Məhkəmə qərarları › İş №1(073)-1/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-1/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-1/2023 29.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cəlilabad Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs hüquqi varisi X2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonunun Novxanı kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda 1 (bir) ədəd Rusiyada zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı avtomatın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində onun təyinatını dəyişdirən əlavə və dəyişikiliklər edilməyən, soyuq silah hesab edilən süngü bıçağını əldə edərək gəzdirmiş, 09 fevral 2021-ci il tarixdə Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının Sumqayıt şəhərində keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən X9 məxsus "xxxx" MMC inşaat (tikinti) materialları satılan dükanda baş vermiş oğurluq cinayətində şübhəli şəxs olduğu üçün Cəlilabad RPŞ-yə gətirilərək idarə etdiyi «VAZ 2107» markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ön sol oturacağının sağ tərəfində olan soyuq silah hesab edilmiş həmin süngü bıçağı aşkar olunub qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli, 929/12 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonundan ölmüşdür. Təqsirləndirilən şəxs öldükdən sonra Azərbaycan Respublikası CPM-nin 106-1.1 və 106-1.3-cü maddələrinə uyğun olaraq hüquqi varisi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs anası X4 ərizə ilə müraciət edərək oğlu Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmasını xahiş etmiş və Cəlilabad rayon məhkəməsinin qərarı ilə X1 Asif Çingiz oğlunun hüquqi varisi qismində tanınmışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmədə tədqiq edildikdən sonra elan edilmiş ifadəsindən məlum olur ki, o, ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və göstərmişdir ki, Tovuz şəhər sakini X10 uzun müddətdir tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Beton zavod” adlanan müəssisədə fiziki işçi kimi təmir işləri ilə məşğul olmuşdur. Təxminən 2021-ci ilin yanvar ayında orada işləyən zaman Tovuz şəhər sakini Zaur adı ilə tanıdığı şəxslə rastlaşmış, əvvəllər tanıdığı şəxs olduğundan daha sonra görüşəcəyi barədə söhbət etmişlər və istifadəsində olan ***-***-**-** mobil telefon nömrəni ona demişdir. Həmin vaxtdan sonra Zaur bir neçə dəfə istifadəsində olan mobil telefona zəng etmiş, lakin boş vaxtı olmadığından görüşə bilməmişdir. Təxminən 2021-ci ilin yanvar ayının sonlarında Zaur onun istifadəsində olan mobil telefona zəng etmiş, onunla Bakı şəhəri Yasamal rayonunda görüşmüşlər və aralarında şəxsi söhbətlər etmişlər. Zaur ona demişdir ki, “boş vaxtların olsa, zəngləşib görüşək”, o da Zaurla razılaşmışdır. Təxminən həmin vaxtdan 10 gün sonra Zaurla Bakı şəhərində görüşmüşlər. Zaur istirahət etmək üçün birlikdə Naftalan rayonuna getmək istədiyini demişdir. O isə Masallı rayonunda qohumu olduğundan Masallı rayonunda yerləşən “İstisu” adlanan istirahət mərkəzinə getməyi Zaura təklif etmişdir. Zaur da onunla razılaşmış və sağollaşıb ayrılmışlar. xx.xx.2021-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonunda tanışı Zaurla görüşüb söhbət edən zaman Masallı rayonuna İstisuya getməyi qərarlaşdırmışlar. Zaur gecə vaxtı harada qalacaqlarını soruşduqda o, kürəkənigildə qalacaqlarını demişdir. İstifadəsində olan ***-***-**-** mobil telefonla kürəkəni Azərin istifadəsində olan mobil telefona zəng etmiş, tanışı ilə istirahət etmək üçün Masallı rayonuna gəlmək istədiklərini, axşam vaxtı onların evində qonaq kimi qalmaq istədiyini demiş, o da razılaşmışdır. Sonra idarə etdiyi «VAZ 2107» markalı, **-LG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zaurla birlikdə Bakı şəhərindən Masallı rayonuna getmişlər. Həmin axşam Masallı rayonu Tüklə kəndində yaşayan kürəkəni Azərin yaşadığı evə qonaq getmişlər və həmin axşam orada qalmışlar. Ümumiyyətlə xx.xx.2021-ci il tarixədək orada qalmışlar. Masallı rayonunda qaldıqları 3 gün ərzində idarə etdiyi «VAZ 2107» markalı, **-LG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zaurla birlikdə Masallı rayonunda yerləşən İstisu istirahət mərkəzinə getmişlər. Bundan əlavə Masallı rayonunda və Lənkəran rayonunda gəzib dolaşmışlar. xx.xx.2021-ci il tarixində idarə etdiyi «VAZ 2107» markalı, **-LG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zaurla birlikdə Masallı rayonundan çıxıb Bakı şəhəri istiqamətində getmişlər. Onun yorğun olduğunu və özünü pis hiss etdiyini görən Zaur ona avtomobili idarə etmək istədiyini demiş və o da razılaşmışdır. Xatırladığı qədəriylə Cəlilabad rayonu, Göyətəpə şəhər ərazisindən keçdikdə avtomobili yolun sağına verib saxlamış, sonra avtomobildən düşüb avtomobilin ön sağ oturacağında əyləşmişdir. Zaur da avtomobildən düşüb avtomobilin ön sol oturacağına sükan arxasına əyləşmişdir. Zaur avtomobili sürüb idarə etməyə, o isə dincəlməyə başlamışdır. Cəlilabad rayonu ərazisində Zaur avtomobili saxladıqda o, oyanmış, hara getdiyini soruşduqda siqaret və su almaq üçün dükana gedib qayıdacağını bildirmişdir. O, yenə də dincəlməyə başlamış və yatmışdır. O, yuxudan ayılanda Zaurun avtomobili sürdüyünü görmüşdür. Cəlilabad rayonundan çıxarkən Zaur onun oyandığını və özünə gəldiyini görmüşdür. Avtomobili sürə bilib-bilməyəcəyini soruşmuş və o da “hə” deyərək razılaşmışdır. Zaur avtomobili yolun sağ kənarına verib saxlamış və avtomobildən düşüb avtomobilin ön sağ oturacağına əyləşmişdir. O da avtomobildən düşüb avtomobilin ön sol oturacağına sükan arxasına əyləşmişdir. Onlar avtomobili sürüb idarə edərək Bakı şəhərinə getmişlər. Yolda gedərkən Zaur oğurluq etməklə bağlı ona bir söz deməmiş, buna görə bu barədə məlumatı olmamışdır. Bakı şəhərinə çatdıqdan sonra Zaur avtomobildən düşmüşdür. 3 gün əvvəl Zaura demişdir ki, idarə etdiyi «VAZ 2107» markalı, **-LG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kreditini ödəmə vaxtı çatıb, hər ay 400 manat pul ödəyir, buna görə onun bu barədə məlumatı olmuşdur. Zaur ona 500 (beş yüz) manat borc pul verərək sonra pulu olanda ona qaytarmağını demişdir. O da razılaşıb pulu almış, sağollaşmış və Bakı şəhəri, Binəqədi rayonuna getmişdir. Orxan marketə daxil olub E-manat ödəmə terminalı vasitəsilə 405 manat krediti ödəmiş, sonra yaşadığı ünvana getmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhərində Zaurla görüşmüş, o, paltar və geyim əşyaları almaq üçün Sumqayıt şəhərində mağazalardan birinə getmək istədiyini demişdir. O da Zauru aparacağını deyib razılaşmış və idarə etdiyi «VAZ 2107» markalı, **-LG- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Sumqayıt şəhərinə getmişlər. Orada avtomobildən düşmüş, piyada hərəkətdə olarkən polis əməkdaşları onlara yaxınlaşıb saxlamışlar. Sonra onları oğurluqda şübhəli olduqlarına görə Sumqayıt RPİ-yə gətirmişlər. Sonra oradan da Cəlilabad RPŞ-nin inzibati binasına gətirilmişlər. Cəlilabad RPŞ-yə gətirildikdən sonra onun üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. İdarə etdiyi avtomobilə baxış keçirilən zaman isə 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Həmin bıçaq ona məxsus olmamışdır. Əvvəlcədən adlarını bilmədiyi Cəlilabad RPŞ-nin əməkdaşları ona polis şöbəsində təzyiq göstərərək avtomobildə həmin bıçağın yerini demiş və baxış zamanı özünə məxsus olmasını deməyini bildirmişlər. O da ona görə həmin bıçağı baxış zamanı götürərək istintaqa təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 avqust 1989-cu ildə Abşeron rayonunda anadan olmuşdur. Oğlu Təqsirləndirilən şəxs daha əvvəl də bir dəfə məhkum olunmuş və xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Oğlu Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə yaşadıqları evdə ölmüşdür. Oğlu Təqsirləndirilən şəxs 07 fevral 2021-ci ildə Cəlilabad rayonunda baş vermiş oğurluq cinayətinə görə Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən 09 fevral 2021-ci il tarixdə Sumqayıt şəhərində tutulmuş, Cəlilabad rayon polis şöbəsinə aparılmış və iki gün həbsdə qaldıqdan sonra sərbəst buraxılmışdır. Oğlu Asiflə bu hadisədən sonra təklikdə söhbət etdikləri zaman oğlu Asif avtomobildən aşkar edilmiş bıcağın ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən avtomobilinə bilərəkdən qoyulduğunu bildirmişdir. Oğlu Asif günahsız olmuş və əsassız yerə oğlunun barəsində cinayət işi açılmışdır. Qeyd edilənlərin nəzərə alınaraq oğlu Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, videoçəkiliş və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, X10 əvvəllər tanımamışdır. Onunla qohumluq əlaqələri, düşmənçilik və ya ədavəti yoxdur. Cəlilabad şəhərində yaşayan X11 şöbəyə 07 fevral 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, həmin gün ona məxsus Cəlilabad şəhəri Qurtuluş prospektində yerləşən "xxxx" MMC tikinti materialları mağazasından ona məxsus 14 300 manat və 6 400 ABŞ dolları nağd pulun naməlum şəxs (lər) tərəfindən oğurlanması barədə məlumat vermişdir. Baş vermiş hadisə ilə bağlı onlar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş və 09 fevral 2021-ci il tarixdə hadisəni törətməkdə şübhəli bilinən X13 və Təqsirləndirilən şəxs Sumqayıt şəhərində onun, RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Rövşən Quliyev, Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid4, NMQ-nın baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3, RPŞ-nin İctimai-təhlükəsizlik bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid2 tərəfindən saxlanılaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə birlikdə Cəlilabad RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Zaur Cəfərova hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra müdafiəçisinin və hal şahidlərinin iştirakı ilə sonuncunun üzərində şəxsi axtarış keçirilmişdir. Müstəntiq ona üzərində hər hansı bir əşya və ya predmet olub-olmamasını soruşduqda Zaur Cəfərov bu təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli pul kisəsini, qara rəngli gödəkçənin sol yan cibindən “Samsung” markalı, A71 modelli mobil telefonu, qara rəngli gödəkçənin iç ciblərindən 1 ədəd bükümdə, üzəri yapışqan lentlə bağlı olan qəhvəyimtil rəngli maddə və 1 ədəd bükümdə, üzəri yapışqan lentlə bağlı olan ağ rəngli maddəni, 1 (bir) ədəd qara rəngli, qatlanan formalı bıçağı çıxarıb təqdim etmişdir. Bundan başqa Zaur Cəfərovun üzərində şəxsi axtarış aparılan zaman iş üçün sübut əhəmiyyətə malik ola biləcək əşya və ya predmet aşkar olunmamışdır. Zaur Cəfərovun təqdim etdiyi pul kisəsinin içərisinə baxdıqda 15 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq, 1 ədəd 100 ABŞ dolları, 2 ədəd 50 ABŞ dolları, 1 ədəd 5 ABŞ dolları əsginasların olduğu aşkar edilmişdir. 1 ədəd bükümdə qəhvəyimtil rəngli bükümü bıçaqla azca kəsərək içərisinə baxdıqda heroinə bənzər maddə olduğu və həmçinin 1 ədəd bükümdə ağ rəngli bükümü bıçaqla azca kəsərək baxdıqda metamfetaminə bənzər maddə olduğu görülmüşdür. 1 (bir) ədəd qara rəngli, qatlanan formalı bıçağı açdıqda tiyəsinin üzərində bozumtul rəngdə “BOKER” hərfləri yazılmışdır. Zaur Cəfərov yuxarıda qeyd olunan 1607 manatı və 205 ABŞ dollarını Cəlilabad şəhərində "xxxx" MMC inşaat materialları dükanından oğurladığı pul əsginaslarından qalan pul olduğunu bildirmişdir. 1 ədəd qara rəngli, qatlanan formalı bıçağın özünə məxsus olduğunu, həmin bıçağı Bakı şəhərində Ovçular dükanından pul müqabilində nağd aldığını və üzərində gəzdirdiyini bildirmişdir. 1 ədəd bükümdə üzəri yapışqan lentlə bağlı olan qəhvəyimtil rəngli maddə və 1 ədəd bükümdə üzəri yapışqan lentlə bağlı olan ağ rəngli maddəni haradan və kimdən əldə etdiyini, nə üçün üzərində saxladığını və haradan əldə etdiyi barədə heç bir şey deməmişdir. Həmin narkotik vasitəyə bənzər kütlələr və 1 ədəd bıçaq müstəntiq tərəfindən götürülərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Cəlilabad RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X7 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokolu imzalamışlar. Həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi ** LG *** qeydiyyat nişanlı «VAZ-2107» markalı avtomobilə baxış keçirilmiş və avtomobildən bir ədəd qəhvəyi rəngli dəstəyi olan, tiyə hissəsi parlaq metal materialdan ibarət bıçaq aşkar edilərək götürülmüşdür. Həmin bıçaqdan başqa avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, X10 əvvəllər tanımamışdır. Onunla qohumluq əlaqələri, düşmənçilik və ya ədavəti yoxdur. Cəlilabad şəhərində yaşayan X11 şöbəyə 07 fevral 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, həmin gün ona məxsus Cəlilabad şəhəri Qurtuluş prospektində yerləşən "xxxx" MMC tikinti materialları mağazasından ona məxsus 14 300 manat və 6 400 ABŞ dolları nağd pulun naməlum şəxs (lər) tərəfindən oğurlanması barədə müraciət etmişdir. Baş vermiş hadisə ilə bağlı onlar tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş və 09 fevral 2021-ci il tarixdə hadisəni törətməkdə şübhəli bilinən X13 və Təqsirləndirilən şəxs Sumqayıt şəhərində onun, RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Rövşən Quliyev, Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid4, CAB-ın sabiq əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, RPŞ-nin İctimai-təhlükəsizlik bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid2 tərəfindən saxlanılaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə birlikdə Cəlilabad RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X7 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokolu imzalamışlar. Həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi ** LG *** qeydiyyat nişanlı «VAZ-2107» markalı avtomobilə baxış keçirilmiş və xidməti zərurətlə bağlı o, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında istintaq hərəkətində iştirak edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan 10 fevral 2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2107» markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol oturacağının sağ tərəfində 1 ədəd qəhvəyi rəngli dəstəyi olan, tiyə hissəsi parlaq metal materialdan ibarət bıçaq aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş 15 fevral 2021-i il tarixli, 18/215 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - Rusiyada zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomatın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağıdır, üzərində onun təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd soyuq silah hesab edilən bıçağın cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə həmin Məcəllənin 44.2.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməli, lakin vəfat etdiyindən ona cəza təyin edilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 57 manat Təqsirləndirilən şəxs vəfat etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin346-349, 351- 353, 356-cı maddələrini rəhbər tutuaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və öldüyündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd Rusiyada zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomatın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 57 manat Təqsirləndirilən şəxs vəfat etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar