Məhkəmə qərarları › İş №1(072)-7/2024

Cəbrayıl Rayon Məhkəməsi Hökm — İş №1(072)-7/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(072)-7/2024 24.10.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 12:25 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi vəkili X7, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Lerik rayonu, Əliabad kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lerik rayonu, Əliabad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən çətənə bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda, yəni təmiz çəkisi 405 qram qurudulmuş marixuananın özünün əlaqədə olduğu və narkotik vasitələrin satışını həyata keçirən, şəxsiyyəti istintaqla araşdırılan şəxs (şəxslər) tərəfindən “Biləsuvar-Bəhrəmtəpə” avtomobil yolunun 54-cü kilometrliyindən sola dönməklə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa olunmuş qəsəbələr istiqamətində dönüb hərəkət edərək “Şirvan post” adlı dairəvi yol ayırıcına 40 metr qalmış yolun sağ tərəfində quraşdırılmış “1.7” (dairəvi hərəkətlə kəsişmə) xəbərdarlıq nişanının yanından sağ tərəfdə, 10-15 metr uzaqlıqdakı əkin sahəsində gizlədilməsi haqqında məlumat aldıqdan sonra cinayətdən xəbərsiz olan tanışı Şahid7 və cinayətdən xəbərsiz olmaqla “TAXİ” fəaliyyətini həyata keçirən Şahid8 ilə birlikdə sonuncuya məxsus, lakin özünün idarə etdiyi “KHAZAR” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə 04 may 2024-cü il tarixdə, saat 20:00 radələrində qeyd olunan əraziyə gedərək xaki rəngli çantada 1 (bir) ədəd sellofan torbaya yığılaraq üzəri yapışqan lentlə sarılmış bükülünün içərisinə qoyulan həmin narkotik vasitəni qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlamaqla gəldiyi avtomaşın istiqamətində daşıyan zaman, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni əldə etdikdən dərhal sonra saxlanılarkən əlində daşıdığı narkotik vasitənin olduğu çantanı üzərindən atdığı üçün həmin gün saat 23:50-dən başlanmaqla narkotik vasitənin əldə olunduğu yerə onun iştirakı ilə baxış aparılarkən qeyd olunan əkin sahəsində özünün göstərdiyi yerdən xaki rəngli çantada 1 (bir) ədəd sellofan torbaya yığılaraq üzəri yapışqan lentlə sarılmış bükülüdə 405 qram təmiz çəkiyə malik narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, Lerik rayonu, Əliabad kəndində qeydiyyatda olsa da, lakin ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. X22 (2-ci Qarabağ) iştirak etmişdir. Müharibədən qayıtdıqdan sonra ağrıları olduğu üçün bəzən narkotik vasitə qəbul etmək məcburiyyətində qalmışdır. Baş vermiş hadisə barədə bildirir ki, Şahid7 onun həm həmkəndlisi, həm də uzaq qohumudur. Şahid8 rayon sakini kimi tanıyır və qohumluq əlaqəsi yoxdur. Bir neçə il əvvəl “İnstagram” sosial şəbəkəsində dəqiq profilini xatırlamadığı, lakin adını “Əli” kimi bildirdiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. O, narkotik vasitə əldə etmək üçün iranlı “Əli” ilə “Whatsapp” ani yazışma proqramı vasitəsilə əlaqə saxlamışdır. 04 may 2024-cü il tarixdə, günorta vaxtı “Whatsapp” ani yazışma proqramı vasitəsilə iranlı “Əli” ona zəng edərək, əlində hazır narkotik vasitə hesab edilən marixuana olduğunu və onun istifadə etməsi üçün göndərə biləcəyini demişdir. O, iranlı “Əli” ilə razılaşmış və sonuncu ona özünün istifadə etməsi üçün təxminən 20-30 manatlıq narkotik vasitə hesab edilən marixuana göndərəcəyini demişdir. Onu da qeyd edir ki, iranlı “Əli” ilə onun arasında narkotik vasitənin çəkisi (miqdar) barədə heç bir söhbət olmamış və ona heç bir pul vəsaiti göndərməmişdir. Belə ki, iranlı “Əli” pay olaraq ona çəkə biləcəyi qədər, yəni özünün istifadə etməsi üçün narkotik vasitə hesab edilən marixuana göndərəcəyini bildirmişdir. Bundan sonra o, mobil telefon vasitəsilə “TAXİ” fəaliyyəti ilə məşğul olan Pənaha zəng etmiş, ona Biləsuvar rayonunda tanıdığı qızdan pul almaq üçün onu Biləsuvar rayonu ərazisinə aparmasını xahiş etmişdir. Gediş haqqı məbləği barədə qarşılıqlı razılıq əldə edildikdən sonra Pənah onu idarə etdiyi “KHAZAR” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə “TAXİ” kimi Biləsuvar rayonuna aparmasına razılıq vermişdir. O, Pənahdan ilk olaraq yaşadığı evə aparmasını və oradan adapterini götürdükdən sonra getməyini demişdir. O, yaşadığı evə gedən zaman Mürəvtin qohumları ilə Bakı şəhərinə getdiyini görüb, ondan dayanmasını xahiş etmişdir. Mürvət də olduğu avtomobildən düşüb, onların avtomobilinə əyləşmişdir. O, Mürvətə əvvəlcə Biləsuvar rayonuna, yəni orada tanıdığı qızdan pul və paltar alıb, daha sonra oradan Bakı şəhərinə gedəcəyini demişdir. Mürvət də qohumlarının yanında siqaret çəkə bilmədiyini bildirərək, birlikdə rahat getmələrini demişdir. Beləliklə, onlar birlikdə Biləsuvar rayonu istiqamətinə hərəkətə başlamışlar. Avtomobili Lerik rayonunun çıxacağına kimi Pənah idarə etmişdir. İranlı “Əli” tərəfindən “konum” atılandan sonra isə, yəni oradan-Lerik rayonundan Biləsuvar rayonuna kimi telefonuna yüklədiyi “Waze” proqramının köməkliyi ilə avtomobili özü idarə etmişdir. Eyni zamanda özü iranlı “Əli”yə təklif etmişdir ki, narkotik vasitə hesab edilən marixuana çantanın içində, paltarın arasında olsun. O, avtomobili iranlı “Əli”nin “konum” atdığı yer istiqamətinə sürmüş və təbii ehtiyacını (sidiyə getmək) qarşılamaq adı ilə həmin yerdə avtomobili saxlayaraq, avtomobildən yerə düşmüşdür. Eləcə də Mürvət və Pənah da təbii ehtiyacını (sidiyə getmək) qarşılamaq üçün avtomobildən yerə düşmdüşlər. O, avtomobildən yerə düşüb, çanta atılan yerə tərəfə getmiş və ayağı ilə çantaya təpik vurmuşdur. Çantaya təpik vuran zaman onun ağır olduğunu hiss etmiş və bunun “qurma” iş olduğunu bilib, onu yerdən götürmədən avtomobilə tərəf qayıtmışdır. Bu zaman polis əməkdaşları onu yaxalayaraq, Cəbrayıl Rayon Polis Şöbəsinə gətirmişlər. O, Cəbrayıl Rayon Polis Şöbəsində demişdir ki, o, nə həmin çantanı əlinə götürmüş, nə də həmin çantanın içinə baxmışdır, ümumiyyətlə çantanın içində həmin miqdarda narkotik vasitə hesab edilən marixuana olduğunu bilməmişdir. Lakin Cəbrayıl Rayon Polis Şöbəsində təhqiqatçı və əməliyyatçı müdafiəçi dəvət edilənədək ona demişdir ki, çantadan çıxan budur, yəni 405 qram qurudulmuş marixuana. O da bunun “qurma” olduğunu bilib, onlara demişdir: “Necə deyim ki, mənə kömək edəsiniz.” Həmin şəxslər də ona demişdir: “Bu formada, yəni o, həmin ərazidən şəxsi istifadəsi üçün 450-480 qram çəkidə narkotik vasitə hesab edilən marixuana götürmək üçün gəlməsi, İranlı vətəndaşın onun üçün həmin ərazidə narkotik vasitə gizlədəcəyi və bunun qarşılığında 400 manat pul köçürəcəyi, həmçinin həmin narktotik vasitəni iranlı “Əli”nin ona göndərdiyi “konum”a uyğun gəlməsi və “konum”un sonunda narkotik vasitəni götürərərək avtomobilə gələn zaman polis əməkdaşlarının ona yaxınlaşdıqları üçün çantanı yerə atması kimi...ifadə ver.” O da məcburiyyət qarşısında qalıb, Cəbrayıl Rayon Polis Şöbəsində belə məzmunda ifadə vermişdir. Eləcə də o, Cəbrayıl Rayon Polis Şöbəsində videoçəkiliş aparılmamışdan əvvəl bir neçə dəfə polis əməkdaşlarına onların dediyi kimi məhz çəkilişdə qeyd edilən formada ifadə vermişdir ki, videoçəkiliş zamanı hazırlıqlı olsun. Onu da qeyd edir ki, həmin çanta qamışlıq kimi yerdə idi, əgər o, polis əməkdaşlarının dediyi kimi çantanı əlinə götürüb, 3-4 metr avtomobilə tərəf gedərkən onları görən kimi kənara atmışdırsa, gərək çanta yolun kənarına tərəf, açıqlıq və ya otlaq əraziyə düşər idi, yəni məhz qoyulduğu yerdə, yəni qamışlığın dibində olmamalı idi. Necə olur ki, həmin vaxt polis əməkdaşları onu yaxalayır, lakin niyə həmin çantanı oradan götürmür, çanta ilə birlikdə polis şöbəsinə gətirmir və çantanın üzərindəki əl-barmaq izlərinin alınması üçün ekspertiza təyin edilmir...? Eləcə də hadisə yerinə baxış zamanı polis əməkdaşları ondan qabaqda, “konum”a baxmadan bir başa məhz çantanın qoyulduğu yerə, yəni görünməz və qamışlıq kimi yerə tərəf gedərək, oradan götürür...? Yəni əgər o, çantanı əlinə alıb, 3-4 metr hərəkət edib, kənara atmışdırsa, gərək çanta atıldığı yerdə olmalı idi, qoyulduğu yerdə deyil... Onu da qeyd edir ki, o, yaxalanan zaman Elşad müəllim (Cəbrayıl Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis mayoru Şahid2 Xuadayar oğlunu nəzərə tutur...) orada olmuş, hətta polis avtomobilində onun yanında əyləşmiş və əlində “radsa” ilə kiminləsə danışırdı... Onu da qeyd edir ki, o, Cəbrayıl Rayon Polis Şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı olmadan və video çəkilişdən istifadə edilmədən polis əməkdaşları onun üzərini yoxlamış, şifahi izahat almış və daha sonra onu hadisə yerinə, yəni çantanın atıldığı yerə aparmışlar. Əraziyə atılmış həmin çantanı ona göstərək, içindən 405 qram qurudulmuş marixuana olduğunu və bunu etiraf etməsini demişlər. Bir neçə saatdan sonra müdafiəçi dəvət edilmiş, üzərində şəxsi axtarış aparılmış və təxminən gecə saat 03:00 radələrində hadisə yerinə, yəni çantanın atıldığı yerə getmişlər. İstər təhqiqatçı, istərsə də müstəntiq tərəfindən dindirilən zaman əsl həqiqət barədə onlara izahat və ifadə vermişdir. Lakin onun izahat və ifadəsi dəyişdirilmiş, bununla yanaşı o, izahat və ifadəsini oxumadan imzalamışdır. Məhkəmə tərəfindən ona ittiham aktı göndərildikdən sonra oxuyub bilmişdir ki, onun ifadəsi dəyişdirilmiş və onun ifadəsi hazırki ittiham aktındakı kimi qeyd edilmişdir. Hətta o, əsl həqiqəti müdafiəçisinə də bildirmişdir. Beləliklə, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə təqsirli bilmir, hesab edir ki, ona qarşı irəli sürülmüş ittiham şər və böhtandır. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən ədalətli qərar, yəni bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəkili X16 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun iştirakı ilə təhqiqatçı və müstəntiq tərəfindən dindirilmişdir. Dindirmə zamanı təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, avtomobili iranlı “Əli”nin “konum” atdığı istiqamətə sürmüş və təbii ehtiyacını (sidiyə getmək) qarşılamaq adı ilə həmin yerdə avtomobili saxlayaraq, avtomobildən yerə düşmüşdür. O, avtomobildən yerə düşüb, çanta atılan yerə tərəf getmiş və ayaqı ilə çantaya təpik vurmuşdur. Çantaya təpik vuran zaman onun ağır olduğunu hiss etmiş və bunun “qurma” iş olduğunu bilib, onu yerdən götürmədən avtomobilə tərəf qayıtmışdır. Düzdür, onun özü də təhqiqatçı və müstəntiqə inandığı üçün təqsirləndirilən şəxsin dindirmə ifadəsini oxumadan və cinayət işinin materialları ilə tam tanış olmadan imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində işləyir və polis mayorudur. O, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 04 may 2024cü il tarixdə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı iştirak etməmişdir. Avtomobilə və hadisə yerinə baxış zamanı iştirak etmişdir. Düzdür, Təqsirləndirilən şəxs ilkin ifadəsində 2 (iki) büküm, yəni 20-30 manatlıq marixuana üçün Biləsuvar rayonuna gəldiyi demişdir, lakin bu inandırıcı deyildir. Ərazidən içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan çanta götürülmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ilə birlikdə gələn “Pənah” və “Mürvət” adlı şəxslərin bu cinayətdən xəbəri olmamışdır. Onu da qeyd edir ki, bir neçə istintaq hərəkəti gecə saatlarında həyata keçirilmiş, ümumiyyətlə “şəxsi axtarış və götürmə”, “avtomobilə baxış” və “hadisə yerinə baxış və götürmə” kimi istintaq hərəkətlərinin konkret hansı saatlarda keçirilməsi, eləcə də istintaq hərəkəti protokollarında qeyd edilmiş vaxt ilə həyata keçirilmiş istintaq hərəkətlərində real vaxt arasındakı uyğunsuzluq barədə məlumatı olmamış və bu barədə fikir bildirə bilməmişdir. Ümumiyyətlə, polis əməkdaşları Təqsirləndirilən şəxs ittiham aktında qeyd edildiyi kimi ifadə verməsini deməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis X10 Yerinin mühafizəsi üzrə polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. O, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 04 may 2024cü il tarixdə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı iştirak etmişdir. Belə ki, o və əməliyyat-axtarış qrupunun digər üzvüləri həmin gün Təqsirləndirilən şəxs gəldiyi “KHAZAR” markalı avtomobili uzaqdan izləmişlər. Avtomobil həmin ərazidə dayanmış, Vüsal avtomobildən yerə düşüb, əlindəki telefona baxa-baxa çantaya tərəf getmiş, çantaya ayağı ilə toxunub, əlinə götürmüş və təxminən 3-4 metr irəli getmişdir. Vüsal onları görüb, çantanı kənara ataraq avtomobilə tərəf qaçmışdır. Bu zaman onlar Vüsalı tutmuşlar. Onu da qeyd edir ki, əməliyyat-axtarış tədbiri keçirilən zaman hava tam qaralmamışdır, belə ki, həmin gün təxminən saat 19:00 radələrində Biləsuvar rayonu, 6 saylı qəsəbə istiqamətində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkət istiqaməti, görüntüsü, markası və rəngi barədə onlara məlumat verilmiş, onlar da müşahiyə başlamışlar. Təxminən saat 19:20 radələrində “KHAZAR” markalı avtomobil hadisə yerinə gəlib, dayanmışdır. Avtomobildən 3 (üç) nəfər yerə düşmüş, onlardan 2 (iki) nəfər torpaqlığa, yəni kanalın üstünə tərəf “ayaq yolu”na getmiş və həmin şəxslər ilə Vüsalın arasında təxminən 6-7 metr məsafə, lakin çanta ilə avtomobil arasında təxminən 15-20 metr məsafə olmuşdur. Bundan başqa, o, gah bildirir ki, əməliyyat-axtarış tədbirində, yəni Təqsirləndirilən şəxs yaxalanan zaman Cəbrayıl Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis mayoru Şahid2 iştirak etmiş, gah da bildirir ki, orada olmamış, kənarda olmuş, həmin şəxslər yaxalandan 3-4 dəqiqə sonra gəlmişdir. Eləcə də o, “şəxsi axtarış və götürmə”, “avtomobilə baxış” və “hadisə yerinə baxış və götürmə” kimi istintaq hərəkətlərində iştirak etmişdir. Gecə vaxtı, təxminən saat 02:30 radələrində çantanın olduğu yerə getmişlər, yəni “hadisə yerinə baxış və götürmə” keçirilməklə, çanta olduğu yerdən götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis X11 polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. O, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 04 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı iştirak etmişdir. Belə ki, o və əməliyyat-axtarış qrupunun digər üzvüləri həmin gün Təqsirləndirilən şəxs gəldiyi “KHAZAR” markalı avtomobili uzaqdan izləmişlər. Avtomobil həmin ərazidə dayanmış, Vüsal avtomobildən yerə düşüb, əlindəki telefona baxa-baxa “konum” atılan tərəfə getmişdir. Vüsal oradakı çantaya ayağı ilə təpik vurmuş, əlinə götürüb, avtomobilə tərəf getmiş, onları görüb, çantanı kənara, otlaq sahəyə atmışdır. Vüsal qaçmamışdır, lakin qaçma şübhəsi olduğu üçün onu avtomobilin yanında yaxalamışlar. Onu da qeyd edir ki, əməliyyat-axtarış tədbiri keçirilən zaman hava tam qaralmamışdır, belə ki, onlar əməliyyataxtarış tədbirinin həyata keçirilməsi üçün həmin gün təxminən saat 19:20 radələrində Cəbrayıl Rayon Polis Şöbəsindən çıxaraq, Biləsuvar rayonu, 6 saylı qəsəbə istiqamətinə gedib, müşahidəyə başlamışlar. Təxminən 30-40 dəqiqə sonra onlar Vüsalı yaxalamışlar. Avtomobil ilə çanta arasında təxminən 15-20 metr məsafə olardı və Vüsal çantanı götürüb, avtomobilə tərəf təxminən 5-6-7 metr məsafə irəliləmişdir. Vüsal və onun ilə birlikdə gələn şəxslər yaxalandıqdan sonra Cəbrayıl Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis mayoru Şahid2 hadisə yerinə gəlmişdir. Bundan başqa, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün müşahidəyə başlamaları və Vüsalın yaxalanması vaxtı yadında qalmaqla bildirsə də, lakin “şəxsi axtarış və götürmə”, “avtomobilə baxış” və “hadisə yerinə baxış və götürmə” kimi istintaq hərəkətlərinin keçirilmə vaxtı (hətta təxmini vaxt...) yadında qalmamış, qaranlıq vaxtda və gecə saatlarında keçirildiyi bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Baş vermiş hadisə barədə bildirir ki, Vüsalın qohumu vəfat etdiyi üçün o, qardaşı və bacısı ilə birlikdə 04 may 2024-cü il tarixdə Bakı şəhərindən Lerik rayonuna mərhumun “7 məclisi”nə getmişdir. Həmin gün, yas məclisindən sonra Vüsal ona zəng vurub demişdir ki, onu Bakı şəhərinə aparması üçün “TAXİ” sürücüsü “Pənah” adlı şəxs ilə danışmışdır. Eləcə də Vüsal ona əvvəlcə Lerik rayonundan Biləsuvar rayonuna gedib, qız tanışından 300 (üç yüz) manat pul və paltar götürüb, oradan Bakı şəhərinə gedəcəyini də demişdir. O da avtomobildə qardaşının yanında siqaret çəkə bilmədiyi üçün rahat getməsi üçün Vüsal ilə birlikdə getməsinə razılıq vermişdir. Belə ki, onlar yolda rastlaşmış, o, özünün olduğu avtomobildən düşüb, Vüsalın olduğu avtomobilin arxa sərnişin oturacağına əyləşmişdir. Eyni zamanda bildirir ki, həmin gün, onlar günortadan sonra Lerik rayonundan yola düşmüşlər. Avtomobili “Lerik-Lənkəran” yoluna kimi Pənah, daha sonra isə, yəni Lerik rayonunun çıxacağından Biləsuvar rayonuna Vüsal idarə etmişdir. Yolboyu Vüsal telefonda bir neçə dəfə “ya Lalə, ya da Jalə” adlı qız ilə əlaqə saxlamışdır. Çünki o, Biləsuvar rayonunda həmin qızdan pul və paltar almalı idi. Hətta o, həm Vüsala, həm də özü-özünə deyinirdi ki, artıq gecdir, Bakı şəhərinə gec çatacaq, eləcə də özü böyrək xəstəliyindən əziyyət çəkdiyi üçün tez-tez sidiyə getmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də, o, Vüsala deyirdi ki, avtomobili yolun kənarında saxla, təbii ehtiyacını qarşılasın. Vüsal da “saxlayaram-saxlayaram” deyərək, Biləsuvar rayonu ərazisində, yəni hadisə yerinə çatanda avtomobili saxlamış və onlar avtomobildən yerə düşmüşlər. O, avtomobildən kənarda təbii ehtiyacını (sidiyə getmək) qarşılamış və qayıdıb, avtomobilə əyləşmişdir. Hətta Pənaha demişdir ki, Vüsal avtomobili narahat sürür, avtomobili özün sür. Həmin vaxt Pənah avtomobilin yanında siqaret çəkirdi. Bu zaman polis əməkdaşları Vüsalı avtomobilin yanında, eləcə də onu və Pənahı yaxalamışlar. Onu da qeyd edir ki, o, bu bölgəni tanımırdı, ilk dəfə idi ki, bu bölgəyə, yəni Biləsuvar rayonu ərazisinə gəlirdi. Eləcə də yolboyu Vüsalın “Whatsapp”da konuma və ya xəritəyə baxdığını görməmişdir. Ümumiyyətlə o, həmin vaxt ərazidə çanta, Vüsalın çantaya tərəf getdiyini, çantaya təpik vurduğunu, çantanı əlinə götürdüyünü və avtomobilə tərəf qaçdığını görməmişdir. O, ilk dəfə həmin çantanı polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış zamanı görmüşdür. Həmin vaxt polis əməkdaşları onların mobil telefonlarını aldığı üçün “hadisə yerinə baxış və götürmə”nin keçirilmə saatını bilmir, amma gecə vaxtı keçirildiyini bildirir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır və “TAXİ” fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə qohumluq əlaqəsi yoxdur, lakin atası Şövqi kişi ilə dostdur. Baş vermiş hadisə barədə bildirir ki, 04 may 2024-cü il tarixdə, günorta vaxtı Vüsal ona zəng edib, Biləsuvar rayonunda tanıdığı qızdan pul almaq üçün onu Biləsuvar rayonu ərazisinə aparmasını xahiş etmişdir. O, idarə etdiyi “KHAZAR” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə “TAXİ” kimi Biləsuvar rayonuna aparmasına razılıq vermişdir. Həmin vaxt Vüsalın qohumu Mürvət də onlar ilə birlikdə getməli olmuşdur. Eyni zamanda bildirir ki, həmin gün, onlar günortadan sonra Lerik rayonundan yola düşmüşlər. Avtomobili “Lerik-Lənkəran” yoluna kimi özü, daha sonra isə, yəni Lerik rayonunun çıxacağından Biləsuvar rayonuna Vüsal idarə etmişdir. Vüsal “ayaq yolu”na getmək adı ilə avtomobili yolun kənarında saxlamış, Vüsal və Mürvət avtomobildən yerə düşüb, təbii ehtiyacını (sidiyə getmək) qarşılamaq üçün “ayaq yolu”na getmişlər. Belə ki, Vüsal təbii ehtiyacını (sidiyə getmək) qarşılamaq üçün kanal başına tərəf “ayaq yolu”na getmişdir. O, Vüsalın “ayaq yolu”na gedərkən telefonla danışdığını görsə də, lakin o, telefonla danışadanışa nəsə axtarmırdı. Həmin vaxt özü avtomobilin yanında dayanıb, siqaret çəkirmiş və onun ilə Vüsal arasında təxminən 15-20 metr məsafə var idi. Onu da qeyd edir ki, həmin vaxt Vüsal kanal başında təbii ehtiyacını qarşılayıb, avtomobilə tərəf gəlirdi və əlində də heç bir şey yox idi. Əgər Vüsalın əlində nəsə olsa idi o, bunu görərdi, həmin vaxt hava işıqlı idi, qaranlıq düşməmişdir. Mürvət də avtomobildə əyləşmişdir. Polis əməkdaşları Vüsalı avtomobilin yanında, daha dəqiq avtomobilə çataçatda yaxalamışlar. Eləcə də polis əməkdaşları həm onu, həm də Mürvəti yaxalamışlar. Ümumiyyətlə o, həmin vaxt ərazidə çanta, Vüsalın hər hansı əşyaya, eləcə də çantaya tərəf getdiyini, hər hansı əşyaya, eləcə də çantaya təpik vurduğunu, yerdən əyilib hər hansı əşya, eləcə də çanta götürdüyünü görməmişdir, Vüsal avtomobilə tərəf qaçmamışdır. Onlar həmin çantanın olduğu yerə dəqiq saat yadında qalmasa da, lakin gecə vaxtı polis əməkdaşları ilə birlikdə getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Cəbrayıl Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. Təqsirləndirilən şəxs, Şahid7 və Şahid8 Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 saylı qəsəbələr ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 04 may 2024-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur. Onun cinayət əməlini ifşa edilməsi məqsədilə raportla Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün icazə verilməsini xahiş etmişdir. Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verildikdən sonra həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin qərara əsasən tərəfindən Cəbrayıl Rayon Polis X4 Qrupunun əməliyyat müvəkkilli, polis kiçik leytenantı Şahid3, Cəbrayıl Rayon Polis Şöbəsinin Qeydiyyat və X12 baş inspektoru, polis leytenantı Şahid4, Cəbrayıl Rayon Polis X11 polis nəfəri, polis serjantı Şahid5 və Cəbrayıl Rayon Polis X10 Yerinin mühafizəsi üzrə polis nəfəri, polis serjantı Şahid6 ibarət olan tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib etmişdir. Həmin qərara uyğun olaraq qeyd olunan əməliyyat qrupunun tərkibində o da olmaqla 04 may 2024-cü il tarixdə, saat 19:20 radələrində tərəfindən əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz əldə еdilməsi, saxlanılması və daşıması ilə məşğul olmasına şübhə doğuran Təqsirləndirilən şəxs, Şahid7 və Şahid8 olduqları “KHAZAR” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili “Biləsuvar-Bəhrəmtəpə” avtomobil yolunun 49-cü kilometrliyinə çıxan yolayrıcından müşahidə etməyə başlamışlar. Təxminən 30 (otuz) dəqiqə sonra həmin avtomobil gəldiyi istiqamətdə “Biləsuvar- Bəhrəmtəpə” yolunun 53-cü kilometrliyini göstərən yol nişanını keçəndən sonra sol tərəfə, yəni İmişli rayonu, Qızılkənd kəndi ilə əks istiqamətdə yerləşən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələrə gedən yola dönmüşdür. Bu zaman onlar həmin avtomobili Təqsirləndirilən şəxs idarə etdiyini müəyyən etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobili “Şirvan post” adlı dairəvi yolayrıcına çatmamış “Dairəvi hərəkətdə kəsişmə” xəbərdaredici yol nişanın yanında saxlamışdır. Avtomobilin sükan arxasından Təqsirləndirilən şəxs yerə düşərək, əlindəli mobil telefona baxa-baxa gəldiyi istiqamətdə sağ tərəfdə olan əkin sahəsinə tərəf getmişdir. Eləcə də həmin avtomobilin arxa oturacağından “Mürvət” adlı şəxs yerə düşüb, ehtiyacını (sidiyə getmək) qarşılamaq üçün əkin sahəsinə tərəf getmişdir. Eləcə də həmin avtomobilin sağ qabaq sərnişin oturacağından “Pənah” adlı şəxs yerə düşmüşdür. Bu zaman Vüsal yol kənarından təxminən 5-6 metr əkin sahəsinə doğru gedərək otlaq sahəsində nə isə axtarmağa başlamışdır. Vüsal otun altında gizlədilmiş əşyaya ayağı ilə toxunmuş, sonra əyilərək otun altından həmin çantanı götürüb avtomobilə tərəf hərəkət etməyə başlamışdır. Onlar Vüsalın çantanı götürdüyünü və avtomobilə əyləşərək, həmin yerdən qaçacaqlarını güman etdiyi üçün tez ona tərəf yaxınlaşmışlar. Bu zaman Vüsal onların ona tərəf gəldiyini görüb, polis əməkdaşları olduqlarını anlayaraq, geriyə dönüb əlindəki çantanı otlaq sahəsinə atmışdır. Bu zaman onlar Vüsalı, elədə də Mürvəti və Pənahı yaxalamışlar, lakin maddi sübutu, yəni içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan çantanı həmin vaxt oradan götürməmişlər. Eyni zamanda, məhkəmə tərəfindən ona ünvanlanmış suallara, yəni 1) Niyə əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti kəsb edən halların mövcudluğunun olub-olmamasını müəyyən etmək məqsədi ilə videoçəkilişin aparılmamasının; 2) Niyə əməliyyat-axtarış tədbiri zamanı maddi sübut (içərisində narkotik vasitə hesab edilən marixuana olan çanta) ərazidə olduğu halda, hətta onun məhv olması, narkotik vasitəni başqa şəxs və ya şəxslər qanunsuz əldə etməklə, saxlamaqla və digər qanunsuz hərəkətlərlə yeni cinayət əməlinin törədilməsinə və ya təkrar qanunsuz dövriyyəsinə səbəb olması, eləcə də narkotik vasitənin növünün və (və ya) miqdarının dəyişdirilməsi riskinin daha yüksək olduğunu nəzərə alaraq götürülməməsinin və onun qablaşdırılmamasının səbəbini hüquqi cəhətdən tam, əsaslandırılmış və dolğun cavablar verməklə izah edə bilməmiş, yalnız ehtimallara və özünün formal mülahizələrinə əsaslanmaqla cavablar vermişdir. Bundan başqa, “şəxsi axtarış və götürmə”, “avtomobilə baxış” və “hadisə yerinə baxış və götürmə” kimi istintaq hərəkətlərinin konkret hansı saatlarda keçirilməsi, eləcə də istintaq hərəkəti protokollarında qeyd edilmiş vaxt ilə həyata keçirilmiş istintaq hərəkətlərində real vaxt arasındakı uyğunsuzluq barədə fikir bildirə bilməmiş, ehtimallara və özünün formal mülahizələrinə əsaslanmaqla cavablar vermişdir. Bununla yanaşı, bildirmişdir ki, əməliyyat-axtarış tədbirləri fərziyələr əsasında həyata keçirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəbrayıl Rayon Polis X4 Qrupunun əməliyyat müvəkkilli, polis kiçik leytenantı Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Eyni zamanda, əvvəllər də bir neçə dəfə əməliyyat-axtarış tədbirlərində iştirak eyməklə, müəyyən təcrübəyə malik olduğunu bildirsə də, lakin məhkəmə tərəfindən ona ünvanlanmış suallara, yəni 1) Niyə əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti kəsb edən halların mövcudluğunun olub-olmamasını müəyyən etmək məqsədi ilə videoçəkilişin aparılmamasının; 2) Niyə əməliyyat-axtarış tədbiri zamanı maddi sübut (içərisində narkotik vasitə hesab edilən marixuana olan çanta) ərazidə olduğu halda, hətta onun məhv olması, narkotik vasitəni başqa şəxs və ya şəxslər qanunsuz əldə etməklə, saxlamaqla və digər qanunsuz hərəkətlərlə yeni cinayət əməlinin törədilməsinə və ya təkrar qanunsuz dövriyyəsinə səbəb olması, eləcə də narkotik vasitənin növünün və (və ya) miqdarının dəyişdirilməsi riskinin daha yüksək olduğunu nəzərə alaraq götürülməməsinin və onun qablaşdırılmamasının səbəbini hüquqi cəhətdən tam, əsaslandırılmış və dolğun cavablar verməklə izah edə bilməmiş, yalnız ehtimallara və özünün formal mülahizələrinə əsaslanmaqla cavablar vermişdir. Bundan başqa, “şəxsi axtarış və götürmə”, “avtomobilə baxış” və “hadisə yerinə baxış və götürmə” kimi istintaq hərəkətlərinin konkret hansı saatlarda keçirilməsi, eləcə də istintaq hərəkəti protokollarında qeyd edilmiş vaxt ilə həyata keçirilmiş istintaq hərəkətlərində real vaxt arasındakı uyğunsuzluq barədə fikir bildirə bilməmiş, ehtimallara və özünün formal mülahizələrinə əsaslanmaqla cavablar vermişdir. Bununla yanaşı, bildirmişdir ki, Təqsirləndirilən şəxs, Şahid7 və Şahid8 barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri tam olaraq yadında qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəbrayıl Rayon Polis Şöbəsinin Qeydiyyat və X12 baş inspektoru, polis leytenantı Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Eyni zamanda, məhkəmə tərəfindən ona ünvanlanmış suallara, yəni 1) Niyə əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti kəsb edən halların mövcudluğunun olub-olmamasını müəyyən etmək məqsədi ilə videoçəkilişin aparılmamasının; 3) Niyə əməliyyat-axtarış tədbiri zamanı maddi sübut (içərisində narkotik vasitə hesab edilən marixuana olan çanta) ərazidə olduğu halda, hətta onun məhv olması, narkotik vasitəni başqa şəxs və ya şəxslər qanunsuz əldə etməklə, saxlamaqla və digər qanunsuz hərəkətlərlə yeni cinayət əməlinin törədilməsinə və ya təkrar qanunsuz dövriyyəsinə səbəb olması, eləcə də narkotik vasitənin növünün və (və ya) miqdarının dəyişdirilməsi riskinin daha yüksək olduğunu nəzərə alaraq götürülməməsinin və onun qablaşdırılmamasının səbəbini hüquqi cəhətdən tam, əsaslandırılmış və dolğun cavablar verməklə izah edə bilməmiş, yalnız ehtimallara və özünün formal mülahizələrinə əsaslanmaqla cavablar vermişdir. Bundan başqa, “şəxsi axtarış və götürmə”, “avtomobilə baxış” və “hadisə yerinə baxış və götürmə” kimi istintaq hərəkətlərinin konkret hansı saatlarda keçirilməsi, eləcə də istintaq hərəkəti protokollarında qeyd edilmiş vaxt ilə həyata keçirilmiş istintaq hərəkətlərində real vaxt arasındakı uyğunsuzluq barədə fikir bildirə bilməmiş, ehtimallara və özünün formal mülahizələrinə əsaslanmaqla cavablar vermişdir. Bununla yanaşı, məhkəmə tərəfindən ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, həmin gün qolunda kəmərli qol saatı bağlanmış, həmin saat babasından yadigar qalmış və lakin həmin gün işləmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X14 Bölməsinin 3-16-16/2-18/467 saylı, 05 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...imza Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdə 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkis-405 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi-405 qram, tədqiqata sərf edildi-0.10 qram və qalıq-404.90 qram. Məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 31.95 (otuz bir, doxsan beş) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X28 Ambulator X2 3839 saylı, 30 may 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevroloji statusu: kəllə-beyin inervasiya norma daxilindədir. Bəbəklər eynidir. Fotoreaksiya normaldır. Akkomodasiya və konvergensiya normaldır. Nistaqm yoxdur. Burun-dodaq büküşləri simmetrikdir. Udma və yumşaq damaq refleksi normaldır. Dili orta xətt üzrədir. Kerer nöqtələr ağrısızdır. Vətər və sümüküstü refleksləri normaldır. Parez və plegiya yoxdur. Patoloji reflekslər aşkarlanmır. Qarın refleksi normaldır. Romberq vəziyyətində dayanıqlıdır. Psixi vəziyyəti: Huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferası sabitdir. Əhval-ruhiyyəsi normaldır. Öz psixi vəziyyətinə tənqidi münasibəti vardır. Təqsirləndirilən şəxs kannaboidlərin epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X24 xx/xx-7917 saylı, 04 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Qüdrətli X17 müalicədə olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X24 8380 saylı, 08 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Qüdrətli X9 müalicədə olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X26 Şəxs “Lerik Rayon Mərkəzi Xəstəxanası” X24 2-2-43/3-xx-xx/2024 saylı, 20 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Rayon Poliklinikasının Nevroloji kabinetində Ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatda olmamışdır. Cinayət işində olan 04 may 2024-cü il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan və protokoldan görünür ki, 04 may 2024-cü il tarixdə, saat 20:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 06 may 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 06 may 2024-cü il tarixdə, saat 13:25-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işində olan 06 may 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 06 may 2024-cü il tarixdə, saat 15:30-da Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Lerik Rayon İcra Hakimiyyəti Başçısının Əliabad Kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilmiş 5-65-19/2-216/2024 saylı, 21 iyun 2024-cü il tarixli və 5-65-19/2-217/2024 saylı, 21 iyun 2024-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Lerik rayonu, Əliabad kəndində qeydiyyatdadır, valideynləri X19 və X5 ilə birlikdə həmin kənddə yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası Lerik Rayon İcra Hakimiyyəti Başçısının Əliabad Kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamış və o, müsbət xarakterizə edilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 550832 №-li, 11 oktyabr 2023-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında 11 oktyabr 2023-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 146 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Qüdrətli” soyadı verilmişdir. Məhkəmə ilk növbədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini iş materialları və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil edərək, eləcə də toplanmış materialların məcmusuna hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirsizliyinə dair ifadəsində bildirdiyi bütün xüsusatlar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunur. Lakin istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə məhz narkotik vasitənin qanunsuz əldə etməsi təkzibedilməz sübutlarla əsaslandırılmamış, eyni zamanda ittiham aktında istinad edilən sübutlarla da belə bir hüquqi nəticəyə gəlməyə əsas vermir. Belə ki, istintaq orqanı cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsinə əsaslanmaqla, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədən, eləcə də tam və hərtərəfli araşdırma aparmadan ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürməklə, ibtidai istintaq aparmışdır. Bu səbəbdən də, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə həyata keçirilmiş ibtidai araşdırmanın əsasını cinayət prosesini həyata keçirən istintaq orqanın tam və hərtərəfli araşdırma aparmadan subyektiv mülahizələri təşkil etmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri sübut olunmadığı üçün ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin mövqelərinin qorunması ilə bağlı prosessual təminatların mövcudluğu baxımından işin mahiyyəti üzrə prosessual hüquq bərabərliyinin təmin olunması yolu ilə ittiham və müdafiə tərəfinin hər birinin bütün dəlillərinin məhkəmə prosesində baxılıb qiymətləndirilməsi təqsirsizlik prezumpsiyası prinsipinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında qeyd edilir ki, ədalət mühakiməsi həyata keçirilərkən şübhəli və mənbələri naməlum olan məlumatlardan istifadə edilməsi yolverilməzdir. Yalnız əldə edilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulmasının yol verilmədiyi, vətəndaş və təşkilatların qanuni maraqları pozulmadığı, əsassız və qanunsuz zorakılıq tətbiq edilmədiyi, bütün iştirakçıların hüquqlarının həyata keçirilməsi təmin edildiyi təqdirdə əldə olunmuş materiallar etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir şübhə obyektiv olaraq şübhə edilən şəxslə güman edilən cinayət hadisəsi arasında əlaqə fakt və məlumatlarla təsdiq olunduqda əsaslı hesab oluna bilər. Əsaslı şübhə yalnız şəxsin əvvəllər hər hansı hüquq pozuntusu törətməsinə əsaslana bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “b” yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Foks, Kempbell və Hartli “Birləşmiş Krallığa” qarşı” və “Çebotari Moldovaya qarşı” işlər üzrə Qərarlarında qeyd edilmişdir ki, şübhənin ağlabatan əsaslar üzərində qurulması tələbi qanunsuz həbs və tutulmadan müdafiənin mühüm hissəsini təşkil edir. Şübhənin vicdanlı əsasda olması faktı kifayət deyil. “Əsaslı şübhə” ifadəsi bəhs olunan şəxsin cinayət əməlini törədə bilmiş olduğuna obyektiv müşahidəçini qane edəcək faktların və ya məlumatların mövcudluğudur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarında qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mayzit Rusiyaya qarşı” iş üzrə 20 yanvar 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir. Təqsirləndirilən şəxsə təqdim edilməli olan imkan ona müdafiəsini hazırlamağa kömək edən və ya edə biləcək vasitələrlə məhdudlaşdırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərlərinin” işi üzrə 21 yanvar 2007-ci il tarixli və “Hiro Balani İspaniyaya qarşı iş” üzrə 9 dekabr 1994-cü il tarixli Qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsi tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq, əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə 06 yanvar 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasınavə qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bundan başqa, məhkəmə “keçirilmiş əməliyyat-axtarış tədbiri” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinə və “Əməliyyat-axtarış fəaliyyətihaqqında” Azərbaycan Respublikasının Qanununa əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlərin qarşısının alınması, belə cinayətləri törətmiş, törədilməsini hazırlayan şəxslərin müəyyən olunmasıüzrə dövlət orqanlarının fəaliyyətində əməliyyat-axtarış fəaliyyətinin xüsusi yer tutur,o cümlədən belə cinayətlərə dair ittihamların əsaslandırılmasında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş materiallardan geniş istifadə olunur. Əməliyyat-axtarış fəaliyyəti üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, eləcə də bu qəbildən olan cinayət işlərinə məhkəmədə baxılarkən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutların yoxlanılması və qiymətləndirlməsi, əməliyyat-axtarış tədbirlərinin xüsusiyyətləri, onun gedişatının və nəticələrinin rəsmiləşdirilməsi, əldə olunmuş materialların cinayət təqibi orqanlarına təqdim edilməsi və cinayət prosesində sübut kimi istifadə olunması, əməliyyataxtarış tədbirinin gedişindəşübhəli şəxsin tutulması, müvəkkil edilmiş şəxslərdən başqa digər şəxslərin əməliyyat-axtarış tədbirində iştirakı və s. məsələlər diqqətdə saxlanmalıdır. Lakin hazırki cinayət işi üzrə “əməliyyat-axtarış” tədbirləri həyata keçirilən zaman, eləcə də Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslandırılmasında əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti olan material, yəni məhz ittihamın əsasını təşkil edən miqdarda və növdə narkotik vasitə (maddi sübut) götürülən zaman bir sıra pozuntulara yol verilmişdir. Belə ki, 1. Əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti kəsb edən halların mövcudluğunun olub-olmamasını müəyyən etmək məqsədi ilə videoçəkiliş aparılmamış; 2. Əməliyyat-axtarış tədbiri zamanı maddi sübut (içərisində narkotik vasitə hesab edilən marixuana olan çanta) həmin ərazidə olduğu halda, hətta onun məhv olması, narkotik vasitəni başqa şəxs və ya şəxslər qanunsuz əldə etməklə, saxlamaqla və digər qanunsuz hərəkətlərlə yeni cinayət əməlinin törədilməsinə və ya təkrar qanunsuz dövriyyəsinə səbəb olması, eləcə də narkotik vasitənin növünün və (və ya) miqdarının dəyişdirilməsi riski daha yüksək olduğu nəzərə alınmaqla dərhal götürülməmiş və qablaşdırılmamışdır. Əgər əməliyyat-axtarış tədbiri zamanı videoçəkilişdən istifadə edilsə idi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaxalandıqdan sonra ərazidə olan maddi sübut dərhal götürülərək, həmin şəxs ilə birlikdə Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilsə idi, ona qarşı ittihamın irəli sürülməsində heç bir şübhəli məqamlar ortaya çıxmazdı, eləcə də onun təqsirsizliyinə dair ifadəsində bildirdiyi bütün xüsusatlar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təkzib edilərdi. Digər tərəfdən, ehtimal edilsə ki, əgər Təqsirləndirilən şəxs içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan çantanı əlinə alıb, avtomobilə tərəf gedərkən polis əməkdaşlarını görüb, kənara atmışdırsa, niyə ittihamın əsaslandırılmasında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş maddi sübut dərhal əldə götürülmür, ümumiyyətlə çantanın içərisində məhz hansı növ və miqdarda narkotik vasitə olub-olmaması və ya qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmaması yoxlanılmır, kifayət qədər uzun müddət vaxt keçdikdən sonra maddi sübut götürülür...? Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinə əsasən ittihamın sübut olunmasında yaranan belə şübhələri və ziddiyyətli məqamları məhkəmə istintaqı zamanı digər sübutlarla aradan qaldırmaq mümkün olmadığı üçün onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli, məhkəmənin ittiham hökmü ehtimallara əsaslanmamalı və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məlum olduğu kimi, əməliyyat-axtarış tədbiri zamanı videoçəkiliş aparılmadığı, eləcə də maddi sübut (içərisində narkotik vasitə hesab edilən marixuana olan çanta) Təqsirləndirilən şəxs və digər şəxslər yaxalandıqdan sonra polis əməkdaşları tərəfindən kifayət qədər uzun müddət keçdikdən sonra əraziyə baxış keçirilməklə götürülmüşdür. Belə ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, hətta onun şübhəli şəxs qismində tutulma vaxtından (“Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokolda şübhəli şəxsin tutulma tarixi: xx.xx.2024-cü il tarix, saat 20:40 kimi qeyd edilmiş...) təxminən 3-4 saat sonra (“hadisə yerinə baxış və götürmə” protokolunda baxış keçirilmənin başlanma tarixi: xx.xx.2024-cü il tarix, saat 23:50, başa çatma tarixi: xx.xx.2024-cü il, saat 00:35 kimi qeyd edilmiş...) maddi sübut (içərisində narkotik vasitə hesab edilən marixuana olan çanta) götürülmüşdür. O da məlumdur ki, şəxsin “azadlığının faktiki məhdudlaşdırıldığı vaxt” anlayışı ilə “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması vaxtı” anlayışı hüquqi əsaslandırma baxımından fərqlidir. Baxmayaraq ki, əməliyyat-axtarış qrupunun üzvü olan, Cəbrayıl Rayon Polis X10 Yerinin mühafizəsi üzrə polis nəfəri, polis serjantı Şahid6 məhkəmə istintaqı zamanı şahid ifadəsində gecə vaxtı, təxminən saat 02:30 radələrində çantanın olduğu yerə getdiklərini, yəni “hadisə yerinə baxış” keçirilməklə, çantanın götürüldüyünü bildirmişdir. Məhkəmə onu da qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına almış və bu halı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 saylı, 14 iyun 2024-cü il tarixli Qərarının 30-cu bəndinə qeyd edilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlərin qarşısının alınması, belə cinayətləri törətmiş, törədilməsini hazırlayan şəxslərin müəyyən olunmasıüzrə dövlət orqanlarının fəaliyyətində əməliyyataxtarış fəaliyyətinin xüsusi yer tutduğunu,o cümlədən belə cinayətlərə dair ittihamların əsaslandırılmasında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş materiallardan geniş istifadə olunduğunu nəzərə alaraq əməliyyat-axtarış fəaliyyəti üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, eləcə də bu qəbildən olan cinayət işlərinə məhkəmədə baxılarkən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutların yoxlanılması və qiymətləndirlməsi zamanıAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli 15 nömrəli Qərarında bu məsələyə həsr olunmuş izahlarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 137-ci maddəsindən və digər normalarından, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gələn, əməliyyat-axtarış tədbirlərinin xüsusiyyətləri, onun gedişatının və nəticələrinin rəsmiləşdirilməsi, əldə olunmuş materialların cinayət təqibi orqanlarına təqdim edilməsi və cinayət prosesində sübut kimi istifadə olunması, əməliyyataxtarış tədbirinin gedişindəşübhəli şəxsin tutulması, müvəkkil edilmiş şəxslərdən başqa digər şəxslərin əməliyyat-axtarış tədbirində iştirakı, hansı əməliyyat-axtarış tədbirləri barədə məhkəmə nəzarətininhəyata keçirilməli olması və s. məsələlərlə əlaqədar hüquqi mövqelər nəzərə alınmalıdır. Həmin Qərarın 32-ci bəndində qeyd edilmişdir ki, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsi qərarında nəzərdə tuta bilər ki, əməliyyat-axtarış tədbirinin gedişatı və nəticələri əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli olan ətraflı raportda və yaxud əməliyyat-axtarış tədbirinə rəhbərlik etmiş şəxs tərəfindən tərtib edilməli və onun, eləcə də əməliyyat- axtarış tədbirində iştirak etmiş digər əməkdaşlar tərəfindən imzalanmalı olan, məzmuncabu və ya digər istintaq hərəkətlərinin protokoluna bənzəyən protokol şəklində rəsmiləşdirilsin. Burada başlıca məqsəd o olmalıdır ki, seçilən rəsmiləşdirilmə üsulu (raport, protokol və yaxud başqa sənəd şəklində olmasından asılı olmayaraq) əməliyyat-axtarış tədbirinin gedişatının və əldə olunan nəticələrin ətraflı və dəqiq əks etdirilməsini təmin edə bilsin, bu məsələlər üzrə məlumatların həqiqiliyinə şübhə ilə yanaşılmasını, o cümlədən əldə olunan materiallara kənar müdaxilələri, onların məhv edilmə, zədələnmə,dəyişdirilmə, təhrif edilmə imkanlarını istisna etsin, nəticə etibarı ilə tərtib edilən sənəd vəəldə edilən materiallar təhqiqatçıya, müstəntiqə CPM-in tələblərinə müvafiq surətdə təqdim edildikdə, müvafiq yoxlamadan sonra cinayət prosesində sübut kimi qəbul edilə bilsin. Əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti ola biləcək materialların götürülməsinin fasiləsiz videoçəkiliş ilə aparılması, götürülmüş predmetlərin qablaşdırılması, raportda və yaxud protokolda onların mümkün qədər ətraflı və dəqiq təsvir edilməsi qeyd olunan məqsədin realizə edilməsində mühüm rol oynaya bilər. Odur ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyətiola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Həmin Qərarın 33-cü bəndində qeyd edilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində materialların əldə olunması məsələsinin tənzimləmə mexanizmindən (əsasən 728-İQ nömrəli Qanunun tənzimləmə sferasına aidedilməsindən) fərqli olaraq CPM-in 137-ci maddəsi əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş materialların məhz CPM-in tələblərinə uyğun olaraq cinayət təqibi orqanına(məsələn, təhqiqatçıya, müstəntiqə) təqdim edilməsini və həmin materialların ittihamın əsaslandırılmasında sübut kimi istifadə edilməsindən əvvəl yoxlanılmasını tələb edir. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş məlumatlar (tədbirin gedişatını və nəticələrini, o cümlədən sübut əhəmiyyətinə malik ola biləcək predmetləringötürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”) onlara əlavə olunmuş videoyazının saxlanıldığı elektron daşıyıcı və götürülmüş əşyalarla birlikdəməlumatların mənbəyini və əldə edilmə üsullarını yaymadan əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən cinayət təqibi orqanına (təhqiqatın və ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsə) göndərilməli və yaxud bilavasitə təqdim edilməli, təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən predmetlərin götürülməsi qaydasında CPM-in 236-cı maddəsinin müvafiq tələblərinə uyğun olaraq, o cümlədən təqdim edilmiş əşyaların baxışını apardıqdan sonra əşyaları təqdim edən şəxshaqqında məlumatları, əşyaların sayını, ölçüsünü, çəkisini, fərdi əlamətlərini və digər xüsusiyyətlərini əks etdirən “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi” protokolunu tərtib etməklə götürməlidir. Həmin materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü (məsələn, raport və yaxud protokol - CPM-in 135ci maddəsində nəzərdə tutulmuş sənəd,əşya isə CPM-in 128-ci maddəsində nəzərdə tutulmuş maddi sübut) kimi ibtidai araşdırmaüzrə icraatın materiallarına əlavə edilə bilər. Qeyd olunanlardan çıxış edərək, məhkəmələr cinayət işlərinə baxarkən əməliyyat-axtarış tədbirlərinin gedişatının və nəticələrinin əldə edilən məlumatların sübut kimi qəbuledilə bilməsini təmin edəcək dərəcədə etibarlı şəkildə rəsmiləşdirilib- rəsmiləşdirilməməsinə, əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən təhqiqatçıya, müstəntiqə təqdim edilən materialların sübut kimi yolverilənliyinin onlar tərəfindən lazımınca yoxlanılıbyoxlanılmamasına xüsusi diqqət yetirməli, materiallar əməliyyat-axtarış tədbirlərinin nəticələrinin yolverilənliyi yoxlanılmadan və qanuni əsas olmadan cinayət prosesində sübut kimi qəbul edildikdə, cinayət təqibini həyata keçirmiş vəzifəli şəxslərin fəaliyyətsizliyinə və onlar tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulmasına xüsusi qərar çıxarmaqla münasibət bildirməlidirlər. Həmin Qərarın 37-ci bəndində qeyd edilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulduğu yerdə üstününyoxlanılmasının və sübut əhəmiyyətli ola biləcək əşyaların ondan götürülməsinin rəsmiləşdirilməsinin mümkün qədər CPM-in 246-cı maddəsində nəzərdə tutulmuş şəxsi axtarış və götürmə kimi istintaq hərəkətinə, “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyat-axtarış tədbirinin isə mümkün qədər CPM-in 236-cı maddəsində nəzərdə tutulmuş “baxış” istintaq hərəkətinə uyğunlaşdırılması o demək deyil ki, istintaq hərəkətində hal şahidlərinin və yaxud müdafiəçinin iştirak etməsinə dair CPM-in müddəaları əməliyyat- axtarış tədbirinə də şamil olunmalıdır. Əksinə, əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri, o cümlədən bir çox hallarda gizli, konspirativ üsullarla həyata keçirilməsi, tətbiq edilən üsulların, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin, məlumat mənbələrinin məxfiliyini qorumaq zərurəti hal şahidlərinin, müdafiəçilərin əməliyyat-axtarış tədbirlərindəiştirak etmələrini istisna edir və həmin şəxslərin əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar tərəfindən bu və ya digər əməliyyat-axtarış tədbirinə, məsələn, əməliyyat-axtarış tədbirinin gedişində saxlanılan şəxsin üstünün yoxlanılmasına və yaxud“binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyat-axtarış tədbirinə cəlb edilməsi əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutların mötəbərliyinə (sübut əhəmiyyətli ola biləcək predmetin əldə edilməsi şəraitinin qüsurluluğuna görə) şübhə salan hal kimi nəzərdən keçirilə bilər. Əməliyyat-axtarış tədbirinin gedişində CPM-in 148.2-ci maddəsində göstərilən halların meydana gəlməsinə görə şübhəli şəxsin tutulması (azadlığının məhdudlaşdırılması) faktı da tutulma anında şübhəli şəxsin yanında müdafiəçisinin olmasını şərtləndirən və bu səbəbdən əməliyyataxtarış tədbirini həyata keçirən səlahiyyətli şəxs üçün həmin yerdə və yaxud müvafiq polis qurumuna və yaxud əməliyyat-axtarış fəaliyyətini həyata keçirən digər orqana gətirildikdən sonra müdafiəçinin iştirakınıtəmin etmək vəzifəsi yaradan hal deyildir. Əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri, eləcə də CPM-in 148.2-ci maddəsində göstərilən şübhəli şəxs qismində tutulmanı şərtləndirən halların bir növ hadisələrin təsadüfi axarında meydana gələn hallar xarakterində olması əməliyyat-axtarıştədbirinin gedişində müdafiəçinin iştirakını istisna etdiyi kimi, əməliyyat-axtarış tədbiri gedişində tutulma faktiki olaraq tətbiq edildikdə (həmin anda) şübhəli şəxsin yanında müdafiəçisinin olması (əməliyyatçı tərəfindən ona müdafiəçinin təqdim edilməsi) istisna olunur. Bundan başqa, məhkəmə “şəxsi axtarış və götürmə”, “avtomobilə baxış” və “hadisə yerinə baxış və götürmə” istintaq hərəkətlərinə dair protokollar və həmin istintaq hərəkətlərinin aparılmasına dair “CD” disklər” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” protokolunda axtarış keçirilmənin başlanma tarixi: 04 may 2024-cü il tarix, saat 20:56, başa çatma tarixi: 04 may 2024-cü il tarix, saat 21:20 kimi, “avtomobilə baxış” prokolundan baxış keçirilmənin başlanma tarixi: 04 may 2024-cü il tarix, saat 23:20, başa çatma tarixi: 04 may 2024-cü il tarix, saat 23:40 kimi, “hadisə yerinə baxış və götürmə” protokolunda baxış keçirilmənin başlanma tarixi: xx.xx.2024-cü il tarix, saat 23:50, başa çatma tarixi: xx.xx.2024-cü il, saat 00:35 kimi qeyd edilmişdir. Halbuki, 1. Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” aparılmasına dair “CD” diskin yaddaş görüntüsündən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi Note 11” markalı (smartfon tipli) mobil telefona baxış keçirilən zaman təhqiqatçının barmaqlarının arasından mobil telefonda cari vaxt: 01:18-i göstərir. (aşağı sürətlə videonun 06:10, 06:20-06:28 saniyəsinə bax.) Bundan başqa, həmin mobil telefonda iranlı “Əli” adlı şəxs ilə Təqsirləndirilən şəxs arasında “Whatsapp” ani yazışma proqramı vasitəsilə göndərilmiş mesajlara baxış keçirilərkən yazı və şəkillər səhifələndikcə yuxarı hissədə “Dünən 19:37, Dünən” sözləri yazılmışdır. (aşağı sürətlə videonun 05:30-06:05, 06:50-07:40 saniyəsinə bax.) Bu onu deməyə kifayət qədər əsas verir ki, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” istintaq hərəkəti protokolda qeyd edilmiş vaxtda həyata keçirilməmişdir. Halbuki, 2. “avtomobilə baxış” aparılmasına dair “CD” diskin yaddaş görüntüsündən görünür ki, əməliyyat-axtarış qrupunun üzvü Cəbrayıl Rayon Polis Şöbəsinin Qeydiyyat və X12 baş inspektoru, polis leytenantı Şahid4 sol qoluna bağlanmış kəmərli qol saatında cari vaxt: təxminən 02:40 göstərir. (aşağı sürətlə videonun 06:48- 06:50 saniyələrinə bax.) Bu onu deməyə kifayət qədər əsas verir ki, “avtomobilə baxış” istintaq hərəkəti protokolda qeyd edilmiş vaxta həyata keçirilməmişdir. Halbuki, 3. “şəxsi axtarış və götürmə”, “avtomobilə baxış” və “hadisə yerinə baxış və götürmə” istintaq hərəkətlərinin bu formada ardıcıllığı, eləcə də əməliyyat-axtarış qrupunun üzvü olan, Cəbrayıl Rayon Polis X10 Yerinin mühafizəsi üzrə polis nəfəri, polis serjantı Şahid6 məhkəmə istintaqı zamanı şahid ifadəsində bildirdiyi vaxt, yəni “gecə vaxtı, təxminən saat 02:30 radələri...” nəzərə alınsa, onu deməyə kifayət qədər əsas verir ki, “hadisə yerinə baxış və götürmə” istintaq hərəkəti real olaraq 05 may 2024-cü il tarix, təxminən saat 02:40-dan sonra həyata keçirilmişdir, yəni maddi sübut (içərisində narkotik vasitə hesab edilən marixuana olan çanta) bu tarixdə ərazidən götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tanındıqdan və barəsində “şübhəli şəxs qismində tutulma haqqında” protokol tərtib edildikdən dərhal sonra o, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 232 və 234-cü maddələrinə əsasən şübhəli şəxs qismində dindirilməli olduğu halda, prosessual pozuntuya yol verilməklə əvvəl onun izahatı alınmış, daha sonra şübhəli şəxs qismində dindirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 saylı, 14 iyun 2024-cü il tarixli Qərarının 37-ci bəndinə qeyd edilmişdir ki, cinayət işlərinə məhkəmədə baxılarkən o da nəzərdən qaçırılmamalıdır ki, CPM-in 232 və 234-cü maddələri şübhəli şəxsin tutulmasından (şübhəli şəxs qismində tutulmabarədə protokolun tərtib edilməsindən) dərhal sonra ondan izahatın alınmasını deyil, həmin normalarda nəzərdə tutulmuş qaydalara uyğun olaraq onun şübhəli şəxs qismindədindirilməsini (ifadənin alınmasını) və bunun şübhəli şəxsin dindirilməsi protokolu ilə rəsmiləşdirilməsini tələb edir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefonunda quraşdırılmış “Whatsapp” proqramındakı zənglər və mesajlar” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 04 may 2024-cü il tarixdə “Whatsapp” ani yazışma proqramı vasitəsilə iranlı “Əli” adlı şəxs ilə əlaqə saxladığını və məhz özünün istifadə etməsi üçün 20-30 manatlıq narkotik vasitə hesab edilən marixuana əldə etmək üçün Biləsuvar rayonu ərazisinə, yəni onun “konum” atdığı yerə gəldiyini etiraf edir. Lakin mübahisə doğuran və sübut edilməli hallar məhz ittihamın əsaslandırılmasında əməliyyat-axtarış fəaliyyəti və onun nəticəsində əldə olunmuş materiallarla bağlıdır: 1. Əməliyyat-axtarış tədbiri zamanı sübut əhəmiyyəti kəsb edən halların mövcudluğunun olub-olmamasını müəyyən etmək məqsədi ilə videoçəkilişin aparılmaması; 2. Əməliyyataxtarış tədbiri zamanı maddi sübutun dərhal götürülməməsi və qablaşdırılmaması; 3. Təqsirləndirilən şəxsin yaxalanmamışdan əvvəl içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan çantanı əlinə götürüb-götürməməsi və polis əməkdaşlarını gördükdə çantanı kənara atıb-atmamasıdır. Belə ki, Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinə əsasən vinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Bundan başqa, məhkəmə “şahid ifadələri” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin ibtidai araşdırması zamanı məhz ittiham tərəfindən çağırılıb dindirilmiş polis əməkdaşı olmayan şəxslər, yəni şahidlər Şahid7 və Şahid8 məhkəmə istintaqı zamanı hər biri ayrı-ayrılıqda ifadəsində bildirmişdir ki, “...həmin vaxt ərazidə çanta, Vüsalın hər hansı əşyaya, eləcə də çantaya tərəf getdiyini, hər hansı əşyaya, eləcə də çantaya təpik vurduğunu, yerdən əyilib hər hansı əşya, eləcə də çanta götürdüyünü görməmişlər, Vüsal avtomobilə tərəf qaçmamışdır...” Halbuki, məhz bu kimi mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün müdafiə tərəfi məhkəmə istintaq zamanı əlavə şahidin çağırılıb dindirilməsini xahiş etməmişdir. Bununla yanaşı, cinayət işinin ibtidai araşdırması zamanı məhz ittiham tərəfindən çağırılıb dindirilmiş polis əməkdaşlarının məhkəmə istintaqı zamanı ifadələrində bir sıra ziddiyyətli məqamlar ortaya çıxmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” iş üzrə 10 aprel 2014-cü il tarixli Qərarında qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Butkeviç Rusiyaya qarşı” iş üzrə və “Kasparov və başqaları Rusiyaya qarşı” iş üzrə 13 dekabr 2016-cı il tarixli Qərarlarında qeyd edir ki, ittihamların əsasını təşkil edən əsas faktlarla bağlı mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə faəl rol oynamış polis məmurlarıdır, məhkəmələrin onların ittihamedici ifadələrini yoxlamaq üçün bütün ağlabatan imkanlardan istifadə etməsi zəruridir. Bundan başqa, məhkəmə “təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı etirafedici ifadəsi” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də aldatma yolu ilə əldə edilmişdir. Bu halın ittihamın əsasını təşkil etməsi bir daha dəlalət edir ki, istintaq orqanı tərəfindən onun prosessual hüquqlarının kobud pozulmasına yol verilmişdir. Məhz bu hal Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin, yəni “ədalətli məhkəmə araşdırması hüququ”nun pozuntusu hesab edilir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən “ədalətlilik” anlayışı cinayət işlərində aşağıdakı üç problemli sahədə əlavə tədbirləri nəzərdə tutur. a) Provokasiyadan müdafiə; b) Susmaq hüququ və əleyhinə ifadə verməmək hüququ; c) Ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsindən kobudcasına imtina edilən ölkəyə deportasiya və ya ekstradisiya olunma...“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş susmaq və öz əleyhinə ifadə verməmək hüququ ittiham tərəfinin təqsirləndirilən şəxsin öz əleyhinə ifadə verməmək hüququna əhəmiyyət vermədən ondan ifadə almasının qarşısını alır. Susmaq hüququ təkcə hüquq pozuntusunu birbaşa etiraf etmək məsələsi ilə məhdudlaşmır, həm də sonradan cinayət prosesində ittiham tərəfinin işinə yarayacaq hər hansı ifadəni verməmək hüququnu nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda ifadə verməməyi qərara almış təqsirləndirilən şəxsin bu istəyinə məhəl qoyulmasının üç əsas növü göstərilmişdir. 1) təqsirləndirilən şəxsin üzərinə qanun əsasında və sanksiya tətbiqi təhlükəsi altında ifadə vermək vəzifəsinin qoyulması, o cümlədən sübutemə vəzifəsində növbəliliyin dəyişdirilməsi, yəni ittiham tərəfi ərizəçinin təqsirkar olduğunu sübut etməyə borclu olduğu halda, ərizəçinin üzərinə təqsirsiz olduğunu sübut etmək vəzifəsinin qoyulması; 2) fiziki və ya psixoloji məcburiyyətin tətbiqi; 3) gizli təhqiqat texnologiyasından istifadə etməklə, aldatma yolu ilə ifadə verməyə məcbur etmə. Avropa İnsan Hüquqları Məhkəməsinin “Ekle Almaniyaya qarşı” iş üzrə 22 iyul 1982cı il tarixli, “Foti İtaliyaya qarşı” iş üzrə 10 dekabr 1982-ci il tarixli və “X6rşı” iş üzrə 18 fevral 2010-cu il tarixli Qərarlarında qeyd edilmişdir ki, “cinayət ittihamı” ilə əlaqədar işlərdə hər hansı şəxsin şübhəli şəxs elan edilməsi rəsmən ona bildirildikdən sonra, yaxud şəxsə rəsmən “ittiham” edilməsə də mahiyyət etibarı ilə ittiham xarakterli praktiki tədbirlər, məsələn, axtarış tədbirləri həyata keçirildikdə Konvensiyanın 6-cı maddəsinin təmin etdiyi müdafiə işə düşür. Şəxs polis tərəfindən dindirilirsə və bu dindirmənin xarakteri həmin şəxsin potensial olaraq şübhəli şəxs sayıla biləcəyinə əsas verirsə və onun dindirmədəki cavabları sonradan məhkəmə araşdırmasında ona qarşı dəlil kimi istifadə edilirsə, şəxs rəsmən şübhəli və ya təqsirləndirilən şəxs statusuna malik olmasa belə, Konvensiyanın 6cı maddəsinin müddəaları bu dindirməyə şamil olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Vera Fernandes-Huidobro İspaniyaya qarşı” iş üzrə 06 yanvar 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, polis və ya prokurorluq orqanları “qərəzsizlik”, “müstəqillik” və ya “qanun əsasında yaradılma” tələbinə cavab verməli vacib deyil. Lakin istintaq funksiyalarının və ya məhkəməyəqədər araşdırmanın hakim tərəfindən həyata keçirilməsini nəzərdə tutan cinayət ədliyyə sistemlərində qərəzsizlik tələbi istintaq orqanına da şamil oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “H.Belçikaya qarşı” iş üzrə 30 noyabr 1987-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “tərəflərin bərabərliyi” prinsipinin minimum tələblərinin tam anlayışı verilməsə də, işin xarakterinə və araşdırılan məsələnin tərəflər üçün nə dərəcədə əhəmiyyətli olmasına uyğun olaraq adekvat prosessual təminatlar möcvud olmalıdır. Bu təminatlar sırasına aşağıdakılar aid edilə bilər. a) sübutları təqdim etmək; b) qarşı tərəfin sübutlarına etiraz etmək; c) araşdırılan məsələyə dair arqument irəli sürmək. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yaremenko Ukraynaya qarşı” iş üzrə 12 iyun 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, vəkillə təmsil olunmayan şəxsdən etirafın alındığı bu işdə polis müstəntiqi təqsirləndirilən şəxsin məcburi qaydada hüquqi yardımla təmin edilməsindən yayınmaq üçün onun cinayət əməlinin anlayışı ilə manipulyasiya etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Şabelnikin Ukraynaya qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, vəkillə təmsil olunmayan şəxs hətta dindirmə zamanı şübhəli şəxs statusuna malik olmasa belə, məsələn, dindirilməyə şahid kimi çağırılsa belə, etiraf almaq məqsədi ilə ona təzyiq göstərilməməlidir... Vəkilin iştirakı olmadan şahiddən etirafın alınması və sonradan həmin etiraf əsasında ittiham hökmünün çıxarılması araşdırmadakı müdaxilə metodları konteksində şəxsin öz əleyhinə ifadə verməmək hüququnun pozuntusu hesab edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 28-ci bəndində qeyd edilmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci 12 maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. 29. CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünü Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” iş üzrə11 iyul 2006cı il tarixli Qərarında qeyd edilmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Dikmə Türkiyəyə qarşı” iş üzrə 11 iyul 2000ci il tariхli Qərarında qeyd edilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar еdilən еtirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə pеrspеktivləri üçün hər hansı həllеdici nəticələr doğurmur. (bеlə bir mövqе Con Mürrеyin işi üzrə qərarda da əks olunub.) Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs еtirafеdici ifadəsi bir sübut növü kimi digər sübutlardan hеç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəхsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə tərəfindən işin halları ilə bağlı məhkəmə istintaqı zamanı müəyyən edilmiş və işin faktiki halları ilə Təqsirləndirilən şəxsı Şövqi oğlunun məhkəmədə verdiyi ifadəsinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsı Şövqi oğlunun narkotik vasitə hesab edilən qurudulmuş marixuanın əldə etməsi öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən Konstitusiyanın 46-cı maddəsində nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə 06 fevral 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin 1-ci bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” iş üzrə Qərarında qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Hoanq Fransaya qarşı” iş üzrə Qərarında qeyd edilmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Həmin maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Bu əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, məhkəmə istintaqının nəticələrindən, eləcə də yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 353.5.5-ci maddəsinə əsasən bəraət hökmünün nəticəvi hissəsində maddi sübutların həlli göstərilməlidir: Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə iş materialında olan maddi sübutlar ("xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatlara dair 1 (bir) ədəd “CD” disk, “şəxsi axtarış və götürmə” aparılmasına dair 3 (üç) ədəd “CD” disk, “baxış və götürmə” aparılmasına dair 2 (iki) ədəd “CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan bu sübutlar cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə iş materialında olan digər maddi sübut ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 404.9 qram narkotik vasitə olan qurudulmuş marixuananın bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyi üçün hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin faktlar üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, buna görə də, maddi sübut kimi saxlanılan narkotik vasitə həmin fakta görə aparılan cinayət təqibi ilə əlaqədar Cəbrayıl Rayon Polis Şöbəsində saxlanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Beləliklə də, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən, qeyd edilən halları nəzərə alıb və iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək, hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilmədiyi üçün ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməl sübut edilmədiyi üçün ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İşdə olan "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatlara dair 1 (bir) ədəd “CD” disk, “şəxsi axtarış və götürmə” aparılmasına dair 3 (üç) ədəd “CD” disk, “baxış və götürmə” aparılmasına dair 2 (iki) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübutun qalığı olan Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 404.9 qram narkotik vasitə olan qurudulmuş marixuananın kim tərəfindən, haradan və nə məqsəd ilə əldə edilib saxlanmasının (qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həlli) səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Cəbrayıl rayon prokuroruna göndərilsin. İş üzrə maddi sübutun qalığı olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 404.9 qram narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həlli ilə əlaqədar, Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar