Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-10/2025 08.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi1 iştirakları ilə, xx.xx.1973-cü ildə Cəlilabad rayonunun Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Alar kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Cəlilabad Rayon Məhkəməsində işləyən vəzifəli şəxsin yaxını kimi təqdim etməklə xx.xx.1993-cü ildə Cəlilabad rayonunun Ocağlı kəndində anadan olmuş, orta təhsilli, evli, məhkum olunmamış, azərbaycanlı, orta məktəbdə texniki işçi, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad rayonu Ocağlı kəndində qeydiyyatda olmaqla Cəlilabad rayonu Şötüklü kəndində yaşayan, əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs əri Ədliyyə Nazirliyinin Pentensiar Xidməti Bakı şəhəri, 1 saylı İstintaq Təcridxanasında saxlanılan Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işini sonuncunun xeyrinə həll edərək onu həbsdən azad edəcəyi və Şahid1 daha yüngül cəza alacağına köməklik göstərəcəyi barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2023-cü ilin may ayının 12də Cəlilabad rayonu, Alar kəndində yerləşən fərdi yaşayış evində 3000 (üç min) manat, 2023cü ilin may ayının 22-də eyni ünvanda 1400 (bir min dörd yüz) manat, 2023-cü ilin may ayının sonlarında eyni ünvanda Şahid2 vasitəsilə 4200 manat və 2023-cü ilin may ayının sonlarında eyni ünvanda Orxan Əsgərlinin vasitəsilə 3000 (üç min) manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 11600 (on bir min altı yüz) manat pulu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 ilə təxminən 1 ildən çoxdur ki, Cəlilabad şəhərində təsadüfən tanış olmuş, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Təxminən 1 il bundan əvvəl Şahid1 həmkəndlisini döydüyü üçün tululmuşdur. Şahid1 tutulduqdan sonra türmədən ona zəng edib ona cəzaçəkmə müəssisəsindən qanun çərçivəsində çıxmasına kömək etməsini, vəkili Mehman Mütəllimovla əlaqə saxlamasını və qardaşı Nazimin 4,200 manat pul gətirib ona verəcəyini bildirmişdir. Bundan sonra Şahid1 qardaşı Nazim onun yaşadığı evə gələrək ona 4200 manat pul vermişdir. Bundan bir ay sonra Zərərçəkmiş şəxs 4400 (dörd min dörd yüz) manat pulu ona vermiş, həmin günün səhəri ona həmin puldan Lətafətə 1200 manat qaytarmış, 2490 manat pulu da o, Cəlilabad rayon sakini Orxan adlı şəxsdən Şahid1 göstərişi ilə almışdır. Ümumilikdə o, 11,090 (on bir min doxsan) manat pul Şahid1 götərişi ilə onun həyat yoldaşı Lətafətdən, qardaşı Nazimdən və Orxan adlı şəxsdən almışdır. Həmin pulların hamısı Zərərçəkmiş şəxs məxsusdur. O, 11,090 manat pulu 2023-cü ilin may ayında hissə-hissə olmaqla Şahid1 Cəlilabad rayon məhkəməsində işini həll edəcəyi müqabilində yaşadığı evdə almışdır. O, 11,090 manat pulun 2500 manatını Şahid1 vəkili Biləsuvar rayonunda yaşayan Mehman adlı şəxsə yaşadığı evin həyətində vermiş, qalan 8590 manat pulun 1,100 manatı ondadır, 7490 manat pulu isə Zərərçəkmiş şəxs vermişdir. O, 2500 manat pulu 2023-cü ilin avqust ayında Cəlilabad rayonu, Alar kəndində yaşadığı evin həyətində Mehman Mütəllimova hissə-hissə vermiş, ilk dəfə Mehmana 1200 manat, sonra 500, sonra 500 və 300 manat vermişdir. Mehman Mütəllimova pulu verən zaman yanlarında başqa şəxs olmayıb. O, 7490 manat pulu Zərərçəkmiş şəxs hissə-hissə vermiş, Şahid1 ABB kartı Lətafətdə olmuş, ona görə də həmin karta 4000 manata yaxın pul göndərmiş, qalan pulları isə Lətafətin özünə vermiş, taksi sürücüsü Sahib adlı şəxsdən 2200 manat, Ağaverdi adlı şəxsdən hissə-hissə 900 manat pul və Müslüm adlı şəxslə isə 300 manat göndərmişdir. Hazırda onun Zərərçəkmiş şəxs 1600 manat pul borcu qalmışdır. O, 4200 manatını Şahid1 qardaşı Nazimdən, 4400 manatını Lətafətdən, 2490 manatını isə Orxandan almış, başqa pul almamışdır. Pul almaqda məqsədi Şahid1 Cəlilabad rayon məhkəməsində olan cinayət işini sonuncunun xeyrinə həll etmək olmuşdur. Pul aldığı zaman həmin pulu hər hansı vəzifəli şəxsə, yəni həmin pulu Cəlilabad rayon məhkəməsinin hakiminə və ya hər hansı vəzifədə işləyən konkret şəxsə verəcəyini bildirməmiş, sadəcə olaraq məhkəmədə tanışlarının olduğu, bu işə köməklik edəcəyi adı ilə Zərərçəkmiş şəxs aldatmışdır. O, ümumiyyətlə Cəlilabad rayon məhkəməsinin hakimi Qalib Paşayevə və onun köməkçisi Abbas Abbasbəyliyə pul verməmiş, onlarla bu barədə söhbəti olmamışdır, Zərərçəkmiş şəxs bu barədə heç nə deməmişdir. Zərərçəkmiş şəxs yalan danışır, o bu barədə heç nə deməmiş, Turab Əsgərovun adını çəkməmişdir. O, Zərərçəkmiş şəxs hədə-qorxu gəlməmişdir. Əməlindən səmimi peşmandır, səhvini etriaf edir və bir daha dələduzluq etməyəcəyinə söz vermişdir. Hal-hazırda zərərçəkmiş şəxsə 4600 manat ödəmişdir. Qalan borcu da qısa müddət ərzində ödəyəcəkdir. Özü İİ dərəcəli əlildir və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istinaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 onun əridir. Əri Şahid1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək Cəlilabad rayon məhkəməsi tərəfindən 2 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs tanıyır, əri Şahid1 tanışıdır. O, özü əri Şahid1 həbsdən azad olunması ilə bağlı Təqsirləndirilən şəxs iki dəfə əlbəəl pul vermişdir. Həmin 2023-cü ilin may ayının 12-də Cəlilabad rayonu Alar kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə 3000 manat pul vermiş, Təqsirləndirilən şəxs də bildirmişdir ki, həmin pulu Şahid1 həbsdən azad edilməsinə görə xərcləyəcəkdir. İkinci dəfə isə 22 may 2023-cü il tarixdə qardaşı Şahin Quliyevlə birlikdə Təqsirləndirilən şəxs həyətində 1400 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, həmin pulu Təqsirləndirilən şəxs əri Şahid1 azadlığa buraxdıracağı vədinə inandığı üçün vermişdir. Bundan əlavə qaynı Rəhman (Nazim) Mirişov 2023-cü ilin may ayında ona məxsus 4200 manat pulu evdən götürüb Təqsirləndirilən şəxs həyətinə aparıb orada Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs də qaynını əmin etmişdir ki, əri Şahid1 məhkəmədə işini həll edəcəkdir. Həmçinin Təqsirləndirilən şəxs Orxan adlı şəxsdən əri Şahid1 borc verdiyi 3000 manat pulu da alıb ələ keçirmişdir. Lakin Təqsirləndirilən şəxs onu aldadaraq nə əri Şahid1 işini həll etmiş, nə də almış olduğu pulları geri qaytarmışdır. Təqsirləndirilən şəxs almış olduğu puldan sadəcə olaraq 890 manatını geri qaytarmışdır. Qalan pulu isə ona qaytarmamışdır. Hazırda ona dəymiş ziyandan 4600 manat ödənilmişdir. Ona dəyən ziyan tam ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir, barəsində azadlıqdan məhrum etmə növündə cəza tətbiq edilməsini istəyir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında ədavət yoxdur. O, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək Cəlilabad rayon məhkəməsi tərəfindən 2 il 6 ay azadlıqdan məhrum edilmişdir. Zərərçəkmiş şəxs onun həbsdən azad olunması ilə bağlı Təqsirləndirilən şəxs iki dəfə əlbəəl pul vermişdir. Həmin 2023-cü ilin may ayının 12-də Cəlilabad rayonu Alar kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə 3000 manat pul vermiş, Təqsirləndirilən şəxs də bildirmişdir ki, həmin pulu onun həbsdən azad edilməsinə görə xərcləyəcəkdir. İkinci dəfə isə 22 may 2023-cü il tarixdə qaynı Şahin Quliyevlə birlikdə Təqsirləndirilən şəxs həyətində 1400 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, həmin pulu Təqsirləndirilən şəxs onun azadlığa buraxdıracağı vədinə inandığı üçün vermişdir. Bundan əlavə, qardaşı Rəhman (Nazim) Mirişov 2023-cü ilin aprel ayında evdə olan 4200 manat pulu evdən götürüb Təqsirləndirilən şəxs həyətinə aparıb orada Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs də qardaşını əmin etmişdir ki, onun məhkəmədə işini həll edəcəkdir. Həmçinin Təqsirləndirilən şəxs Orxan adlı şəxsdən onun borc verdiyi 3000 manat pulu da alıb ələ keçirtmişdir. Lakin Təqsirləndirilən şəxs onu aldadaraq nə onun işini həll etmiş, nə də almış olduğu pulları geri qaytarmışdır. Təqsirləndirilən şəxs almış olduğu puldan sadəcə olaraq 890 manatını və daha sonra 1500 manatını geri qaytarmışdır. Ümumiyyətlə hesab edir ki, iş üzrə əsl zərərçəkmiş şəxs odur, ibtidai istintaq onu zərərçəkmiş şəxs kimi tanımalı idi. Həmçinin Təqsirləndirilən şəxs məsələni Cəlilabad RPŞ-nin birinci müavini Turab ilə həll edəcəyini bildirmişdir. Ona görə də birinci müavin də iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli idi. Təqsirləndirilən şəxs bir neçə dəfə onun (şahidin) anasına yalan məlumat vermiş, guya onun (şahidin) tezliklə həbsdən çıxacağını bildirmiş, anası isə onun yolunu gözləmişdir ki, bu cür yalanlar danışmasına görə təqsirləndirilən şəxsi bağışlamaq niyyəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 onun qardaşıdır, Zərərçəkmiş şəxs Şahid1 arvadıdır. Təqsirləndirilən şəxs qardaşı Şahid1 vasitəsilə tanımışdır. Qardaşı Şahid1 həmkəndlisi Azər adlı şəxslə dalaşdığı üçün təxminən 1 il bundan əvvəl həbs etmişdilər. 2023-cü ilin aprel ayında qardaşı Şahid1 ona zəng edərək bildirmişdir ki, arvadı Zərərçəkmiş şəxs 4200 manat pul vardır, həmin pulu götürüb Cəlilabad rayonu Alar kəndində Təqsirləndirilən şəxs versin. O da həmin pulu Zərərçəkmiş şəxs götürüb Alar kəndinə getmiş, həmin 4200 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs də pulu götürüb cibinə qoymuşdur. Təqsirləndirilən şəxs ilə heç bir söhbət etməmişdir. Lakin Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 vəkil tutacaq və vəkil ona məhkəmədə köməklik göstərəcəkdir. O, sonra öz işi ilə məşğul olmuşdur. O, 4200 manat pulu 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs vermiş, pul verən zaman yanlarında heç kim olmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi digər pullardan məlumatı yoxdur, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 11.600 manat pulu əri Şahid1 məhkəmədə işini həll etməsi müqabilində vermişdir. Təqsirləndirilən şəxs hər hansı pul qaytarması barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 onun qardaşıdır, Zərərçəkmiş şəxs Şahid1 arvadıdır. Təqsirləndirilən şəxs gəlinləri Zərərçəkmiş şəxs vasitəsilə tanımışdır. Qardaşı Şahid1 həmkəndlisi Azər adlı şəxslə dalaşdığı üçün təxminən 1 il bundan əvvəl həbs ediblər. Gəlinləri Zərərçəkmiş şəxs Şahid1 Cəlilabad rayon məhkəməsində olan işini həll etməsi üçün Cəlilabad rayonu Alar kənd sakini Təqsirləndirilən şəxs 11.600 manat pul vermişdir. Zərərçəkmiş şəxs iki dəfə Təqsirləndirilən şəxs pul almaq üçün onun idarə etdiyi “Vaz-21015” markalı **-BV-*** d.n.n avtomobillə Cəlilabad rayonu Alar kəndinə Rahilin evinə getmiş, lakin Təqsirləndirilən şəxs hər iki dəfə Zərərçəkmiş şəxs pul verməyərək əliboş geri qaytarmışdır. Daha sonra o, baş verənlər barədə heç nə deyə bilməz. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul verməsini və ondan pulu geri almasını görməmişdir. Təqsirləndirilən şəxs hər hansı pul qaytarması barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, onun əsl adı Əfrasdır, lakin el arasında Sahib deyə tanınır. Təqsirləndirilən şəxs tanıyır. Onun “Mersedes” markalı **-EJ-*** d.n.n avtomobili vardır, avtomobili idarə etmək üçün bütün sənədləri qaydasındadır. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə onunla taksi kimi ünvanlara gedib, bir neçə dəfə də onun sifarişini yerinə yetirmişdir. 2023-cü ilin yay aylarının birində Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə ona zəng vuraraq bildirmişdir ki, Zərərçəkmiş şəxs adlı qadına pul göndərəcək, gəlib həmin pulu götürüb aparıb həmin qadına verərsən. O, həmin vaxt Təqsirləndirilən şəxs evinə getmiş, Təqsirləndirilən şəxs ona heç nə verməmiş, oğlu Kənan Nağıyev avtomobilə əyləşib onla birlikdə Şötüklü kəndinə getmişdir. X3 bildirmişdir ki, Zərərçəkmiş şəxs pul aparır. Onlar kəndə çatmışlar, Kənan Nağıyev avtomobildən düşüb Zərərçəkmiş şəxs evinə getmiş, onunla görüşüb bir neçə dəqiqə sonra geri qayıtmışdır. Kənan Nağıyev ona bildirmişdir ki, Zərərçəkmiş şəxs pul vermişdir. Daha sonra onlar geri qayıtmışlar. Lakin o, X2 Quliyevaya nə qədər pul verməsini görməmiş və bu barədə heç nə deyə bilməz. Pulun hansı məqsədlə Zərərçəkmiş şəxs verilməsini bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, onun “VAZ-2106” markalı **-NY-*** d.n.n avtomobili vardır, avtomobili idarə etmək üçün bütün sənədləri qaydasındadır. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə onunla taksi kimi ünvanlara getmiş, bir neçə dəfə də onun sifarişini yerinə yetirmişdir. 2023-cü ilin yay aylarının birində Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilə əyləşib Ocaqlı kəndinə getmiş, onun yanında Zərərçəkmiş şəxs adlı qadına 300 manat pul vermişdir. Lakin o, Təqsirləndirilən şəxs həmin pulu Zərərçəkmiş şəxs hansı məqsədlə verməsini bilməmişdir. Onun başqa heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, onun “VAZ-2107” markalı avtomobili vardır, avtomobili idarə etmək üçün bütün sənədləri qaydasındadır. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə onunla taksi kimi ünvanlara getmiş, bir neçə dəfə də onun sifarişini yerinə yetirmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə ona pul verib həmin pulları aparıb Zərərçəkmiş şəxs vermişdir. Birinci dəfə Təqsirləndirilən şəxs ona 1200 manat pul verib, o da həmin pulu avtomobili ilə Cəlilabad rayonu Şötüklü kəndinə aparıb Zərərçəkmiş şəxs vermişdir. Bundan başqa o, 650 manat pulu, 300 və 50 manat pulu müxtəlif vaxtlarda idarə etdiyi avtomobillə Cəlilabad rayonu Qarazəncir kəndinə aparıb Zərərçəkmiş şəxs yaşadığı evdə vermişdir. O da Təqsirləndirilən şəxs həmin pulu hansı məqsədlə verməsini bilmir. O özü ümumilikdə Təqsirləndirilən şəxs 2200 manat pul alıb Zərərçəkmiş şəxs qaytarmışdır. Onun başqa heç bir məlumatı yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Nağıyev X1 RMX-da keçirilmiş kəllə-beyin travmasının qalıqları, tez-tez qıcolma tutmaları diaqnozu ilə dispanser qeydiyyatındadır və imtiyazlı dərman alır. İşdə olan xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşdə olan zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona ibtidai istintaq və məhkəmə araşdırması zamanı cəmi 4600 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyandan qismən ödəniş etməsini, İİ dərəcəli əlil olmasını, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayəti müxtəlif vəzifəli şəxslərin adından və statusundan istifadə etməklə törətməsini, bununla da dövlətin idarəetmə əsaslarına zərərçəkmiş şəxsin inamını sarsıtmasını, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdarın halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, iş üzrə məhkəmə baxışı bir neçə dəfə, əsasən də zərərçəkmiş şəxsin razılığı ilə təxirə salınmış və təqsirləndirilən şəxsə zərərin əvəzinin ödənilməsi üçün kifayət qədər vaxt verilmişdir, lakin tərəfindən ziyanın yalnız 4600 manat hissəsi ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə zərərçəkmiş şəxsə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah ediməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 08 aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-10/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-10/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver