Məhkəmə qərarları › İş №1(073)-11/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-11/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-11/2023 09.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi şəxs və mülki iddiaçı “X4”nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) X1 iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 7 (yeddi) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilərək cəzası 1(bir) il azaldılmış və xx.xx.2021-ci il cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Yevlax şəhəri, H.Aslanov küçəsi, mənzil 57-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2021-ci ilin may ayının ortalarında Cəlilabad şəhəri, Cavadxan küçəsindən keçən zaman orada yerləşən X2 X7 İstismarı İdarəsinə məxsus istismardan çıxarılmış d=273 mm-lik polad boruları görüb həmin idarəyə məxsus xeyli miqdarda əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq qərarına gəldikdən sonra 2021-ci ilin may ayının ortalarında istintaqa dəqiq məlum olmayan vaxtda Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən X2 X7 İstismarı İdarəsinə məxsus istismardan çıxarılmış d=273 mm-lik polad boruların yanına gəlib, şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə həmin polad boruların oğurluq olmadığı barədə yalan məlumat verib aldadaraq onların köməkliyi ilə bir kiloqramının dəyəri 0,25 manat, cəmi 15389,25 manat dəyərində d=273 mm-lik polad boruların 61557 kiloqrama bərabər 1207 p/m hissəsini oğurladıqdan sonra istintaqa məlum olmayan yük avtomobilinə yükləyib Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsə satıb əldə etdiyi pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləməklə X2 X7 İstismarı İdarəsinə məxsus cəmi 15389,25 manat dəyərində xeyli miqdarda əmlakı oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, 2021-ci ilin may ayının ortalarında Cəlilabad şəhəri, H.Aslanov küçəsindən keçən zaman orada yerləşən X2 X7 İstismarı İdarəsinə məxsus istismardan çıxarılmış d=108 və d=159 mm-lik polad boruları görüb həmin idarəyə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq təkrar oğurlamaq, yəni gizli olaraq talamaq qərarına gəldikdən sonra 2021-ci ilin may ayının ortalarında istintaqa dəqiq məlum olmayan vaxtda Cəlilabad şəhəri, H.Aslanov küçəsində yerləşən X2 X7 İstismarı İdarəsinə məxsus istismardan çıxarılmış d=108 və d=159 mm-lik polad boruların yanına gəlib, şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə həmin polad boruların oğurluq olmadığı barədə yalan məlumat verib aldadaraq onların köməkliyi ilə bir kiloqramının dəyəri 0,25 manat, cəmi 363 manat dəyərində d=108 və d=159 mm-lik polad boruların 1452 kiloqrama bərabər 110 p/m hissəsini oğurladıqdan sonra istintaqa məlum olmayan yük avtomobilinə yükləyib Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsə satıb əldə etdiyi pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləməklə X2 X7 İstismarı İdarəsinə məxsus cəmi 363 manat dəyərində əmlakı təkrar oğurlamış, yəni gizli olaraq talamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Yevlax şəhərində qeydiyyatda olsa da, Abşeron rayonu, Xırdalan şəhərində kirayə yaşayır. Metal alqı-satqısı ilə məşğul olur. Təxminən 2021-ci ilin may ayının ortalarında şəxsi işi ilə əlaqədar Cəlilabad şəhərinə gəlmişdir. Cəlilabad şəhərində “Basqallı” adlanan kafenin yaxınlığından Cavadxan küçəsinə girmişdir. Həmin küçə ilə hərəkətdə olarkən yolun kənarında sahibsiz dəmir boruları görmüşdür. Özü metal alqı-satqısı ilə məşğul olduğu üçün həmin borular onun diqqətini cəlb etmişdir. Yararsız vəziyyətdə olan həmin boruların yolun kənarına atıldığını görüb həmin boruların sahibsiz olduğunu düşünmüşdür. Həmin boruların diametri təxminən 280 mm, uzunluğu isə 1500 metr olardı. Boruların sahibsiz olduğunu gördükdən sonra həmin boruları götürüb yararsız metal kimi satmaq qərarına gəlmişdir. Bunun üçün Cəlilabad şəhərində soraqlaşıb tanımadığı metal kəsən usta, boruları yük avtomobilinə yükləmək üçün ekskovatr avtomobili və boruları satmaq üçün Bakı şəhərinə aparmağa 1 ədəd yük avtomobili tapmışdır. Onlarla qiymətdə razılaşmış və zəhmət haqqlarını sonda verməklə boruları kəsməyə başlamışdır. Onlar iş başında olarkən borularla bağlı heç kim onlara bir söz deməmişdir. Tam arxayınlaşmışdır ki, həmin borular həqiqətən sahibsiz olmuşdur. Boruları kəsən ustanın, ekskovatr sürücüsünün və yük avtomobilinin sürücüsünün isə heç bir şeydən məlumatları olmamışdır. Onları tanımamışdır, həmin şəxslərdə onu tanımamışdır. Onlar dəmir borulardan yük maşınına yükləmişdir. Metal kəsən və ekskovatr sürücüsünün hər birinə 100 manat zəhmət haqqı vermişdir. Sonra yük avtomobilinin sürücüsü ilə birlikdə Bakı şəhərinə getmişdir. Bakı şəhərində yerləşən Dərnəgül prospektində təsadüfən xatırlamadığı tikinti materialları satılan dükana girmişdir. Kəsilmiş vəziyyətdə dəmir boru satdığını bildirmişdir. O da almaq istədiyini qeyd edərək, həmin boruları çəkiyə vurmağını təklif etmişdir. Həmin şəxslə birlikdə boruları çəkiyə vurmuş və xatırladığı qədəri ilə 1 kiloqramını 0,18 manatdan hesablamışdır. Həmin şəxs ona ümumilikdə 1800 manat pul vermişdir. O, həmin şəxsə yenidən gətirsə ala biləcəyini soruşmuşdur. Adını bilmədiyi şəxs oğurluq olmayacağı təqdirdə ala biləcəyini bildirmişdir. O, isə həmin şəxsə hazırda gətirdiyi borularında oğurluq olmadığını bildirib gətirəcəyi borularında oğurluq olmadığını deyib oradan çıxmış və yük avtomobilinə danışdığı 200 manat yol haqqını vermişdir. Onlar oradan ayrılmış və yaşadığı evə qayıtmışdır. Sabahısı gün yenidən Cəlilabad şəhərinə qayıtmışdır. Cəlilabad şəhərində dəmir borular axtarmağa başlamışdır. Cəlilabad şəhərində “petrovka” adlanan ərazidə olan zaman orada yerləşən H.Aslanov küçəsində təxminən 100 metrə yaxın dəmir borular olduğunu görmüşdür. Bir neçə gün öncə birlikdə işlədiyi metal kəsən usta və yük avtomobilinin sürücüsü ilə əlaqə saxlamışdır. Qeyd etdiyi şəxslər onun yanına gəldikdən sonra həmin boruları kəsib avtomobilə yükləmişlər. Bunun müqabilində ustaya 25 manat pul vermişdir. Sonra yük avtomobilinin sürücüsü ilə birlikdə Bakı şəhərinə yola düşmüşdür. Həmin gün axşam tərəfi Bakı şəhərində yerləşən Dərnəgül prospektində adını xatırlamadığı bir neçə gün öncə alver etdiyi tikinti materialları satılan dükana girmişdir. Onlar yenidən eyni qaydada boruları çəkiyə vurmuşlar və ümumilikdə boruların qarşılığında 225 manat pul almışdır. Yük avtomobilinin sürücüsü ilə zəhmət haqqını borular az olduğundan 100 manata danışmış və orada onun pulunu vermişdir. Bundan sonra oradan çıxmış və yaşadığı evə getmişdir. O, həmin boruların sahibsiz olduğunu fikirləşmişdir. Onunla birlikdə işləyən şəxsləri əvvəlcədən tanımamışdır. Onlarla heç bir əlaqəsı olmamışdır. Həmçinin onlar da dəmir boruların X7 İstismarı İdarəsinə məxsus olması barəsində məlumatları olmamışdır. Həmin şəxslərin şəxsiyyətləri haqqında heç bir məlumatı yoxdur. Həmin şəxslərin cinayət əməli ilə heç bir əlaqələri və onun əməlindən məlumatları olmamışdır. Həmin şəxslər ondan heç bir sənəd istəməmişdir.Boruların kimə məxsus olmasını soruşduqda isə boruların özünə məxsus olduğunu onlara bildirmişdir. Törətmiş olduğu əməlindən səmimi peşiman olduğunu bildirərək cəza təyini zamanı nəzərə alınmasını xahiş etdi. Zərər çəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı “Azəriqaz” X3 X8 İdarəsinin etibarmanə üzrə nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı mülki iddia ilə müraciət edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs 15.752,25 manat (on beş min yeddi yüz əlli iki manat iyirmi beş qəpik) manat pul alınıb Azərqaz İB-nin Lənkəran RQİİ -nin hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərər çəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçının nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı tərəfindən vermiş olduğu mülki iddianı hazırda müdafiə etdiyini və Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmaqla mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdi ki, 2015-ci il tarixdən X2 X7 İstismar İdarəsinin İqtisadiyyat və Uçot şöbəsinin rəisi, baş mühasibi vəzifəsində çalışır. Cəlilabad rayonu onun işlədiyi idarənin əhatə dairəsinə aiddir. İstismarda olan və ya istismardan çıxarılmış qaz borularının qiymətlərinin müəyyən edilməsi daimi fəaliyyətdə olan komissiyanın üzvlərinin rəyi ilə müəyyən edilir. 2020-ci il tarixdə Cəlilabad rayonu ərazisində yerləşən X2 balansında olan istismardan çıxarılmış qaz borularının qiymətlərinin müəyyən edilməsi üçün Azərbaycan Neft Şirkətinin müvafiq əmrləri əsasında yaradılmış daimi fəaliyyətdə olan komissiyanın üzvləri ilə birlikdə qaz borularının istismar vəziyyətini yoxlamışlar. Yoxlamanın nəticəsi barədə əmlakın (qiymətlilərin) ləğvi barədə akt tərtib edilmişdir. Həmin aktda istismardan çıxarılmış qaz borularının hansı səbəbdən istismardan çıxarılması və onların qiymətlərini müəyyən etmişlər. 2021-ci ilin may ayında isə X7 İstismarı İdarəsinin Cəlilabad Xidmət Sahəsindən Cəlilabad şəhəri, H.Aslanov və Cavadxan küçəsində yerləşən aktla müəyyən etdikləri qaz borularının bir qisminin oğurlanması barədə akt daxil olmuşdur. İdarə rəisi həmin cinayəti törətmiş şəxslərin müəyyən edilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Bundan bir müddət sonra Cəlilabad rayon polis şöbəsindən oğurluq hadisəsi nəticəsində idarəyə dəymiş maddi ziyanın müəyyən edilməsi ilə bağlı daxil olmuş müraciətə ümumilikdə idarəyə 35536 manat ziyan dəyməsi barədə cavab verilmişdir. Dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı qiymətləndirmə komissiyası yaradılıb rəy alınır. Həmin qiymət rəy əsasında müəyyən edilib cavab verilir. “Əmlakın (qiymətlilərin) ləğvi” aktında istismardan çıxarılmış əmlakların qiyməti müəyyən edilmişdir. Lakin dəymiş ziyan barədə idarənin verdiyi məlumatda oğurlanmış polad boruların hazırki bazar qiyməti yazılmışdır. Həmin məbləğ dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı qiymətləndirmə komissiyası yaradılıb rəy alınmışdır. İşdə olan, “hadisə yerinin baxışının aparılması haqqında” 26 may 2021-ci il tarixli protokoldan görünür ki, X2 X7 İstismarı İdarəsinə məxsus olan Cəlilabad şəhəri, Cavadxan küçəsi və Cəlilabad şəhəri, H.Aslanov küçəsindən keçən polad qaz borularının müəyyən qismi oğurlanmışdır. Hadisə yeri açıq sahədir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM X5 tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 19/1064 saylı rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən müxtəlif ölçülərdə olan ümumi çəkiləri 63009 kiloqramlıq dəmir boruların metal qırıntı kimi 2021-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 15752,25 (63009x0,25) manat müəyyən edilir. İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, o, törətmiş olduğu oğurluq hadisəsi ilə bağlı istintaqa verdiyi ifadəsi ilə hadisə yerində vermiş olduğu ifadəsi uyğunluq təşkil etmişdir. İşdə olan DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 7 (yeddi) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilərək cəzası 1 (bir) il azaldılmış və cəzası xx.xx.2021-ci il tarixdə bitmişdir. CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitidən təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Cəlilabad rayon polis şöbəsinin İB-nin müstəntiqi Elton Ağayev tərəfindən qəbul edilmiş şübhəli şəxsin barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tanınmış və barəsində axtarış elan edilməklə icraat dayandırılmışdır. İşdə olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində saxlanılaraq Cəlilabad RPŞ-nin İB-nə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 14:00-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad Rayon Polis Şöbəsinin MSY-dən saat 13:35-də azad edilmişdir. Cinayət işində olan, Cəlilabad Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə olunmuş 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə saat 12:10-da tutularaq Cəlilabad RPŞ-nin MSY-ə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə zalından həbsdən azad edilmişdir. Cinayət işində olan, Cəlilabad Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilməklə iş üzrə icraat dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İT-dan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/40/2-3267/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına yerləşdirilmişdir. Zərər çəkmiş hüquqi şəxs və eyni zamanda mülki iddiaçı “Azəriqaz” X3 X8 İdarəsinin etibarmanə üzrə nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı mülki iddia ilə müraciət edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs 15.752,25 (on beş min yeddi yüz əlli iki manat iyirmi beş qəpik) manat pul alınıb Azərqaz İB-nin Lənkəran RQİİ -nin Kapital Bank ASC-nin Lənkəran filialı Kod:00383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AllBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AllB******************** saylı hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın məbləği 15.752,25 manat (on beş min yeddi yüz əlli iki manat iyirmi beş qəpik) təşkil edir və həmin ziyan ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmə istintaqı zamanı sübuta yetirildiyindən və həmin əməllər nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurması müəyyən edildiyindən iş üzrə verilmiş mülki iddia təmin edilməklə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 15.752,25 manat (on beş min yeddi yüz əlli iki manat iyirmi beş qəpik) maddi ziyan tutularaq Azərqaz İB-nin Lənkəran RQİİ -nin hesabına ödənilməlidir. Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Azərqaz İB-nin Lənkəran RQİİ dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə mülki iddianın verilməsi ilə əlaqədar ödənilməli olan 137,26 (bir yüz otuz yeddi manat iyirmi altı qəpik) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 06 (altı) ay müddətinə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 2 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 15 (on beş) gün, cəmi 17 (on yeddi) gün həbsdə qaldığı müddət nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbsqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 15.752,25 (on beş min yeddi yüz əlli iki manat iyirmi beş qəpik) manat pul alınıb Azərqaz İB-nin Lənkəran RQİİ -nin Kapital Bank ASC-nin Lənkəran filialı Kod:00383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AllBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AllB******************** saylı hesabına və 137,26 (bir yüz otuz yeddi manat iyirmi altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmün icrası mülki iddianın, dövlət rüsumunun və ekspertiza xərcinin icra edilməsi hissəsində Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar