Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-100/2023 11.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi1 iştirakı ilə, xx.xx.1980-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Qazax rayonunun Xanlıqlar kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndiriliri ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd polietilen sellofanda təmiz çəkisi 430 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, 11 iyun 2022-ci il tarixdə saat 13:40-da, Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Qazax şəhəri, Nərimanov qəsəbəsində “SU-15” dairəsinin yaxınlığında saxlanılaraq şübhəli kimi Qazax rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən əlində olan bir ədəd polietilen sellofanın içərisində şəffaf rəngli sellofanda qanunsuz olaraq saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 430 qram həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyəti ilə, özgə əmlakını gizli talamaq məqsədi ilə tanışı digər şəxs ilə qabaqcadan əlbir olaraq qrup halında 20 avqust 2022-ci il tarixdə saat 14 radələrində, Qazax şəhər sakini Zərərçəkmiş şəxs1 Qazax şəhəri Ə.Şıxlınski küçəsində yerləşən X1 binasının İİİ mərtəbəsindəki yaşadığı evin blokunda gözləmiş, X16 Abbasovun mənzilinin qapısının qıfılını vint açanla açaraq saxlanc yeri olan mənzilə qanunsuz daxil olaraq oradan 1 ədəd 180 manat dəyərində Çin XR istehsalı “Super Max” markalı “SM3215LED” modelli 32 düyümlü televizoru gizli olaraq talamaqla oğurlamışlar. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgə əmlakını gizli talamaq məqsədilə 21 avqust 2022-ci il tarixdə saat 16 radələrində, Qazax şəhəri H.Əliyev prospektində yerləşən “Yeddi Qaya” market mağazasına müştəri qismində daxil olaraq mağazada fərdi qaydada xadimə işləyən Zərərçəkmiş şəxs2 məxsus, mağazanın satış kassası olan stolun üzərinə qoyulmuş 1 ədəd üzərində mobil nömrə ilə birlikdə 105 manat dəyərində “Samsung A6” markalı mobil telefonu gizli talamaqla oğurlamışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,864 qram psixotrop maddə olan metamfetamin əldə edib üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2022-ci ilin dekabr ayının 3-də saat 18:30 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılaraq şübhəli kimi Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan palitonun sol iç cibində qanunsuz olaraq saxladığı bir ədəd sellofan kəsiyi bükümündə ağ rəngli kristalşəkilli təmiz çəkisi 0,864 qram psixotrop maddə olan həmin metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə qəbul edir. 11 iyun 2022-ci il tarixdə saat 13:40 radələrində Qazax şəhəri N.Nərimanov qəsəbəsində yerləşən “SU 15” dairəsinə yaxın ərazidə piyada gedərkən Qazax RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli olduğunu ona bildirərək onlarla birlikdə Qazax rayon polis şöbəsinə getməsini demişlər. Ona görə də o polis əməkdaşları ilə birlikdə Qazax rayon polis şöbəsinə getmişdir. Sonra hüquq və vəzifələri ona izah olunaraq polis şöbəsinə vəkil dəvət olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra isə xidməti otaqlardan birində polis əməkdaşları ona üzərində narkotik vasitə saxladığı barədə onlara məlumat daxil olduğunu bununla bağlı üzərinə video çəkliş vasitəsi ilə şəxsi axtarış keçirəcəklərini demişlər. Polis əməkdaşları bundan əlavə üzərində narkotik vasitə olub-olmamasını, əgər varsa təqdim etməsini bildirmiş, o da əlində olan politielin sellofanın içərisində narkotik vasitə marixuana olduğunu, həmin marixuananı 2022ci ilin may ayında “Ağstafa” çayının Qazax şəhəri ərazisindən keçən hissədindəki sahildə yabanı halda bitən çətənə bitkisinin kollarından toplayaraq qurudub şəxsi istifadəsi üçün saxladığını demişdir. Sonra isə təqdim etdiyi marixuana elektron əl tərəzisi vasitəsilə çəkilərək paketə qablaşdırılmış, paketin ağzı möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi paketin üzərini və protokolun doğruluğunu imza etmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, Qazax rayon sakini Habil Əliyevi uzun illər əvvəldən tanıyaraq həmişə münasibətləri yaxşı olmuşdur. 20 avqust 2022-ci il tarixdə Qazax şəhərində Maksim adlı şəxsin yaşadığı evdə Habil Əliyevlə birlikdə olarkən Habil ona Qazax şəhər sakini Namiq Ərəbovun ona pul borcu olduğunu, həmin borcunu vermədiyini, onun evində qonaq olarkən evdə “Super» Max” markalı televizor gördüyünü və Namiqin evinə getmələrini, həmin televizoru ondan ona olan borcunun əvəzində alacağını demişdir. Ona görə o, Habilin sözünə razılıq verərək elə həmin günü təxminən saat 14 radələrində Habillə birlikdə Zərərçəkmiş şəxs1 ünvan 1 ünvana getmişlər. Onlar Namiqin yaşadığı evin qapısını döymüş, lakin qapını açan olmamış, evdə heç kim olmadığını bilmişlər. Sonra Habil ona girib evdən həmin televizoru oğurlamalarını, aparıb televizoru sataq əldə etdiyləri pulu öz aralarında bölmələrini demişdir. O da Habilin bu sözünə razılıq vermiş, sonra Habil ona blokda gözləməsini gələn olsa ona xəbər etməsini, özü isə evin qapısının qıfılını açıb evə girəcəyini demişdir. Ona görə də o blokda dayanıb gözləmiş, həmin vaxt onun cibində də vint açan olmuş, Habil vint açanı ondan alıb Namiqin evinin qapısındakı qıfılın şurplarını açıb evə daxil oaraq televizoru götürüb onun yanına gətirmiş, daha sonra yolun kənarından tanımadıqları «Mercedes» markalı taksi avtomobilinə minib oğurladıqları televizoru Qazax şəhərində yaşayan Maksim adlı şəxsin yaşadığı evə aparmışlar. O, Maksimə televizoru özünün olduğunu deyərək 70 manata ona satmış, sonra Maksimin evindən çıxıb gedərkən pulu Habillə öz aralarında bərabər bölmüş, bundan sonra isə hərə öz evinə getmişdir. Bundan başqa isə o, ifadəsində göstərmişdir ki, 21 avqust 2022-ci il tarixdə Qazax şəhəri H.Əliyev prospektində yerləşən “Yeddi Qaya” market mağazasına daxil olaraq mağazanın qapısı açıq olsa da içəridə heç kimin olmadığını görmüşdür. Bu zaman o, mağazanın kassasının olduğu stolun üzərində bir ədəd “Samsung A6” markalı mobil telefon olduğunu görüb götürmüş, telefonu götürməyini heç kim görmədiyi üçün tez mağazadan çıxaraq telefonu söndürərək oradan uzaqlaşmış, daha sonra həmin mobil telefonu 40 manat sataraq pulu xərcləmişdir. Bundan başqa isə o, ifadəsində göstərmişdir ki, 03 dekabr 2022-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evin küçəsində olarkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüş, həmin bükümü yerdən götürüb açıb baxarkən bükümün arasında psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin metamfetamini sonra özü qəbul etmək üçün əynində olan paltonun sol iç cibinə qoymuşdur. Bundan bir qədər sonra tanışı taksi sürücüsü Azər Əmirova onu Masallı rayonuna gətirməsini demiş, Azər də idarə etdiyi VAZ-2107 markalı avtomobillə onu Masallı rayonuna gətirməsinə razılıq vermişdir. Sonra o, Azərin avtomobilinə əyləşərək yola düşmüşlər. Onlar saat 18:30 radələrində Cəlilabad şəhərinə çatandan sonra Azərə avtomobili yolun kənarında saxlamasını və düşüb mağazaya və ayaqyoluna dəyəcəyini demişdir. O, avtomobildən düşərək mağazaya və ayaqyoluna dəyib qayıdıb avtomobilə əyləşmək istəyərkən onlara 4 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib Cəlilabad RPŞ-nin əməkdaşları olduğunu demişlər. Sonra polis əməkdaşları onlara birlikdə Cəlilabad RPŞ-nə gəlmələrini təklif etmiş, o, cibində olan metamfetamini çıxardıb tullamağa imkan tapmamış və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Sonra sənədləşmə aparılaraq və ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanarkən ona üzərində narkotik vasitə, cinayət xarakterli hər-hansı bir əşya və predmet varsa təqdim etməsini demişlər. O əynində olan paltosunun sol iç cibində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu deyərək çıxardıb təqdim etmişdir. Polis əməkdaşları bükümü açıb baxaraq sonra üzərində şəxsi axtarış aparmış, onun üzərindən əlavə olaraq psixotrop maddə, narkotik vasitə, hər hansı bir cinayət xarakterli əşya və predmet aşkar olunmamış, polis əməkdaşları metamfetamini zərfə qablaşdırıb zərfin ağzını möhürləyərək götürmüş, şəxsi axtarış keçirilərkən video çəkliş də aparılmış, polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Törətmiş olduğu əməlindən səmimi peşiman olduğunu bildirərək cəza təyini zamanı nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsi barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs1 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Qazax şəhəri, S.Vurğun küçəsi ev 97-də qeydiyyatda olsa da Qazax şəhəri, Ə.Şıxlinski küçəsində yerləşən X1 binasının 1-ci blokunun 3-cü mərtəbəsində yaşayaraq fərdi qaydada avtomobil təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanıyaraq dostluq münasibətləri olmuşdur. 2022-ci ilin avqust ayında arvadı Səbinə və azyaşlı uşaqları ilə birlikdə mürəbbə bişirmək üçün Qazax şəhərində yaşayan qayınanası evinə getmişlər. Axşam evlərinə gələrək səhər tezdən saat 07 radələrində evindən çıxaraq qapını bağlayıb işə getmiş, həmin günü axşam saat 22 radələrində yaşadığı evə gələndən sonra təxminən 10 il əvvəl aldığı «Super Max» markalı 82 sm diaqonal ölçüdə olan televizorunun evində olmadığını görərək televizorunun oğurlandığını bilmiş, ona görə də polisə televizorunun oğurlanması ilə əlaqədar müraciət etmiş, bundan bir qədər sonra da televizorunun Təqsirləndirilən şəxs və Habil adlı şəxs tərəfindən oğurlandığını polis əməkdaşları müəyyən etdikləri ona məlum olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə göndərərək mobil telefonunun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını, hazırda ondan şikayətçi olduğunu və yaşadığı ərazi ilə Cəlilabad rayonu arasında məsafənin uzaq olduğunu bildirərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Qazax şəhərində yerləşən «Yeddi Qaya» markaet mağazasında xadimə işləyir. 21 avqust 2022-ci il tarixdə saat 16 radələrində «Yeddi Qaya» market mağazada olmuş, həmin vaxt mağazanın satıcısı Rabidə mərhum qardaşının qəbrini ziyarət etmək üçün Qazax rayonunun Ağköynək kəndində olan qəbirastanlığa getmişdir. Həmin vaxt mağazaya tanımadığı firma işçiləri gəlmiş, firma işçiləri satıcı Rabidənin olmadığını görüb ondan Rabidəyə zəng etməsini xahiş etmişlər. O da Rabidəyə zəng etmək üçün mağazanın satış kassası olan stolun üzərinə qoymuş olduğu 2samsunq A6» mobil telefonunun götürmək istəyən zaman telefonu orada olmadığını görmüşdür.Sonra firma işçiləri çıxıb getmiş, o isə yaxınlığda olan çörək sexinə gedərək orada işləyənlərin telefonu ilə öz mobil telefonuna zəng etmiş, lakin telefonuna zəng çatmamışdır. Bundan sonra Rahidə mağazaya gəlmiş onlar mağazanın videogörüntülər olan kamerasına baxarkən telefonunu stolun üzərindən Təqsirləndirilən şəxs oğurladığını müəyyən etmişlər. O, bir neçə gün polisə şikayət etməmiş, sonradan isə telefonunun Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə 24 avqust 2022-ci il tarixdə Qazax rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 11 iyun 2022-ci il tarixdə il tarixdə saat 13 radələrində xidmətdə olarkən ona Qazax rayonunun Xanlıqlar kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması, istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də o bu barədə RPŞ-nin rəhbərliyinə raportla müraciət edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Bundan sonra o, Qazax RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid4, Qazax RPŞ-nin ƏRQ-nun kiçik inspektoru X8 ilə birlikdə RPŞ-dən çıxaraq Təqsirləndirilən şəxs mütəmadi vaxt keçirdiyi Qazax şəhəri N.Nərimanov qəsəbəsində yerləşən “Su-15” dairəsi adlanan dairəvi yolun ətrafında və həmin dairəvi yola yaxın olan küçələrdə, küçələrin kəsişmələrində tədbiri davam etdirməyə başlamışlar. Həmin gün saat təxminən 13:40 radələrində Təqsirləndirilən şəxs el arasında “Su-15” adlanan dairəvi yolun yaxınlığında piyada tək halda, qoltuğunda da qara rəngli jaketə bükülmüş nə iləsə yaşadığı kənd istiqamətində hərəkətdə olduğunu görüb birlikdə Kənana yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələri əldə etməsində, daşımasında, saxlamasmda, istehlakında şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. Kənan da qanuni tələblərinə qarşı heç bir narazılıq etməyərək onlarla birlikdə Qazax RPŞ-nə gəlmişdir. Qazax RPŞ-nə gəldikdən sonra o, raportla RPŞ-nin rəhbərliyinə məruzə edərək raportun icrası Qazax RPŞnin TB-nin təhqiqatçısı Azər Əliyevə həvalə edilmişdir. Bundan sonra Kənana hüquqları izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuş, vəkil X7 dəvət olunmuş, daha sonra təhqiqatçı Azərin xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqları bir daha izah edildikdən sonra şəxsi axtarışı keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs qoltuğunda olan jaketə bükülmüş göy rəngli sellofan torbanı təqdim edərək torbanın içərisində narkotik vasitə marixuana olduğunu demişdir. Həmin sellofan torba açıldıqda içərisində başqa bir ağ rəngli sellofan torba olduğu, həmin torbanın içərisində isə yaşıl rəngli, spesifik qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu, Qazax rayonu ərazisindən keçən “Ağstafa” çayının kənarlarında yabanı halda bitmiş çətənə bitkilərindən yığdığını, qurutduğunu, öz istifadəsi üçün saxladığını və yaşadığı evə aparmaq istədiyini bildirmişdir. Daha sonra həmin kütlə sellofan torbalarla birlikdə elektron əl tərəzisində çəkilmiş, sellofan torbalarla birlikdə çəkisi 460 qram olmuş, həmin kütlə sellofan torbada qablaşdırılaraq möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış, bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərindən başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş əşya aşkar edilməmiş, şəxsi axtanş Rahil Hüseynov tərəfindən videoçəkilişlə aparılmış, sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilmiş, protokol oxunmuş, o da iştirakçılar kimi protokolun doğruluğunu imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid4 şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 03 dekabr 2022-ci il tarixdə Qazax rayon sakini Nuriyev X6 rayon ərazisinə gəlməsi və üzərində narkotik vasitə gəzdirməsi barədə Cəlilabad rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı raportla şöbə rəhbərliyinə məruzə edildikdən sonra Şahid1 tərəfindən cinayət əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Daha sonra onun, RPŞ-nin PPXB-nün polis nəfərləri Yusif Quliyev və İzzət Bəhmənov birlikdə Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin günü saat 18:30 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, H.Əliyev prospektində yolun kənarında dayanan VAZ- 2107 markalı ** DK *** dövlət nömrə nişanlı avtomobilə əyləşmək istədiyini görüb ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduğlarını demişlər. Orada onlara avtomobil sürücüsü Qazax rayon sakini Azər Əmirov olmaqla Təqsirləndirilən şəxs o avtomobili ilə gətirdiyi onlara məlum olmuşdur. Onlar Kənandan və Azərdən üzərlərində, avtomobildə narkotik vasitə, psixotrop maddə, gəzdirilməsi və saxlanılmaı qadağan olunmuş hər hansı bir əşya və predmet olub olmadığını xəbər almışlar. Təqsirləndirilən şəxs cibində bir büküm psixotrop maddə olan metamfetamin olduğunu, Azər isə üzərində və avtomobilində narkotik vasitə, psixotrop maddə, gəzdirilməsi və saxlanılması qadağan olunmuş hər hansı bir əyşa və predmet olmadığını demişdir. Sonra onlar Kənan və Azərə onlara birlikdə polis şöbəsinə gəlməyi təklik etmişlər. Ona görə də Kənan və Azər onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Sonra o, raportla şöbə rəisinə məruzə etmiş, bundan sonra sənədləşmə aparılaraq dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkliş vasitəsi ilə şəxsi axtarış aparılarkən ona üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər-hansı bir əşya və predmet varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan paltosunun sol iç cibində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu deyərək həmin bükümü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açıb baxıldıqda bükümün arasında psixotrop maddə metamfetaminə oxşar maddə olduğunu görmüşlər. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun üzərindən əlavə olaraq psixotrop maddə, narkotik vasitə, hər hansı bir cinayət xarakterli əşya və predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs aşkar olunmuş metamfetaminə oxşar maddə zərfə qablaşdırılmış, zərfin ağzı möhürlənmiş, təhqiqatçı Həbib Nəsirov qeyd olunanlar barədə protokol tərtib etmiş, protokolu ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. İşdə olan, 11 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd sellofan paketdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə götürülüb zərfə qablaşdırılaraq 64 nömrəli möhürlə möhürləndikdən sonra götürülmüşdür. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 12 iyun 2022-ci il tarixli 16/667 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sellofan paketdə, təmiz çəkisi 430 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuanadan tədqiqatda 0,05 qram sərf edilərək 429,95 qram qalıq qalmışdır. İşdə olan, 03 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminə oxşar maddə götürülüb zərfə qablaşdırılaraq 141 nömrəli möhürlə möhürləndikdən sonra götürülmüşdür. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 04 dekabr 2022-ci il tarixli, 19/1233 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,864 qram olan ağ rəngli kristalşəkilli psixotrop maddə olan metafetamindir. Tədqiqatda metamfetamindən 0,05 qram sərf edilərək 0,814 qram qalıq qalmışdır. İşdə olan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd Çin istehsallı «Supermax» markalı «SM 3215 LED» modedlli 32 düyümlü televizor 24 avqust 2022-ci il tarixli protokolla X2 götürülmüşdür. İşdə olan, maddi sübut kimi tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut olan bir olan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd Çin istehsallı «Supermax» markalı «SM 3215 LED» modedlli 32 düyümlü televizor qanuni sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İşdə olan, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 noyabr 2022-ci il tarixli 9/7617nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd Çin istehsallı «Supermax» markalı «SM 3215 LED» modedlli 32 düyümlü televizorun istifadə olunması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 180 manat müəyyən edilmişdir. İşdə olan, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 yanvar 2023-cü il tarixli 9/8584 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış bir ədəd «Samsung A6» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin avqust ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 100 manat, nömrə ilə birlikdə 105 manat müəyyən olunmuşdur. İşdə olan DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar təqsirləndirilən şəxs X3 ona istinad olunan cinayətləri törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və buna görə də ona cinayətlərin məcmusu ilə təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Tahirə Nuriyevə adlı bir az yaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, iş üzrə Zərərçəkmiş şəxs1 münasibətdə dəymiş ziyanı geri qaytarması, himayəsində 1 az yaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar olaraq törətməsi həmin Məcəllənin 1.1.1-ci maddəsinə cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitidən təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Qazax Rayon Polis Şöbəsinin MSY-dən saat 10:58-də azad edilmişdir. Cinayət işində olan, Cəlilabad Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03.12,2022-ci il tarixdən hesablanmışdır. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1 (073)-100/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1 və X4 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndiriləmələrinə dair cinayət işindən X9 barəsində iş ayrıca icraata ayrılmış, barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilərək iş üzrə icraata CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 145 (yüz qırx beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspetiza Mərkəzinin Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************4, S.W.İ.F.T. CTREAZ22, AZ34CTRE******************** Cari AZN; VÖEN: ********** hesabına ödənilməlidir. İş üzrə xx.xx.2022-ci il tarixli, 9/7617 nörməli məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxs X5 aid hissədə 25 (iyirmi beş) manat tutularaq Məhkəmə Ekspetiza Mərkəzinin Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************4, S.W.İ.F.T. CTREAZ22, AZ34CTRE******************** Cari AZN; VÖEN: ********** hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 429,95 qram narkotik vasitə olan marixuana və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,814 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd Çin istehsallı «Supermax» markalı «SM 3215 LED» modedlli 32 düyümlü televizorun qanuni sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə Zərərçəkmiş şəxs2 dəymiz ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mülki icraat qaydasında müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-ci maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 2 (iki) gün həbsdə qaldığı müddət nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirimi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsindəçəksin. Cəzaçəkmənin əvvəli 03 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 429,95 qram narkotik vasitə olan marixuana və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,814 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 145 (yüz qırx beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspetiza Mərkəzinin Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************4, S.W.İ.F.T. CTREAZ22, AZ34CTRE******************** Cari AZN; VÖEN: ********** hesabına ödənilsin. İş üzrə xx.xx.2022-ci il tarixli, 9/7617 nörməli məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxs X5 aid hissədə 25 (iyirmi beş) manat ondan tutularaq Məhkəmə Ekspetiza Mərkəzinin Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************4, S.W.İ.F.T. CTREAZ22, AZ34CTRE******************** Cari AZN; VÖEN: ********** hesabına ödənilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd Çin istehsallı «Supermax» markalı «SM 3215 LED» modedlli 32 düyümlü televizorun qanuni sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs2 dəymiz ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mülki icraat qaydasında müraciət etmək hüququ izah edilsin. Hökm 20 gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-100/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-100/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver