Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-105/2023 14.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 2000-ci ildə Cəlilabad rayonu Alar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Alar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyun 2022-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətə növbəti çağırışla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş, həmin komissiyanın N iyun 2022-ci il tarixli rəyinə əsasən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilərək 2022-ci ilin iyul çağırışında hərbi xidmət keçmək üçün çağırışçıların siyahısına daxil edildikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilmiş və N iyun 2022-ci il tarixli fərdi çağırış vərəqəsinə əsasən hərbi xidmətə yola düşmək üçün 20 iyul 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə gəlməli olduğu barədə lazımi qaydada xəbərdar olunmağına baxmayaraq heç bir üzürlü səbəblər və qanuni əsaslar olmadan 2022-ci ilin iyul çağırışının sonunadək həqiqi hərbi xidmətə çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə getməyərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan qəsdən boyun qaçırmışdır. Bundan başqa, o, Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətə növbəti çağırışla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş həmin komissiyanın N iyun 2022-ci il tarixli rəyinə əsasən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilərək 2022-ci ilin oktyabr çağırışında hərbi xidmət keçmək üçün çağırışçıların siyahısına daxil edildikdən sonra çağırış komissiyasında iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə gəlməli olduğu barədə mobil telefon və poçt vasitəsilə olmaqla lazımi qaydada xəbərdar olunmağına baxmayaraq heç bir üzürlü səbəblər və qanuni əsaslar olmadan 2022-ci ilin oktyabr çağırışının sonunadək həqiqi hərbi xidmətə çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə getməyərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan qəsdən təkrar boyun qaçırmışdır. Bundan başqa, o, Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il yanvarın 1dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətə növbəti çağırışla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş həmin komissiyanın N iyun 2022-ci il tarixli rəyinə əsasən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilərək 2023-cü ilin yanvar çağırışında hərbi xidmət keçmək üçün çağırışçıların siyahısına daxil edildikdən sonra çağırış komissiyasında iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə gəlməli olduğu barədə mobil telefon və poçt vasitəsilə olmaqla lazımi qaydada xəbərdar olunmağına baxmayaraq heç bir üzürlü səbəblər və qanuni əsaslar olmadan 2023-cü ilin yanvar çağırışının sonunadək həqiqi hərbi xidmətə çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə getməyərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan qəsdən təkrar boyun qaçırmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, dəfələrlə ********** telefon nömrəsindən zəng edilərək Cəlilabad rayon prokurorluğuna dəvət olunmuş, bu barədə çağırış vərəqəsi özünə çatdırılsa da mədəsində olan ağrılardan dolayı istintaqda iştirak edə bilməmişdir. 2017-ci ildə Bakı şəhəri Binəqədi rayonunda yerləşən 267 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 2017-2021-ci illərdə Bakı Memarlıq və inşaat universitetini bakalavr pilləsində, texnoloji maşın və avadanlıqlar mühəndisliyi fakültəsi üzrə bitirmişdir. 2016-cı ildə SHXÇDX-nin Cəlilabad rayon şöbəsində ilkin hərbi qeydiyyatda alınmış və tibbi müayinələrdən keçdikdən sonra hərbi xidmətə yararlı hesab edilmişdir. 2022-ci ilin may ayında SHXÇDX-nin Cəlilabad rayon şöbəsi tərəfindən çağırış komissiyassına dəvət olunmuşdur. Orada tibbi müayinələrdən keçdikdən sonra hərbi xidmətə yararlı hesab olunmuşdur. 2022-ci ilin iyul ayında istifadəsində olan mobil telefon nömrəsinə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə həqiqi hərbi xidmət keçməyi ilə bağlı təyinatı barədə ismarış gəlmişdir və həmin vaxt həqiqi hərbi xidməti həmin hərbi hissədə keçəcəyini başa düşmüşdür. N iyun 2022-ci il tarixdə SHXÇDX-nin Cəlilabad rayon şöbəsində olan zaman həmin şöbənin əməkdaşları tərəfindən ona 20 iyul 2022-ci il tarixdə hərbi xidmətə yola düşməyi ilə bağlı həmin tarixdə şöbənin həyətində olmağı bildirilmiş və bu barədə ona çağırış vərəqəsi təqdim edilmişdir. Həmin çağırış vərəqəsini alan zaman vərəqəni aldığı barədə qəbzi imzalamışdır. Bundan sonra mədəsində ciddi ağrılar olduğu üçün 20 iyul 2022-ci il tarixdə hərbi xidmətə getmək üçün SHXÇDX-nin Cəlilabad rayon şöbəsinə getməmişdir. 23 iyul 2022-ci il tarixdə kəskin qassüt, mədə xorası diaqnozu ilə Bakı şəhərində yerləşən “Real hospital” xəstəxanasına müraciət etmişdir. Orada iki gün müayinə və müalicə olunduqdan sonra 25 iyul 2022-ci il tarixdə xəstəxanadan çıxmışdır. Bundan sonra orada həkim Nazlı Qasımova tərəfindən ona əmək qabiliyyətinin olmaması barədə vərəqə verilmişdir. Sonra yaşadığı evdə ambulator qaydada müalicə olunmuşdur. Hazırda da mədəsində ciddi ağrılar var. Bundan başqa, SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin əməkdaşları tərəfindən istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsinə 2022-ci ilin sentyabr, oktyabr və dekabr, 2023-cü ilin yanvar aylarında bir neçə dəfə zəng etməklə və yaşadığı ünvana çağırış vərəqəsi göndərməklə çağırışçı kimi çağırış komissiyasına cəlb edildiyi bildirilmiş və komissiyada iştirak etməyi üçün həmin şöbəyə dəvət olunsa da hazıra qədər mədəsində ciddi problemlər olduğundan onların çağırışına getməmişdir. SHXÇDX-nin Cəlilabad rayon şöbəsi tərəfindən göndərilən çağırış vərəqələrini şəxsən özü təhvil almış və bununla da çağırış komissiyasında iştirak etməli olduğunu başa düşmüşdür. 2022-ci ilin may və iyun aylarında SHXÇDX-nin Cəlilabad rayon şöbəsi tərəfindən təşkil edilmiş çağırış komissiyasında iştirak edən zaman mədəsində ağrılar olduğu barədə məlumat verməmişdir. 20 iyul 2022-ci il tarixdə hərbi xidmətə yola düşmək üçün SHXÇDX-nin Cəlilabad rayon şöbəsinə getmədiyi üçün həmin şöbənin əməkdaşları onunla əlaqə saxlamış və mədəsində olan ağrılara görə müalicə aldığı üçün gedə bilmədiyini onlara bildirmişdir. Bundan sonra, yenidən SHXÇDX-nin Cəlilabad rayon şöbəsinə dəvət olunmuş və orada mədəsində ağrılar olduğunu, buna görə özünü hərbi xidmətə hazır hesab etmədiyini bildirmişdir. Orada mədəsində olan ağrılara görə tibbi müayinədən keçmək üçün göndərişi ona vermişlər. Cəlilabad RMX-da mədə həkiminin olmadığını bildirib həmin müayinədən keçməkdən imtina etmişdir. Həmin komissiya onun sağlamlıq vəziyyətinin hərbi xidmətə yararlı olması barədə qərar qəbul etdiyindən yenidən onların təşkil etdiyi tibbi komissiyadan keçmək istəməmişdir. Mədəsində şiddətli ağrılar 23 iyul 2022-ci il tarixdə olduğu üçün həmin vaxt xəstəxanaya müraciət etmişdir. Əməlindən peşmandır, gəncdir və ilk dəfədir ki, cinayət törədir. Ona görə də bu halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs SHXÇDX-nin Cəlilabad rayon şöbəsində ilkin hərbi qeydiyyatda alınmış və tibbi müayinələrdən keçdikdən sonra hərbi xidmətə yararlı hesab edilmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında SHXÇDX-nin Cəlilabad rayon şöbəsi tərəfindən çağırış komissiyassına dəvət olunmuşdur. Orada tibbi müayinələrdən keçdikdən sonra hərbi xidmətə yararlı hesab olunmuşdur. 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə həqiqi hərbi xidmət keçməyi ilə bağlı təyinatı barədə ismarıc gəlmişdir və həmin vaxt başa düşmüşlər ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə çağırılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayında bir neçə dəfə SHXÇDX-nin Cəlilabad rayon şöbəsində olmuş ona 20 iyul 2022-ci il tarixdə hərbi xidmətə yola düşmək üçün şöbənin inzibati binasında olması barədə çağırış vərəqəsi verilərək qəbzə imza etdirilmişdir. Təqsirləndirilən şəxs mədəsində olan xəstəliklərlə bağlı 20 iyul 2022-ci il tarixdə hərbi xidmətə getmək üçün SHXÇDX-nin Cəlilabad rayon şöbəsinə getməmişdir. 23 iyul 2022-ci il tarixdə kəskin qassüt, mədə xorası diaqnozu ilə “Real hospital”a müraciət etmişdir. Orada iki gün müayinə olunduqdan sonra 25 iyul 2022-ci il tarixdə xəstəxanadan çıxaraq evdə müalicə olunmuşdur. Bundan başqa, oğlu Natiq ona bildirmişdir ki, SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 2022-ci ilin sentyabr, oktyabr və dekabr, 2023-cü ilin yanvar aylarında bir neçə dəfə zəng edərək çağırışçı kimi çağırış komissiyasına cəlb edildiyini və komissiyada iştirak etməyi üçün həmin şöbəyə dəvət olunsa da mədəsində ciddi problemlər olduğundan onların çağırışına getməmişdir. Bundan əlavə, SHXÇDX-nin Cəlilabad rayon şöbəsi tərəfindən yaşadıqları ünvana çağırış vərəqəsi göndərilərək, oğlu Təqsirləndirilən şəxs çağırışçı kimi çağırış komissiyasına cəlb edildiyini və komissiyada iştirak etməyi üçün həmin şöbəyə dəvət olunsa da mədəsində ciddi problemlər olduğundan onların çağırışına getməmişdir. SHXÇDX-nin Cəlilabad rayon şöbəsi tərəfindən göndərilən çağırış vərəqələrini Təqsirləndirilən şəxs şəxsən özü almış və eyni evdə yaşadıqları üçün o, bunun şahidi olmuşdur. Şahid – Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, 06 dekabr 2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti vəzifəsinə təyin olunmuş, leytenant rütbəsindədir. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 15 yaşına çatmış hər bir kişi cinsli Azərbaycan vətəndaşı yaşadığı yer üzrə rayon (şəhər) səfərbərliyin yerli idarə, şöbə və müəssisələrində ilkin hərbi qeydiyyata alınırlar. Bundan sonra onlara ilkin hərbi qeydiyyata alınma barədə vəsiqə verilir. Həmin şəxslərin siyahısı yerli icra nümayəndəliklərindən, yerli öznü idarə orqanlarından, mənzil kommunal istismar sahələrindən və məktəblərdən təqdim olunur. Qeydiyyata alınmış şəxslər 18 yaşı tamam olduqdan sonra növbəti çağırış zamanı hərbi xidmətə göndərilirlər. Vəzifəsi həqiqi hərbi xidmətə yararlı hesab edilmiş çağırışçıları qeydiyyata alıb hərbi xidmətə yola salmaqdan ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohumluq əlaqələri, düşmənçilik və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs 23 dekabr 2016-cı il tarixdə SHXÇDX-nin Cəlilabad rayon şöbəsində ilkin hərbi qeydiyyata alınmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyun 2022-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətə növbəti çağırışla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində çağırış komissiyası təşkil edilmişdir. Təqsirləndirilən şəxs tərəfimizdən tibbi müayinələrdən keçirilərək həmin komissiyanın N iyun 2022-ci il tarixli rəyinə əsasən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilmişdir. Bundan sonra o, 2022-ci ilin iyul çağırışında hərbi xidmət keçmək üçün çağırışçıların siyahısına daxil edilmişdir. Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilmişdir. Bu barədə onun istifadəsində olan mobil telefon nömrəsinə ismarış göndərilmiş və N iyun 2022-ci il tarixli fərdi çağırış vərəqəsi tərtib edilərək hərbi xidmətə yola düşmək üçün 20 iyul 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə gəlməli olduğu Təqsirləndirilən şəxs izah edilərək çağırış vərəqəsi özünə verilmiş, çağırış vərəqəsini qəbul etməsi barədə qəbzi imzaladıqdan sonra həmin qəbz onun şəxsi işinə əlavə edilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs heç bir üzürlü səbəblər və qanuni əsaslar olmadan 2022-ci ilin iyul çağırışının sonunadək həqiqi hərbi xidmətə çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə gəlməyərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan qəsdən boyun qaçırmışdır. Təqsirləndirilən şəxslə telefon danışığı zamanı hansı səbəbdən hərbi xidmətə getməkdən boyun qaçırmasını soruşanda o, cavabında mədəsində olan ağrılara görə hərbi xidmətə getmək istəmədiyini bildirmişdir. Onlar da onu mədəsində olan problemlərlə bağlı tibbi yoxlamaya göndərmək üçün onu SHÇDX-nin Cəlilabad rayon şöbəsinə dəvət edərək ona tibbi göndəriş versələr də o, həmin müayinədən də keçməkdən boyun qaçırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2022ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətə növbəti çağırışla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş həmin komissiyanın N iyun 2022-ci il tarixli rəyinə əsasən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilərək 2022-ci ilin oktyabr çağırışında hərbi xidmət keçmək üçün çağırışçıların siyahısına daxil edilişdir. Bundan sonra, çağırış komissiyasında iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə gəlməli olduğu barədə ona mobil telefon və poçt vasitəsilə olmaqla bir neçə dəfə xəbərdar etmələrinə baxmayaraq heç bir üzürlü səbəblər və qanuni əsaslar olmadan, guya mədəsində olan ağrıları bəhanə gətirərək 2022-ci ilin oktyabr çağırışının sonunadək həqiqi hərbi xidmətə çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə getməyərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan qəsdən təkrar boyun qaçırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətə növbəti çağırışla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilmiş həmin komissiyanın N iyun 2022-ci il tarixli rəyinə əsasən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilərək 2023-cü ilin yanvar çağırışında hərbi xidmət keçmək üçün çağırışçıların siyahısına daxil edilmişdir. Bundan sonra çağırış komissiyasında iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə gəlməli olduğu barədə ona mobil telefon və poçt vasitəsilə olmaqla bir neçə dəfə xəbərdar etmələrinə baxmayaraq heç bir üzürlü səbəblər və qanuni əsaslar olmadan, guya mədəsində olan ağrıları bəhanə gətirərək 2023-cü ilin yanvar çağırışının sonunadək həqiqi hərbi xidmətə çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə getməyərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan qəsdən təkrar boyun qaçırmışdır. Seyfullayev X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində çağırış komissiyası tərəfindən tibbi müayinələrdən keçirilərək həmin komissiyanın N iyun 2022-ci il tarixli rəyinə əsasən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilmişdir. Həmin yoxlamalar zamanı Təqsirləndirilən şəxs sağlamlığında hər hansısa bir probleminin olması barədə müraciət etməmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayı çağırışından yayındıqdan sonra onunla danışıq zamanı mədəsində olan ağrılara görə hərbi xidmətə getmək istəmədiyini bildirmişdir. Mədəsində olan problemlərlə bağlı tibbi yoxlamaya göndərmək üçün Təqsirləndirilən şəxs SHÇDX-nin Cəlilabad rayon şöbəsinə dəvət edərək ona tibbi göndəriş versələr də o, həmin müayinədən də keçməkdən boyun qaçırmışdır. Cinayət işinin materiallarında olan N iyun 2022-ci il tarixdə tərtib edilmiş hərbi xidmətə çağırılan vətəndaşın tibbi şəhadətləndirmə kartından görünür ki, çağırışçı Təqsirləndirilən şəxs sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlıdır. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə SHÇDX-nin Cəlilabad rayon şöbəsinə gəlməli olduğu barədə çağırış vərəqəsini alaraq qəbzi imzalamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 27 iyul 2022-ci il tarixli, ç/b 405 nömrəli göndərişdən görünür ki, Təqsirləndirilən şəxs “Mədə xorası?” ehtimal olunan diaqnozu üzrə müayinədən keçmək üçün tibbi göndərişlə təmin edilmişdir. İş materialllarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 28 aprel 2023-cü il tarixli K/87 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı sağlamlıq vəziyyətinin və şəhadətləndirilməsi məqsədi ilə zəruri tibbi müayinələrdən keçmədiyindən qarar icra olunmadan geri qaytarılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətləri təkrar törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. İş materiallarına əlavə olunmuş, 29 mart 2023-cü il tarixli ittiham elan edilməli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 11:10-də Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 31 mart 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 mart 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 11:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın real olaraq icrası ilk növbədə onun özünün həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırmış olar. Bu zaman məhkəmə, əvvəllər hər hansı bir cinayət əməli törətməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzanın təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olması onun islah yoluna qədəm qoymasına dəlalət edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirinini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi cəzanın məqsədlərini təmin edə bilər və o, real olaraq cəza çəkmədən islah oluna bilər. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 29 mart 2023-cü il tarixdən 31 mart 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən:Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-105/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-105/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver