Məhkəmə qərarları › İş №1(073)-108/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-108/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-108/2025 13.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 15:30 X5 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 11 iyun 1996-cı ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 19 mart 2025-ci il tarixdə cəza müddəti bitmiş, lakin məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, İmişli şəhəri Xiyabani küçəsi ev 02-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 03 iyun 2025-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 0,640 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Nizami rayon Polis İdarəsinin 23-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 25 aprel 2025-ci il tarixdə saat 15:15 dəqiqədə Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 172 ünvanında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılmış, həmin psixotrop maddə metamfetamin 1 ədəd siqaretin qızılı kağızına bükülmüş şəkildə əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda, tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 1,338 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 03 iyun 2025-ci il tarixdə saat 16:39 dəqiqədə Cəlilabad şəhəri, H.Əliyev prospekti “RTS” adlanan ərazinin yaxınlığında “Mersedes” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobildə əvvəlcədən tanıdığı, avtomobildə dayanmış vəziyyətdə olan zaman sürücü qismində əyləşmiş, cinayət barədə xəbərsiz olan X2 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılmış, həmin psixotrop maddə metamfetamin 1 ədəd şəffaf rəngli sellofana bükülmüş şəkildə olmaqla əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, 25 aprel 2025-ci il tarixdə günorta saatlarında öz istifadəsi üçün Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat pula 01 ədəd bükümdə metamfetamin alaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlamışdır. Saat 15:15 radələrində Nizami rayonu H.Əliyev prospekti 172 ünvanının qarşısında piyada olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələrin istifadəsində, gəzdirilməsində şübhəli olduğunu bildirərək hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra razılığıyla videoçəkilişlə üstü yoxlanılmış və o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyduğu siqaretin qızılı rəngli kağızına bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin psixotrop maddəyə baxış keçirildikdən sonra tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilməsindən ötrü kağız zərfdə qablaşdırılmış, üstü o, həmçinin digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 23-cü PB-yə getmiş və orada ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi dəvət olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa o, Cəlilabad şəhərində yaşayan əsgər yoldaşı Elçin Məmmədovla görüşmək məqsədilə yaşadığı İmişli rayonunda adını sonradan bildiyi taksi fəaliyyəti ilə məşğul olan Asim adlı şəxsin idarə etdiyi “Mersedes” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş və onunla birlikdə 03 iyun 2025-ci il taqrixdə saat 16 radələrində Cəlilabad şəhərinə çatmışlar. Cəlilabad şəhəri H.Əliyev prospektində avtomobil ilə bir qədər hərəkət etdikdən sonra yolun kənarında olan ərzaq mağazasından siqaret almaq üçün Asimdən avtomobili saxlamasını xahiş etmişdir. Asim avtomobili yolun kənarında saxlamış, o, avtomobildən düşən zaman mülki geyimdə olan 2-3 nəfər şəxs yaxınlaşmış, özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da həmin şəxslərə üzərində qanunla qadağan edilmiş predmet olduğunu bildirmişdir. Bundan sonra o, üzərində bir ədəd şəffaf selofan bükümdə pisixotrop vasitə olan metamfetaminə bənzər kütləni polis əməkdaşlarına təqdim etmiş, daha sonra polis əməkdaşı tərəfindən üzərində yoxlanış keçirilmiş və başqa hər hansı qadağan edilmiş əşya və predmet aşkar olunmamşdır. Üzərindən aşkar edilmiş 1 ədəd şəffaf selofana bükülmüş psixotrop vasitə olan metamfetaminə bənzər kütlə polis əməkdaşı tərəfindən qablaşdırılıb götürülmüş və bu barədə videoçəkiliş aparılmışdır. Avtomobilə də və Asim Xubalıyevin üzərində yoxlanış keçirilsə də avtomobildən və Asim Xubalıyevin üzərindən narkotik vasitə və qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Cəlilabad RPŞ-nə gəlmişdir. Orada təqdim olunan videogörüntüyə və 1 ədəd diskə baxış keçirilmiş, saxlanılan zaman polis əməkdaşlarına təqdim etdiyi bir ədəd şəffaf rəngli selofana bükülmüş pisixotrop vasitə olan metamfetaminə bənzər kütlə ekspertizaya göndərilməsi üçün onun iştirakı ilə qablaşdırılmışdır. O, narkotik vasitə istifadə etmir, lakin ara-sıra psixotrop dərmanlardan olan metamfetamin istifadə edir. 25 aprel 2025-ci il tarixdə günorta saatlarında öz istifadəsi üçün Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat pula 01 ədəd bükümdə metamfetamin alaraq əynimdə olan qara rəngli cins şalvarımın sağ yan cibində saxlamış, eləcə də onun üzərində olan aşkar edilmiş edilmiş bir (1) ədəd şəffaf rəngli selofana bükülmüş pisixotrop maddə olan metamfetamini 02 iyun 2025-ci il tarixdə, saat 15 radələrində İmişli şəhər bazar ərazisində piyada gəzərkən tapmışdır. O, həmin kütlələri alan və tapan zaman onun psixotrop maddə olan metamfetamin olmasını bilmiş və istifadə etmək üçün həmin kütləni üzərində gəzdirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd şəffaf rəngli selofana bükülmüş pisixotrop vasitə olan metamfetaminə bənzər kütlənin olmasından Asim Xubalıyevin və hər hansı başqa şəxsin xəbəri olmamışdır. Polis əməkdaşları onu saxlayan, habelə Cəlilabad RPŞ-nə və Nizami RPİ-nin 23-cü PB-yə gətirdikləri zaman ona qarşı heç bir zor tətbiq etməmişlər. Əməlindən səmimi peşmandır, odur ki, bu halları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Cəlilabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Cəlilabad rayon sakin Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçiliyi yoxdur. İmişli rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 03 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 03 iyun 2025-ci il tarixdə saat 16:39 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospketi “RTS” adlanan ərazinin yaxınlığında “Mersedes” markalı **-RV-*** dövlət nömrə nişanlı avtomaşınının dayanıqlı vəziyyətdə olmasını görmüşlər və həmin avtomobilə yaxınlaşıb özlərini təqdim etmişlər. Avtomobildə Təqsirləndirilən şəxs və Asim Xubalıyev olmuşdur. Sonra isə Təqsirləndirilən şəxs və Asim Xubalıyevə onları nə üçün saxladıqlarını izah edib, əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərar əsasında üzərinə yoxlanış aparacaqlarını bildirmişlər. Onlara həmçinin müdafiəçi ilə təmin olunmaq hüquqlarının olmasını izah etmişlər. Sonra həmin ərazidə hər iki şəxsin üzərində yoxlama keçirilmişdir. Yoxlama keçirilməmişdən əvvəl onlara təklif edilmişdir ki, üzərində narkotik vasitə və qanunla qadağan edilmiş predmet və ya əşya vardırsa təqdim etsin. Asim Xubalıyev üzərində heç nə olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükülünü üzərindən çıxardıb təqdim etmişdir. Həmin bükülü elektron tərəfdə çəkilmiş, çəkisi 1,40 qram olması müəyyən edilmişdir. Asim Xubalıyevin üzərindən və avtomobildən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs ilə birlikdə zərf RPŞ-nə gətirilmişdir. Şübhəli şəxs qismində saxlanılmış şəxsin üzərinin yoxlanılması və götürülmə barədə protokol tərtib olunmuş, hər bir iştirakçı həmin protokolu imza etmişlər. Təhqiqatçıya şübhəli şəxs Təqsirləndirilən şəxs və içərisində psixotrop maddə metamfetamin olan zərf təqdim edilmişdir. Həmin bükülüyə onun, Asim Xubalıyevin və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həmin zərfin içərisində metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Yenidən həmin bükülü zərfə qoyularaq ekspertizaya təqdim olunmasından ötrü möhürlənmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 da eyni məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid2 məhkəməyə teleqram göndərərək üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və onun iştirakı olmadan məhkəmənin keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Nizami RPİ-nin 23-cü PB-də xidmət edir. İmişli rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 25 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis idarəsinin 23-cü polis bölməsinin rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 25 aprel 2025-ci il tarixdə, saat 15:15 radələrində ünvan 2 ünvanın qarşısında piyada hərəkətdə olan zaman ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs onu nə üçün saxladıqlarını izah etmişlər və əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərar əsasında üzərinə yoxlanış aparacaqlarını bildirmişlər. Ona həmçinin müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını izah etmişlər. Sonra həmin ərazidə Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilmişdir. Yoxlama keçirilməmişdən əvvəl ona təklif edilmişdir ki, üzərində narkotik vasitə və qanunla qadağan edilmiş predmet və ya əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. O, həmin bükülünü üzərindən çıxardıb təqdim etmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmişdir. Həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs ilə birlikdə zərf 23-cü PB-nə gətirilmişdir. Şübhəli şəxs qismində saxlanılmış şəxsin üzərinin yoxlanılması və götürülmə barədə protokol tərtib olunmuş, hər bir iştirakçı həmin protokolu imza etmişlər. X3 şübhəli şəxs Təqsirləndirilən şəxs və içərisində psixotrop maddə metamfetamin olan zərf təqdim edilmişdir. Həmin bükülüyə onun, Şahid2, Niyaməddin Qarayevin və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həmin zərfin içərisində metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Yenidən həmin bükülü zərfə qoyularaq ekspertizaya təqdim olunmasından ötrü möhürlənmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində 25 aprel 2025-ci il tarixdə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinin yoxlanılması və götürmə aparılan zaman o, əynində olan əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaretin qızlı rəngli kağızına bükülmüş şəkildə olan bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində 03 iyun 2025-ci il tarixdə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinin yoxlanılması və götürmə aparılan zaman o, əynində olan əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş şəkildə olan bükülünü çıxararaq təqdim etmişdir. İş materiallarına əlavə olunmuş, Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinin yoxlanılması və götürmə aparılan zaman o, əynində olan əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş şəkildə olan bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 aprel 2025-ci il tarixli 6/1558 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” dairəvi möhür əksi olan “Saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,640 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf olunmuş, 0,590 qram qalıq qalmışdır. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilmiş 04 iyun 2025-ci il tarixli 19/230 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,338 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf olunmuş, 1,288 qram qalıq qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2025-ci il tarixli 320 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan STİMULYATORLARDAN istifadə halları olub. Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 19 mart 2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi və cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallardır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. İş materiallarına əlavə olunmuş, 25 aprel 2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə saat 15:15-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 27 aprel 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2025-ci il tarixdə saat 11:30da müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarına əlavə olunmuş, 03 iyun 2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2025-ci il tarixdə saat 16:39-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 4(073)-33/2025 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 iyun 2025-ci il tarixdən hesablanmaqla 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, eləcə də Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkiləri 0,590 və 1,288 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən zaman və aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 3 (üç) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı 25 aprel 2025-ci il tarixdən 27 aprel 2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 03 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkiləri 0,590 və 1,288 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən zaman və aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 3 (üç) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar