Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-1/2025 29.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs1 hüquqi varisi X2, Zərərçəkmiş şəxslər X6, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 400 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər günü” münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək hökm təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış,xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, həmçinin xx.xx.2021-ci il tarixli qərarla “8 Noyabr-Zəfər günü” münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək hökmlə təyin edilmiş 400 manat cərimə cəzasından azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi 3-cü km-də yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki dükanın vitrini üzərində gəzdirdiyi vintaçandan istifadə edərək sıxıb açmaqla vitrinə qanunsuz daxil olub orada olan 01 ədəd dəyəri 320 manat olan “Blue de Schanel” markalı kişi ətri, 01 ədəd dəyəri 150 manat olan “Shedeozen” markalı qadın ətri, 01 ədəd dəyəri 150 manat olan “Ch men” markalı kişi ətri, 01 ədəd dəyəri 290 manat olan “İnterdid” markalı qadın ətri, 01 ədəd dəyəri 180 manat olan “Byredo” markalı qarışıq ətri, 01 ədəd dəyəri 320 manat olan “Schanel Chance” markalı qadın ətri, 01 ədəd dəyəri 200 manat olan “Armani Cedrat” markalı kişi ətri, 01 ədəd dəyəri 160 manat olan “Nina ricci” markalı qadın ətri, 01 ədəd dəyəri 180 manat olan “Moschino Funny” markalı qadın ətri, 01 ədəd dəyəri 150 manat olan “Shedeozen” markalı qadın ətri və 03 ədəd dəyəri ümumilikdə 900 manat olan “Chgood Girl” markalı qadın ətrini, ümumilikdə 3000 manat dəyərində özgə əmlakını binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 15 aprel 2023-cü il tarixdə saat 06 radələrində ünvan 2 ünvanında yerləşən “X13” şirniyyat mağazasının qapısına üzərində gəzdirdiyi vintaçanla təzyiq edib qapını açaraq qanunsuz içəri daxil olmuş, oradan X1 məxsus 517 manat nəğd pul, 01 ədəd 25 manat dəyərində tort, 01 ədəd 18 manat dəyərində gün eynəyi, 02 ədəd ümumilikdə dəyəri 614 manat olan 100 ml-lıq “X16” firmasının “Libre” markalı qadın ətri, 01 ədəd dəyəri 397 manat olan 100 ml-lıq “Amouage İnterlude” markalı kişi ətri, 01 ədəd dəyəri 270 manat olan 100 ml-lıq “Blue Chanel” markalı kişi ətri, 01 ədəd dəyəri 307 manat olan 100 ml-lıq “X16” firmasının “Black Opium” markalı qadın ətri, 01 ədəd dəyəri 250 manat olan 100 ml-lıq “Sauvage Dior” markalı kişi ətri, 01 ədəd dəyəri 235 manat olan 100 ml-lıq “X16” firmasının “YEDP” markalı kişi ətri, 01 ədəd dəyəri 580 manat olan 100 ml-lıq “Tom Ford” firmasının “Lost Cheryy” markalı kişi/qadın ətri, 01 ədəd dəyəri 250 manat olan 100 ml-lıq “X16” firmasının “Manifesto” markalı qadın ətri, 01 ədəd dəyəri 260 manat olan 100 ml-lıq “Tom Ford” firmasının “Velvet Orchid” markalı kişi/qadın ətri, 01 ədəd dəyəri 500 manat olan 100 ml-lıq “Tom Ford” firmasının “Tobacco Vanille” markalı kişi/qadın ətri, 01 ədəd dəyəri 200 manat olan 100 ml-lıq “Giorgio Armani” firmasının “My Way” markalı qadın ətri, 01 ədəd dəyəri 225 manat olan 100 ml-lıq “X16” firmasının “La Nuit de L Homme” markalı kişi ətri, 02 ədəd ümumilikdə dəyəri 300 manat olan 100 ml-lıq “X10” firmasının “Baccarat Rouge 540” markalı qadın ətri, 01 ədəd dəyəri 610 manat olan 100 ml-lıq “Tom Ford” firmasının “Bitter Peach” markalı kişi/qadın ətri, 01 ədəd dəyəri 560 manat olan 100 ml-lıq “Tom Ford” firmasının “Rose Prick” markalı kişi/qadın ətri, 01 ədəd dəyəri 230 manat olan 100 ml-lıq “Giorgio Armani” firmasının “Acqua Di GİO” markalı kişi ətri, 01 ədəd dəyəri 250 manat olan 100 ml-lıq “Gucci” firmasının “Flora” markalı qadın ətri, 01 ədəd dəyəri 195 manat olan 100 ml-lıq “Gucci” firmasının “Bloom” markalı qadın ətri, 01 ədəd dəyəri 495 manat olan 100 mllıq “Aventus” firmasının “Creed” markalı kişi ətri, 01 ədəd dəyəri 280 manat olan 100 ml-lıq “Givenchy” firmasının “L İndterdit” markalı qadın ətri və 01 ədəd dəyəri 240 manat olan 100 ml-lıq “Burberry” firmasının “Weekend” markalı kişi ətrini, ümumilikdə xeyli miqdarda, 7808 manat dəyərində özgə əmlakını binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 17 aprel 2023-cü il tarixdə saat 02 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində Rizvan ticarət mərkəzində yerləşən X9 məxsus mağazanın qapısının kilidini dəmir parçası ilə sındırıb qanunsuz olaraq içəri daxil olub oradan 30 manat nağd pul, 60 manat qəpik pul, 1 ədəd 19 manat dəyərində Samsung markalı blutuzlu qulaqlıq, 1 ədəd 20 manat dəyərində poverbank və bir qutusunun dəyəri 4 manat 20 qəpik olan ümumilikdə 21 manat dəyərində 5 ədəd Sobranie markalı siqareti, ümumilikdə 150 manat dəyərində özgə əmlakını binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 19 aprel 2023-cü il tarixdə saat 03 radələrində Cəlilabad şəhəri, F.Niftullayev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazanın qapısının kilidini daş parçası ilə sındırıb qanunsuz içəri daxil olmuş, oradan bir qutusunun dəyəri 4 manat olan ümumilikdə 80 manat dəyərində 20 qutu Kent 4 markalı siqaret, bir qutusunun dəyəri 2 manat 80 qəpik olan ümumilikdə 56 manat dəyərində 20 qutu Palma markalı siqaret, bir qutusunun dəyəri 4 manat 20 qəpik olan ümumilikdə 84 manat dəyərində 20 qutu Sobranie markalı siqaret, bir qutusunun dəyəri 2 manat 80 qəpik olan ümumilikdə 112 manat dəyərində 40 qutu Whinchester markalı siqaret, bir qutusunun dəyəri 3 manat 50 qəpik olan ümumilikdə 175 manat dəyərində 50 qutu Winston markalı siqaret, ümumilikdə dəyəri 10 manat olan 10 ədəd 1 manatlıq Azercell danışıq kartları, ümumilikdə dəyəri 10 manat olan 10 ədəd 1 manatlıq Nar mobile danışıq kartları, ümumilikdə dəyəri 10 manat olan 10 ədəd 1 manatlıq Bakcell danışıq kartları, 120 manat nağd pul, bir kiloqramı 8 manat dəyərində olan ümumilikdə 80 manat dəyərində 10 kiloqram fındıq ləpəsi, 1 kiloqramı 12 manat dəyərində olan ümumilikdə 180 manat dəyərində 15 kiloqram qoz ləpəsi,1 kiloqramı 8 manat dəyərində olan ümumilikdə 120 manat dəyərində olan 15 kiloqram şokoladı, ümumilikdə 1307 manat dəyərində özgə əmlakını binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 20 aprel 2023-cü il tarixdə saat 17 radələrində Cəlilabad şəhərində Təbriz ticarət mərkəzində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazanın qapısının kilidini daş parçası ilə sındırıb qanunsuz içəri daxil olmuş və oradan 01 ədəd 270 manat dəyərində kişi qol saatını özgə əmlakını binaya qanunsuz daxil olmaqla gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 24 aprel 2023-cü il tarixdə saat 01 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs6 məxsus aptekin qapısına üzərində gəzdirdiyi vintaçanla təzyiq edib qapını açaraq qanunsuz içəri daxil olmuş və aptekin kassasından 3360 manat nağd pulu gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhərinə işləməyə gəlmişdir. Bazarda bir müddət işlədikdən sonra, işləmək üçün şəxsiyyət vəqsəsinin surətini istəmişlər, şəxsiyyət vəsiqəsi atasında olduğu üçün və atası şəxsiyyət vəsiqəsini ona vermədiyinə görə işdən çıxmışdır. Bazardan işdən çıxdıqdan sonra Bakı şəhərində pulu olanda gündəlik evlərdə, pulu olmayanda isə küçələrdə gecələmişdir. Həmin aralarda maddi sıxıntıları olduğundan oğurluq etmək qərarına gəlmişdir. 13 mart 2023-cü il tarixdə saat 02 radələrində oğurluq etmək məqsədilə kirayədə qaldığı evdən çıxıb yolda tanımadığı taksilərdən birinə minib Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında taksidən düşmüşdür. Avtovağzal Kompleksinin ikinci mərtəbəsində dükanların birinə yaxınlaşıb ətrafda kimsənin olmadığına əmin olduqdan sonra üzərində gəzdirdiyi vintaçanla ətir satılan vitrini sındırıb vitrində yerləşən 13 ədəd ətiri cibində olan sellofan torbanın içərisinə yığaraq kimsənin gələ biləcəyindən ehtiyyat edərək oradan uzaqlaşmışdır. Həmin gün oğurlamış olduğu ətirləri tanımadığı şəxsə 200 manata satmış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin şəxs ona satdığı ətirlərin oğurluq olduğunu bilməmişdir. Bundan sonra yenə də pulu qurtardığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün münasib obyekt seçmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhərində Nəsimi rayonu ərazisində gəzişərək səhər saat 06 radələrində ünvan 2 ünvanında yerləşən “X13” şirniyyat mağazasının qarşısına gəlib çıxmış və həmin mağazadan oğurluq etməyi planlaşdırmışdır. Özü ilə götürdüyü vint açan ilə şirniyyat mağazasının plastikdən olan giriş qapısına təzyiq göstərməklə qapını açıb içəri daxil olmuşdur. Mağazanın daxilində kamera olduğuna fikir verməmişdir. Piştaxtanın arxasına keçərək şkafları axtarmağa başlamış, bu zaman şkafda olan sarı rəngli qutunun içərisində kağız pul olduğunu görmüş, həmin pulu götürərək cibinə qoymuş, mağazanın daxilində olan digər şkafda isə satılıq olan 24 ədəd ətirləri mağazada olan sellofan paketə yığıb özü ilə götürmüşdür. Mağazada satılan digər vitrində olan 01 ədəd tortu özü yemək üçün və 01 ədəd gün eynəyini də istifadə etmək üçün götürərək mağazada olan sellofan paketə qoyub mağazadan çıxmışdır. Mağazadan çıxdıqdan sonra Nəsimi rayonu, 3-cü MKR bazarında çayxanada çay içərək, tortu yemiş, oğurladığı pulları sayıb 517 manat pul oğurladığını müəyyən etmiş və həmin gün eynəyinin qadın üçün olduğunu müəyyən edib orada olan zibil qabına atmışdır. Bundan sonra həmin ətirlərdən bir qismini Nəsimi rayonu, 3-cü MKR dairəsi yaxınlığında yerləşən “Qala” kafesində olan ofisantlara, digər qismini isə Nəsimi rayonu, 3-cü MKR dairəsi yaxınlığında yerləşən “Dəli Kür” kafesində işləyən ofisantlara pay vermiş, 1 ədədini istifadə etmək üçün özünə götürmüşdür. Qalan hissəsini isə Nəsimi rayonu, 3-cü MKR dairəsi yaxınlığında tanımadığı bir şəxsə 350 manata satmışdır. Həmin ofisantlara nə qədər ətir verdiyini və həmin şəxsə nə qədər ətir satdığını xatırlamamışdır. Sonra isə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində hərbi xidmətdən məzuniyyətə gələn qardaşı Samiri görmək üçün Cəlilabad şəhərinə getmişdir. Lakin qardaşı Samirin məzuniyyəti bitdiyindən xidmət etdiyi hərbi hissəyə qayıtdığını öyrənmişdir. Atası Kamalın yanına getmiş, lakin atası onu evə buraxmamışdır. Bundan sonra pulu bitdiyinə görə xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində radələrində Cəlilabad şəhərində yerləşən Bazardan oğurluq etmək qərarına gəlmişdir. Bazarın qarşısında yerləşən ərzaq mağazasının yaxınlığına gəlmiş, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra qapının qıfılını ətrafdan tapdığı dəmir parçası ilə qırıb həmin mağazaya daxil olmuş, mağazada olan kassadan kağız nağd pul, dəmir qəpik pullar, 5 qutu sobranie markalı siqaret, 1 ədəd blutuzlu telefon qulaqcığı və 1 ədəd poverbankı oğurlayıb mağazadan çıxmış və evlərinə doğru getməyə başlamışdır. Yolda oğurladığı pulları saymış və müəyyən etmişdir ki, 30 manat kağız pul və 60 manat qəpik pul oğurlamışdır. Həmin pulları xərcləyib qurtarmış və qərara gəlmişdir ki, yenə də oğurluq etsin. Bu məqsədlə 19 aprel 2023-cü il tarixdə gecə saat təxminən 03 radələrində Cəlilabad şəhəri, F.Niftullayev küçəsində yerləşən ərzaq mağazasının yaxınlığına gəlmiş, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra mağazanın qapısının qıfılını ətrafdan tapdığı daş parçası ilə qıraraq mağazaya daxil olmuşdur. Mağazadan 20 qutu Kent 4 markalı siqaret, 20 qutu Palma markalı siqaret, 20 qutu Sobranie markalı siqaret, 40 qutu Whinchester markalı siqaret, 50 qutu Winston markalı siqaret, 10 ədəd 1 manatlıq Azercell danışıq kartları, 10 ədəd 1 manatlıq Nar mobile danışıq kartları, 10 ədəd 1 manatlıq Bakcell danışıq kartları, mağazada olan kassadan nağd pul, təxminən 10 kiloqram fındıq ləpəsi, 15 kiloqram qoz ləpəsi və 15 kiloqram şokoladı oğurlayıb oradan çıxmış və yaşadığı evə getmişdir. Oğurladığı əşyaları yaxınlıqda olan zibillikdə gizlətmişdir. Daha sonra oğurladığı pulu saymış və 120 manat pul oğurladığını müəyyən etmişdir. Bundan sonra yenə də oğurluq etmək istəmiş və bu məqsədlə 20 aprel 2023-cü il tarixdə təxminən saat 17 radələrində Cəlilabad şəhərində yerləşən Təbriz ticarət mərkəzində olan ətriyyat və saat mağazasının yaxınlığına gəlmiş, mağazanın qapısını ətrafdan tapdığı daş ilə vurub sındırmış və mağazaya daxil olmuşdur. Mağazada olan vitrindəki 1 ədəd qol saatını oradan götürüb mağazadan çıxmış, daha sonra evlərinə gedib oğurladığı digər əşyaları da götürərək Bakı şəhərinə gedən taksilərin dayanacağına getmiş və oradan tanımadığı bir taksi avtomobilinə əyləşib Bakı şəhərinə getmişdir. Bir müddət Bakı şəhərində gündəlik evlərdə qalmış və pulu qurtardığından 23 aprel 2023-cü il tarixdə Bakı şəhərində olarkən qərara gəlmişdir ki, gəlib Cəlilabad şəhərindən oğurluq eləyib pul əldə etsin. Elə bu məqsədlə də həmin gün gecə saat 23 radələrində 20 Yanvar metro stansiyasının yaxınlığından Cəlilabad şəhərinə gələn mercedes markalı taksi avtomobilinə minib Cəlilabad şəhərinə gələrək saat 01 radələrində H.Əliyev prospektində həmin taksi avtomobilindən düşmüşdür. Sürücü Cəlilabad rayon sakini olmuşdur. Bakı şəhərindən onun avtomobilinə əyləşərkən Cəlilabad şəhərinə neçəyə gətirəcəyini xəbər almış, sürücü onu 15 manata gətirəcəyini demişdir. Həmin vaxt cibində pulu olmamış, lakin sürücüyə pulunun olmadığını deməmişdir. Cəlilabad şəhərində avtomobildən düşərkən sürücüyə pulunun olmadığını demiş, qolunda olan saatı açıb sürücüyə vermiş və sabah Cəlilabad şəhərində yerləşən bazarda görüşüb 15 manat yol haqqını verəcəyini və saatını qaytarmasını bildirmişdir. Sürücü onunla razılaşmış və saatı ondan götürmüşdür. Avtomobildən düşəndən sonra sürücü çıxıb getmiş, o, isə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən yolun kənarında olan aptekə yaxınlaşmış, ətrafda heç kimin olmadığını və aptekin bağlı vəziyyətdə olduğunu görüb aptekin yan tərəfində olan qapısına yaxınlaşıb özündə olan vint açanı cibindən çıxarıb aptekin aliminium materialdan olan qapısını həmin vint açanla sıxıb açmışdır. Sonra aptekin içərisinə keçmiş, özündə olan alışqanın işığını yandırıb kassanı açıb baxarkən orada kağız pullar və dəmir pullar olduğunu görmüşdür. Kağız pulların hamısını götürüb cibinə qoymuş, dəmir pulları isə götürməmişdir. Bundan sonra aptekdən çıxıb piyada Cəlilabad şəhərində yerləşən dairəyə getmiş, oradan isə Lənkəran şəhərindən Bakı şəhərinə gedən tanımadığı taksi avtomobilinə minib Bakı şəhərinə getməyə başlamışdır. Yolda gedərkən aptekdən oğurladığı pulu saymış və pulun 3360 manat olduğunu görmüşdür. Bakı şəhərinə çatandan sonra 20 yanvar metrosunun yaxınlığında taksi avtobilindən düşüb sürücüyə 15 manat yol haqqı vermiş, bundan sonra isə Bakı şəhəri 3-cü mikrorayon deyilən ərazidə yerləşən kafelərin birinə gedib gecəni həmin kafedə keçirtmişdir. Bakı şəhərində olduğu müddətdə də aptekdən oğurlamış olduğu pulu müxtəlif kafe və restoranlarda xərcləmişdir. Bir neçə gündən sonra isə Bakı şəhərində olarkən Nəsimi Rayon Polis İdarərsinin əməkdaşları tərəfindən tutulmuşdur. Oğurluq hadisələrini tək törətdiyini, həmin oğurluq hadisələrini törədərkən onu heç kimin görmədiyini, oğurladığı əşyaları satdığı şəxslərin həmin əşyaların oğurluq olmasından məlumatının olmadığını, oğurluq etməyə onu heç kimin məcbur etmədiyini, oğurladığı siqaretləri və danışıq kartlarını Bakı şəhərində müxtəlif qiymətlərə tanımadığı şəxslərəı satdığını, oğurladığı ərzaq məhsullarını istifadə etdiyini, oğurladığı blutuzlu qulaqlıq və poverbankı isə istifadə etmədiyi üçün zibilliyə atdığını bildirmişdir. Zərərşəkmiş şəxslərə ziyanı ödəməsədə zərərçəkmiş şəxslərin ona qarşə heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istinaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə və Cəlilabad RPŞ-nə müraciət edərək ona məxsus Cəlilabad şəhəri, Cavadxan küçəsində Rizvan Ticarət Mərkəzinin qarşısında yerləşən mağazadan oğurluq edilməsini bildirmişdir. Belə ki, xx.xx.2023-cü saat təxminən 08 radələrində həmin mağazaya gəlmiş və mağazanın giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra mağazaya daxil olmuş, mağazada olan kassanın yerdə olduğunu və vitrində olan siqaretlərin yerə töküldüyünü görmüşdür. Bundan sonra mağazadan oğurluq edilməsini müəyyən etmiş və bu səbəbdən də polisə müraciət etmişdir. Əlavə suallara cavab olaraq mağazadan 30 manat nağd pul, ümumilikdə 60 manat qəpik pul, 19 manat dəyərində 1 ədəd Samsung markalı blutuzlu qulaqlıq, 1 ədədinin dəyəri 4 manat 20 qəpik olan 5 ədəd ağ Sobranie markalı siqaret və 20 manat dəyərində 1 ədəd poverbankın oğurlanmasını bildirmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 150 manat maddi ziyan dəydiyini bildirmişdir. Ona dəymiş ziyan ödənilməsə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istinaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhəri, H.Əliyev prospektində apteki var. Həmin aptekdə o, müdir, Səyyad Ağayev isə satıcı kimi fəaliyyət göstərirlər. Hər gün səhər tezdən saat 9-da apteki açırlar və axşam saat 23 radələrində bağlayırlar. 23 aprel 2023-cü il tarixdə də həmişə olduğu kimi saat 09-da apteki açmış və axşam saat 23-də apteki bağlayıb evlərinə getmişlər. Evə gedərkən aptekin kassasında olan 3360 manat pul kassada qalmışdır. Kassada təxminən 10 manat xırda dəmir pul da olmuşdur. Aptekin açarı onda və satıcı Səyyad Ağayevdə olmuşdur. Aptekin qarşı tərəfində və yan tərəfində aliminum materialdan qapısı var. 24 aprel 2023-cü il tarixdə saat 08:20-də yaşadığı evdə olarkən Səyyad Ağayev onun mobil telefonuna zəng edib aptekin qarşı qapısının zamokunu açıb içəri girəndən sonra aptekin yan tərəfində olan qapısının açıq vəziyyətdə olduğunu aşkar etdiyini, kassada olan 3360 manat pulun kassada olmadığını, gecə kiminsə qapını qırıb içəri girib pulu oğurladığını bildirmişdir. Səyyadın bu sözündən sonra aptekə gəlmişdir. Qapıya baxarkən qapını hansısa alətin gücü və təsiri ilə açıldığını və qapının çöldən aliminum materialının da iki yerdən zədələndiyini görmüşdür. Kassaya baxarkən həqiqətən də 3360 manat pulun kassada olmadığını, xırda dəmir pulun isə kassada olduğunu görmüşdür. Aptekindən oğurluq olduğu üçün də Cəlilabad RPŞ-nə gələrək şikayət ərizəsi ilə müraciət etmişdir. Əlavə suallara cavab olaraq aptekindən yalnız 3360 manat pulun oğurlanmasını bildirmişdir. Ona dəymiş ziyan ödənilməsə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istinaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhərində yerləşən Rizvan ticarət mərkəzində mağazası var. Həmin mağaza onun özünə məxsusdur. Mağazada qol saatları və ətirlər satır. 18 aprel 2023-cü il tarixdə saat 08 radələrində mağazanı açmış, saat 14 radələrində isə mağazanı bağlayıb yaşadığı evə getmişdir. Bundan sonra bir neçə gün şəxsi işi ilə əlaqədar mağazanı açmamışdır. 25 aprel 2023-cü il tarixdə saat 08 radələrində mağazaya gəlmiş, mağazanın qapısının qıfılının qırıldığını və qapının açıldığını görmüşdür. Bundan sonra mağazaya gəlmədiyi günlərdə mağazanın qapısının qıfılının qırılaraq mağazadan oğurluq edilməsini müəyyən etmişdir. Mağazada olan saatlara və ətirlərə baxarkən qiyməti 270 manat olan bir ədəd kişi qol saatının oğlurlandığını və qalan əşyaların yerində olduğunu müəyyən etmiişdir. Bu səbədən həmin gün Cəlilabad RPŞ-nə gələrək mağazadan bir ədəd saatın oğurlanması barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Əlavə suallara cavab olaraq mağazadan baş vermiş oğurluq hadisəsi nəticəsində ona 270 manat maddi ziyan dəydiyini bildirmişdir. Ona dəymiş ziyan ödənilməsə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan elektron məhkəmə portalından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş üzrə Zərərçəkmiş şəxs1 hüquqi varisi kimi tanınmış X5 verdiyi ifadəsində təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını göstərərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ibtidai istintaqda vermiş olduğu ifadəsindən görünür ki, Cəlilabad şəhəri, F.Niftullayev küçəsində yerləşən özünə məxsus olan evdə yaşayır. Yaşadığı evin küçəsində şəxsi ərzaq mağazası var. Həmin mağazada ərzaq, siqaret və mobil telefonlar üçün kontur satır. Hər gün saat 06:30da mağazanı açaraq axşam saat 23-də bağlayıb evinə gedir. Həmişə olduğu kimi 18 aprel 2023-cü il tarixdə saat 23-də mağazanı bağlayıb yaşadığı evə getmişdir. 19 aprel 2023-cü il tarixdə saat 07 radələrində mağazanı açmaq üçün gəlmişdir. Mağazanın qarşısına çatandan sonra görmüşdür ki, qarşı tərəfdə olan plastik qapının zamoku qırılmış və qapı açıq vəziyyətdədir. Başa düşmüşdür ki, kimsə gecə mağazanın qapısını qıraraq mağazadan oğurluq edib. Sonra içəri keçmiş və mağazanı nəzərdən keçirərkən müəyyən etmişdir ki, mağazadan bir qutusunun qiyməti 4 manat olan 20 qutu «Kent» 4 markalı siqaretlər, bir qutusunun qiyməti 2 manat 80 qəpik olan 20 qutu «Palma» markalı siqaretlər, bir qutusu 4 manat 20 qəpik olan 20 qutu «Sobranie» markalı siqaretlər, bir qutusunun qiyməti 2 manat 80 qəpik olan 40 qutu «Vinçestr» markalı siqaretlər, bir qutusunun qiyməti 3 manat 50 qəpik olan 50 qutu «Vinston» markalı siqaretlər, bir ədədi 1 manat olan 10 ədəd «Sim» danışıq konturları, bir ədədi 1 manat olan 10 ədəd «Cin» danışıq konturları, bir ədədi 1 manat olan 10 ədəd «Nar» danışıq konturları, kassada olan 120 manat pul, bir kiloqramı 8 manat olmaqla 10 kiloqram fındıq ləpəsi, bir kiloqramı 12 manat olan 15 kiloqram qoz ləpəsi, bir kiloqramı 8 manat olmaqla 15 kiloqram şokalat oğurlanıb. Mağazadan oğurluq edilməsi barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, sonra isə Cəlilabad RPŞ-nə gələrək şikayət ərizəsi ilə müraciət etmişdir. Mağazada sonradan hesablama aparmış və müəyyən etmişdir ki, oğurluq nəticəsində ona cəmi 1037 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə göndərərək, ərizədə onlara dəymiş ziyanın ödənilmədiyini, ibtidai istintaqda verdikləri ifadəni təsdiq etdiklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 ibtidai istintaqda vermiş olduğu ifadəsindən görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 3-cü km-də yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ikinci mərtəbəsində yerləşən “Parfum” ətir mağazasını icarə əsasında işlədir. Həmin dükanın iş vaxtı saat 10:00dan 17:00-dək nəzərdə tutulmuş, dükanda əsasən müxtəlif markalı, müxtəlif miqdarda və dəyərdə kişi və qadın ətirlərinin satışını həyata keçirir. 12 mart 2023-cü il tarixdə saat 17 radələrində işini yekunlaşdırıb oradan yaşadığı evinə getmiş, növbəti gün, yəni 13 mart 2023-cü il tarixdə işlətdiyi dükana gələn zaman ətirlərin yerləşdiyi vitrinin siyirtməsinin sındırılmış halda olduğunu, vitrinin içərisində olan ətirlərin çoxusunun isə yerində olmadığını gördükdə oğurluq hadisəsinin baş verdiyini anlayıb baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona 3000 manat maddi ziyan dəydiyini, oğurluq zamanı 01 ədəd dəyəri 320 manat olan “Blue de Schanel” markalı kişi ətri, 01 ədəd dəyəri 150 manat olan “Shedeozen” markalı qadın ətri, 01 ədəd dəyəri 150 manat olan “Ch Men” markalı kişi ətri, 01 ədəd dəyəri 290 manat olan “İnterdid” markalı qadın ətri, 01 ədəd dəyəri 180 manat olan “Byredo” markalı qarışıq ətri, 01 ədəd dəyəri 320 manat olan “Schanel Chance” markalı qadın ətri, 01 ədəd dəyəri 200 manat olan “Armani Cedrat” markalı kişi ətri, 01 ədəd dəyəri 160 manat olan “Nina ricci” markalı qadın ətri, 01 ədəd dəyəri 180 manat olan “Moschino Funny” markalı qadın ətri, 01 ədəd dəyəri 150 manat olan “Shedeozen” markalı qadın ətri və 03 ədəd dəyəri ümumilikdə 900 manat olan “Chgood Girl” markalı qadın ətrlərinin oğurlandığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs5 ibtidai istintaqda vermiş olduğu ifadəsindən görünür ki, Nəsimi rayonu, Cavadxan küçəsi 22 ünvanında yerləşən “X13” şirniyyat mağazasını işlədir. Həmin mağaza müqavilə ilə qızı X7 adına olsada mağazanı özü işlədir və mağazanın daxilində olan əmlaklar ona məxsusdur. “X13” şirniyyat mağazasında müxtəlif toy, nişan və ad günlərinə tort sifarişləri qəbul edərək bişirirlər. Həmçinin həmin mağazada gündəlik olaraq müxtəlif növdə şirniyyatlar bişirərək həmin mağazada satırlar. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində işlətdiyi ünvan 2 ünvanında yerləşən “X13” şirniyyat mağazasına gəldikdə, mağazanın plastikdən olan giriş qapısının açıq olduğunu yəni kilidlənmədiyini görmüşdür. “X13” şirniyyat mağazasından oğurluq olmasından şübhələnmiş və ehtiyyatla içəri daxil olduqda mağazanın daxilinin dağınıq olduğunu görmüşdür. Bundan sonra dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə işlətdiyi ünvan 2 ünvanında yerləşən “X13” şirniyyat mağazasından oğurluq olması baradə məlumat vermişdir. Bundan sonra Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları və kriminalist gələrək mağazanın daxilinə baxış keçirərkən işlətdiyi “X13” şirniyyat mağazasının daxilində kassa hesab olunan qutunun içərisində olan 517 manat nəğd pulun, dolabda olan ümumilikdə 24 ədəd olmaqla istifadə olunmamış yeni olan 02 ədəd 100 ml-lıq “X16” firmasının “Libre” markalı qadın ətri, 01 ədəd dəyərində 100 ml-lıq “Amouage İnterlude” markalı kişi ətri, 01 ədəd 100 ml-lıq “Bleu Chanel” markalı kişi ətri, 01 ədəd 100 ml-lıq “X16” firmasının “Black Opium” markalı qadın ətri, 01 ədəd 100 ml-lıq “Sauvage Dior” markalı kişi ətri, 01 ədəd 100 ml-lıq “X16” firmasının “Y EDP” markalı kişi ətri, 01 ədəd 100 ml-lıq “Tom Ford” firmasının “Lost Cherry” markalı kişi/qadın ətri, 01 ədəd 100 ml-lıq “X16” firmasının “Manifesto” markalı qadın ətri, 01 ədəd 100 ml-lıq “Tom Ford” firmasının “Velvet Orchid” markalı kişi/qadın ətri, 01 ədəd 100 ml-lıq “Tom Ford” firmasının “Tobacco Vanille” markalı kişi/qadın ətri, 01 ədəd 100 ml-lıq “Giorgio Armani” firmasının “My Way” markalı qadın ətri, 01 ədəd 100 ml-lıq “X16” firmasının “La Nuit de L'Homme” markalı kişi ətri, 02 ədəd 100 ml-lıq “X10” firmasının “Baccarat Rouge 540” markalı qadın ətri, 01 ədəd 100 ml-lıq “Tom Ford” firmasının “Bitter Peach” markalı kişi/qadın ətri, 01 ədəd 100 mllıq “Tom Ford” firmasının “Rose Prick” markalı kişi/qadın ətri, 01 ədəd 100 ml-lıq “Giorgio Armani” firmasının “Acqua Di GİO” markalı kişi ətri, 01 ədəd 100 ml-lıq “Gucci” firmasının “Flora” markılı qadın ətri, 01 ədəd 100 ml-lıq “Gucci” firmasının “Bloom” markalı qadın ətri, 01 ədəd 100 ml-lıq “Aventus” firmasının “Creed” markalı kişi ətri, 01 ədəd 100 ml-lıq “Givenchy” firmasının “L'İnterdit” markalı qadın ətri, 01 ədəd 100 ml-lıq “Burberry” firmasının “Weekend” markalı qadın ətirlərin, yəni hər birinin qiyməti 180 manat olan istifadə olunmamış 24 ədəd kişi və qadın ətirlərinin, 01 ədəd 18 manat dəyərində gün eynəyi və 01 ədəd 25 manat dəyərində tortun oğurlandığını aşkar etmişdir. Bundan sonra işlətdiyi ünvan 3 ünvanında yerləşən “X13” şirniyyat mağazasının daxilində olan video görüntüyə baxış keçirərkən xx.xx.2023-cü il tarixdə saat 06:10 radələrində 01 nəfər 20-25 yaşlarında cavan oğlanın mağazanın plastikdən olan kilidlənmiş giriş qapısına əlində olan alət ilə təzyiq göstərərək qapını açaraq içəri daxil olub, mağazanın daxilində qeyd etdiyi əşyaları oğurlayaraq mağazanı tərk etdiyi müəyyən olunmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 4880 manat maddi ziyan dəydiyini, mağazasının plastikdən olan giriş qapısına vint açanla təzyiq göstərilərək qapının açılması nəticəsində, mağazanın giriş qapısı zədələnmədiyindən ona maddi ziyan dəymədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş, 13 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 3-cü km-də yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ikinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi “Parfum” ətir mağazasında baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs4 hadisə yerini təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, 15 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsi Nəsimi rayonu, Cavadxan küçəsi 22 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus “X13” şirniyyat mağazasında baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs5 oğlu hadisə yerini təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, 17 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsi Cəlilabad şəhəri, Cavadxan küçəsində “Rizvan” Ticarət Mərkəzinin qarşısında yerləşən X9 məxsus mağazada baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən X11 hadisə yerini təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, 19 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsi Cəlilabad şəhəri, F.Niftullayev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazada baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 hadisə yerini təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, 24 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsi Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs6 məxsus aptekdə baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs6 hadisə yerini təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, 25 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsi Cəlilabad şəhərində yerləşən “Rizvan” Ticarət mərkəzində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazada baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs2 hadisə yerini təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, 28 aprel 2023-cü il, 03 may 2023-cü il və 14 iyun 2023cü il tarixlərdə keçirilmiş ifadənin yerində yoxlanması istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs oğlu oğurluq əməllərini hansı şəraitdə törətməsini əyani şəkildə göstərmiş və təqsirləndirilən şəxs qismində ifadəsində göstərmiş olduğu xüsusatları əyani olaraq bir daha təsdiq etmişdir. İşdə olan Azərbaycan Respublikasının DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-11/2-5763/2023 saylı məktubdan görünür ki, tədqiqata tədqim edilmiş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl-izlərindən 01 ədədi xx.xx.2002-ci ildə Cəlilabad rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu (giriş qapısının içəri tərəfindən) barmaqları ilə eynilik təşkil etmişdir (X11 epizodu üzrə). İşdə olan Azərbaycan Respublikasının DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-11/2-4458/2023 saylı məktubdan görünür ki, tədqiqata tədqim edilmiş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl-izlərindən 02 ədədi xx.xx.2002-ci ildə Cəlilabad rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta və adsız (siyirtmənin iç səthindən) barmaqları ilə eynilik təşkil etmişdir (Zərərçəkmiş şəxs4 epizodu üzrə). Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərərçəkmiş şəxslər X11, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və ölmüş Zərərçəkmiş şəxs1 hüquqi varisi (oğlu) X2 şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hal hesab edir. İşdə olan DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən, hökmün surətindən və qərarlarda görünür ki, Həmidov X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və 400 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər günü” münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək hökm təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, həmçinin xx.xx.2021-ci il tarixli qərarla “8 Noyabr-Zəfər günü” münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək hökmlə təyin edilmiş 400 manat cərimə cəzasından azad edilmiş, CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin (sadə) residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitidən təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4 (006)- 226/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 08 (səkkiz) ay müddətinə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə məhkəmə baxış mərhələsinə göndərilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsində göstərilmişdir ki, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. İş materiallarında olan Bakı İstintaq Təcridxanasından verilmiş arayışdan görünür ki, təqsirləndirilən şəxs Həmidov X8 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını Bakı İstintaq Təcrixanasında çəkmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə izah edilsin ki, onlar vurulmuş ziyanın ödənilməsi tələbi ilə bağlı Təqsirləndirilən şəxs qarşı iddia qaldıra bilərlər. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk var. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-1/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-1/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver