Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-10/2024 18.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad şəhəri Azərbaycan küçəsi ev 02-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,610 qram psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2023-cü ilin aprel ayının 29-da saat 18:30da Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cəlilabad şəhəri, Azərbaycan küçəsində saxlanılaraq şübhəli kimi Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı bir ədəd sellofan kəsiyi bükümündə ağ rəngli kiristalşəkilli təmiz çəkisi 0,610 qram psixotrop maddə olan həmin metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir 29 aprel 2023-cü il tarixdə təxminən saat 18-19 radələrində Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən «Green Store» marketinin yanında dayandığı zaman Tamerlan və Yusif adlı polis əməkdaşları ona yaxınlaşaraq, onu Cəlilabad rayon Polis Şöbəsinə dəvət etmişlər, o da etiraz etməyərək həmin polis əməkdaşlarının gəldikləri avtomobilə əyləşmiş və birlikdə Cəlilabad rayon Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsinə gəldikdən sonra onun üzərinə hazırkı iş üzrə ondan aşkar edilmiş psixotrop maddə olan metamfetamin qoyulmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş və həmin maddə ondan aşkar edilərək götürülmüşdür. Müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman həmin maddəni tapdığını bildirmişdir. Həqiqətdə isə həmin maddə onun üzərinə qoyulmuş və boynuna götürməsi üçün ona təsir və təzyiq edilmişdir. Buna görə də, həmin psixotrop maddənin ona məxsus olduğunu boynuna götürmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkumluqlarına görə peşmandır. Himayəsində yetkinlik yaşına çatmyan və azyaşlı uşaqları vardır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Özünü hazırkı cinayət işi üzrə təqsirli bilmir. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 29 aprel 2023-cü il tarixdə Cəlilabad şəhəri, Azərbaycan küçəsi ev 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı raportla şöbə rəisinə məruzə edərək Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, Cəlilabad rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul etmişdir. Həmin günü Cəlilabad rayon polis şöbəsinin rəisinin əmri ilə Cəlilabad rayon polis şöbəsinin qrup üzvü kimi ondan, PPXB-nin polis nəfəri Tamerlan Əmirovdan və PPXB-nin polis nəfər Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 29 aprel 2023-cü il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, Azərbaycan küçəsində piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra ondan üzərində narkotik vasitə, psixotrop maddə və gəzdirilməsi və saxlanılması qadağan olunmuş hər hansı bir əşya və predmet olub-olmadığını xəbər almışlar. Təqsirləndirilən şəxs cibində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlməsini demişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş, o Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmələri ilə əlaqədar raportla şöbə rəisinə məruzə etmişdir. Bundan sonra sənədləşmə aparılaraq Təqsirləndirilən şəxs təqdim olunmuş müdafiəçinin iştirakı ilə onun üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilərkən ona üzərində psixotrop maddə, narkotik vasitə, gəzdirilməsi və saxlanılması qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs cibində bir büküm metamfetamin və 10 manat pul olduğunu başqa heç bir şey olmadığını bildirərək şalvarının sağ yan cibindən bir ədəd büküm, şalvarının sol cibindən isə 10 manat pulu çıxarıb təqdim etmişdir. Bükümün arasında psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini tapdığını özü qəbul etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxılmış və bükümün arasında psixotrop maddə metamfetaminə oxşar maddə olduğunu görmüşlər. X2 tərəfindən psixotrop maddə metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilib zərfə qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq psixotrop maddə, saxlanılması və gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs 10 manat pulu özünə qaytarılmış, qeyd olunanlar barədə protokol tərtib olunmuş və protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə“ haqqında 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş ağ rəngli kütləni çıxarıb təqdim etmiş, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni 2 gün əvvəl “Silsilə” deyilən ərazidən tapdığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən sellofana bükülmüş 1 ədəd bükümdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Lənkəran regional bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 19/499 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan metamfetaminə bənzər kütlə......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,610 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir (tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,560 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 524 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xətəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Şəfa, xx.xx.20213-cü il təvəllüdlü Məryəm və xx.xx.2019-cu il təvəllüdlü Mehman adlı yetkinlik yaşına çatmayan və azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, cinayəti təzyiq və təsir altında boynuna alması bağlı verdiyi ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2023-cü il tarixdə, saat 16:30-da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0,560 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 aprel 2023-cü ildən 01 may 2023-cü ilədək, 2 (iki) gün müddətə həbsdə saxlanılması nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan 0,560 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-10/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-10/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver