Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(072)-7/2025 28.08.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, Xüsusi ittihamçı: X5, Barəsində şikayət verilmiş şəxs: X2, Barəsində şikayət verilmiş şəxs X2 müdafiəçisi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X1 Pərvanə Valeh qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X1 Pərvanə Valeh qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək, ona məhkəmə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən müddət azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər biri ayrı-ayrılıqda şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı, eləcə də şikayət əsassız olduğu və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə cinayət təqibi ilə bağlı digər materiallar araşdırıb hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı, eləcə də şikayət əsassız olduğu və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilir: Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3, 302.1.7 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı, eləcə də şikayət əsassız olduğu və dəlillərini təsdiq edən sübutlar əks etdirilmədiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(072)-7/2025
Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №1(072)-7/2025
28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver