Məhkəmə qərarları › İş №1(073)-109/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-109/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-109/2023 24.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtiram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 2001-ci ildə Lənkəran rayonu, Şilavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Muğan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 aprel 2023-ci il tarixdə, saat 17 radələrində yaşadığı fərdi yaşayış evinin qarşısında yerləşən, çirkab suların axıdılması və ümumi istifadələri üçün nəzərdə tutulmuş su arxının təmizləməsini qonşusu Zərərçəkmiş şəxs təklif etdikdən sonra sonuncu həmin arxın ona aid olmadığını bildirməklə onun təklifi ilə razılaşmadığına görə aralarında yaranmış mübahisə zamanı yumruqla sonuncunun sol göz nahiyyəsinə qəsdən zərbə vurub yerə yıxdıqdan sonra bədəninin kürək və yuxan ətraf nahiyyələrinə təpiklə zərbə vuraraq zərərçəkmiş Zərərçəkmiş şəxs sol gözaltı nahiyyədə şişkinlik və qançır, sol gözün ağlı qişasına yayılmış qansızma, sol körpücük altı və sol bazu nahiyəsində qançır, sol kürək nahiyəsində sıyrıq ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi onun özünün etirafından əlavə işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonun Muğan kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur, əvəllər aralarında hər hansı bir münaqişə və ədavəti olmamışdır. 10 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətində torpağı şumlayarkən onu yolda görüb xahiş etmişdir ki, onların torpaqlarının ümümi istifadəsində olan su kanalını təmizləsinlər ki, oradan su rahat keçsin və həyətin qabağı su ilə dolmasın. Zərərçəkmiş şəxs ona demişdir ki, həmin kanal ona aid deyil, kanalı özü təmizləsin. Bu səbəbdən aralarında mübahisə düşmüş və mübahisə zamanı Zərərçəkmiş şəxs ona nəlayiq sözlər dediyi üçün yumruqla onun sol gözündən bir dəfə zərbə vurmuşdur. Törətdiyi cinayət əməlindən peşmandır, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmaq istəsə də Kənan onunla barışmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonun Muğan kəndində yaşayır. 10 aprel 2023-cü il tarixdə, saat 17 radələrində yaşadığı Muğan kəndində torpağı şumlayarkən, qonşusu Təqsirləndirilən şəxs ona yaxınlaşıb göstəriş formasında tələb etmişdir ki, onların torpağıların ümimi istifadəsində olan su kanalının ona düşən hissəsini təmizləsin, yoxsa suyun yolunu kəsəcək. O da Xanəhmədə bildirmişdir ki, kanalın öz tərəfinə düşən hissəsini təmizləyib, həmin hissə onlara aid deyil, özü təmizləsin. Onun etirazı Təqsirləndirilən şəxs xoşuna gəlmədiyi üçün aralarında mübahisə düşmüşdürş. Mübahisə zamanı Xanəhməd yumruğla onun sol gözünün üstündən zərbə vurmuş, zərbədən o, yerə yıxılandan sonra yerdə Xanəhməd onun bədənin müxtəlif yerlərindən təpiklə zərbələr vurmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ona dəymiş maddi və mənəvi zərər ödənilməmişdir. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza təyin edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu Muğan kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qardaşı, Təqsirləndirilən şəxs isə həmkəndlisi və qonşusudur. 10 aprel 2023-cü il tarixdə, axşam saat 20 radələrində işdən evə gələrkən qonşuluqda yaşayan anası Həqiqət onu görüb bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs qonşu Təqsirləndirilən şəxs ilə su arxının təmizləməsi üstündə mübahisə edərkən Xanəhməd qardaşı Zərərçəkmiş şəxs sol gözündən zərbə vurmuşdur. Hadisə barədə qardaşı Zərərçəkmiş şəxs soruşanda sonuncu Təqsirləndirilən şəxs ilə su arxının təmizləməsinə görə aralarında yaranmış mübahisə zamanı Xanəhmədin yumruqla onun sol gözünün üstündən zərbə vurmasını bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 PHŞ-nin Cəlilabad rayon şöbəsinin 15 aprel 2023-cü il tarixli 223 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs sol gözaltı nahiyədə şişkinlik və qançır, sol gözün ağlı qişasına yayılmış qansızma, sol körpücükaltı və sol bazu nahiyəsində qançır, sol kürək nahiyəsində sıyrıq müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 10 aprel 2023-ci il tarixə uyğun gəlir dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, eləcə də işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Cəlilabad rayonu İHB-nin Muğan kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ikinci Qarabağ müharibəsi iştirakçısıdır və iki medalla təltif olunmuşdur. İş materiallarında olan “Azərbaycan Respublikasının Medalının vəsiqəsi”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması, ikinci Qarabağ müharibəsi iştirakçısı olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halı, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar