 işlətdiyi Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisində yerləşən çayxanaya gələrək, sonuncuya saxlamaq üçün verdiyi həmin əşyaları götürərək, iş yoldaşı Şahid1 idarə etdiyi “VAZ 21074” markalı avtomobilin yük yerinə yerləşdirməklə Bərdə şəhərinə getmişdir. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 may 2025-ci il tarixdə, saat 14:00 radələrində Bərdə şəhərində saxlanılaraq, Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilmiş və “VAZ 21074” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil baxış keçirilən zaman avtomobilin yük yerindən oğurladığı əşyalar, yəni “VOLVO BLC 240” markalı, 10-V-369 dövlət qeydiyyat nişanlı ekskavatorun mühərrik hissəsində quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizmi və həmin ekskavatorun kabinasında quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizmi, eləcə də, “VOLVO 940 QRADEL” markalı, 1**-FC-*** dövlət qeydiyyat nişanlı iş texnikasının kabinasında quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizmi paneli ilə birlikdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Ağdaş rayonu, Mürsəl kəndində yaşayır. Onu da qeyd edir ki, bir müddət Cəbrayıl rayonu, Soltanlı kəndi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-də “sürücü” vəzifəsində işləmiş və etibarnamə əsasında “SHACMAN” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Belə ki, o, idarə etdiyi həmin avtomobil vasitəsilə şirkətin Cəbrayıl rayonu, Soltanlı kəndində yerləşən düşərgəsindən Laçın rayonunun Kürdhacı, Qorçu, Pircahan kəndlərinə sement daşımışdır. Baş vermiş hadisə barədə bildirir ki, "xxxx" MMC-də işlədiyi müddət ərzində Cəbrayıl rayonu, Soltanlı kəndində fəaliyyət göstərən Zərərçəkmiş şəxs QSC-yə məxsus düşərgənin olduğunu, həmin düşərgədə şirkətə məxsus 70-80 ədəd iş texnikasının dayandığını, eləcə də həmin texnikaların istifadə edilmədiyini və həmin ərazinin hasarlanmadığını bilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs QSC-nin işçisi “Faiq” adlı şəxs ilə çay fasilələrində tez-tez görüşdüyü üçün aralarında münasibət yaransa da, lakin aralarında texnikaların hər hansı bir iş görüb-görməmələri ilə bağlı söhbət olmamışdır. O, 23 yanvar 2025-ci il tarixdə idarə etdiyi avtomobil vasitəsilə Laçın rayonu, Güləbürd kəndinə sement aparmış, 2 (iki) gün həmin kənddə qalmış və 25 yanvar 2025-ci il tarixdə, saat 23:30 radələrində işlədiyi şirkətin Cəbrayıl rayonu, Soltanlı kəndində yerləşən düşərgəsinə qayıtmışdır. Belə ki, maddi cəhətdən çətinlik çəkdiyi üçün Zərərçəkmiş şəxs QSC-nin həmin kənddə yerləşən düşərgəsində saxlanılan iş texnikalarının hissələrini oğurlayıb sataraq, pul qazanmaq qərarına gəlmişdir. Belə ki, 26 yanvar 2025-ci il tarixdə, təxminən saat 01:00-02:00 radələrində, yəni gecə vaxtı ətrafda heç kim olmadığı üçün rahatlıqla oğurluq edə biləcəyini zənn etmişdir. Bu səbəbdən də, o, 26 yanvar 2025-ci il tarixdə, təxminən saat 02:00 radələrində Zərərçəkmiş şəxs QSC-nin Cəbrayıl rayonu, Soltanlı kəndi ərazisində yerləşən düşərgəsinə gedib, düşərgənin həyətində saxlanılmış “VOLVO BLC 240” markalı, 10-V-369 dövlət qeydiyyat nişanlı ekskavatorun mühərrik hissəsinə quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizmini və həmin ekstovatorun kabinasına quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizmini, eləcə də “VOLVO 940 QRADEL” markalı, 1**-FC-*** dövlət qeydiyyat nişanlı iş texnikasının kabinasına quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizmini paneli ilə birlikdə naqillərdən kəsərək ayırmaqla, oğurlamışdır. Onu da qeyd edir ki, oğurluq əməlini törətdiyi vaxt ərazidə heç kim olmamış və onu heç kim görməmişdir. Bundan sonra, o, oğurladığı həmin əşyaları idarə etdiyi “SHACMAN” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin kabinasına yerləşdirib, həmin avtomobil vasitəsilə yaşadığı Ağdaş rayonu, Mürsəl kəndinə getmiş və yaşadığı evdə saxlamışdır. O, oğurladığı həmin mexanizmlərin bazar qiymətini bilmədiyi üçün tanışlarına onları 1500 (min beş yüz) AZN məbləğində pula satmaq istədiyini demişdir. 08 may 2025-ci il tarixdə, təxminən saat 08:00 radələrində idarə etdiyi “SHACMAN” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə işə gedən zaman yolüstü Füzuli rayonu ərazisində yerləşən “Təbriz” kafenin qarşısındakı çayxananı işlədən “Doşu” kimi tanıdığı şəxsə yaxınlaşaraq, həmin mexanizmləri saxlamaq üçün ona vermiş və bir neçə gündən sonra ondan götürəcəyini demişdir. Lakin o, “Doşu” kimi tanıdığı həmin şəxsə mexanizmlərin oğurluq olması barədə heç bir söz deməmişdir. Daha sonra, o, iş yoldaşı Şahid1 idarə etdiyi “VAZ-21074” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Bərdə rayonu, Saatlı kəndində yerləşən yaşadığı evə getməyə hazırlaşdığını görmüş və ondan onu da özü ilə birlikdə Bərdə rayonuna aparmasını xahiş etmişdir. Beləliklə, o, həmin gün, təxminən saat 11:00 radələrində iş yoldaşı Rasimin idarə etdiyi “VAZ-21074” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Bərdə rayonuna yola düşmüşdür. Yolüstü Füzuli rayonu ərazisində “Doşu” adlı şəxsin çayxanasına gedərək, ondan həmin mexanizmləri geri alıb, Rasimin idarə etdiyi “VAZ- 21074” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirmişdir. Rasim ondan həmin mexanizmlərin nə olduğunu soruşmuş, o Rasimə həmin mexanizmlərin “televizor beyni” olduğunu demişdir. Daha sonra onlar Bərdə rayonuna getmiş və həmin gün, təxminən saat 14:00 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Şahid1 idarə etdiyi “VAZ-21074” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişlər. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oğurladığı həmin mexanizmlər avtomobilin yük yerində aşkar edilərək, götürülmüşdür. Beləliklə, o, oğurladığı həmin mexanizmləri sata bilməmişdir. Onu da qeyd edir ki, Zərərçəkmiş şəxs QSC-nin Cəbrayıl rayonu, Soltanlı kəndində yerləşən düşərgəsi, eləcə də düşərgənin həyətində iş texnikalarının saxlanıldığı yer hasarla, dəmir torla (setka, list dəmir və s.) və ya digər vasitələrlə təchiz olunmamış, ərazinin ətrafı açıqdır, hər kəs rahatlıqla həmin əraziyə daxil ola bilər. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs QSC-yə dəymiş maddi zərər ödənilmişdir. Belə ki, oğurlanmış həmin mexanizmlər cinayət işinin ibtidai istintaqı zaman Zərərçəkmiş şəxs QSC-yə təhvil verilmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs QSC-nin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Ümumiyyətlə, baş vermiş cinayət hadisəsinə görə bir insan kimi səmimi peşmanlıq hissi keçirir, vicdan əzabı çəkir və belə bir hadisənin baş verməsini heç vaxt arzu etməz idi. Hesab edir ki, bu müddət ərzində öz səhvini dərk etmiş və nəticə çıxarmışdır. Özü ailəldir, himayəsində yetkinlik yaşına çatmayan 1 (bir) qız uşağı vardır, qız uşağı bir neçə gün əvvəl cərrahiyyə əməliyyatı olunmuş və ailəyə yeganə qazanc gətirən şəxsdir. Azadlıqdan məhrum etmə bağlı olmayan cəza təyin edilərsə və azadlıqda qalarsa, öz zəhməti hesabına işləməklə ailəsinin maddi ehtiyaclarını qarşılayacaqdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Göygöl rayonu, Aşıqlı kəndində yaşayır və Zərərçəkmiş şəxs QSC-də 7-ci dərəcəli “sahə mexaniki” vəzifəsində işləyir. Zərərçəkmiş şəxs QSC-yə məxsus düşərgə Cəbrayıl rayonu, Soltanlı kəndinin ərazisində yerləşir və həmin düşərgənin həyətində şirkətə məxsus iş texnikaları saxlanılır. Belə ki, bir müddət müəyyən səbəblərə görə tikinti işləri müvəqqəti dayandırıldığı üçün həmin texnikalar şirkətin düşərgəsinin həyətində saxlanılmışdır. Baş vermiş hadisə barədə bildirir ki, 17 may 2025-ci il tarixdə, təxminən saat 10:00-11:00 radələrində şirkətin mühafizəçisi “Faiq” adlı şəxs onun mobil telefonuna zəng edərək, düşərgənin həyətində saxlanılan texnikaların bəzi hissələrinin, yəni “VOLVO BLC 240” markalı, 10 V 369 dövlət qeydiyyat nişanlı ekskavatorun mühərrikinə və kabinəsinə quraşdırılan idarəetmə mexanizmlərinin, eləcə də “VOLVO 940 QRADEL” markalı, 1**-FC-*** dövlət qeydiyyat nişanlı iş texnikasının kabininə quraşdırılan idarəetmə mexanizmi paneli ilə birgə naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. O, həmin gün evdə olduğu üçün növbəti gün, yəni 18 may 2025-ci il tarixdə, təxminən saat 08:00 radələrində işlədiyi şirkətin Cəbrayıl rayonu, Soltanlı kəndində yerləşən düşərgəsinə getmiş və şirkətə məxsus iş texnikalarına baxış keçirmişdir. Baxış zamanı həmin texnikaların idarəetmə mexanizmlərinin oğurlandığını görmüş və bu barədə Cəbrayıl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, "xxxx" MMC-də “sürücü” vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs QSC-nin Cəbrayıl rayonu, Soltanlı kəndi ərazisində yerləşən düşərgəsinin həyətində saxlanılmış “VOLVO BLC 240” markalı, 10-V-369 dövlət qeydiyyat nişanlı ekskavatorun mühərrik hissəsinə quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizmini və həmin ekstovatorun kabinasına quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizmini, eləcə də “VOLVO 940 QRADEL” markalı, 1**-FC-*** dövlət qeydiyyat nişanlı iş texnikasının kabinasına quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizmini paneli ilə birlikdə naqillərdən kəsilərək ayırmaqla, oğurlanmışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs QSC-yə ümumilikdə 42500 (qırx iki min beş yüz) AZN məbləğində maddi ziyan dəymişdir. Lakin cinayət işinin ibtidai istintaqı zamanı oğurlanmış həmin mexanizmlər Zərərçəkmiş şəxs QSC-yə təhvil verilmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs QSC-nin Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan, yüngül cəza verilməsini xahiş etmişdir. Onu da qeyd edir ki, işlədiyi Zərərçəkmiş şəxs QSC-nin Cəbrayıl rayonu, Soltanlı kəndində yerləşən düşərgənin ərazisi, eləcə də düşərgənin həyətində iş texnikalarının saxlanıldığı yer hasarla, dəmir məftillə, dəmir torla və ya digər texniki vasitələrlə təchiz olunmamış, ayrıca xüsusi yer və ərazi deyildir, yəni ərazinin ətrafı açıqdır, hər kəs rahatlıqla həmin əraziyə daxil ola bilər. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində bildimişdir ki, o, ailəsi birlikdə Bərdə rayonu, Saatlı kəndində yaşayır və Cəbrayıl rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC-də “sürücü” vəzifəsində çalışır. Təqsirləndirilən şəxs onun iş yoldaşıdır. Baş vermiş hadisə barədə bildirir ki, 18 may 2025-ci il tarixdə, təxminən saat 10:00-11:00 radələrində Tehran onun idarə etdiyi “VAZ-21074” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Bərdə rayonu, Saatlı kəndində yerləşən yaşadığı evə getməyə hazırlaşdığını görüb, onu da Bərdə rayonuna aparmasını xahiş etmişdir. O da Tehranın xahişini nəzərə alaraq, onu həmin gün, təxminən saat 11:00 radələrində idarə etdiyi “VAZ-21074” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Bərdə rayonuna aparmasına razılıq vermişdir. Belə ki, Tehran onun idarə etdiyi avtomobilin qabaq sağ oturacağında sərnişin qismində əyləşmişdir. Beləliklə, onlar həmin gün, təxminən saat 11:00 radələrində Cəbrayıl rayonu, Soltanlı kəndindən Bərdə rayonu istiqamətində yola düşmüşlər. Həmin gün, təxminən saat 12:00 radələrində Füzuli rayonu, Əhmədbəyli kəndinin ərazisindən keçən zaman Tehran ondan avtomobili saxlamasını xahiş etmiş və o da avtomobili saxlamışdır. Daha sonra Tehran avtomobildən yerə düşərək, yaxınlıqda yerləşən çayxanalardan birinə getmiş, bir qədər sonra qucağında bir neçə əşya ilə birlikdə geri qayıtmış və ondan avtomobilin yük yerinin açarını istəmişdir. O da avtomobilin açarını Tehrana təqdim etmişdir. Tehran avtomobilin yük yerini açaraq əlindəki əşyaları oraya yerləşdirmiş və yenidən avtomobilin qabaq sağ oturacağında sərnişin qismində əyləşərək, yola davam etmişlər. O, yol gedən zaman Tehrandan yük yerinə qoyduğu əşyalarnın nə olduğunu soruşmuşdur. Tehran ona gülərək cavabında həmin əşyalarnın “plazma televizorun beyni” olduğunu demişdir. Beləliklə, onlar həmin gün, təxminən saat 14:00 radələrində Bərdə şəhərinə çatan zaman Tehran ondan avtomobili saxlamasını xahiş etmişdir. O da avtomobili saxlamış, Tehran avtomobildən yerə düşüb, orada olan çayxanalardan birinə daxil olmuş və onu gözləməsini xahiş etmişdir. Təxminən 5-10 dəqiqə keçdikdən sonra polis əməkdaşları ona yaxınlaşaraq, Tehranın onun idarə etdiyi “VAZ-21074” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirdiyi əşyaların oğurluq və iş texnikasına məxsus mexanizmlər olduğunu bildirmişlər. Onu da qeyd edir ki, Təqsirləndirilən şəxs onun idarə etdiyi “VAZ-21074” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirdiyi əşyaların hər hansı bir nəqliyyat vasitəsinin ehtiyat hissələri, eləcə də oğurluq əşya olduğunu bilməmiş və həmin əşyaların Tehranın deməsinə əsasən plazma televizorun ehtiyat hissələri olduğunu zənn etmişdir. Cinayət işində olan 20 may 2025-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, fakta görə 20 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək, ibtidai istintaq aparılmışdır. Cinayət işində olan 20 may 2025-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan və protokoldan görünür ki, 20 may 2025-ci il tarixdə saat 18:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 22 may 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 22 may 2025-ci il tarixdə, saat 14:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 22 may 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi” qərardan görünür ki, 22 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, 22 may 2025-ci il tarixdə, saat 16:00-da və Biləsuvar Rayon Polis X5 Yerindən azad edilmişdir. Cinayət işində olan 15 iyul 2025-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 15 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işində olan 28 iyul 2025-ci il tarixli “təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, 28 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “VOLVO BLC 240” markalı, 10-V-369 dövlət qeydiyyat nişanlı ekskavator və “VOLVO 940 QRADEL” markalı, 1**-FC-*** dövlət qeydiyyat nişanlı iş texnikası Zərərçəkmiş şəxs QSC-nin xüsusi mülkiyyətindədir. Cinayət işində olan zərərçəkmiş şəxs "xxxx" QSC-nin 191/2X saylı, 14 iyul 2025-ci il tarixli məktubundan görünür ki, “VOLVO BLC 240” markalı, 10-V-369 dövlət qeydiyyat nişanlı ekskavatorun mühərrik hissəsinə quraşdırılan idarə etmə mexaniziminin qiyməti 12000 (on iki min) AZN məbləğində, həmin nəqliyyat vasitəsinin kabinasına quraşdırılan idarə etmə mexaniziminin qiyməti 14000 (on dörd min) AZN məbləğində və “VOLVO 940 QRADEL” markalı, 1**-FC-*** dövlət qeydiyyat nişanlı iş texnikasının kabinasında quraşdırılan idarə etmə mexaniziminin panel ilə birlikdə qiyməti 16500 (on altı min beş yüz) AZN məbləğində olmaqla, ümumilikdə şirkətə 42500 (qırx iki min beş yüz) AZN məbləğində maddi ziyan dəymişdir. Cinayət işində olan 23 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı maddi sübut-1. “VOLVO BLC 240” markalı, 10-V-369 dövlət qeydiyyat nişanlı ekskavatorun mühərrik hissəsində quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizmi və həmin ekskavatorun kabinasında quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizmi; 2. “VOLVO 940 QRADEL” markalı, 1**-FC-*** dövlət qeydiyyat nişanlı iş texnikasının kabinasında quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizmi paneli ilə birlikdə Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X9 18-1-22/2-852/2025 saylı, 14 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X9 Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 3-28-29/2-5916/2025 saylı, 18 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 psixiatrik kabinetində müalicədə olmamışdır. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 452367 №-li, 23 noyabr 2008-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında 23 noyabr 2008-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 16 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. Cinayət işində olan AZ-İİ 657009 №-li, 27 aprel 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 rəsmi nikahından 02 sentyabr 2009-cu ildə “X7” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Seriya AZE 11692846 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 rəsmi nikahından 02 sentyabr 2009-cu ildə “X7” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Mürsəl Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-32-12/2-103/2025 saylı, 02 iyun 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-arvadı X6 və övladı X7 ilə birlikdə Ağdaş rayonu, Mürsəl kəndində yaşayır. Cinayət işində olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Mürsəl Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş tərəfindən verilmiş 5-32-12/2- 103/2025 saylı, 02 iyun 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə 18 sentyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş oğurluq cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs QSC-yə dəymiş maddi zərər tam şəkildə ödənilmiş, cəmiyyətin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən səhvən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. Belə ki, “yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq” dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülür. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. “Anbar və başqa saxlanc yerləri” məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, məhz hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Lakin cinayət işinin məhkəmə istintaqı zamanı (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələrinin, “Baxış keçirilmə və əşyanın götürülməsi haqqında” və “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokolların, eləcə də fotoşəkillərin tədqiqi zamanı...) məlum olmuşdur ki, Cəbrayıl rayonu, Soltanlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs QSC-yə məxsus düşərgənin ərazisi və ərazidə iş texnikalarının saxlanıldığı yer məhz hasarla, dəmir məftillə, dəmir torla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş, digər tikililərindən təcrid edilmiş ərazi deyildir. Cinayət işində 18 may 2025-ci il tarixli “Baxış keçirilmə və əşyanın götürülməsi haqqında”, 24 iyun 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokollardan, eləcə də fotoşəkillərdən görünür ki, Cəbrayıl rayonu, Soltanlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs QSC-yə məxsus düşərgənin ərazisi və ərazidə iş texnikalarının saxlanıldığı yer məhz hasarla, dəmir məftillə, dəmir torla və ya digər texniki vasitələrlə təchiz olunmamış və ya başqa cür mühafizə ilə təmin edilməmiş, digər tikililərindən təcrid edilməmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs əməli “...başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama” kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir... Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı, 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsində təsbit edilmiş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndində qeyd edilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Həmin Qərarın 38-ci bəndində qeyd edilmişdir, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri- əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin mövqelərinin qorunması ilə bağlı prosessual təminatların mövcudluğu baxımından işin mahiyyəti üzrə prosessual hüquq bərabərliyinin təmin olunması yolu ilə ittiham və müdafiə tərəfinin hər birinin bütün dəlillərinin məhkəmə prosesində baxılıb qiymətləndirilməsi təqsirsizlik prezumpsiyası prinsipinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Həmin Qərarda qeyd edilir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir şübhə obyektiv olaraq şübhə edilən şəxslə güman edilən cinayət hadisəsi arasında əlaqə fakt və məlumatlarla təsdiq olunduqda əsaslı hesab oluna bilər. Əsaslı şübhə yalnız şəxsin əvvəllər hər hansı hüquq pozuntusu törətməsinə əsaslana bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Foks, Kempbell və Hartli “Birləşmiş Krallığa” qarşı” və “Çebotari Moldovaya qarşı” işlər üzrə qərarlarında qeyd edilmişdir ki, şübhənin ağlabatan əsaslar üzərində qurulması tələbi qanunsuz həbs və tutulmadan müdafiənin mühüm hissəsini təşkil edir. Şübhənin vicdanlı əsasda olması faktı kifayət deyil. “Əsaslı şübhə” ifadəsi bəhs olunan şəxsin cinayət əməlini törədə bilmiş olduğuna obyektiv müşahidəçini qane edəcək faktların və ya məlumatların mövcudluğudur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarında qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə 06 yanvar 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərlərinin” işi üzrə 21 yanvar 2007-ci il tarixli və “Hiro Balani İspaniyaya qarşı iş” üzrə 9 dekabr 1994-cü il tarixli Qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsi tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq, əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasınavə qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtətəfli və obyektiv hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarını və həmin qərarlarda formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli “...başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama” kimi tövsif edilə bilməz. İrəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs cinayət əməli səhvən “...başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama” kimi tövsif olunduğu üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ittihamdan çıxarılmalıdır. Bununla yanaşı, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməlini törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi zərərin tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını, bu müddət ərzində öz səhvini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi və qanunlara əməl edəcəyi barədə söz verməsini, eləcə də onun işğaldan azad edilmiş ərazilərdə tikinti-yenidənqurma işlərində fəal iştirak etməsini, ailəli, ailə vəziyyətini, himayəsində yetkinlik yaşına çatmayan qız uşağının və ailəyə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 07:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, məhkəmə cinayət işində olan “maddi sübut”larla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı baş vermiş cinayət hadisəsi nəticəsində oğurlanmış “VOLVO BLC 240” markalı, 10-V-369 dövlət qeydiyyat nişanlı ekskavatorun mühərrik hissəsində quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizminin və həmin ekskavatorun kabinasında quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizminin, eləcə də “VOLVO 940 QRADEL” markalı, 1**-FC-*** dövlət qeydiyyat nişanlı iş texnikasının kabinasında quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizminin paneli ilə birlikdə Zərərçəkmiş şəxs QSC-yə geri qaytarılması (dəymiş maddi zərərin ödənilməsi...) nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdən 22 may 2025-ci il tarixədək saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə 4 (dörd) gününə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 07:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin ibtidai istintaqı zamanı baş vermiş cinayət hadisəsi nəticəsində oğurlanmış “VOLVO BLC 240” markalı, 10-V-369 dövlət qeydiyyat nişanlı ekskavatorun mühərrik hissəsində quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizminin və həmin ekskavatorun kabinasında quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizminin, eləcə də “VOLVO 940 QRADEL” markalı, 1**-FC-*** dövlət qeydiyyat nişanlı iş texnikasının kabinasında quraşdırılan 01 (bir) ədəd idarə etmə mexanizminin paneli ilə birlikdə Zərərçəkmiş şəxs QSC-yə geri qaytarılması (dəymiş maddi zərərin ödənilməsi...) nəzərə alınsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-6/2025
Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-6/2025
03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver